Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə33/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   29   30   31   32   33   34   35   36   ...   74

 114
hadisәlәr... – bütün bunlara әsaslanaraq dini hökm çıxarmaq, 
bir  әmәlin “müstәhәb” olub-olmadığını müәyyәnlәşdirmәk 
“caiz” deyil. Ancaq bu sadalananlardan çәkindirmәk, hәvәslәn-
dirmәk, ümidlәndirmәk, qorxutmaq mәqsәdilә istifadә etmәk 
olar.   
Uydurma olub-olmadığı bizә qaranlıq qalan bir rәvayәt-
dә göstәrilmiş faydalı vә ya zәrәrli әmәl (xeyir vә şәr) dini dәlil-
lәrlә tәsdiqlәnәrsә, hәmin rәvayәti nәql etmәkdә fayda var, qә-
bahәt yoxdur. Bu tәqdirdә hәmin rәvayәtin doğru olub-olmağı 
әhәmiyyәtli deyil!  
Puç vә uydurma olduğu mәlum olan rәvayәtlәrә gәlincә, 
onlardan istifadә “caiz” deyildir. Çünki yalan heç bir xeyir 
gәtirmәz. Yox, әgәr rәvayәtin sәhihliyi tәsdiqlәnәrsә, ona әsa-
sәn hökm çıxarmaq doğru işdir. Habelә,  әgәr rәvayәtin hәm  
doğru, hәm dә puç olmaq ehtimalı varsa, doğru çıxa bilәcәyi vә 
yalan çıxdığı  tәqdirdә  dә heç bir zәrәr vermәyәcәyi sәbәbi ilә 
onu danışmaq olar. İmam  Әhmәd bu haqda deyib: “...Hәvәs-
lәndirmә  vә  çәkindirmә mövzulu hәdislәri rәvayәt etdiyimiz 
zaman istinadların dәqiqlәşdirilmәsindә yumşaqlıq göstәrir-
dik”. Yәni, hәmin hәdislәrin ravilәri mötәbәr şәxslәr sayılmasa 
da, onlardan dәlil gәtirilmәsә dә, biz bu hәdislәri istinadları ilә 
rәvayәt edirdik.  
“Әmәllәrin fәzilәti mövzulu “zәif” hәdislәrә әmәl etmәk 
olar” – deyәnlәri bu cür başa düşmәliyik: Quran oxuma vә zikr 
kimi xeyir әmәllәrdә, çәkinmәyimiz lazım gәlәn şәr işlәrdә hә-
min hәdislәrә әmәl edә bilәrik.  
Әgәr  әmәllәrin fәzilәtinә dair “zәif” hәdislәr konkret 
miqdar, ölçü, hәdd ifadә edirsә (mәsәlәn, müәyyәn vaxtda, 
müәyyәn formada, müәyyәn oxunuşla namaz qılmaq), onlara 
әmәl etmәk “caiz” deyil. Çünki hәmin  әmәllәrin hәdisdә gös-
tәrilmiş formada icrasının “müstәhәb” olduğu dini dәlillә  tәs-
diqlәnmәyib. Ancaq rәvayәt olunsa ki: “Bazara daxil olan kәs 


 115
“Lә ilәhә illәl-lah...” – deyәrsә, ona filan qәdәr savab yazılar”
1

bu başqa mәsәlә! Çünki qafillәr arasında Allahı xatırlamaq ba-
xımından bazarda Onu zikr etmәk “müstәhәb”dir. Mәşhur hә-
dislәrin birindә deyilir: “Qafillәr arasında Allahı xatırlayan şәxs 
qurumuş ağaclar arasındakı yaşıl ağaca bәnzәyir”
2
.  
Hәdisdә göstәrilmiş savabın dәrәcәsinә, miqdarına gә-
lincә, onun dinә görә  tәsdiqlәnib-tәsdiqlәnmәmәyinin heç bir 
zәrәri yoxdur.  
Bir sözlә, hәvәslәndirmә  vә  çәkindirmә mövzulu “zәif” 
hәdislәrin rәvayәti vә tәtbiqi mümkündür. Ancaq bu növ hәdis-
lәr bir әmәlin “müstәhәb” olub-olmadığını müәyyәnlәşdirmir. 
Hәmin hәdislәrdәki savab vә ya cәzanın dәrәcәsi vә miqdarının 
sәhihliyi isә bu haqda dini dәlillәrin olub-olmamağından ası-
lıdır”.
3
 
Alimlәrin bu mәsәlәdә qoymuş olduqları şәrtlәrә baxma-
yaraq, “zәif” hәdislәrә әsaslanaraq savab vә ya cәzanın miqda-
rını, dәrәcәsini müәyyәnlәşdirәn “qәhrәmanlar” heç dә az de-
yil.   
 
 
 
 
 
                                                 
1
 Bununla da İmam İbn Teymiyyә demәk istәyir ki, istinadlarının çoxluğuna 
rәğmәn, bu hәdis “zәif”dir.  Әlbani isә  İbn Teymiyyәnin “әl-Kәlim  әt-Tәy-
yib” kitabındakı  hәdislәri saf-çürük etdiyi zaman hәmin hәdisi “hәsәn” 
adlandırıb. 
2
 Bu,  İbn Ömәrә istinadәn  Әbu Nüeymin rәvayәt etdiyi hәdisin bir his-
sәsidir. “Feyz әl-Qәdir” kitabında (cild III, sәh. 559) deyilir ki, İraqi bu hәdisi 
“zәif” sayıb.  İbn Teymiyyәnin yuxarıda dediklәri isә göstәrir ki, hәdisin 
istinadı “güclü”dür.  
3
 Şeyxülislam  İbn Teymiyyә. Mәcmu  әl-Fәtava, cild XVIII, Riyad çapı, sәh. 
65-68. 


 116
 
7. “Zəif” hədisləri rəvayət  
etmənin iki mükəmməl şərti 
  
Hәvәslәndirmә vә çәkindirmә mövzulu “zәif” hәdislәrin 
rәvayәt edilmәsindә “cümhur”un müәyyәnlәşdirdiyi mәlum üç 
şәrtlә yanaşı, “Dәvәtçi nәlәri bilmәlidir?” adlı kitabımda göstәr-
diyim digәr iki şәrtdәn dә danışmaq yerinә düşәrdi.  
Birinci.  “Zəif”  hədis  ağla,  dinə,  linqvistik  qaydalara 
zidd şişirtmələrdən, mübaliğələrdən uzaq olmalıdır.   
“Zәif” hәdislәr ağla, dinә, dilçilik qaydalarına zidd şi-
şirtmә  mәzmunu daşımamalı, “fantastik” qorxutma üsulların-
dan uzaq olmalıdır. Hәtta hәdis alimlәri bildirmişlәr ki, ravi vә 
rәvayәtdәki  xüsusi  hallar  hәdisin uydurma olduğundan xәbәr 
verir. Mәsәlәn:    
- Hәdisin uydurma olmağı ondan bilinir ki, o, bütövlük-
dә vә yozulmayacaq dәrәcәdә ağla zidd mәzmun daşıyır. Hәm-
çinin, hisslәrә, müşahidәyә  әks mәzmunda olmağı da hәdisin 
uydurulduğundan xәbәr verir;   
- Hәdis Qurandakı  qәti anlayışlara, “mütәvatir” Sün-
nәyә, doğru-dürüst  İcmaya tamamilә  әksdirsә, demәli uydur-
madır. Bu әksliyi aradan qaldırmaq mümkündürsә, başqa mә-
sәlә;  
-  Әgәr çoxlarının yanında deyilmiş bir hәdisi onlardan 
yalnız bir nәfәr rәvayәt etmişsә, bu da hәdisin uydurulduğunu 
göstәrir. Çünki belә hәdisi hәmin çoxluqdan nә üçün yalnız bir 
nәfәrin rәvayәt etmәsi sual doğurur;    
- Kiçik günah üçün şiddәtli  әzabın verilmәsindәn, adi 
әmәl üçün dә böyük savabın yazılmasından danışan hәdislәr 
dә uydurmadır. Belә  hәdislәri  әsasәn qissә müәlliflәri rәvayәt 
etmişlәr.   


 117
Tәәssüflәr olsun ki, mühәddislәrin bir çoxu hәvәslәndir-
mә, çәkindirmә vә bu qәbil mövzularda hәdis rәvayәt edәrkәn 
yuxarıdakı qaydaları gözlәmәyib. Bәlkә  dә yaşadıqları dövr 
onlara üzrxahlıq qazandırır. Ancaq indiki әsrin rasionallığı belә 
mübaliğәlәri, şişirtmәlәri qәbul vә hәzm edә bilmir. Bu cür hә-
dislәrә görә din çox saylı ittihamlara tuş gәlir.   
Elә  hәdislәr dә var ki, dilçilik qaydalarına ziddir. Belә 
hәdislәrin çoxunu qissә müәlliflәri rәvayәt etmişlәr. Mәsәlәn, 
Dәrrac  әbu  әs-Sәmh ayәlәrdәki bәzi sözlәrin mәnasını yanlış 
izah edәnlәrdәn biridir. Bu sözlәrin konkret müstәqim mәnası 
olsa da, hәmin şәxs qәribә yozumlardan istifadә edib. Nәticәdә 
hәmin sözlәr müstәqim mәnalarından uzaqlaşdırılmış  vә özgә 
mәzmun kәsb etmişdir.   
Mәsәlәn,  Әbu Sәid  әl-Xudri vә  Әbu Heysәmә istinadәn 
Dәrrac aşağıdakı  hәdisi rәvayәt edib: “Veyl” cәhәnnәmdә bir 
vadidir. Kafir insan onun dibinә çatanadәk qırx il yol gedәr”. 
Hәdisin digәr variantını  İmam  Әhmәd vә Tirmizi rәvayәt et-
mişlәr. Ancaq Tirmizi qırx il yerinә “yetmiş il” sözünü işlәdib. 
Halbuki “veyl” islamdan qabaq da, sonra da “cәhәnnәmә düş-
mәk” mәnasında işlәdilәn modal sözdür.   
Eyni hala “Onlardan sonra namazı  tәrk edib şәhvәtә 
uyan bir nәsil gәldi. Onlar da öz әmәllәrinin (ğəyyən) cәzasını 
çәkәcәklәr” – ayәsindәki
1
 “әl-ğәyy” sözünün tәfsirinә dair İbn 
Mәsuda (Allah ondan razı qalsın!) istinadәn Tәbәrani vә Bey-
hәqinin söylәdiklәrindә rast gәlirik. Dәrrac ayәdәki bu sözü 
“cәhәnnәmdә bir vadi”, başqa bir rәvayәtә görә isә “cәhәn-
nәmdә bir çay” – deyә izah edib. Halbuki “әl-ğәyy” sözünün 
konkret mәnası vardır. O, “...Artıq doğruluq azğınlıqdan ayırd 
edildi...” ayәsindәn
2
 dә göründüyü kimi, “rüşd” (doğruluq) sö-
zünün antonimidir.   
                                                 
1
 “Mәryәm” surәsi, 59-cu ayә. 
2
 “әl-Bәqәrә” surәsi, 256-cı ayә. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə