Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə36/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   32   33   34   35   36   37   38   39   ...   74

 124
 
“Hər növbəti zaman 
əvvəlkindən daha pisdir” hədisi 
 
Misal üçün, әsrlәr boyu sәhv başa düşülmüş  vә bu sә-
bәbdәn praktik hәyatda ciddi xәtalara yol açan mәşhur bir hә-
disә toxunaq. Hәdisi  Әnәs ibn Malikә istinadәn  İmam Buxari 
rәvayәt edib.  
İmam Buxari rәvayәt edir ki, Zübeyr ibn Әdiyy belә de-
yib: “Әnәs ibn Malikin yanına gedәrәk, Hәccacın bizә qan ud-
durmağından şikayәtlәndik. Dedi: “Sәbirli olun! Bundan sonra 
yetişәcәyiniz hәr növbәti zaman siz ölüb rәbbinizә qovuşana-
dәk әvvәlkindәn daha pis olacaq. Mәn bunu peyğәmbәrinizdәn 
(Allahın xeyir-duası vә salamı ona olsun!) eşitmişәm”. 
1. Hədisin doğurduğu təhlükə. 
Bәzi insanlar bu hәdisi bәhanә  gәtirәrәk  әllәrini ağdan-
qaraya vurmur, (cәmiyyәti, fәrdlәri, şәraiti) islah edib dәyişdir-
mir, (pis şәraitdәn) xilas olmağa can atmırlar. Onların iddiasına 
görә, bu hәdis mütәmadi tәnәzzülә, işlәrin daima fırıq ol-
duğuna dәlalәt edir. Belә ki, pis әn pislә, әn pis dә ondan daha 
pisi ilә  әvәzlәnәcәk vә bu, o vaxtadәk davam edәcәk ki, Qiya-
mәt qopduğu zaman yer üzündә әn şәr insanlar qalacaq vә in-
sanlar da ölüb rәblәrinә qovuşacaqlar.  
Elәlәri dә var ki, bu hәdisi qәbul etmәkdә tәrәddüd gös-
tәrmiş, bәzilәri dә onu tәlәm-tәlәsik rәdd etmişlәr. Düşünmüş-
lәr ki, hәdis: 
a) ümidsizliyә vә әtalәtә; 
b) sapqın vә azğın rәhbәrlәrә qarşı çıxmamağa çağırır; 
v) üzәrindә hәyat vә kainatın bina edildiyi tәrәqqi ideya-
sına ziddir; 
q) müsәlmanların tarixi reallığı ilә üst-üstә düşmür; 


 125
ğ) zülm vә azğınlığın tüğyan etdiyi yer üzündә  әdalәti 
bәrqәrar edәcәk Mehdinin zühuru, Mәryәm oğlu  İsa Mәsihin 
yer üzünә enib islam dövlәti qurmaqla, dinini hakim qılmaqla 
Allahın kәlamını yüksәldәcәyi haqdakı  hәdislәrlә ziddiyyәt 
әmәlә gәtirir.  
2. Keçmiş dövr alimləri bu hədis barədə  
Demәyә haqqımız var ki, keçmişin alimlәri bu hәdisin 
mәnaca mütlәq olub-olmadığı mәsәlәsindә ilişib qalmışlar. On-
lar hәdisi mütlәq mәnada başa düşmüşlәr (yәni, hesab etmişlәr 
ki, hәr növbәti zaman mütlәq vә mütlәq әvvәlkindәn daha pis 
olmalıdır). Halbuki elә zamanlar var ki, әvvәlki zamanlardan 
daha yaxşı olub. Әlindәn hamının zara gәldiyi,  şikayәt etdiyi 
Hәccacın zamanından sonra Ömәr ibn Әbdülәzizin zamanı gәl-
mişdi, – bu, bir fakt olaraq kifayәtdir. Ömәr ibn Әbdülәzizin xә-
lifәlik illәri  әdalәtin, xeyirxahlığın vüsәt tapdığı illәrdir. Bu 
dövr әvvәlki dövrdәn pis deyildi vә hәtta deyә bilәrik ki, onun 
zamanında şәrin kökü tamamilә kәsilmişdi.   
a) Həsən əl‐Bəsrinin yozumu
İmam Hәsәn әl-Bәsri bu hәdisә ümumi mәna qazandırıb. 
Ondan soruşanda ki: “Bәs Ömәr ibn Әbdülәzizin zamanı Hәc-
cacın zamanından sonra gәlib axı!?” belә cavab vermişdi: “İn-
sanlara arada bir nәfәs dәrdirmәk lazımdır”. 
b) İbn Məsudun yozumu.  
Rәvayәt edilir ki, Abdullah ibn Mәsud belә deyib: “Bun-
dan sonra yetişәcәyiniz hәr növbәti zaman әvvәlkindәn daha 
pis olacaq. Mәn bununla bir әmirin digәr  әmirdәn, bir ilin dә 
digәrindәn daha xeyirli olduğunu nәzәrdә tutmuram. (Onu nә-
zәrdә tuturam ki,) alimlәriniz, fәqihlәriniz gedәcәk vә siz onla-
rın yerini tutacaq şәxslәr tapa bilmәyәcәksiniz. Onlardan sonra 
bir dәstә insan gәlәcәk vә şәxsi rәylәri ilә fitva verәcәklәr (Baş-
qa bir variantda isә deyilir: “İslamın binasını çatladıb yıxacaq-
lar”)”.  


 126
“Fәth  әl-Bari” kitabında Hafiz ibn Hәcәr,  İbn Mәsudun 
dediklәrini tәsdiqlәyәrәk yazır: “Bu, qәbul edilmәk baxımından 
daha uyğundur”.  
Ancaq bu cür yanaşma da problemi tamamilә hәll etmir. 
Çünki dini mәtnlәr göstәrir ki, bizә mәlum olmayan dövrlәrdә 
islamın bayrağı dalğalanacaq, şanı ucalacaqdır. Bu da olmazsa, 
dünyanın sonuna yaxın Mehdi vә  Mәsih tәrәfindәn  әdalәtin 
bәrqәrar edilәcәyi dövrә nә deyәk?!  
Tarix göstәrmişdir ki, İslam dünyasında әtalәt vә tәnәz-
zülü vaxtaşırı olaraq canlanma vә yenilәnmә әvәzlәyib. Elә tәk-
cә sәkkizinci әsrdәn (hicri tәqvimlә) sonra yetişmiş alim vә mü-
cәddidlәrin (yenilikçilәrin) adlarını sadalamağımız kifayәtdir. 
Belә ki, yeddinci әsrdә Bağdad  İslam xilafәtinin süqutu vә so-
sial-siyasi, elmi mühitin tәnәzzülündәn sonra tarix sәhnәsindә 
İmam  İbn Dәqiqüleyd,  Şeyxülislam  İbn Teymiyyә, tәlәbәsi  İbn 
әl-Qeyyim vә Şamdakı digәr tәlәbәlәri, İmam Әbu İshaq әş-Şa-
tibi (Әndәlüs),  İbn Xәldun (Mәğrib vә Misir) vә  “әd-Dürәr  әl-
Kaminә fi Әyan әl-Miә әs-Saminә” kitabında adlarını İbn Hәcә-
rin çәkdiyi neçә-neçә şәxsiyyәtlәr parladı. 
Sonrakı  әsrlәrdә  İbn Hәcәr vә Süyuti (Misir), İbn Vәzir 
(Yәmәn), Dәhlәvi (Hindistan), Şövkani vә Sәn`ani (Yәmәn), Mә-
hәmmәd ibn Әbdülvәhhab (Nәcd) vә digәr parlaq şәxsiyyәtlәr, 
mücәddid imamlar tarix sәhnәsinә qәdәm basdılar
1
.  
Bütün bunlardan çıxış edәn  İmam  İbn Hibban özünün 
“Sәhih” kitabında zülmün tüğyanından sonra yer üzündә әda-
lәti bәrqәrar edәcәk Mehdiyә aid hәdislәri dәlil gәtirәrәk Hәz-
rәti  Әnәsin rәvayәt etdiyi hәdisin ümumi mәna daşımadığını 
bildirmişdir
2

3. Bizim rəyimiz.  
                                                 
1
 Bu siyahını XIX әsrdә Rәşid Rza, Mәhәmmәd Әbdoh, XX әsrdә isә Hәsәn 
әl-Bәnna, Mәhәmmәd Qәzali, Yusif әl-Qәrdavi... kimi mücәddid alimlәrin 
adlarını qeyd etmәklә uzatmaq mümkündür – tərcüməçinin qeydi.   
2
 İbn Hәcәr. Fәth әl-Bari, cild XVI, Hәlәbi çapı, sәh. 228. 


 127
Fikrimizcә, sözügedәn hәdisi şәrh etmiş Hafiz İbn Hәcә-
rin görüşü daha doğrudur. İbn Hәcәr yazır: 
“Çox güman ki, hәdisdә  sәhabәlәrin yaşadığı dövrdәn 
söhbәt gedir. Çünki hәdis onlara ünvanlanıb. Demәli, hökm 
yalnız onlarla mәhdudlaşır. Sәhabәlәrdәn sonra yaşayanlar 
haqda hәdisdә heç nә danışılmır. Buna rәğmәn, hәmin sәhabә 
(Әnәs ibn Malik nәzәrdә tutulur) hәdisi ümumi mәnada başa 
düşmüşdü. Odur ki, Hәccacdan ona şikayәtә gәlәnlәrә – hamı-
sı, yaxud da әksәriyyәti tabein nәslindәn idi – sәbri tövsiyә et-
mişdi”
1

İbn Mәsudun dediklәrini dә bu cür yozmaq mümkün-
dür. Yәni, onun dediklәri xitab etdiyi sәhabә vә tabeinlәrin za-
manına aiddir. Axı,  İbn Mәsud Osman ibn Әffanın xәlifәliyi 
dövründә vәfat edib. 
“Bu hәdisdә zülm qarşısında susmağa, müstәbid vә ye-
kәxanaların  әmәllәrinә  sәbir göstәrmәyә,  şәrә  vә fitnә-fәsada 
baş  әymәyә, azğın vә qudurğanlara qarşı  çıxmamağa çağırış 
vardır” – deyәnlәrin iddialarına belә cavab verә bilәrik:  
Birinci. Hәdisin mәtnindә “Sәbirli olun!” – deyәn  Әnә-
sin özüdür. Hәdisdәki bu söz Peyğәmbәrә gedib çıxmır.  Әnәs 
İbn Malik öz şәxsi rәyini bildirib. Elә isә Peyğәmbәrdәn qeyri 
şәxsin sözünә әmәl etmәk dә olar, etmәmәk dә! 
İkinci. Hәzrәti  Әnәs onlara zülmә, fәsada baş  әymәyi 
deyil, sәbir göstәrmәyi tövsiyә edib. Sәbir vә mütilik arasında 
böyük fәrq var. Belә ki, küfrә baş әymәk küfrdür, şәrә itaәt dә 
şәrdir. İnsan adәtәn nadir hallarda sәbirli olmağı bacarır. Çünki 
nifrәt etdiyi, lәğvinә çalışdığı  şәr bir әmәl qarşısında sәbirli 
davranmaq az hallarda ona müyәssәr olur.   
Üçüncü. Kimin ki zülmә, zorbalığa qarşı  çıxmaq gücü 
yoxdur, sәbirli vә  tәmkinli olmalıdır. Bununla yanaşı, hazırlı-
ğını görmәli, sәbәblәri nәzәrә almalı, bu işdә özü ilә  hәmfikir 
                                                 
1
 Yenә orada.  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə