Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə42/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   38   39   40   41   42   43   44   45   ...   74

 146
ları  nәzәrә alıb tәlәbәyә güzәşt (mәrhәmәt) etsәk, müvәffәqiy-
yәt qazanar. 
 
 
 


 147
 
Bir mövzu ilə bağlı bütün  
hədislərin öyrənilməsi 
 
Sünnәni doğru başa düşmәk istәyiriksә, bu vә ya digәr 
mövzunu onunla bağlı bütün hәdislәr  әsasında nәzәrdәn ke-
çirmәliyik. Yәni, bir mövzuya aid bütün sәhih hәdislәri cәm et-
mәli, öyrәnmәliyik. Bu hәdislәrin “mütәşabeh”i (mәnası aydın 
olmayan) “möhkәm”i (mәzmunca qәti, mәnaca aydın), “müt-
lәq”i (ümumi mәnalı) dә “müqәyyәd”i (konkret mәnalı)  әsa-
sında nәzәrdәn keçirilmәlidir. Ümumi mәzmun daşıyan hәdis-
lәr dә konkret mәzmuna malik hәdislәrlә izah olunmalıdır. Bu-
nunla da hәdislәrin ümumi mәzmunu aydınlaşar, bir-birinә 
zidd fikirlәr ortaya çıxmaz.   
Madam ki, Sünnә Quranı izah vә  bәyan edir – ondakı 
bütövü hissәlәrә ayırır, qapalı mәnaları aydınladır, ümumu xü-
susilәşdirir, çәrçivәyә salır, onda vacibin vacibidir ki, bu qayda-
lar eyni mövzuda deyilmiş müxtәlif hәdislәrә dә şamil edilsin. 
 
“Paltarın ətəyinin (və ya şalvarın balağının) 
uzadılması (isbal)” hədisi 
 
Paltarın әtәyinin (vә ya şalvarın balağının) uzadılması vә 
buna laqeydlik göstәrәnlәrә  şiddәtli cәzanın verilәcәyi haqda 
deyilmiş hәdislәrә toxunaq. Bu hәdislәrә әsaslanan bir çox emo-
sional gәnclәr paltarlarının әtәyini (vә ya şalvarlarının balağını) 
qısaltmayanlara yağı kәsilirlәr. Hәmin gәnclәr o dәrәcәdә ifrata 
varıblar ki, az qala paltarın  әtәyinin qısaldılmasını  (isbal) isla-
mın ayinlәrindәn, böyük fәrz  әmәllәrindәn saysınlar. Görsәlәr 
ki, bir alim vә ya dәvәtçi paltarının әtәyini qısaltmayıb, ona giz-
li vә aşkar şәkildә “yarımçıq dindar” damğası vurarlar.  


 148
Әgәr bu gәnclәr adi mәişәt mәsәlәlәrinә şәriәtin mәqsәd-
lәrindәki kompleks yanaşmanı nәzәrә alıb paltarın әtәyinin qı-
saldılması ilә bağlı bütün hәdislәri bir-bir tәhlil edib müqayisә 
aparsaydılar, bu hәdislәrin hәqiqi mәnasını başa düşәr, ifrat-
çılıqdan uzaqlaşar, hәddi aşmazdılar; bununla da, Allahın sәr-
bәst qıldığı işlәrdә insanlara “normativlәr” qoymazdılar.  
Әbu Zәrә (Allah ondan razı qalsın!) istinadәn  İmam 
Müslim rәvayәt edir ki, Allahın rәsulu (Ona Allahın xeyir-duası 
vә salamı olsun!) deyib: “Allah Qiyamәt günü üç qәbil insanla 
danışmayacaq: ancaq başa çaxmaq üçün verәn vә başa çaxan-
larla; yalan andlarla mallarını tez satmağa çalışanlarla; paltarı-
nın әtәyini uzadanlarla”
1

Bu hәdisin digәr variantında  Әbu Zәrә istinadәn oxu-
yuruq ki, (bir dәfә) Allahın rәsulu (Ona Allahın xeyir-duası vә 
salamı olsun!) (sәhabәlәrinә): “Qiyamәt günü Allah üç qәbil in-
sanla danışmaz, onlara nәzәr salmaz, onları  tәmizә  çıxarmaz. 
Onlar üçün şiddәtli әzab vardır”, – deyәrәk sәslәndi vә dedik-
lәrini üç dәfә  tәkrarladı.  Әbu Zәr soruşdu: “Onlar ki rәzil vә 
rüsvay oldular, ey Allahın rәsulu. Bәs kimlәrdir onlar?” Pey-
ğәmbәr cavab verdi: “Paltarının  әtәyini uzadanlar, verdiyini 
tez-tez başa çaxanlar, yalan andla mallarını satanlar”
2
.  
“Paltarının  ətəyini  uzadanlar”  dedikdə  kimlər  nəzərdə 
tutulur? 
Bu hәdislәrdә paltarının  әtәyini uzadan şәxs dedikdә 
kim nәzәrdә tutulur? Görәsәn, heç bir lovğalığa, tәkәbbür vә 
xudbinliyә yol vermәdәn, öz xalqının adәtinә uyğun olaraq pal-
tarının әtәyini uzadan şәxsdәnmi söhbәt gedir? 
Buxarinin “Came әs-Sәhih”indә  Әbu Hüreyrәyә istina-
dәn rәvayәt edilmiş  aşağıdakı  hәdis dә yuxarıdakı  hәdis qәbi-
lindәndir: 
                                                 
1
 Müslim. Came әs-Sәhih. “İman” fәsli.  
2
 Yenә orada. 


 149
“Paltarın topuqdan aşağıya uzanan hissәsi cәhәnnәm-
likdir”
1
.  
Nәsai isә bu hәdisi aşağıdakı variantla rәvayәt edib:  
“Paltarın topuqdan aşağı hissәsi cәhәnnәmlikdir”
2
.  
Bu, o demәkdir ki, uzun paltar geyinmiş şәxsin ayağının 
topuqdan aşağı hissәsi cәhәnnәmlikdir. Yәni, paltar sözü to-
puqdan aşağı nahiyәnin tәşbehidir”
3

Qeyd edәk ki, kim bu mövzuya aid bütün hәdislәri oxu-
yarsa, ona İmam Nәvәvi,  İbn Hәcәr vә başqalarının mövqeyi 
aydın olar: hәdisdәki ümumilәşdirmә ondakı “tәkәbbür”  şә-
rtindәn asılıdır. Tәkәbbür isә  cәzalandırmanı,  şübhәsiz, zәruri 
edәn xüsusiyyәtdir
4

Buxarinin “Came әs-Sәhih” kitabında sözügedәn hәdis-
lәrә dair oxuyuruq: 
Kitabının “Yekәxanalıq etmәdәn paltarının  әtәyini yerlә 
sürüyәn şәxs” bölümündә Abdullah ibn Ömәrә istinadәn İmam 
Buxari rәvayәt edir ki, (bir dәfә) Peyğәmbәr (Ona Allahın xeyir-
duası vә salamı olsun!) (sәhabәlәrinә) sәslәndi: “Paltarının әtә-
yini tәkәbbürlә sürüyәn  şәxsә Allah qiyamәt günü nәzәr sal-
maz.” (Bu zaman orada olan) Hәzrәti Әbubәkr dillәndi: “Ey Al-
lahın rәsulu, paltarımın әtәyi yerlә sürünsә dә, mәn onu tez-tez 
yuxarıya qaldırıram. (Buna münasibәtin nәdir?)” Peyğәmbәr 
(Ona Allahın xeyir-duası  vә salamı olsun!) dedi: “Sәn ki bunu 
tәkәbbürlә edәnlәrdәn deyilsәn!”
5
 
                                                 
1
 Buxari.  Came  әs-Sәhih. “Libas” fәsli, “Paltarın topuq aşağı hissәsi cәhәn-
nәmlikdir” bölümü, hәdis № 5787. 
2
 Nәsai. “Bәzәnmә” fәsli, “Paltarın topuqdan aşağı hissәsi” bölümü, cild 
VIII, sәh. 207. 
3
 İbn Hәcәr  әl-Әsqәlani. Fәth  әl-Bari. Cild X, “Dar әl-Fikr” nәşriyyatı, sәh. 
257.  
4
 Yenә orada. 
5
 Buxari. Came әs-Sәhih. “Yekәxanalıq etmәdәn paltarının әtәyini yerlә sürü-
yәn şәxs” bölümü, sәh. 254, hәdis № 5784. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə