75
Sonuncu hәdisi fәqihlәr tez-tez istifadә etmişlәr. Mәsә-
lәn, Mavәrdi “әl-Әhkam әs-Sultaniyyә”, Şirazi “әl-Mühәzzәb”,
İbn Qüdamә dә “әl-Müğni” kitabında hәmin hәdisi dәlil gә-
tirib. Bu hәdis haqqında İmam Nәvәvi “әl-Mәcmu” kitabında
deyib: “Bu, olduqca “zәif” vә “mәchul” hәdisdir”.
“әs-Sünәn” kitabında Beyhәqi yazır: “Yoldaşlarımız bu
hәdisi kitablardakı şәrhlәrin daxilindә qeyd etsәlәr dә, mәnә
ona dair heç bir istinad mәlum deyil”.
Bu hәdisin orijinal mәtni Tirmiziyә, İbn Macә vә Tәbә-
riyә görә belәdir: “Var-dövlәtdә zәkatdan başqa da haqq var-
dır”. Sonralar İbn Macәnin kitabının köhnә nüsxәlәrindә bu hә-
dis sәhv yazıldı vә onun әvvәlinә “leysә” (yoxdur) sözü artırıl-
dı. Belәliklә, bu sәhv yayğınlaşdı. Hәmçinin, “Tәrh әt-Tәşrib fi
Şәrh әt-Tәqrib” kitabında (Bax: cild IV, sәh. 18) Hafiz әbu Zәr`ә
ibn әl-Hafiz Zeynәddin әl-İraqi bu mәsәlәyә toxunub. Әllamә
Әhmәd Şakir dә Tәbәrinin tәfsirinә (Bax: tәfsirdәki 2527-ci hә-
dis) yazdığı “tәxric” kitabında bu mәsәlәyә aydınlıq gәtirmiş,
tutarlı dәlillәrlә mövqeyini әsaslandırmışdır
1
.
Bir çox fiqh kitablarında, hafiz imamlara görә әsli bilin-
mәyәn bu qәbil hәdislәr vardır. Belә hәdislәr haqqında Hafiz
Zeylәi “Nәsb әr-Rayә” kitabında “qәribdir” sözünü işlәdir. Bu
söz Zeylәiyә xas termin olub әsli vә istinadı bilinmәyәn hәdis-
lәri ifadә edir. Bu barәdә Hafiz ibn Hәcәr yazır: “(Bu hәdisin is-
tinadına vә ya özünә) heç bir yerdә rast gәlmәdim”. Yaxud da:
“Bu hәdisin Peyğәmbәrәdәk uzanan istinadını tapmadım” vә s.
Belә hәdislәr bәzi fiqh bablarında nәzәri çәkәcәk dәrә-
cәdә çoxdur.
Vaxtı ilә “әd-Dirayәt” kitabının “Heyvan kәsmә” ( zə‐
baih) fәslindәki hәdislәri araşdırırdım. Orada iyirmiyә yaxın
1
Yusif әl-Qәrdavi. Zәkat fiqhi. “Risalә” çapı, sәh. 966-967, 3 vә 4-cü alt ha-
şiyәlәr.
76
hәdis vardı. Bәzilәri sәhih, bәzilәri dә “zәif” idi. Bәzilәrinin isә
istinadı vә әsli ümumiyyәtlә, Hafiz İbn Hәcәrә mәlum deyildi.
Onlardan bir neçәsinә nәzәr yetirәk:
- “Kitab әhli ilә necәsinizsә, mәcusilәrlә (atәşpәrәstlәrlә)
dә elә davranın. Ancaq onların qadınları ilә evlәnmәyin, kәs-
diklәrini dә yemәyin”
1
.
- “İstәr sәslәndirsin, istәrsә dә sәslәndirmәsin (yәni, “bis-
millah” desә dә, demәsә dә), müsәlman hәr dәfәsindә Allahın
adı ilә kәsmiş sayılır”
2
.
- “Yalnız “bismillah” deyin”
3
.
- “(Heyvanları) sinәnin yuxarı hissәsi vә iki cәnә sümü-
yü arasındakı nahiyәdәn kәsmәk lazımdır”
4
.
- “Heyvanın boğazındakı damarları istәdiyin şeylә kәs”
5
.
- “Peyğәmbәr qoyunu şah damarınadәk kәsmәyi qada-
ğan edib”
6
. Müәllif yazır: “Yәni, bıçağı şah damarınadәk yerit-
mәyi qadağan edib”.
- “Hәzrәti Aişә kәrtәnkәlәnin yeyilib-yeyilmәdiyi haqda
Peyğәmbәrdәn soruşduqda Allahın rәsulu bunu qadağan et-
di”
7
.
- “Peyğәmbәr xәrçәng satışını qadağan etdi”
8
vә bu qәbil
neçә-neçә hәdis
9
.
1
İbn Hәcәr bu hәdis barәsindә deyir: “Hәdisә bu variantda heç yerdә rast
gәlmәmişәm”. Yәni, İbn Hәcәr “Ancaq onların qadınları ilә evlәnmәyin, kәs-
diklәrini dә yemәyin” әlavәsi ilә birlikdә bu hәdisә rast gәlmәyib.
2
İbn Hәcәr deyir: “Bu hәdisә bu variantda heç yerdә rast gәlmәmişәm”.
3
İbn Hәcәr deyir: “Bu hәdisә heç yerdә rast gәlmәmişәm”. Hәdisi İbn Mә-
sud rәvayәt edib.
4
İbn Hәcәr deyir: “Bu hәdisә heç yerdә rast gәlmәmişәm”.
5
İbn Hәcәr deyir: “Bu hәdisә heç yerdә rast gәlmәmişәm”.
6
İbn Hәcәr deyir: “Bu hәdisә heç yerdә rast gәlmәmişәm”.
7
İbn Hәcәr deyir: “Bu hәdisә heç yerdә rast gәlmәmişәm”.
8
İbn Hәcәr deyir: “Bu hәdisә heç yerdә rast gәlmәmişәm”.
9
Bax: İbn Hәcәr. әd-Dirayәt fi Tәxric әl-Hidayә / Alt haşiyәlәrdәki izahlar
Haşim әl-Yәmaninindir. Cild II, sәh. 205-213.
77
İddia edildiyi kimi, bu cür hәdislәr tәkcә Әhli-Rәyin (hә-
nәfilәrin) deyil, digәr mәzhәblәrin dә kitablarında mövcuddur.
Özü dә bu kitablarda da әsli-istinadı bilinmәyәn hәdislәrә rast
gәlmәk mümkündür. Ancaq belә hәdislәrin say nisbәti mәz-
hәbdәn mәzhәbә dәyişir.
İmam Qәzalinin “әl-Vәciz” kitabına Rafeinin – hәr ikisi
şafei imamlarındandır – yazmış olduğu şәrhdәki hәdislәrin is-
tinad vә sәhihliklәrinin müәyyәnlәşdirilmәsi üçün Hafiz İbn
Hәcәrin qәlәmә aldığı “Tәlxis әl-Hәbir” adlı kitabla tanış olan-
lar bunu tam aydınlığı ilә görәcәklәr. Belә ki, İbn Hәcәr şafei ol-
mağına rәğmәn, sözügedәn kitabda dәlil gәtirilmiş hәdislәrin
çoxunu “zәif” saymışdır. Çünki hәqiqәti söylәmәk daha yaxşı-
dır.
Hәtta Hafiz Әbubәkr Әhmәd ibn әl-Hüseyn әl-Beyhәqi
bu mәsәlәdә İmam Әbu Mәhәmmәd Abdullah ibn Yusif әl-Cü-
veyniyә (İmamülhәrәmeyn Cüveyninin atasıdır) mәktub yaz-
mış, onu әdәb-әrkan çәrçivәsindә tәnqid etmişdir. Çünki Cü-
veyninin “әl-Mühit” kitabında bir-sıra hәdis sәhvlәri vardı. Mә-
sәlәn, kitabdakı ilk hәdis – “Günәşin qızdırdığı su ilә yuyun-
mağın qadağan olmağı” hәdisi sәhih deyildir.
Mәzhәbcә şafei olmağına baxmayaraq, İmam Beyhәqi in-
saflı davranmış, şafei mühәddislәrini dә tәnqid etmişdi. Tәnqid
etmişdi ki, onlar dәlil gәtirdiklәri hәdislәrin sәhih, rәvayәtçilә-
rin dә “zәif” vә namәlum (mәchul) olub-olmadığına ciddi ya-
naşmamışlar. Beyhәqi özünün obyektiv vә tutarlı risalәsindә bu
mәsәlәni işıqlandırmışdır
1
.
Daha tәәccüblüsü isә budur ki, mәhz fiqh üsulu kitab-
larında әsli-istinadı bilinmәyәn, uydurma hәdislәrә rast gәlirik.
“Sәhabәlәrim ulduzlara bәnzәyir. Hansına uysanız, hidayәtә
1
Bax: “Mәrifәt әs-Sünәn vәl-Asar” kitabına professor Seyyid Әhmәd әs-
Sәqrin yazdığı ön söz. Qahirә: “İslam Mәsәlәlәri Ali Şurası”nın nәşrlәri, sәh.
19-24.
Dostları ilə paylaş: |