107
vә İbn Mübarәkin “...әmәllәrin fәzilәtlәri vә bu qәbil hәdislәr
nәql etdiyimizdә yumşaqlıq göstәrirdik” – demәlәrinә gәlincә,
düşünürәm ki, – Allah әn doğrusunu bilir – onlar bununla, sә-
hihlik dәrәcәsinә çatmayan “hәsәn” hәdislәri nәzәrdә tutmuş-
lar. Çünki sәhih hәdislә “hәsәn” hәdisin terminoloji fәrqi onla-
rın zamanında tam müәyyәnlәşdirilmәmişdi. Hәtta erkәn dövr
alimlәri hәdislәri yalnız ya sәhih, ya da “zәif” deyә xarakterizә
etmişlәr”
1
.
Şeyxülislam İbn Teymiyyә vә İmam İbn әl-Qәyyimin dә
bu haqda görüşlәri vardır. Onlar İmam Әhmәdin “zәif” hәdis-
lәrin rәvayәti, “rәy” vә “qiyas”da (oxşar fakt vә situasiyaların
müqayisәsi әsasında fiqhi hökm çıxarma – mütərcim) әsas rol
oynamağı fikrini izah edәrkәn bildirmişlәr ki, söhbәt “hәsәn”
hәdisdәn gedir.
Mәlumdur ki, “hәsәn” hәdis anlayışını hәdisşünaslıq el-
minә ilk dәfә İmam Tirmizi gәtirmişdir.
Şeyx Әlbaniyә gәlincә, o, bu problemә bir sıra әsәrlәri-
nin, xüsusilә dә “Sәhih әl-Ca`me әs-Sәğir vә Ziyadәtuh” vә “Sә-
hih әt-Tәrğib vәt-Tәrhib” kitablarının müqәddimәlәrindә tәfsi-
latı ilә toxunub.
2. Cümhurun qoyduğu
şərtlərin göz‐ardı edilməsi
Hәvәslәndirmә, çәkindirmә, qәlb mәnәviyyatı vә bu qә-
bil mövzularda “zәif” hәdislәrin rәvayәtinә icazә verәnlәrin
qoyduqları mәlum üç şәrt elmi müstәvidә, әfsuslar olsun ki,
gözlәnilmәyib. Zöhd vә qәlb mәnәviyyatı hәdislәri ilә mәşğul
olanların әksәriyyәti “zәif” hәdislәrlә olduqca “zәif” hәdislәr
arasında fәrq qoymur, “zәif” hәdislәrin Quran vә sәhih Sün-
1
Әhmәd Mәhәmmәd Şakir. әl-Bais әl-Hәsis Şәrh İxtisar Ülum әl-Hәdis. Bey-
rut: “Dar әl-Kütub әl-Elmiyyә” nәşriyyatı, sәh. 91-92.
108
nәnin doğruladığı dini hökmün tәsir dairәsinә girib-girmәdi-
yini dәqiqlәşdirmirlәr. Bundan qabaq da dediyim kimi, hәdsiz
“münkәr” olub uydurulması da zahirindәn bilinәn, qıcıqlan-
dırıcı, heyrәtlәndirici rәvayәtlәri xalqa danışmaq istәyi bәzәn
bu insanlara üstün gәlir.
3. “Zəif” hədislərin qəti
ifadələrlə rəvayəti yolverilməzdir
Alimlәr xәbәrdarlıq etmişlәr ki, “zәif” hәdislәri qәti şә-
kildә “Allahın rәsulu deyib ki; bildirib ki; buyurub ki...” – deyә
rәvayәt etmәk olmaz. İbn әs-Sәlah “Ülum әl-Hәdis” adlı kita-
bının 22-ci babında yazır:
“Әgәr “zәif” hәdislәri istinadsız rәvayәt etmәk istәsәn,
“Allahın rәsulu belә dedi; belә buyurdu...” vә digәr bu qәbil qә-
ti ifadәlәri işlәtmә. Әvәzindә belә de: “Allahın rәsulundan belә
rәvayәt olunub ki; ondan bizә gәlib çatıb ki; ondan bizә nәql
ediblәr ki; bәzilәri nәql edir ki...” vә sair.
Sәhihliyi vә ya “zәifliyindә” şübhә etdiyin hәdislәrdә dә
vәziyyәt bu cürdür. Bundan qabaq göstәrdiyimiz yolla sәhihliyi
sәnә mәlum olan hәdislәr barәsindә isә: “Allahın rәsulu belә
buyurub; bildirib”, – deyә bilәrsәn. Әn doğrusunu Allah bilir”
1
.
İbn әs-Sәlahın yuxarıda dediklәri ilә İmam Nәvәvi, İbn
Kәsir, İraqi, İbn Hәcәr vә hәdis istilahları haqda kitab yazan hәr
kәs razılaşmışdır.
Ancaq xәtiblәr, moizәçilәr vә “zәif” hәdis ravilәri bu xә-
bәrdarlığa mәhәl qoymayaraq bu cür hәdislәri: “Allahın rәsulu
belә buyurub”, – deyә nәql edirlәr.
1
Müqәddimә İbn әs-Sәlah vә Mәhasin әl-İstilah / çapa hazırlayan: Aişә Әb-
dürrәhman. “Heyәt әl-Misriyyә әl-Ammә lil-Kitab” nәşriyyatı, sәh. 217.
109
4. Səhih və “həsən”
hədislər kifayət qədərdir
Әgәr hәr hansı bir mövzu barәdә hәm sәhih vә “hәsәn”,
hәm dә “zәif” hәdis mövcuddursa, öhdәmizә düşәn şey birinci
növ hәdislәrlә kifayәtlәnmәyimizdir; hafizәlәrimizi “zәif” hә-
dislәrlә “yüklәmәyә” ehtiyac yoxdur. Çünki bu cür yüklәmәlәr
sәhih hәdislәrin yerini dar edәcәkdir.
Bәzi sәhabәlәrin belә dediyi rәvayәt olunub: “Bidәt çıxa-
ran elә bir qövm yoxdur ki, Sünnәdәn hәmin bidәtin misli qә-
dәr itirmәsin”. Tarix dә buna şahiddir.
Xәtib Bağdadi yazır ki, “әl-Kifayә fi Elm әr-Rivayә” adlı
kitabında İmam İbn Mehdi belә deyib:
“Heç kim özünü “zәif” hәdislәri yazmaqla mәşğul etmә-
sin. Çünki nә qәdәr çox “zәif” hәdis rәvayәt etsә, bir o qәdәr dә
mötәbәr hәdis rәvayәtindәn mәhrum qalacaqdır. Bu, әn azın-
dan belәdir”
1
.
Әgәr bir insanın әzbәrlәmә, xatırlama vә qavrama baca-
rığı mәhduddursa, – әslindә bu belәdir – onda o, bu bacarı-
ğından sәmәrәli istifadә etmәlidir. Elә isә şübhә yoxdur ki,
“zәif” hәdislәrdәnsә sәhih hәdislәrә diqqәt yetirmәk, imkanları,
enerjini onlara sәrf etmәk daha doğrudur.
5. Əməllərin nisbətini
pozmamaq lazımdır
Halal vә haramı müәyyәnlәşdirәn hökmlәri hәr nә qәdәr
ehtiva etmәsә dә, qәlb mәnәviyyatı ( rəqaiq), hәvәslәndirmә
1
әl-Xәtib әl-Bağdadi. әl-Kifayә fi Elm әr-Rivayә, Mәdinә: “әl-Mәktәbә әl-El-
miyyә” nәşriyyatı, sәh. 133.
110
( tərğib) vә çәkindirmә ( tərhib) hәdislәri hәm әhәmiyyәtlidir,
hәm dә tәhlükәli. Әvvәlki imamlar bu cәhәtә diqqәt yetirmә-
mişlәr. Bu, Şәriәt sahibinin ( Şare – Allah və ya Peyğəmbər) öh-
dәlik vә icbari әmәllәrdә müәyyәnlәşdirdiyi nisbәtin pozulma-
ğıdır. Belә ki, Şәriәt sahibinin nәzәrindә hәr bir icbari әmәlin –
әmr vә ya qadağanın öz “çәki”si, “qiymәt”i vardır. Elә isә bi-
zim Şәriәt sahibinin müәyyәnlәşdirdiyi hәddi aşmağımız doğru
deyil; onu nә azaltmalı, nә dә ki çoxaltmalıyıq.
Bәzi saleh әmәllәrin savabının şişirdilmәsi tәhlükәli şey-
dir. Belә әmәllәrә olduğundan artıq dәyәr verilir ki, nәticәdә di-
nin nәzәrindә daha savablı, daha üstün әmәllәr kölgәdә qalır.
Habelә, bәzi qadağalarda göstәrilmiş cәzalandırma vә
әzab o dәrәcәdә şişirdilir ki, bunun yanında daha pis әmәllәr,
şiddәtli qadağalar heç nә olur.
Savab vәd edәn, әzabla qorxudan әmәllәrdәki bu müba-
liğә vә şişirtmәlәr ziyalı vә maarifçi şәxslәrin dinә baxışında qa-
rışıqlığa sәbәb olub. Belә ki, onlar eşitdiklәri vә ya oxuduqları
bu qәbil şeylәri dinin ayağına yazırlar. Halbuki din belә şeylәr-
dәn çox uzaqdır!
Bu cür mübaliğәlәr, xüsusәn dә әzabla qorxutma mövzu-
lu әmәllәrdәki şişirtmәlәr әks nәticә vermiş, psixoloji problem-
lәr doğurmuşdur. Belә şişirtmәlәrin müәlliflәri insanları Allah-
dan uzaqlaşdırmış, onlarda rәblәrinә qarşı nifrәt oyatmış, onları
ilahi rәhmәtdәn mәhrum etmişlәr.
Bir dәvә valideynlәri şikayәt edirdilәr ki, on iki yaşında-
kı qızları tez-tez gecә yarısı yuxudan hövlnak oyanır, qorxu ke-
çirir. Sonradan mәlum olub ki, o, bir moizәçinin qәbir әzabı
haqda danışdığı şişirtmәlәrin yazıldığı kaseti dinlәyibmiş. Bu
cür hadisәlәr heç dә az deyil.
Elә isә әmәllәrin ifadә etdiyi savabı vә ya әzabı şişirt-
mәmәli, olduğu kimi göstәrmәliyik. Göstәrmәliyik ki, nә ifrata
varaq, nә dә laqeyd davranaq. Bu mәqamda Hәzrәti Әlinin (Al-
Dostları ilə paylaş: |