146
ları nәzәrә alıb tәlәbәyә güzәşt (mәrhәmәt) etsәk, müvәffәqiy-
yәt qazanar.
147
Bir mövzu ilə bağlı bütün
hədislərin öyrənilməsi
Sünnәni doğru başa düşmәk istәyiriksә, bu vә ya digәr
mövzunu onunla bağlı bütün hәdislәr әsasında nәzәrdәn ke-
çirmәliyik. Yәni, bir mövzuya aid bütün sәhih hәdislәri cәm et-
mәli, öyrәnmәliyik. Bu hәdislәrin “mütәşabeh”i (mәnası aydın
olmayan) “möhkәm”i (mәzmunca qәti, mәnaca aydın), “müt-
lәq”i (ümumi mәnalı) dә “müqәyyәd”i (konkret mәnalı) әsa-
sında nәzәrdәn keçirilmәlidir. Ümumi mәzmun daşıyan hәdis-
lәr dә konkret mәzmuna malik hәdislәrlә izah olunmalıdır. Bu-
nunla da hәdislәrin ümumi mәzmunu aydınlaşar, bir-birinә
zidd fikirlәr ortaya çıxmaz.
Madam ki, Sünnә Quranı izah vә bәyan edir – ondakı
bütövü hissәlәrә ayırır, qapalı mәnaları aydınladır, ümumu xü-
susilәşdirir, çәrçivәyә salır, onda vacibin vacibidir ki, bu qayda-
lar eyni mövzuda deyilmiş müxtәlif hәdislәrә dә şamil edilsin.
“Paltarın ətəyinin (və ya şalvarın balağının)
uzadılması (isbal)” hədisi
Paltarın әtәyinin (vә ya şalvarın balağının) uzadılması vә
buna laqeydlik göstәrәnlәrә şiddәtli cәzanın verilәcәyi haqda
deyilmiş hәdislәrә toxunaq. Bu hәdislәrә әsaslanan bir çox emo-
sional gәnclәr paltarlarının әtәyini (vә ya şalvarlarının balağını)
qısaltmayanlara yağı kәsilirlәr. Hәmin gәnclәr o dәrәcәdә ifrata
varıblar ki, az qala paltarın әtәyinin qısaldılmasını ( isbal) isla-
mın ayinlәrindәn, böyük fәrz әmәllәrindәn saysınlar. Görsәlәr
ki, bir alim vә ya dәvәtçi paltarının әtәyini qısaltmayıb, ona giz-
li vә aşkar şәkildә “yarımçıq dindar” damğası vurarlar.
148
Әgәr bu gәnclәr adi mәişәt mәsәlәlәrinә şәriәtin mәqsәd-
lәrindәki kompleks yanaşmanı nәzәrә alıb paltarın әtәyinin qı-
saldılması ilә bağlı bütün hәdislәri bir-bir tәhlil edib müqayisә
aparsaydılar, bu hәdislәrin hәqiqi mәnasını başa düşәr, ifrat-
çılıqdan uzaqlaşar, hәddi aşmazdılar; bununla da, Allahın sәr-
bәst qıldığı işlәrdә insanlara “normativlәr” qoymazdılar.
Әbu Zәrә (Allah ondan razı qalsın!) istinadәn İmam
Müslim rәvayәt edir ki, Allahın rәsulu (Ona Allahın xeyir-duası
vә salamı olsun!) deyib: “Allah Qiyamәt günü üç qәbil insanla
danışmayacaq: ancaq başa çaxmaq üçün verәn vә başa çaxan-
larla; yalan andlarla mallarını tez satmağa çalışanlarla; paltarı-
nın әtәyini uzadanlarla”
1
.
Bu hәdisin digәr variantında Әbu Zәrә istinadәn oxu-
yuruq ki, (bir dәfә) Allahın rәsulu (Ona Allahın xeyir-duası vә
salamı olsun!) (sәhabәlәrinә): “Qiyamәt günü Allah üç qәbil in-
sanla danışmaz, onlara nәzәr salmaz, onları tәmizә çıxarmaz.
Onlar üçün şiddәtli әzab vardır”, – deyәrәk sәslәndi vә dedik-
lәrini üç dәfә tәkrarladı. Әbu Zәr soruşdu: “Onlar ki rәzil vә
rüsvay oldular, ey Allahın rәsulu. Bәs kimlәrdir onlar?” Pey-
ğәmbәr cavab verdi: “Paltarının әtәyini uzadanlar, verdiyini
tez-tez başa çaxanlar, yalan andla mallarını satanlar”
2
.
“Paltarının ətəyini uzadanlar” dedikdə kimlər nəzərdə
tutulur?
Bu hәdislәrdә paltarının әtәyini uzadan şәxs dedikdә
kim nәzәrdә tutulur? Görәsәn, heç bir lovğalığa, tәkәbbür vә
xudbinliyә yol vermәdәn, öz xalqının adәtinә uyğun olaraq pal-
tarının әtәyini uzadan şәxsdәnmi söhbәt gedir?
Buxarinin “Came әs-Sәhih”indә Әbu Hüreyrәyә istina-
dәn rәvayәt edilmiş aşağıdakı hәdis dә yuxarıdakı hәdis qәbi-
lindәndir:
1
Müslim. Came әs-Sәhih. “İman” fәsli.
2
Yenә orada.
149
“Paltarın topuqdan aşağıya uzanan hissәsi cәhәnnәm-
likdir”
1
.
Nәsai isә bu hәdisi aşağıdakı variantla rәvayәt edib:
“Paltarın topuqdan aşağı hissәsi cәhәnnәmlikdir”
2
.
Bu, o demәkdir ki, uzun paltar geyinmiş şәxsin ayağının
topuqdan aşağı hissәsi cәhәnnәmlikdir. Yәni, paltar sözü to-
puqdan aşağı nahiyәnin tәşbehidir”
3
.
Qeyd edәk ki, kim bu mövzuya aid bütün hәdislәri oxu-
yarsa, ona İmam Nәvәvi, İbn Hәcәr vә başqalarının mövqeyi
aydın olar: hәdisdәki ümumilәşdirmә ondakı “tәkәbbür” şә-
rtindәn asılıdır. Tәkәbbür isә cәzalandırmanı, şübhәsiz, zәruri
edәn xüsusiyyәtdir
4
.
Buxarinin “Came әs-Sәhih” kitabında sözügedәn hәdis-
lәrә dair oxuyuruq:
Kitabının “Yekәxanalıq etmәdәn paltarının әtәyini yerlә
sürüyәn şәxs” bölümündә Abdullah ibn Ömәrә istinadәn İmam
Buxari rәvayәt edir ki, (bir dәfә) Peyğәmbәr (Ona Allahın xeyir-
duası vә salamı olsun!) (sәhabәlәrinә) sәslәndi: “Paltarının әtә-
yini tәkәbbürlә sürüyәn şәxsә Allah qiyamәt günü nәzәr sal-
maz.” (Bu zaman orada olan) Hәzrәti Әbubәkr dillәndi: “Ey Al-
lahın rәsulu, paltarımın әtәyi yerlә sürünsә dә, mәn onu tez-tez
yuxarıya qaldırıram. (Buna münasibәtin nәdir?)” Peyğәmbәr
(Ona Allahın xeyir-duası vә salamı olsun!) dedi: “Sәn ki bunu
tәkәbbürlә edәnlәrdәn deyilsәn!”
5
1
Buxari. Came әs-Sәhih. “Libas” fәsli, “Paltarın topuq aşağı hissәsi cәhәn-
nәmlikdir” bölümü, hәdis № 5787.
2
Nәsai. “Bәzәnmә” fәsli, “Paltarın topuqdan aşağı hissәsi” bölümü, cild
VIII, sәh. 207.
3
İbn Hәcәr әl-Әsqәlani. Fәth әl-Bari. Cild X, “Dar әl-Fikr” nәşriyyatı, sәh.
257.
4
Yenә orada.
5
Buxari. Came әs-Sәhih. “Yekәxanalıq etmәdәn paltarının әtәyini yerlә sürü-
yәn şәxs” bölümü, sәh. 254, hәdis № 5784.
Dostları ilə paylaş: |