Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə23/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   19   20   21   22   23   24   25   26   ...   74

 78
yetişәrsiniz” hәdisi bu cürdür. Hәdis olduqca “zәif”dir.  Şeyx 
Әlbaniyә görә isә “uydurma”dır.  
“Müsәlmanların gözәl bildiklәri şey Allahın nәzdindә dә 
gözәldir” hәdisi dә hәmçinin. Әslindә bu, Abdullah ibn Mәsu-
dun sözüdür vә Peyğәmbәrәdәk gedib çıxmır.   
“Ümmәtimin ixtilafı rәhmәtdir”
1
 hәdisi dә. Vә fiqh üsulu 
kitablarındakı neçә-neçә bu cür hәdislәr.  
 
Fiqh mirasından istifadənin zəruriliyi 
 
Müasir dövr alimlәrinin vәzifәsi fiqh vә fiqh üsulu ilә 
yanaşı, hәm dә hәdis elmi nöqteyi-nәzәrindәn fiqh mirasından 
faydalanmaqdır, – özü dә şüurlu vә qanan zehniyyәtlә – “zәif” 
hәdislәrә istinadәn çıxarılmış hökmlәri bir daha nәzәrdәn keçir-
mәkdir. Çünki hökm vermәdә “zәif” hәdislәrin әsas rolunu oy-
namadığı, halal vә haram mövzularına arqument olmadığı yek-
dilliklә qәbul edilib.  
Mötәbәr alimlәrin fiqh mirasına  şüurlu münasibәti mü-
hüm qanunvericilik vә sosial problemlәrә dair bir-sıra hökm-
lәrin “zәif” hәdislәrә әsasәn çıxarıldığı faktını aşkarlamağa im-
kan verәcәkdir.   
 
Qeyri‐müsəlmanların qanbahası 
 
Misal üçün, Cinayәt Qanunvericiliyinә görә zimmilәrә 
çatacaq qanbahasının miqdarı  mәsәlәsinә toxunaq. Fәqihlәrin 
әhәmiyyәtli hissәsinә – cümhura görә, Kitab әhli zimmilәrinin 
                                                 
1
 Bu hәdis haqda әtraflı mәlumat üçün bax: Yusif әl-Qәrdavi. Haqlı ixtilaf vә 
qәbahәtli firqәbazlıq arasında islam oyanışı. Hәdis sәhih deyildir. Amma 
fәhmdә  vә dinin ikinci dәrәcәli mәsәlәlәrindәki ixtilaf baxımından  onun 
mәnasını doğru saymaq mümkündür. Hәmçinin, әgәr sәhabәlәrin fiqhi ixti-
laflarında olduğu kimi, әdavәt vә  tәfriqәyә  sәbәb olmazsa, ixtilaf tәbii vә 
doğru bir şeydir.  


 79
(söhbәt “Darülislam” sakinlәrindәn gedir) qanbahası müsәlma-
na düşәn qanbahasının yarısı qәdәrdir
1
.   
Cümhur bu mәsәlәdә “Müsnәd” vә “Sünәn”lәrdәki bәzi 
hәdislәri dәlil gәtirmişdir.  İmam Buxari vә Müslimin eyniadlı 
“Came әs-Sәhih” kitablarında bu mәsәlәyә aid bir dәnә dә hә-
dis yoxdur. Yәni, cümhurun dәlil gәtirdiyi hәdislәri bәzi alim-
lәr qәbul, bәzilәri dә rәdd edir.  
Mәsәlәn,  Әmr ibn Şüeyb atasına istinadәn babasından 
rәvayәt edir ki, Peyğәmbәr (Ona Allahın xeyir-duası vә salamı 
olsun!) deyib: “Kafirin qanbahası müsәlmana düşәn qanbaha-
sının yarısı  qәdәrdir”. Hәdisi  İmam  Әhmәd, Nәsai vә Tirmizi 
rәvayәt etmişlәr.  
Bu hәdisin digәr variantı belәdir: “Peyğәmbәr hökm çı-
xardı ki, iki kitab әhlinin qanbahası müsәlmanlara düşәn qan-
bahasının yarısı  qәdәrdir.  İki kitab әhli isә  yәhudi vә xristian-
lardır”. Hәdisin bu variantını İmam Әhmәd, Nәsai vә İbn Macә 
rәvayәt etmişlәr.  
Digәr alimlәr isә bildirmişlәr ki, yәhudi vә xristianların 
qanbahası müsәlmanlara düşәn qanbahasının üçdә biri qәdәr-
dir. Mәsәlәn, bu fikir İmam Nәvәvinin “Minhac” adlı şәrh-kita-
bında mövcuddur. Demәli, bu alimlәrә görә, qeyri-müsәl-
manların qanbahasının müsәlmanlara düşәn qanbahasının yarı-
sı qәdәr olmağı haqda hәdis sәhih deyildir.  
Ancaq İmam Sövri, Zühri, Zeyd ibn Әli, İmam Әbu Hә-
nifә vә şagirdlәri düşünürlәr ki, zimminin
2
 qanbahası müsәlma-
na düşәn qanbahası qәdәrdir. Onlar belә bir hәdisi vә ya hә--di-
slәri dәlil gәtirirlәr ki, Peyğәmbәr öhdә altında olanların qanba-
hasını müsәlmanlarınkı  qәdәr müәyyәn etmiş, müsәlmana nә 
düşürsә, zimmiyә dә o qәdәr qanbahası ödәmişdir. Ancaq mü-
                                                 
1
 Bax: Şövkani. Neyl әl-Övtar, cild VII, sәh. 221-224. 
2
 Zimmi: (әrәb. “zimmi” – himayә altında, amanda olan). İslam ölkәlәrindә 
yaşayan vә bu ölkәlәrin vәtәndaşları sayılan qeyri-müsәlmanlara verilәn ad 
– tərcüməçinin qeydi.  


 80
xaliflәri onların  әsaslandıqları bu hәdislәri “zәif” hesab etmiş-
lәr.  
Qeyd edәk ki, hәr iki tәrәfin dәlil gәtirdiyi hәdislәr sәhih 
deyildir. Elә isә ümumi dini mәtnlәri, dini qayda vә universal 
mәqsәdlәri nәzәrә almaq lazımdır. 
Әgәr Qurani-Kәrimi oxusaq görәrik ki, istәr müsәlma-
nın, istәrsә dә müqavilә bağladığımız qeyri-müsәlmanların sәh-
vәn öldürülmәsi zamanı  hәr iki halda “onun (öldürülmüşün) 
ailәsinә qanbahası verilmәli, mömin bir qul azad edilmәlidir”. 
Aydın olur ki, Qurani-Kәrim bu mәsәlәdә qeyri-müsәlmanla 
müsәlman arasında ayrı-seçkiliyә yol vermir
1
.  
Demәli, islama görә, hәr bir kәsin canı toxunulmazdır, 
insanlar şәrәf-izzәtdә bәrabәrdirlәr. İslam yurdunun – Darülis-
lamın bütün vәtәndaşları bu mәsәlәdә  bәrabәrhüquqludurlar. 
Tarix boyu islam dövlәtlәri, Abbasi vә Osmanlı xilafәtlәri bәra-
bәrlik prinsipini әldә bayraq etmişdir. Ancaq indiki dövrdә bö-
yük güclәr qeyri-müsәlman azlıqlar problemini ortaya ataraq 
iddia edirlәr ki, bu azlıqlara zülm edilir vә müsәlman cinayәt 
hüququ onlara bәrabәrhüquqlu vәtәndaşlar gözü ilә baxmır.  
 
 
                                                 
1
 Bu  haqda “әn-Nisa” surәsinin 92-ci ayәsindә oxuyuruq: “Heç bir möminә 
başqa bir mömini öldürmәk yaraşmaz. Bu, sәhvәn (xәta üzündәn) olduqda 
müstәsnadır. Hәr kәs bir mömini sәhvәn öldürәrsә, o zaman o, mömin bir 
qul azad etmәli vә öldürülmüş şәxsin ailәsi qanbahasını sәdәqә olaraq bağış-
lamadıqda, onlara (ölәn  şәxsin varislәrinә) tam şәkildә qanbahası vermә-
lidir.  Әgәr (öldürülәn  şәxsin özü) mömin olduğu halda, sizә düşmәn olan 
bir tayfadandırsa, o vaxt (öldürülәn  şәxs) mömin bir qul azad etmәlidir. 
Әgәr (öldürülәn şәxs) sizinlә әhd (müqavilә) bağlamış bir tayfadan olarsa, o 
zaman onun ailәsinә qanbahası vermәklә bәrabәr, mömin bir qul dәxi azad 
etmәk lazımdır. Hәr kәs (azad etmәyә qul) tapa bilmәsә, o, Allah tәrәfindәn 
tövbәsinin qәbul edilmәsi üçün bir-birinin ardınca (arası kәsilmәdәn) iki ay 
oruc tutmalıdır. Allah (hәr şeyi) bilәndir, hikmәt sahibidir!” – tərcüməçinin 
qeydi.  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə