Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə26/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   22   23   24   25   26   27   28   29   ...   74

 88
O, bu kitabı “әl-Fәth әr-Rәbbani”, şәrhlәri isә “Büluğ әl-Әmani” 
adlandırmışdı. Hәmçinin, Şeyx Şakir, Hafiz İbn Kәsirin tәfsirin-
dәki hәdislәri xüsusi araşdırmaya cәlb etmişdir. “Ümdә әt-Tәf-
sir” adlandırılmış bu tәdqiqat әsәri beş cilddә çap olunub. An-
caq ömür Şeyx  Şakirә bu işi başa çatdırmaq imkanı vermә-
mişdir.  
- Elәcә dә Şeyx Şakir qardaşı – әdәbiyyatşünas, dilçi-alim 
Mahmud Mәhәmmәd Şakirlә birlikdә İmam Tәbәrinin tәfsirini 
araşdırmış, ondakı  hәdislәrin istinad vә  sәhihliklәrini yenidәn 
öyrәnәrәk on cildlik tәdqiqat işi әrsәyә gәtirmişdir. Böyük qar-
daşın vәfatından sonra kiçik qardaş Mahmud Şakirә növbәti iki 
cildi çıxarmaq müyәssәr olmuşdur. Ancaq bu cür böyük iş da-
yanmış, davam etdirilmәmişdir.  
-  Әbdürrәzzaq  әs-Sәnaninin “Müsәnnәf” kitabı Hindis-
tanlı hәdisşünas Şeyx Hәbibürrәhman әl-Әzәmi tәrәfindәn tәd-
qiq edilmiş, on bir cilddә çap olunmuşdur.   
-  İbn  әbu  Şeybәnin “Müsәnnәf” kitabı  Şeyx Muxtar әn-
Nәdvi tәrәfindәn araşdırılmış, Hindistandakı “Dar әs-Sәlәfiy-
yә” nәşriyyatında on beş cild halında çap olunmuşdur.  
- Xәtib Tәbrizinin “Mişkat  әl-Әnvar” kitabı  Şeyx  Әlbani 
tәrәfindәn araşdırılmış, ondakı hәdislәrin istinad vә sәhihliklәri 
yenidәn öyrәnilmişdir. Әlbani bu kitabı müxtәsәr formada nәşr 
etdirmişdir.  
- İmam Süyutinin “әl-Ca`me әş-Sәğir” kitabı Şeyx Әlbani 
tәrәfindәn tәdqiq edilmişdir. Әlbani bu kitabdakı hәdislәri saf-
çürük etmiş, sәhih hәdislәri “Sәhih әl-Came әs-Sәğir vә Ziyadә-
tuh” adlı ikicildlikdә toplamışdır. 
-  İbn  Әsirin “Came әl-Üsul” kitabı  Şeyx  Әbdülqadir  әl-
Әrnaut tәrәfindәn araşdırılmış, ondakı  hәdislәr saf-çürük edil-
mişdir.  
- Ayrıca tәdqiqata cәlb olunmasa da, Hafiz Nurәddin әl-
Heysәminin “Mәcmә  әz-Zәvaid” kitabı  nәşr edilib. Bu kitabın 
özünәmәxsusluğu ondadır ki, Heysәmi ondakı hәdislәrin sәhih 


 89
vә ya zәif olmağını bildirib. Bu kitabda İmam Әhmәdin, Bәzzar 
vә Әbu Yәlanın eyniadlı “Müsnәd” kitabları vә Tәbәraninin üç 
“Möcәm” lüğәtindәki hәdislәr cәm edilib. “Altı Kitab”da   (Kü‐
tubi‐Sittə) mövcud olmayan hәdislәrә bu kitabda rast gәlirik. 
Kaş, bu faydalı kitab araşdırılıb fehristi çıxarılaydı, ondakı  hә-
dislәr saf-çürük edilәydi.  
Onu da deyim ki, müasir tәdqiqatçıların araşdırdığı fay-
dalı kitabların vәziyyәti narahatlıq doğurur. Çünki onlar bu ki-
tabların hәcmini lüzumsuz şәrhlәrlә artırırlar. Hәmin kitablar 
hәr dәfә çap edilәndә bu lüzumsuz şәrhlәr dә tәkrarlanır.  
Bәzi kitablar dәfәlәrlә çap olunmağına baxmayaraq, hәlә 
dә araşdırılmayıb (Hakimin “Müstәdrәk”, Zәhәbinin “Tәlxis” 
kitabları vә sair).    
- İbn Qәyyimin “Zad әl-Mәad” kitabı Şeyx Şüeyb әl-Әr-
naut tәrәfindәn araşdırılmış, ondakı hәdislәr saf-çürük edilmiş, 
“Risalә” nәşriyyatında altı cilddә çap olunmuşdur.  
- Mübarәk vә faydalı çoxcildlik sayılan “Riyaz әs-Sali-
hin” külliyyatı Şeyx Әlbani vә Şeyx Şüeyb әl-Әrnaut tәrәfindәn 
araşdırılmış, oradakı  hәdislәrin istinad vә  sәhihliklәri tәdqiq 
edilmişdir.  
- İbn Hibbanın “Sәhih” kitabı Şeyx Şüeyb әl-Әrnaut tәrә-
findәn araşdırılmış, “әl-Ehsan fi Tәqrib Sәhih ibn Hibban” adı 
altında “Risalә” nәşriyyatında on altı cilddә nәşr edilmişdir.   
- Әn böyük işlәrdәn biri dә Şüeyb әl-Әrnautun beş alim 
yoldaşı ilә birlikdә İmam Әhmәdin “әl-Müsnәd” kitabını araş-
dırıb әlli iki cilddә çap etdirmәyidir. Bu ensiklopedik araşdırma 
Sәudiyyә  Әrәbistanı hökumәtinin maddi dәstәyi ilә “Risalә” 
nәşriyyatında çap olunub.  
İstifadәsi vacib vә faydalı hesab edilәn qәdim “tәxric” ki-
tabları da vardır. Mәsәlәn, Hafiz Zeynәddin әl-İraqi İmam Qә-
zalinin “Ehya Ülum әd-Din” kitabındakı  hәdislәri saf-çürük 
edәrәk mәşhur “әl-Müğni әn Hәml әl-Әsfar fi Tәxric ma fil-Eh-
ya min әl-Әxbar” kitabını  qәlәmә almışdır. Bu kitab “Ehya 


 90
Ülum әd-Din”in haşiyәlәrindә çap edilib. “Ehya Ülum әd-Din” 
kitabını oxuyan şәxs bu kitabsız (İraqinin kitabı nәzәrdә tutulur 
– mütərcim) keçinә bilmәz. Hәmin kitabla tanış olanlar görәcәk-
lәr ki, Qәzalinin “Ehya Ülum әd-Din”indә  nә  qәdәr dә çox ol-
duqca “zәif” vә uydurma hәdis vardır.  
Hәmçinin, Hafiz ibn Hәcәr  әl-Әsqәlani tәfsirçi-alim Zә-
mәxşәrinin “әl-Kәşşaf” tәfsirindәki hәdislәri saf-çürük edәrәk 
qiymәtli “tәxric” kitabı yazmışdır. Bu kitab tәfsirçilәrin istifadә 
etdiklәri, bir-birlәrindәn alıb-ötürdüklәri bir çox hәdislәr haqda 
faydalı mәlumat verir.  
Hafiz әl-Münzirinin (Allah rәhmәt etsin!) “әt-Tәrğib vәt-
Tәrhib” kitabı da kifayәt qәdәr mәşhurdur. Ancaq bu kitabın 
çatışmayan tәrәfi çoxlu “zәif” hәdislәri özündә ehtiva etmәyi-
dir. Ondakı hәdislәrin çoxu hәqiqәtәn dә olduqca “zәif”dir, bir 
hissәsi dә uydurmadır. Kitaba yazdığı müqәddimәdә Münziri 
özü dә bunu bildirib. Ancaq xәtib vә moizәçilәrin  әksәriyyәti 
Münzirinin hәmin müqәddimәsini oxumayıb. Oxusaydılar 
müәllifә xas terminlәrdәn agah olardılar. Mәn dә bu sәbәbdәn 
hәmin kitabı araşdırdım, ondakı  sәhih vә “hәsәn” hәdislәri 
ayırd etdim. Kitaba qaranlıq mәqamları aydınlaşdıran, mәqsәd-
lәri bәyan edәn, sualları cavablayan, şübhәlәri dәf edib sәhv an-
layışları düzәldәn izahlar yazdım. Vә kitabımı  “әl-Müntәqa 
min әt-Tәrğib vәt-Tәrhib” adlandırdım.  
Mәşhur hәdis toplularına yazılmış şәrh kitabları da var-
dır. Belә kitabların әn mәşhuru İbn Hәcәr әl-Әsqәlaninin “Fәth 
әl-Bari li şәrh Sәhih әl-Buxari” (Buxarinin “Sәhih hәdislәri top-
layan kitab”ının şәrhindә Allahın bәxş etdiyi fәth) kitabıdır. Bu 
kitabı  İmam  Şövkani tәriflәmiş  vә demişdir: “Fәthdәn sonra 
hicrәt yoxdur”
1
. Bununla yanaşı, bu kitab haqda istәr әvvәllәr, 
                                                 
1
 Burada İmam Şövkani Peyğәmbәrin “Mәkkәnin fәthindәn sonra hicrәt yox-
dur” hәdisinә istinadәn bir bәnzәtmәdәn istifadә edib. Yәni, bu şәrh kitabı 
olan yerdә başqa şәrh kitabına müraciәt etmәk lüzumsuzdur.  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə