Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə28/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   24   25   26   27   28   29   30   31   ...   74

 95
5. Sәxavinin “әl-Mәqasid  әl-Hәsәnә fima İştәhәr min әl-
Hәdis әlal-Әlsinә”
1
 adlı bu cür kitabları vardır.   
Belә sanballı kitablardan biri dә Әcluninin “Kәşf әl-Xәfa 
vә Müzil әl-Әlbas  әmma iştәhәr min әl-Hәdis  әla  Әlsinә  әn-
Nas” kitabıdır.  
İbn  әl-Cövzi, Süyuti, Qari, Şövkani, Lәknәvi,  İbn  Әrraq, 
Әlbani vә başqaları uydurma (mövzu) hәdislәrdәn bәhs edәn 
әhәmiyyәtli әsәrlәr qәlәmә almışlar.   
Qeyd edәk ki, tәsәvvüf, öyüd-nәsihәt vә  qәlb mәnәviy-
yatı kitablarında çoxlu uydurma hәdislәr var. Odur ki, oxucu 
bundan ehtiyat etmәlidir.  
Habelә, surәlәrin fәzilәtinә, peyğәmbәrlәr vә әmәlisaleh-
lәrin qissәlәrinә, nazil sәbәblәrinә aid hәdislәrin әksәriyyәti uy-
durmadır; bu cür hәdislәrә  әsasәn tәfsir kitablarında rast gәli-
rik.  
Yadıma gәlir, konfransların birindәki çıxışında bir tәdqi-
qatçı öz fikrini әsaslandırmaq üçün Sә`lәbә ibn Hatib qissәsini 
dәlil göstәrmişdi. Tәfsirçilәrә görә, bu qissә  aşağıdakı ayәlәrin 
nazil olma sәbәbidir: 
“(Münafiqlәrin) bәzisi dә Allahla belә  әhd etmişdir: 
“Әgәr Allah bizә Öz nemәtindәn (mal-dövlәt) bәxş etsә, biz 
mütlәq sәdәqә (hәmin malın zәkatını) verәcәk vә sözsüz ki, 
әmәlisalehlәrdәn olacağıq”. 
(Allah) Öz nemәtindәn onlara (istәdiklәrini) ehsan bu-
yurduqda xәsislik etdilәr vә (әhdә vәfa etmәyib itaәtdәn dә) üz 
döndәrdilәr. Onlar elә zatәn dönükdürlәr! 
(Allaha) verdiklәri vәdә xilaf çıxdıqlarına, yalan danış-
dıqlarına görә Allah da onların ürәyinә qarşılaşacaqları günә 
(qiyamәt gününә) qәdәr (davam edәcәk) nifaq saldı” (әt-Tövbә, 
75-77). 
                                                 
1
 Kitabı İmam Zәrqani ixtisar etmiş vә “Müxtәsәr” adlandırmışdır.  


 96
Hafiz ibn Hәcәr müfәssirlәrdәn Zәmәxşәrinin “Kәşşaf” 
tәfsirindәki hәdislәri saf-çürük edәrkәn bu qissәnin istinadının 
hәdsiz “zәif” olduğunu bildirib
1
.  
 
Əksər moizəçinin səhvi 
 
Bәla burasındadır ki, әksәr islam ölkәlәrindәki moizә-
çilәr, mәscid imamları “qaranlıqda odunla birlikdә ilan da top-
layırlar”. Onlara nә var hәdis sәhihdir ya yox, tәki hәdis xalqı 
riqqәtә  gәtirsin, insanları  tәsirlәndirsin;  İştirak etdiyim elә bir 
cümә xütbәsi, moizә dәrsi yoxdur ki, orada “zәif” vә ya “hәdsiz 
zәif”, ya da uydurma sayılan bir neçә hәdis eşitmәyim.  
Yadıma gәlir, deyәsәn, Peyğәmbәrin hәyatına hәsr edil-
miş bir xütbәni dinlәdiyim zaman eyni şeyin şahidi olmuşdum. 
Xütbәni söylәyәn  şәxs Peyğәmbәrin  şәxsiyyәtindәn, saf hәya-
tından,  әxlaqından danışırdı. Qeyd edim ki, Quranda vә  sәhih 
Sünnәdә bu mövzu ilә bağlı kifayәt qәdәr zәngin, mötәbәr mә-
lumat vardır. Ancaq xәtib nәdәnsә bir-iki sәhih vә ya “hәsәn” 
hәdislә kifayәtlәndi.  Әvәzindә isә xütbәsini başdan-ayağa uy-
durma, ya da alimlәrin dediyi kimi, “noxtasız-xaltasız” hәdis-
lәrlә “bәzәdi”. Mәsәlәn:  
- Allahın ilk yaratdığı şey Peyğәmbәrin nurudur
- Allah Peyğәmbәrin xәtrinә onun valideynlәrini dirilt-
miş, onlar da onun vasitәsilә islama gәlmişlәr; 
                                                 
1
 Çünki  qissәni  Әli ibn Yezid әl-Әlbani rәvayәt edib. İmam Buxari bu şәxs 
haqqında “Hәdislәri “münkәr”dir (zәifdir)” sözlәrini işlәdib. Hәmçinin, 
onun haqqında Nәsai “Mötәbәr ravi deyil”, Dariqutni dә “Qissәnin  әl-Qa-
sim әbu Әbdürrәhmana istinadәn rәvayәt edilmiş variantı da “zәif”dir (mət‐
ruk)” – deyib. İmam Әhmәd dә qeyd edir ki, Әli ibn Yezid, Әbu Әbdürrәh-
mandan qәribә  rәvayәtlәr nәql edib. İbn Hibban isә onun haqqında deyib: 
“Sәhabәlәrin adından problemli rәvayәtlәr nәql edib. Mötәbәr  şәxslәrin dә 
adından istinadları dәyişdirilmiş rәvayәtlәr (məqlubat) danışıb”.  


 97
- Kimә “Mәhәmmәd” adı qoyularsa, şәfaәt ona vacib sa-
yılar; 
Vә Peyğәmbәrin doğulduğu zaman baş vermiş xariqü-
ladә hadisәlәrә dair neçә-neçә uydurma hәdis... 
Hәmin xәtibdәn eşitdiyim  әn  әcaib hәdis isә bu idi: 
“Ümmәtimin alimlәri İsrailoğullarının peyğәmbәrlәri kimidir”. 
Bu, mәşhur uydurma hәdisdir, alimlәr onu “mәkzub” (uydur-
ma, yalan) adlandırmışlar.  
Qәribәdir ki, bu xәtib hәmin hәdisi aşağıdakı hekayәni 
danışmaqla әsaslandırmağa çalışırdı: 
“İmam  Әbu Hamid әl-Qәzali röyada (ya da ruhlar alә-
mindә) Musa peyğәmbәrlә rastlaşır. Musa peyğәmbәr soruşur: 
- Adın nәdir?  
- Mәhәmmәd ibn Mәhәmmәd ibn Mәhәmmәd әl-Qәzali 
әt-Tusi. 
- Sәndәn adını soruşdum, soyadını deyil! 
- Yaxşı, Allah sәndәn sağ  әlindә  nә var deyә soruşanda 
Ona bәs nә üçün belә cavab vermişdin: “O, mәnim  әsamdır. 
Ona söykәnir, onunla qoyunlarıma xәzәl silkәlәyirәm. O, başqa 
işlәrdә dә karıma gәlir!” 
Xәtib bu hekayәni danışdıqdan sonra dedi: “Bununla da 
Qәzali mübahisәdә Musa peyğәmbәrә qalib gәldi”.  
Göründüyü kimi, o, bu hekayәni danışmaqla yuxarıdakı 
uydurma hәdisi әsaslandırmağa çalışır.  
Belәliklә, sәhih vә “hәsәn” hәdis sәrmayәsinin  әvәzinә, 
qәribә hekayәtlәrdәn, röyalardan, yәhudi qissәlәrindәn (israi‐
liyyat) ibarәt kasad sәrmayә  tәdavülә buraxılır; iqtisadçıların 
dediyi kimi, çirkli pullar tәmiz pulları dövriyyәdәn sıxışdırıb 
çıxarır! 
Bu, köhnә  bәladır. Hәtta hәdis rәvayәtindә  hәdsiz diq-
qәtli olan bәzi mötәbәr alimlәr moizә (öyüd-nәsihәt) kitablarını 
qәlәmә alarkәn yumşaqlıq göstәrmişlәr. Mәsәlәn,  İmam  Әbu 
Fәrәc ibn әl-Cövzi “Zәmm әl-Hәva” kitabını yazarkәn “әl-Möv-


 98
zuat” vә  “әl-İlәl  әl-Mütәnahiyә fil-Әhadis  әl-Vahiyә” kitabları-
nın yazılması zamanı göstәrdiyi diqqәti  әsirgәyib.  
Tәnqidçi İmam Şәmsәddin әz-Zәhәbi dә “әl-Kәbair” adlı 
öyüd-nәsihәt kitabında yersiz yumşaqlıq göstәrib.  
Hәmçinin, Münziri (Allah rәhmәt etsin!) kifayәt qәdәr 
sәhih hәdis qala-qala “әt-Tәrğib vәt-Tәrhib” adlı kitabında xeyli 
“zәif”, uydurma hәdis toplayıb. Ancaq yaxşı ki, o, kitabına yaz-
dığı müqәddimәdә bu mәqama aydınlıq gәtirmәklә bizlәri xә-
bәrdar edib, bununla da özünü mәsuliyyәtdәn qurtarıb. Çox tә-
әssüf ki, xüsusәn dә dövrümüzün oxucuları bu müqәddimәdә 
deyilәnlәri diqqәtlә oxumur, mәsәlәdәn qafil qalırlar.  
Bütün bunları  nәzәrә alaraq, Münzirinin adı keçәn ki-
tabını araşdırdım, ondakı  sәhih vә “hәsәn” hәdislәri ayırd et-
dim. Kitaba xüsusi izahlar yazdım. “әl-Müntәqa min әt-Tәrğib 
vәt-Tәrhib” adlandırdığım bu kitab iki cilddә  әvvәlcә Qatarın 
“Sünnә vә Peyğәmbәrin hәyatı” Mәrkәzi tәrәfindәn çap edildi. 
Daha sonra kitabım üzәrindә bir qәdәr işlәdim, әlavәlәr etdim, 
qeydlәr apardım, tәkmillәşdirdim. Tәkmillәşdirilmiş bu kitab 
әvvәlcә Beyrutun “әl-Mәktәb әl-İslami” mәtbәәsindә, sonra isә 
Qahirәnin “әd-Dar  әl-İslamiyyә  vәt-Tövzi” nәşriyyatında çap 
olunub.   
 
Hədisləri səhv salan xətiblərin  
vəzifələrindən uzaqlaşdırılması haqda  
İbn Həcər əl‐Heysəminin fitvası 
 
Mәşhur  şafei fәqihi  Әllamә  İbn Hәcәr  әl-Heysәmi ravi-
lәrinin kimliyindәn söz açmayan, sәhih vә uydurma hәdislәri 
dolaşıq salan xәtiblәrin vәzifәdәn uzaqlaşdırılmasını öz dövrü-
nün hakimlәrindәn (liderlәrindәn) açıq  şәkildә  tәlәb etmişdi. 
Bununla da o, tәqdirәlayiq bir iş görmüşdü. Heysәmi fitvala-
rının birindә yazır:  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə