143
- “Hәr bir peyğәmbәrin (istәk) duası vardır. Mәn isә,
inşallah ki, ümmәtimә qiyamәt günü şәfaәt olsun deyә, duamı
etmәyib saxlamışam”
2
;
- “Hәr bir peyğәmbәr bir istәk dilәyib (vә ya Allaha ça-
ğırış edib). Dilәyib, dilәyi dә qәbul olunub. Mәn isә dua etmi-
şәm ki, Qiyamәt günü ümmәtimә şәfaәtim nәsib olsun”
3
;
- “Peyğәmbәrlәr, mәlәk vә möminlәr şәfaәt edәrlәr. Cab-
bar Allah: “İndi isә növbә mәnim şәfaәtimindir”, – deyә buyu-
rar vә cәhәnnәmdәn bir ovuc götürәr, oradan bir dәstә yanmış
insan çıxarar. Daha sonra onlar cәnnәtin qarşısında “hәyat su-
yu” adlı çaya buraxılarlar...”
4
;
- “Hәr bir peyğәmbәrin mәqbul qılınmış (istәk) duası
vardır. Vә hәr bir peyğәmbәr dә duasını edib. Mәn isә ümmә-
timә qiyamәt günü şәfaәt olsun deyә, duamı etmәyib saxlamı-
şam. Vә hәmin şәfaәtә, inşallah, Allaha şәrik qoşmadan vәfat
etmiş hәr bir şәxs nail olacaqdır”
5
.
Mötәzililәr isә “vәid”i (axirәt cәzasını) “vә`d”dәn (axirәt
mükafatından), әdalәti rәhmәtdәn, әqli nәqldәn üstün bildiklәri
üçün qәti surәtdә sәhih, mәnası da açıq-aşkar olan hәdislәri
rәdd etmişlәr.
Onlar bildirirdilәr ki, bu hәdislәr şәfaәtçilәrin şәfaәtini
tәkzib edәn Quran ayәlәrinә ziddir.
Quranı oxuyan şәxs görәr ki, bu müqәddәs kitab әrәb
müşriklәri vә digәr dinlәrin saxtakar mәnsublarının “şirk şәfa-
1
Hәdisi Әbu Hüreyrәyә istinadәn İmam Buxari rәvayәt edib. Bax: Came әs-
Sәhih, hәdis № 967.
2
Әbu Hüreyrәyә istinadәn rәvayәt olunmuş bu hәdisin mötәbәrliyi
yekdilliklә qәbul edilib. Hәmçinin, bax: әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 121.
3
Әnәs ibn Malikә istinadәn rәvayәt olunmuş bu hәdisin mötәbәrliyi yek-
dilliklә qәbul edilib. Hәmçinin, bax: әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 122.
4
Әbu Sәidә istinadәn rәvayәt olunmuş bu hәdisin mötәbәrliyi yekdilliklә
qәbul edilib. Hәmçinin, bax: әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 115.
5
Hәdisi Әbu Hüreyrәyә istinadәn Müslim, Tirmizi vә İbn Macә rәvayәt
etmişlәr. Bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, hәdis № 5176.
144
әti” anlayışını rәdd edir. Çünki müşriklәr iddia edirdilәr ki,
tapındıqları bütlәr Allahın dәrgahında onlara şәfaәtçi olacaq,
cәhәnnәm әzabını onlardan uzaqlaşdıracaqdır. Quranda bu ba-
rәdә oxuyuruq:
“Onlar Allahı qoyub özlәrinә nә bir xeyir, nә dә bir zәrәr
verә bilәn bütlәrә ibadәt edir vә: “Bunlar Allah yanında bizdәn
ötrü şәfaәt edәnlәrdir!” – deyirlәr...” (Yunis, 18).
Qurani-Kәrim bu saxta şәfaәti inkar edәrәk bildirir ki,
tapınanlarına hәmin ilahların, bütlәrin Qiyamәtdә heç bir fay-
dası toxunmayacaqdır. Allah bu haqda buyurur:
- “Yoxsa onlar (müşriklәr) Allahdan qeyrilәrini (bütlәri)
şәfaәtçi etdilәr? (Ya Peyğәmbәr!) De: “Onlar heç bir şeyә malik
olmadıqları vә heç bir şey qanmadıqları halda (şәfaәtmi edәcәk-
lәr)?!”
De: “Bütün şәfaәt yalnız Allaha mәxsusdur. Göylәrin vә
yerin hökmü Onun әlindәdir. Sonra siz (qiyamәt günü) Onun
hüzuruna qaytarılacaqsınız!” (әz-Zumәr, 43-44);
- “(Müşriklәr qiyamәt günü) onlar üçün şәfaәt dilәsinlәr
(yaxud Allahın әzabını onlardan dәf etsinlәr) deyә, Allahdan
başqa tanrılar qәbul etdilәr.
Xeyr, (qiyamәt günü tanrıları) onların ibadәtini danacaq
vә onlara düşmәn olacaqlar” (Mәryәm, 81-82).
Bәli, Qurana görә, bu puç ilahların, bütlәrin heç bir şә-
faәti yoxdur, müşriklәr dә şәfaәtdәn mәhrum qalacaqlar:
“...(O gün) zalımların nә bir dostu, nә dә sözü keçәn bir
şәfaәtçisi olar!” (әl-Mumin, 18).
Quran çox vaxt şirki – zülm, müşriklәri dә zalımlar ad-
landırır. Hәqiqәtәn dә, şirk böyük zülmdür!
Qurana görә, şәfaәt iki şәrtlә mümkündür:
Birinci. Allah izn vermәzsә, heç kәs şәfaәt edә bilmәz.
Yәni, şәfaәtçi kәs Allahın iznindәn sonra şәfaәt edә bilәr. Çünki
kim olursa-olsun, heç kәs Allaha nәyisә vacib etdirә bilmәz:
145
“...Allahın izni olmadan (qiyamәtdә) Onun yanında (hü-
zurunda) kim şәfaәt (bu vә ya digәr şәxsin günahlarının bağış-
lanmasını xahiş) edә bilәr? ...” (әl-Bәqәrә, 255).
İkinci. Şәfaәt tövhid әhli üçün edilmәlidir. Uca Allah
mәlәklәr haqqında buyurur:
“...Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kәs-
lәrdәn ötrü şәfaәt edә bilәrlәr...” (әl-Әnbiya, 28).
Hәmçinin, rәbbimiz Qiyamәt günündә yalançıları belә
tәsvir edir:
“Şәfaәt edәnlәrin şәfaәti onlara fayda vermәz!” (әl-Müd-
dәssir, 48).
Sonuncu ayәdәn mәlum olur ki, şәfaәtçi kәslәr mövcud-
dur vә onların şәfaәti mömin ikәn ölәnlәrә fayda verәcәkdir.
Demәli, Quranda şәfaәt bütövlükdә rәdd edilmir. Rәdd
edilәn şey müşrik vә saxtakarların şәfaәt anlayışıdır. O şәfaәt
ki, insanlar ona arxayın olaraq yer üzündә fitnә-fәsad çıxarmış-
lar. Zalım hökmdar vә qәddar hakimlәr kimi onlar da cәhәn-
nәmlik günahlar işlәmiş vә arxayın olmuşlar ki, şәfaәtçilәri vә
vasitәçilәri axirәtdә onları әzabdan qurtaracaqdır.
Tәәssüf ki, dövrümüzün bәzi müsәlman müәlliflәri mö-
tәzililәrin getdiyi yolla gedir, o dünyada şәfaәt anlayışını rәdd
edirlәr. İddia edirlәr ki, şәfaәt bu dünyadakı dostbazlıq vә ara-
çılığın bir növüdür. Şәfaәtlә bağlı, bir qismini dә yuxarıda gös-
tәrdiyimiz sәhih vә mәnası açıq-aşkar hәdislәrә “Qurana zid-
dir” iddiası әsasında laqeyd nәzәrlәrlә baxırlar.
Bu iddialara cavab olaraq “Nәql vә ağla görә axirәtdә şә-
faәt” adlı risalә qәlәmә almışıq
1
. Risalәmizdә göstәrmişik ki, qi-
yamәt günün şәfaәtçilәrin işi ümumi imtahanlardakı “Güzәşt”
komitәlәrinin işinә oxşayır. Belә ki, әdalәt meyarlarını necә var-
sa tәlәbәyә tәtbiq etsәk, müvәffәqiyyәt qazana bilmәz. Ancaq
müvәffәqiyyәtә yaxınlığını vә bu qәbil “yüngüllәşdirici” hal-
1
Bu risalә Qahirәdәki “Dar Nәhzәt Misir” nәşriyyatında çap olunub.
Dostları ilə paylaş: |