Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə21/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   17   18   19   20   21   22   23   24   ...   167

 66 

oğlu Qaraca Çobandır. Qaraca Çoban — azmandır. 

—Ovçu Bəkilin oğlu Qaraca Çobanın sapandının ayası üçyaşar 

dana dərisindən, qolları üç keçi tükündən idi — hər atanda on iki 

batman daş atardı, atdığı daş yerə düşməzdi. Yerə düşsə də, toz kimi 

sovrulardı. Ocaq kimi oyulardı. Daşın düşdüyü yerdə üç il ot 

bitməzdi. Qaraca Çobanın acığı tutanda iri bir daşı götürüb əlində 

sıxar, kül edib havaya sovurardı. Qaraca Çobanın iri bir çomağı 

vardı. Onu yanınca sürüdükcə torpağa xış kimi cızıq salardı. Qaraca 

Çoban çomağını sürüyə-sürüyə gedirdi, torpağda xış yeri qalırdı, 

Qaraca Çobanın qəribə görkəmi vardı. Arxadan ona baxanda adama 

elə  gəlirdi ki, qollu-budaqlı  nəhəng bir ağac yeriyir, çünki Qaraca 

Çoban başının üstündə çox iri bir odun şələsi aparırdı. O, daşdan-

daşa addaya-addaya, qayadan-qayaya tullana-tullana gəlib Uca dağın 

başına çatdı. Bir kənarda ocaq çatmağa başladı. 

Atası ovçu Bəkil: 

—Oğul, Çoban, — dedi. — Bu ağacı neylərsən, niyə bura 

gətirdin? Qaraca Çoban: 

—Bəyburanın oğlu bu gün bizə qonaq gələcək. Bu ağacdan ocaq 

qalayacağam, kabab çəkəcəyəm, dostumu qonaqlayacağam — dedi. 

Bəkil: —Xoş ola, — dedi, — ocağını çaxmaq daşıyla qala. 

Çaxmaq daşının odu düşümlü olar!  

Bəyburanın oğlu çapa-çapa Uca dağın başına, Qaraca Çobanın 

yanına qalxırdı. 

...Elə bu zaman uzaq-uzaq ellərdən bir dəvə karvanı  gəlirdi. Bu 

haman o taçirlərin karvanı idi, onları necə il bundan qabaq Bəybura 

Rum elinə göndərmişdi. Karvan qədim  şəhərlərin, qalaların, 

xarabalıqların yanından keçirdi.  Ağır yüklü dəvələr ləngər vura-vura 

addımlayırdı, bəzirganlar da yorğun, yuxusuz idilər. Bəyburanın 

oğluyla Qaraca Çoban ocaq başında oturub kabab yeyirdilər,  şirin-

şirin söhbət edirdilər. Karvan dar bir dərəyə düşmüşdü, ağır-ağır 

irəliləyirdi. Bu dərə Qanlı  Dərə adlanırdı. Qanlı  Dərənin dibindən 

çay axırdı. Heybətli, nəhəng bir adam dağın yamacında otura-otura 

əyilib dərənin dibindən axan çaydan su içirdi. Bu heybətli azmanın 

sifəti eybəcər və qorxunc idi, özünün də yalnız bircə dənə gözü vardı 

— təpəsində. Təpəgöz böyük quldur idi, yol kəsib, karvan çapardı. 

Dağdan iri bir qaya yuvarlanıb gəldi, Təpəgöz çiynini qayanın 

qabağına verdi, itələyib onu kənara atdı, Dərədən axan çayın 

üstündən kiçik bir körpü salınmışdı. Karvan həmin körpüyə  tərəf 



 67 

irəliləyirdi.  

Çaydan su içən Təpəgöz zınqırovların səsini eşidib başını 

qaldırmadan karvanı gördü, — kəlləsindəki bircə gözüylə ağır yüklü 

dəvələrə baxdı. Karvan görpüyə çatar-çatmaz Təpəgöz dəhşətli bir 

nərə çəkdi, bu nərədən dağlar-daşlar lərzəyə gəldi. 

Təpəgöz: 

—Hey, balaca adamlar, — dedi, — Dayanın, durun, dəvələrinizin 

yükünü açın. Qoca tacir dedi: 

—Nə heybətli qocasan, səni görcək görər gözlərimiz görməz 

oldu, tutar əllərimiz tutmaz oldu, ağzımız içi buz kimi, sümüklərimiz 

duz kimi oldu. Bizdən nə istəyirsən?  

Təpəgöz: 

—Hey sarsaq! — dedi. — Sifətimi nə bəyənməzsən, sifəti, gözü 

göyçək qızların, gəlinlərin canını çox almışam. Ağ saqqallı, qara 

saqqallı kişilərin canını çox almışam. Sizin də malınızı, varınızı 

soyacam, canınızı alacam, ətinizi qurda-quşa yedirəcəm, 

sümüklərinizi köpəklərimə atacağam, haydı tez olun, düşün yerə 

görüm, yükünüzü mənim mağarama daşıyın. Təpəgöz iri bir qayanı 

dəbərdib dəvələrin üstünə yuvarladı. Dəvələr hürküşdülər. 

Bəzirganlar dəvələrdən yerə endilər, yükləri açmağa başladılar. 

Təpəgöz əmr etdi ki, yükləri onun mağarasına aparsınlar, Dağın döşü 

oyuq-oyuq idi, mağaralar, kahalar ağızlarını  yırtıcı heyvanlar kimi 

açmışdılar. Təpəgözün mağarası vahiməli bir aləm idi. Mağaranın içi 

iri bir boşluq idi. Bura yarımqaranlıq idi, bucaqlarında yanan iri 

şamların  şölələri mağara divarlarına qorxunc kölgələr salırdı. 

Mağaranın yuxarısından aşağı sallanan, dibindən yuxarı ucalan buz 

və  əhəng sütunları  əcaib məxluqlara bənzəyirdi. Divarlara xallı 

pələng dəriləri asılmışdı. Hər yerdə sümüklər ağarırdı — insan 

sümükləri,  əcaib heyvan sümükləri. Mağaranın müxtəlif yerlərində 

qalaq-qalaq şam ərintisi vardı. Şam ərintiləri elə qəribə yığılmışdı ki, 

qucağında körpə uşağı, başında örpəyi olan qadını xatırladırdı. 

Mağaranın divarları boyu böyük daş  rəflər vardı, bu rəflərin 

üstünə insan kəllələri düzülmüşdü. Divarlarda yarıqlar vardı. 

Yarıqların arasına pərçim olunmuş yarasaların səsindən qulaq 

tutulurdu. Mağaraya daxil olan tacirlər qorxudan əsim-əsim əsirdilər. 

Təpəgöz  əyilib cavan tacirin qulağını dişlədi, qopartdı, çeynəyib 

uddu. Tacir çığırdı. Qan qulaq yerindən düdük kimi şorlayıb axdı. 

Təpəgöz qulağı çeynəyə-çeynəyə: 



 68 

—Tez olun, tez olun, yükləri açın — deyirdi. Tacirlər titrəyə-

titrəyə yükləri açmağa başladılar. 

Təpəgöz bahalı mallara — ipək parçalara, qızıl-gümüşə, bahalı daş-

qaşa, ləl-cəvahirata, yaraq-yasağa baxıb ağzı sulanırdı. 

—Bəh-bəh, — deyə  bəzəkli qılıncı  əlinə götürdü, — bu gözəl 

qılıncı ki, gətirmisiniz, gərək öz başınızı bu qılıncla kəsəm.  

Tacirlərin gətirdikləri  ərməğanlar içində bir Boz ayğır da vardı. 

O, indi dəvələrin yanında mağaranın ağzında idi. Cavan tacir 

quldurun gözünü oğurlayıb mağaradan çıxdı, cəld Boz ayğırın belinə 

sıçrayıb çapmağa başladı. Qoynu qanla dolmuşdu. 

*** 

...Bəyburanın oğlu Qaraca Çobanla görüşüb ayrıldı, atını çapıb 

dağdan arana düşdü, düzəngaha çıxdı. 

Cavan bəzirgan az çapdı, çox çapdı, gəlib həmin düzəngaha çatdı, 

Bəyburanın oğlunu gördü, özünü ona yetirdi, salam verdi. Onun üzü 

al-qan içində idi. Bəyburanın oğlu: 

—Hey qocaq, — dedi, — kimsən, haradan gəlirsən, kim səni 

qanına qəltan eləyib?  

Cavan bəzirgan: 

—İgid, — dedi, — tacirik, neçə ildir böyük qardaşlarımla bu 

eldən getmişdik. Uzaq-uzaq elləri gəzdik, bahalı mallar aldıq. Dəmir 

qapı  Dərbənd yanında, Qanlı  Dərədə heybətli bir quldur yolumuzu 

kəsdi, gövdəsi adamdır, amma təpəsində bir gözü var. Malımızı, 

rizqimizi aldı, dedi canınızı da alasıyam. Qulağımı dişlədi, uddu, 

qardaşlarımı əsir saxladı, mən qaçdım, sənə gəldim. İgid, mədət qıl! 

Oğlan atını mahmızladı: 

—Düş qabağa, yol göstər, — dedi. 

Tacir: 


—İgid, — dedi, — amma quldur zor quldurdur. Bəlkə geri 

dönəsən. Qaraca başını  kəsdirməyəsən, alca qanını  şorlatmayasan. 

Ağ saqqallı babanı, ağ birçəkli ananı, "oğul, oğul" deyib 

ağlatmayasan. 

Oğlan: 

—Bu sözü sən mənə deməməli idin, çünki dedin, əlbəttə 



gedəcəm. Başıma qaxınc, üzümə toxunc olmasın. Neylək? Ölsəm yer 

bəyənər, qalsam el bəyənər.  

Onlar Qanlı  Dərəyə  gəlib çıxdılar. Oğlan dərənin dibindən 

Təpəgözü səslədi:  




Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə