Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə11/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   7   8   9   10   11   12   13   14   ...   167

 35 

get-gedə uzaqlaşır. Sahil, qayalar, qumlar, ləpələr bir-birinə  və 

təbiətə, qumlara, dənizlərə, qayalara, səmaya qovuşan iki insan 

fiquru Kamil və Sevda da get-gedə uzaqlaşır, görünməz olur. Qayığa 

çırpılan dənizin səsindən başqa ayrı səs eşidilmir.  

İndi artıq sahil özü də görünmür. Dörd tərəfdə  dəniz, dəniz, 

dəniz… 

Avqust səhərində ayrıldığımız qəhrəmanlarımızla bir ay sonra 



sentyabr gecəsində yenidən görüşürük. Üçüncü boy da məhz bu gecə 

başlayır. Və bizim gördüyümüz ilk od toy şamlarının alovudur. Bu 

alovun işığında ekrandakı yazını oxuyuruq. 

 

Od boyu 

 

M—1 markalı minik maşınında Kamil və Sevdayla birlikdə kəndə 



onların toyuna gedirik. 

…Gəlinin qarşısında güzgü, şamlar tutublar. Şamların  şölələri 

güzgülərdə, maşının üstündə, hətta lak çəkmələrdə  əks olunub 

çoxalır, bərq vurur, bir-birinə qarışır.  

Kəndə,  Əligilin evinə çatırlar. Darvaza qarşısında onları  Əliylə 

Gülsüm, qonum-qonşu qarşılayır. Bəzilərinin  əlində  şamlar və 

məşəllər var.  

Gülsüm gəlini öpərək. 

—Xoş gəlmisən, — deyir. —Qədəmin mübarək olsun.  

Qapının kəndarına boşqab qoyulub. Sevda boşqabı bastalayıb 

sındırır və içəri keçir.  

Gülsüm (Kamilə pıçıltıyla): Ayağını bastala. 



Kamil (anlamır): Nə? 

Gülsüm (tez): Gəlinin ayağını bastala deyirəm sənə.  

Kamil: Boy, niyə? 

Kamil bu müşkül məsələni anlamağa çalışdığı vaxtda Sevda 

dərhal mətləbi başa düşür və gülə-gülə onun ayağını bastalayır.  

Kamil  (Sevdaya): Onu da deyim ki, mənim ayağımın üstündə 

durmusan.  



Sevda: Elə  iş  də ondadır da, key Balaxanım. Mən birinci 

bastaladım sənin ayağını.  İndi evdə  əsas mən olacam. Gərək, sən 

mənə itaət göstərəsən.  

Kamil: Belə de! Kefimiz varmış ki… Bizdə belə-belə adətlərin 

əsas mütəxəssisi anamdır.  İndi deməli ikinci "mütəxəssis" də  təşrif 




 36 

buyurdu.  



Sevda (Onu dinləmir, məftunluqla odlara, şamlara baxır): Gör nə 

gözəldir.  

Biz də odları-işıqları görürük, onlar çoxdur, müxtəlifdir. Məşəllər 

adamların başları üzərində hündürə qaldırılıb.  İrili-xırdalı  şamların 

alovu. Ocağın közərən odu. Ocaqda kabab bişirirlər. Tonqalın gur 

alovu. Tonqalın üstündə iri qazanlar asılıb. Bağın qaranlığında işıq 

nöqtələri — kişilərin közərən papirosları. Uzaqlardan isə  kənd 

evlərinin zəif, tək-tük işığı görünür.  



Sevda:  İşıqlar, odlar… hərəsi də bir cür. Heç biri başqasına 

oxşamır… Götürüb bunların hamısın çəkəsən.  



Kamil: Əsil şəkil çəkmə məqamıdır.  

Toy havası çalmağa başlayırlar. Zurna balabanda, qarmonda 

çalırlar. Toy başlanır.  

Rəqs səhnələri. Gah hay-küylü becid ritmli, gah sakit, nazlı-işvəli 

Azərbaycan rəqsləri bir-birini əvəz edir. Gəlinlə  bəy oynayır. 

Xanəndə muğam oxuyur.  

Qonaqlar dağılışır. Şamlar, lampalar söndürülür. Kamil və Sevda 

səliqəylə bəzənmiş gəlin otağına keçirlər.  

Evin ümumi görünüşü. Ev qaranlığa qərq olub. Yalnız bir otaqdan 

zəif lampa işığı gəlir. O işıq da sönür. 

…Axşamdır. Yeni xəstəxana binası. Bir neçə  pəncərədən zəif 

lampa işığı gəlir.  

Dəhliz. Masanın üstündə kiçik neft lampası. Dəhlizdə  gəzişən 

Kamilin papirosu gah közərir, gah sönür. O əsəbi və intizarlıdır. 

Səbirsizliklə var-gəl edir. Pəncərəyə yaxınlaşır. Pəncərədən görürük. 

Qarşıdakı dirəyin üstündə meşin sapoqlu montyor dirəkdən 

xəstəxana binasına elektrik xətti-məftil çəkir.  

İndi biz gah yarıqaranlıq dəhlizdə papiros çəkən Kamili, gah da 

dirəkdəki montyoru görürük.  

Biz xəstəxananın dəhlizində  və palatalardakı elektrik 

lampoçkalarını görürük. Tavandan asılmış  təp-təzə, təmiz 

lampoçkalar hələ yanmır. Bütün bu kadrlarda istər işıqsız 

lampoçkaları, istər montyorun işini, istərsə də Kamilin səbirsizliyini 

göstərən kadrlarda — hər  şeydə, hər yerdə bir işıq intizarı, işıq 

həsrəti duyuruq. Son dəqiqələrini yaşayan qaranlığa qalib gələcək

xəstəxananın küçələri, evləri bütün kəndi işıq dənizinə  qərq edəcək 

bir anın intizarını, həsrətini.  



 37 

Dəhlizdəki neft lampası son borcunu verərək zəif-zəif  şölələnir, 

divarlarda əcaib kölgələr salır. Qaranlıq qatılaşdıqca Kamilin fiquru 

da itib əriyir, yalnız onun közərən papirosunun odlu nöqtəsini 

görürük.  

Dirəkdəki montyorun da artıq fiquru deyil, silueti görünür. Bu 

siluet sanki havada əcaib bir rəqs ifa edir. Qaranlığın bu son 

dəqiqələri lap cansıxıcı  və uzun görünür. İşini qurtarmış montyor 

qıvraq bir hərəkətlə dirək boyu sürüşüb yerə düşür.  

Dəhlizin o başından addım səsləri eşidilir. Kimsə  işıq 

düyməciyinə yanaşır. Düyməciyi burur. Dəhliz dərhal gur elektrik 

işığına qərq olur. Düyməciyin yanında ağ xalatlı Solmazı görürük.  



Solmaz (Kamili görüb ona tərəf atılır): Oğlandı… Gözün aydın, 

Kamil, oğlun oldu.. Təbrik edirəm.  

…İndi biz xəstəxananın elektriklə  işıqlanmış  pəncərələrini 

görürük.  

Bütün kənd boyu işıqlar yandırılır: evlərdə  işıqlar yanır. 

Dənizdəki buruqlarda işıqlar yanır.  

…Əligilin evi. Otağın alçaq tavanından elektrik lampoçkası 

asılmışdır. Gülsüm indicə yanmış lampoçkanı  nəvazişlə  sığıllayır, 

oxşayır.  Əli gəlir, o da əlini uzadıb lampoçkaya toxunmaq istəyir

ancaq lampoçka artıq qızmışdır. Əli dərhal əlini geri çəkir.  

…Əli taxtadan beşik düzəldir.  

…Gülsüm yorğan sırıyır.  

Beşik otaqdan asılmışdır. Beşikdə balaca Murad — Kamillə 

Sevdanın oğlu. Muradın üstünə Gülsüm xalanın sarıdığı yorğan 

salınıb. Gülsüm xala beşiyə yanaşır, uşağın beşiyinə göz muncuğu 

bağlayır. 

…Sevda Muradı çimizdirir. İndi Muradın iki yaşı olar.  

Kamil (tələsik gəlir): Sevda, ay Sevda, muştuluğumuzu ver, dörd 

gündən sonra uçuruq Moskvaya.  



Sevda: Ört qapını görüm, uşağı soyuğa verərsən. Nə danışırsan a 

kişi, kim uçur, hara uçur?  



Kamil: Biz uçuruq. Sən, bir də  mən. Özü də Moskvaya uçuruq. 

İki saat bundan qabaq Bakıdan mənə zəng eləmişdilər. Deyirlər səni 

neftçilərin nümayəndə heyətinə salmışıq. Hazırlaş.  

Sevda (Muradı göstərir): Bəs bu? 

Kamil: Əşi daha yekə kişidir. Nənəsiynən, babasıynan qalar. Elə 

deyil ədə (uşağı qucağına götürür, atıb-tutur).  




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə