Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə17/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   13   14   15   16   17   18   19   20   ...   158

www.vivo-book.com 

 

66 



– ġtatın qanunverici məclisi, deyəsən, bu il əlavə mühafizəçilər 

götürmək  üçün  pul  kisəsinin  ağzını  açıb,  –  Brutus  hələ  də  gülə-gülə 

dedi. – Ora baxın! 

Onun iĢarə etdiyi tərəfə baxanda biz balaca bir siçan gördük və 

biz  də  güldük.  Buna  gülməmək  mümkün  deyildi,  çünki  siçan  özünü 

kameraları hər on beĢ dəqiqədən bir yoxlayan nəzarətçi kimi aparırdı: 

məhbuslardan  kiminsə  qaçmağa,  ya  da  intihar  etməyə  cəhd  edib-

etmədiyini yoxlayan balaca, tüklü nəzarətçi. Əvvəlcə, o, YaĢıl Mil ilə 

cəld addımlarla bir qədər bizə tərəf gəlir, sonra kameraları yoxlayırmıĢ 

kimi baĢını ora-bura çevirirdi. Ondan sonra yenə sürətlə irəli Ģığıyırdı. 

Bizim  qıĢqır-bağrımızın  və  gülüĢ  səslərimizin  arasından  kameralarda 

yatan məhbusların xorultusunun eĢidilməsi vəziyyəti bir az da gülməli 

edirdi.  

Bu, özünəməxsus Ģəkildə kameraları yoxlayırmıĢ kimi hərəkətlər 

etməsi istisna olmaqla, bozumtul rəngliadi bir siçan idi. O, hətta dəmir 

barmaqlıqların  altından rahatlıqla keçərək kameralardan bir neçəsinin 

içinə  də  girdi.  Əminəm  ki,  siçanın  belə  asanlıqla  bağlı  kameralara 

girib-çıxmasına bizim keçmiĢ və indiki məhbuslarımız həsəd edərdilər. 

Düzdür,  məhbusları,  əlbəttə  ki,  bu  kameralardan  çıxmaq 

maraqlandırırdı.  

Siçan  dolu  kameraların  heç  birinə  girmədi,  yalnız  boĢ 

kameralara baĢ vurdu. Nəhayət o, demək olar ki, düz bizim yanımıza 




www.vivo-book.com 

 

67 



gəldi.  Mən  yolun  yarısından  geri  dönəcəyini  gözləsəm  də,  o, 

qayıtmadı. Deyəsən, bizdən heç qorxmurdu.  

–  Bu  normal  deyil,  siçanlar  adətən  insana  bu  qədər 

yaxınlaĢmırlar,  –  Din  bir  balaca  əsəbiliklə  dedi.  –  Bəlkə  onda 

quduzluq var? 

–  Aman  Allah,  –  ağız  dolusu  diĢlədiyi  duzlu  mal  ətindən 

hazırlanmıĢ sendviç tikəsini çeynəyə-çeynəyə dedi. – Bu da mənimçün 

siçan  eksperti  olub.  Siçan  bəsləyən  adam.  Onun  ağzındakı  köpüyü 

görürsənmi, siçan bəsləyən adam?  

– Heç onun ağzını görə bilirəm ki! – deyə Din cavab verdi və biz 

yenə  hamımız  birlikdə  gülüĢdük.  Mən  də  siçanın  ağzını  görə 

bilmirdim,  amma  onun  muncuq  kimi  xırda  gözlərini  yaxĢı  görürdüm 

və  bu  gözlər  mənə  heç  də  ağlını  itirmiĢ,  ya  da  quduzlaĢmıĢ  kimi 

gəlmədi.  O  gözlərdə,  sadəcə,  ağıl  və  hər  Ģeyə  maraq  görmək  olardı. 

Mən məhbusları ölümə göndərəndə – deyilənə görə, ölməz ruha sahib 

olan insanları – onlar bu siçandan daha axmaq görünürdülər.  

O, YaĢıl Mil ilə bizim masamızdan təxminən üç metr məsafədə 

olan  nöqtəyə  qədər  çevik  addımlarla  irəlilədi...  bizim  masamızda 

xüsusi diqqət çəkəcək heç nə yox idi və vilayət məktəb müəllimlərinin 

arxasında  oturduğu  masalardan  heç  nə  ilə  fərqlənmirdi.  Birdən  o 

dayandı və zabitəli qoca qadın öz tumanını düzəldən kimi, quyruğunu 

ayaqlarının ətrafına doladı.  




www.vivo-book.com 

 

68 



Mən sümüyümə iĢləyən soyuqluq hiss edərək, gülməyimi dərhal 

kəsdim.  Niyə  birdən-birə  belə  qəribə  hisslər  keçirdiyimin  səbəbini 

bilmirəm  –  heç  kim,  əlbəttə  ki,  gülünc  görsənmək  istəməz  –  amma, 

düzünü desəm, belə Ģeylər heç vecimə də deyil, ona görə sizə bunu da 

danıĢacağam.  

Bir  anlıq  özümün  nəzarətçi  yox,  bu  siçan  olduğumu  təsəvvür 

etdim:  YaĢıl  Milə  məhkum  edilmiĢ  cinayətkarlardan  biri.  Məhkum 

edilsə də, baĢı üzərində kilometrlərlə yüksəyə ucalan bu masaya (sanki 

Allahın  məhĢər  günündə  qurulacaq  taxtı;  əlbəttə  ki,  bir  vaxt  onu 

hamımız  görəcəyik)  və  onun  arxasında  oturmuĢ  mavi  geyimli,  qalın 

səsli bu nəhənglərə baxmağa hələ də cəsarəti çatır. Bu nəhənglər onun 

kimilərinə  BB  tapançalarından  atəĢ  açır,  süpürgə  ilə  qovur,  ya  da 

balaca  mis  lövhəciyin  üstündəki  pendir  qırığına  yaxınlaĢarkən  bel 

sümüklərini qıran tələlər qurur.  

Növbətçi  masasının  yaxınlığında  süpürgə  yox  idi,  amma 

yaxınlıqdakı  vedrənin  içində  bir  ucu  hələ  də  sıxıcı  qurğuda  olan 

polağacı vardı. Din ilə birlikdə sənədlərlə iĢləməyə oturmazdan öncə, 

yaĢıl  linoliumu  və  altı  kameranın  hamısını  yumaq  növbəsi  mənim 

olduğundan,  bu  iĢi  yerinə  yetirmiĢdim.  Dinin  polağacını  götürüb, 

siçanı vurmaq istədiyini hiss edən kimi onun biləyinə toxundum:  

– Dəymə, qoy yaĢasın, – dedim.  



www.vivo-book.com 

 

69 



O, çiyinlərini çəkərək əlini artıq ağacın sığallı dəstəyindən tutan 

əlini geri çəkdi. Mən elə baĢa düĢdüm ki, heç o da siçanı vurmamağı 

məndən az istəmir.  

Brutus mal ətindən olan buterbroddan bir tikə qoparıb ehtiyatla, 

iki  barmağının  arasında  tutaraq  masanın  üstündən  irəli  uzatdı.  Siçan 

maraqla  onun  əlinə  baxdı,  elə  bil,  onun  nə  olduğunu  bilirdi.  Bəlkə 

doğrudan  da  bilirdi,  çünki  onun  bığlarının  necə  tərpəndiyini  və 

burnunun necə dartıldığını özüm gördüm.  

– Brutus, lazım deyil! – Din qıĢqırdı, sonra da mənə tərəf baxdı. 

–  Ona  siçanı  yemləməyə  icazə  vermə,  Pol!  Əgər  o,  bu  lənətə  gəlmiĢ 

heyvanı yemləməyə baĢlasa, onda biz bütün dördayaqlı məxluqat üçün 

“xoĢ gəldin” süfrəsi açmalı olacağıq.  

–  Mən,  sadəcə,  onun  nə  edəcəyini  görmək  istəyirəm,  –  Brutus 

dedi.  –  Elmi  maraqlar  üçün.  –  O  mənə  baxdı:  rəis  mən  idim  –  hətta 

qaydalardan  belə  kənara  çıxanda  da.  Bir  qədər  fikirləĢəndən  sonra 

çiyinlərimi çəkdim, çünki mənim üçün heç bir fərqi yox idi. Elə mən 

də siçanın nə edəcəyini görmək istəyirdim. 

Əlbəttə, siçan tikənin hamısını yedi – bayırda Depressiya davam 

eləyirdi axı – və siçanın tikəni necə yeməsi bizi valeh etdi. O, sendviç 

tikəsinə yaxınlaĢdı, onu hər tərəfdən iylədi, sonra it kimi onun önündə 

oturdu  və  əti  götürmək  üçün  çörəyi  əlləri  ilə  tutub  iki  yerə  böldü.  O, 

bunu  elə  dəqiq  və  düĢüncə  ilə  elədi  ki,  sanki  öz  sevimli  restoranında 

rostbif  –  mal  əti  qızartması  –  yeməyə  hazırlaĢan  adam  idi.  Mən  heç 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə