Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə32/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   28   29   30   31   32   33   34   35   ...   74

 111
lah ondan razı qalsın!) sözü yada düşür: “Mötәdil üslubunuz 
olsun! Belә üsluba ifratçı da üz tutar, xırdaçı da ondan yapışar”. 
 
6. Əməllərin fəziləti haqda “zəif”  
hədislərin rəvayəti bu hədislər əsasında  
hökmün çıxarılması demək deyildir 
 
 “Zәif” hәdislәrin mәlum şәrtlәr çәrçivәsindә rәvayәtinә 
bir sıra alimlәr icazә vermişlәr. Onların mәqsәdi doğruluğunu 
mötәbәr dәlillәrin tәsdiqlәdiyi әmәllәrә tәşviq etmәk, şәrliyi tu-
tarlı dәlillәrlә tәsdiqlәnmiş bәd işlәrdәn dә çәkindirmәk olmuş-
dur. Onlar “zәif” hәdislәri nәql etmәklә bir әmәlin yaxşı vә ya 
pis olduğunu isbatlamaq mәqsәdi güdmәmişlәr. Ancaq adi in-
sanların  әksәriyyәti, hәtta mühәddislәr belә,  şәrtlәri çәrçivә-
sindә “zәif” hәdislәrin rәvayәti ilә  hәmin hәdislәrin hәr hansı 
bir hökmü tәsis edib-etmәmәyi arasında fәrq qoya bilmәmişlәr.   
Bu sәbәbdәn görürük ki, şaban ayının on dördüncü gü-
nünün gecәsini bir çox müsәlman ölkәsindә xüsusi tәmtәraqla 
keçirirlәr; gecәni ibadәt edir, gündüzü dә oruc tuturlar
1
. Buna 
dәlil kimi dә  Hәzrәti  Әlidәn rәvayәt edilmiş  hәdis göstәrilir: 
“Şabanın on dördüncü gününün gecәsi gәldiyindә gecәni iba-
dәtlә keçirin, gündüzünü dә oruc tutun. Belә ki, Pak vә Uca Al-
lah hәmin gecә günәşin batması ilә dünya sәmasına enәr vә sәs-
lәnәr: “Bağışlayım deyә mәndәn bağışlanma dilәyәn varmı?..”
2

                                                 
1
 
Söhbәt Bәrat (yaxud da bәraәt) “qәndil”indәn gedir. Osmanlı xilafәtindә 
Sultan II Sәlimin hakimiyyәti dövründәn etibarәn minarәlәrdә  qәndil yan-
dırılması sәbәbindәn “qәndil” adlandırılıb. Bәraәt tәmizlәnmә demәkdir. Bu 
sәbәbdәn hәmin gecәyә bәraәt, yәni, “tәmizlәnmә” gecәsi adı verilmişdir – 
tərcüməçinin qeydi.  
2
 İbn Macә. Sünәn, hәdis № 1388. “Tәhzib әt-Tәhzib” kitabında İbn Hәcәrin 
bildirdiyi kimi, bu hәdisin istinadında adı çәkilәn Әbubәkr ibn Abdullah ibn 
Mәhәmmәd ibn әbu Sәbrәni İmam Әhmәd ibn Hәnbәl, İbn Hibban, Hakim 
vә İbn Әdiyy hәdis uydurmaqda tәqsirlәndirmişlәr.  


 112
Hәdisi  İbn Macә  rәvayәt edib, Münziri dә onun “zәif” oldu-
ğunu bildirib. “Zәvaid  İbn Macә” kitabında Busiri dә  hәdisi 
“zәif” adlandırıb.  
Habelә, bir sıra müsәlman ölkәlәrindә insanlar Aşura 
gününü xüsusi şәkildә qeyd edir, onu bayram sayır, qurban kә-
sir, yaxın qohumlarına baş çәkir, ehtiram vә sәxavәt göstәrirlәr. 
Onlar bütün bunları “zәif”, hәtta Şeyxülislam İbn Teymiyyәnin 
uydurma adlandırdığı bir hәdisә  әsaslanaraq edirlәr. Dillәrdә 
әzbәr olmuş  hәmin hәdisә  nәzәr salaq: “Aşura günündә yaxın 
qohum-әqrәbasına ehtiram vә  sәxavәt göstәrәnlәrә Allah tәala 
hәmin ilin qalanında bol ruzi bәxş edәr”. Münziri deyib: “Hә-
disi Beyhәqi vә digәrlәri bir qrup sәhabәdәn müxtәlif istinad-
larla rәvayәt etmişlәr”.  
Beyhәqiyә görә, “...bu istinadlar ayrı-ayrılıqda “zәif” 
olsa da, cәm halda mötәbәrdir (qüvvәtlidir). Әn doğrusunu Al-
lah bilir”. 
Ancaq bu görüş mübahisәlidir.  
İbn  әl-Cövzi,  Şeyxülislam  İbn Teymiyyә (“Minhac әs-
Sünnә” kitabında) vә başqaları yuxarıdakı hәdisi uydurma he-
sab etdiklәri halda İraqi vә digәr  şәxslәr onun müdafiәsinә 
qalxmış, “hәsәn li-qeyrih” olduğunu isbatlamağa cәhd göstәr-
mişlәr. Sonrakı dövr alimlәrinin çoxu hәmin hәdisin uydurma 
olduğunu bildirib. 
Düşünürәm ki, bu hәdisi Aşuranın hüzn vә matәm günü 
bilmәdә ifrata varmış  şiәlәrә cavab mәqsәdilә  bәzi cahil sün-
nilәr uydurub. Onlar hәmin günü bәzәnib tәmizlәnmәk, yaxın 
qohumlara sәxavәt göstәrmәk gününә çevirmişlәr. 
Qeyd edәk ki, müsәlmanların arasında yayğınlaşmış 
sәhv anlayışların, bidәtlәrin çoxu “zәif” hәdislәrdәn qaynaqla-
nır. Bu cür hәdislәr gerilik әsrlәrindә intişar tapmış, zehinlәrә 
hakim kәsilmişdir. “әl-Etisam” kitabında  İmam  Şatibi bildirir 
ki, fәhm vә davranışın әsasını tәşkil edәn Quranın göstәrişlәrini 


 113
vә sәhih hәdislәri bu cür “zәif” hәdislәr sıxışdırıb aradan çıxa-
rıb.  
Alimlәrin “Әmәllәrin fәzilәti, çәkindirmә  vә  hәvәslәn-
dirmә mövzulu “zәif” hәdislәrә  әmәl etmәk olar” – demәlә-
rinin nә  mәnaya gәlmәsi haqda Şeyxülislam  İbn Teymiyyә 
yazır: 
“Әmәllәrin fәzilәti mövzulu “zәif” hәdislәrә әmәl etmәk 
olar” – dediklәri zaman alimlәr dәlil sayılmayacaq “zәif” hәdisә 
әsasәn “müstәhәbliyin” müәyyәnlәşdirilmәsini nәzәrdә tutma-
yıblar. Çünki “müstәhәblik” dini dәlillә müәyyәnlәşәn  şәriәt 
hökmüdür.  Әgәr bir şәxs dini dәlilә  әsaslanmadan Allahın 
adından Onun hәr hansı bir әmәli sevdiyini xәbәr verәrsә, din-
dә özbaşına hökm çıxarmış olar. Bu zaman onun etdiyi iş istә-
diklәri şeyi vacib vә ya haram edәn kәslәrin әmәlinә bәnzәyir. 
Odur ki, alimlәr digәr hökmlәrdә olduğu kimi, “müstәhәblik” 
hökmündә  dә ixtilafa düşmüşlәr. Halbuki müstәhәblik dinin 
hüquqi әsaslarındandır.  
Әslindә, alimlәr bunu nәzәrdә tutublar: әgәr dini mәtn-
lәr vә “icma” әsasında Allaha xoş vә ağır gedәn әmәllәr (mәsә-
lәn, tilavәt, zikr – Allahı tәriflәyib şanını uca tutmaq, dua, sәdә-
qә, qul azad etmәk, insanlara yaxşılıq, yalana vә  xәyanәtә nif-
rәt...) müәyyәnlәşdirilәrsә, bu әmәllәr haqda bizә  gәlib çatmış 
“zәif” hәdislәrә  әmәl edә bilәrik.  Әgәr bәzi “müstәhәb”  әmәl-
lәrin fәzilәti vә savabı, bәzi әmәllәrin dә ifadә etdiyi şәr vә cәza 
haqqında, savab vә cәzanın növü, dәrәcәsi barәsindә hәr hansı 
bir hәdis rәvayәt olunmuşsa vә biz dә onun uydurma olub-
olmadığını bilmiriksә, bu hәdisin rәvayәti vә  tәtbiqi “caiz”dir. 
Axı, nәfs hәmin hәdisdәki savaba can atır, cәzalandırılmaq da 
istәmir. Bu, ticarәtin gәlir gәtirdiyini bilәn  şәxsin halına bәn-
zәyir; ona deyirlәr ki, ticarәt yaxşı gәlir gәtirәcәk; әgәr bu, doğ-
ru çıxarsa, faydalanar, yox çıxmazsa, ziyana da düşmәz.  
Yәhudi qissәlәrini (israiliyyat) vә röyaları  nәql etmәklә 
qorxu vә hәvәs aşılama, alimlәrin deyimlәri vә şahid olduqları 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə