Sünnəyə münasibətimiz necə olmalıdır?


“Qadınlarla məsləhətləşin



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə38/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   34   35   36   37   38   39   40   41   ...   74

 133
 
“Qadınlarla məsləhətləşin, 
amma dediklərini etməyin” hədisi 
 
Qadınlar haqda “Onlarla mәslәhәtlәşin, amma dediklә-
rini etmәyin” hәdisi yalan vә uydurmadır. Çünki bu hәdis vali-
deynlәr vә onların südәmәr uşaqları haqqında nazil olmuş ayә-
yә ziddir: 
“Әgәr ata vә ana öz aralarında mәslәhәtlәşib, uşağı (iki 
ildәn tez) süddәn kәsmәk qәrarına gәlsәlәr, ikisinә  dә heç bir 
günah olmaz” (әl-Bәqәrә, 233). 
 
Ən doğru görüş Quranla  
üst‐üstə düşən görüşdür 
 
Sünnәdәn (hәdislәrdәn) hökm çıxardıqları zaman fәqih 
vә şәrhçilәr ixtilafa varmışlar. Bu ixtilaflı görüşlәrin әn doğrusu 
Quranla üst-üstә düşәn görüşdür. 
Misal üçün aşağıdakı ayәyә nәzәr salaq: 
“Yer üzünә sәrilmiş vә sәrilmәmiş bağ-bağatı (bostanları 
vә bağları), dadları müxtәlif xurmanı  vә taxılı, bir-birinә  hәm 
bәnzәyәn, hәm dә bәnzәmәyәn zeytunu vә narı yaradan Odur. 
(Onların hәr biri) bar verdiyi zaman barından yeyin, yığım gü-
nü haqqını (zәkatını, sәdәqәsini) ödәyin...” (әl-Әnam, 141).  
Mәkkәdә nazil olmuş bu ayә Yer üzündә yetişәn hәr bir 
şeydә haqq müәyyәnlәşdirmiş, verilmәsini әmr etmişdir. Daha 
sonra Quran vә Sünnә ayәdә ümumi şәkildә göstәrilmiş bu 
haqqın “zәkat” adı altında tәfsilatını vermişdir.  
Buna rәğmәn, görürük ki, bәzi fәqihlәr zәkatı ya normal 
mühitdә әrzaq kimi yeyilәn, ya da qurudulması, çәkilib tәdarük 
edilmәsi mümkün olan, Allahın yerdә bitirdiyi dörd növ dәnli 
bitki vә meyvә ilә mәhdudlaşdırmışlar. Belәliklә, onlar sahiblә-


 134
rinә milyonlar qazandıran digәr növ meyvә vә tәrәvәzi, qәhvә 
vә çay plantasiyalarını, alma vә manqo bağlarını, pambıq vә şә-
kәr qamışı tarlalarını... verilmәsi vacib haqq dairәsindәn çıxar-
mışlar. Hәtta Asiya ölkәlәrinin birinә ziyarәtim zamanı eşitmiş-
dim ki, kommunistlәr “İslam fiqhi zәkat öhdәliyini qarğıdalı, 
buğda, arpa vә düyü becәrәn kiçik әkinçilәrә (bәlkә  dә onlar 
әkib becәrdiklәri torpaqların heç sahibi dә deyillәr, icarәyә gö-
türәnlәrdir) yüklәyir, hindqozu, çay vә kauçuk plantasiyala-
rının sahiblәrini isә bundan azad edir” – deyә islamı ittiham 
edirmişlәr.  
Bu mәqamda biz dövrünün böyük maliki fәqihi  İmam 
Әbubәkr ibn әl-Әrәbinin dediklәrini tәqdirlә xatırlamaq istә-
yirik. “Ehkam әl-Quran” kitabında İbn әl-Әrәbi yuxarıdakı ayә-
ni tәfsir etmiş, zәkatı çıxarılması vacib olan vә olmayan bitkilәr 
haqda üç mәzhәbin – malikiliyin, şafeilik vә hәnbәliliyin möv-
qeyini açıqlamışdır. Bunlardan biri dә  onun  öz  mәzhәbinin – 
malikiliyin görüşüdür. Ancaq Әbubәkr ibn әl-Әrәbi insaflı  vә 
obyektiv fәqihdir. Odur ki, bu üç mәzhәbin görüşünü tutarlı 
saymamış vә yazmışdı: “Әbu Hәnifәyә gәlincә, o, bu ayәni özü-
nә güzgü etmiş, haqqı görә bilmişdir. Nәticәdә әrzaq növündәn 
olsun-olmasın, bütün növ yeyilәn mәhsullardan zәkat çıxar-
mağı vacib saymışdır. Peyğәmbәr dә (Ona Allahın xeyir-duası 
vә salamı olsun!) bunu ümumi mәzmunlu “Sәmanın suladığı 
hәr bir mәhsula üşr (onda bir vergisi) düşür” hәdisindә açıq-
lamışdır. 
İmam  Әhmәdә görә isә  zәkat bol bar gәtirәn meyvә  vә 
bitkilәrә düşür. Bu zaman o, Peyğәmbәrin “Beş  vәsqdәn (647 
kq) az mәhsula zәkat düşmür” hәdisini dәlil gәtirir. Amma bu 
görüş tutarlı deyil. Çünki hәdisin zahiri mәnası göstәrir ki, zә-
katın verilmәsini zәruri edәn miqdar (nisab) dәnli bitkilәr vә 
meyvәlәr üçün nәzәrdә tutulub. Elә isә zәkatın bunların qeyri-
sinә aid olmamağı görüşü әsassızdır.   


 135
Zәkatı  әrzaq qәbilindәn qidalarla mәhdudlaşdıran  şa-
feilәrin görüşünә  gәlincә, bu, әsassız fikirdir. “Qiyas” fәslindә 
dә bildirdiyimiz kimi, fikir müәyyәn әslә әsaslanmırsa, heç bir 
hökm ifadә etmir.  
Hәm dә Allah qida bitkilәri vә meyvәlәrdәki nemәtini 
bizlәrә xatırladır. Daha sonra isә onların hamısına, yaxud da: a) 
üzüm vә xurmada olduğu kimi fәsilәsi; b) әkindә olduğu kimi 
növü fәrqli olanlara; v) qaranlıqda nemәtlәrdәn lazımınca fay-
dalanması üçün görmәni tәmin edәn işıqlandırma vasitәlәrinә 
(bitkilәrdәki yağ, ağaclardakı yağ vә sair) zәkatı vacib bilir... 
Әgәr irad tutulsa ki, axı, Peyğәmbәrin Mәdinә  vә Xey-
bәrdәki tәrәvәzlәrdәn zәkat almağı haqda bizә hәr hansı bir hә-
dis gәlib çatmayıb, deyәrik: alimlәrimiz dә  mәhz buna әsas-
lanıblar. Mәsәlәnin mahiyyәti budur ki, әlaqәdar dәlilin olma-
mağı onlara öz fikirlәrini yeritmәk üçün әsas vermir.   
Şayәd әgәr “Bu haqda bir şey olsaydı, mütlәq bizә gәlib 
çatardı” – deyә etiraz edilәrsә, belә deyәrik: “Bunun bizә gәlib 
çatmağına ehtiyac yoxdur. Quran bizә bәs edәr!”
1
  
Peyğәmbәrdәn rәvayәt olunmuş “Gör-göyәrtiyә  zәkat 
düşmür” hәdisinә  gәlincә, istinadı  zәifdir. Bu cür hәdislәrlә 
ayәlәrin vә mәşhur hәdislәrin ümumi mәzmununu nәinki kon-
kretlәşdirmәk, heç onları dәlil göstәrmәk belә olmaz.  
Qeyd edәk ki, bu hәdisi İmam Tirmizi rәvayәt edib. An-
caq o da bildirib ki: “...hәdisin istinadı sәhih deyil. Bu mәsәlәdә 
Peyğәmbәrdәn heç bir sәhih hәdis gәlib çatmayıb”
2

                                                 
1
 Әbubәkr ibn әl-Әrәbi. Ehkam әl-Quran, cild II. “İsa  әl-Hәlәbi” çapı, sәh. 
749-752. 
2
 Bax: Tirmizi. Sünәn, “Zәkat” fәsli, “Gör-göyәrti zәkatı haqda varid olanlar” 
bölümü; Sәhih әt-Tirmizi bi Şәrh ibn әl-Әrәbi, cild III, sәh. 132-133. 


 136
 
“Qız uşağını diri‐diri basdıran qadın da,  
basdırılan qız da cəhənnəmlikdir” hədisi 
 
Hәr hansı bir hәdisin Quranın “möhkәm” ayәlәrinә zidd 
olduğunu görsәk vә münasib yozum variantı tapa bilmәsәk, hә-
min hәdis  әsasında hökm çıxarmamalıyıq (vә ya hәdis barәdә 
son sözü söylәmәyә tәlәsmәmәliyik). Misal üçün götürәk, Әbu 
Davud vә qeyrilәrinin rәvayәt etdiyi “Qız uşağını diri-diri bas-
dıran qadın da, basdırılan qız da cәhәnnәmlikdir” hәdisini
1

Mәn  şәxsәn bu hәdis haqda әvvәlcә heç bir konkret fikrә  gәlә 
bilmәdim. Amma hәdisi oxuduğum zaman çox sıxıldım vә öz-
özümә: “Yәqin ki, “zәif” hәdisdir. Bu işin  әhli dә bilir ki, “Sü-
nәn” kitabında Әbu Davudun rәvayәt etdiyi heç dә hәr şey sә-
hih deyil”, – deyә düşündüm. Ancaq hәdisin sәhih olduğunu 
deyәn müәlliflәr dә vardı. Mәsәlәn, “Sәhih  әl-Came  әs-Sәğir” 
vә “Sәhih Әbu Davud” adlı kitablarında Şeyx Әlbani bunu id-
dia edib.  
Hәmçinin, buna oxşar belә bir hәdis var: “Qız uşağını di-
ri-diri basdıran qadın da, basdırılan qız da cәhәnnәmlikdir. An-
caq hәmin qadın islam dövrünü görüb müsәlman olarsa, bu, 
başqa mәsәlә!”
2
 Yәni, qadının cәhәnnәmdәn qurtulma imkanı 
olsa da, qızın heç şansı yoxdur! 
Mәn dә  sәhabәlәr kimi bu mәqamda soruşmaq istәyi-
rәm. O sәhabәlәr ki, Peyğәmbәrdәn “İki müsәlman qılınclarını 
çәkib qarşı-qarşıya gәldiklәri zaman öldürәn dә, öldürülәn dә 
cәhәnnәmlikdir” hәdisini eşitdiklәrindә soruşmuşdular: “Öldü-
                                                 
1
 Hәdisi  İbn Mәsuda istinadәn  Әbu Davud (Sünәn, 4717); әl-Hüseym ibn 
Küleybә istinadәn İbn Hibban vә Tәbәrani rәvayәt etmişlәr. Heysәmi yazır: 
“Hәdisin ravilәri Buxarinin “Came әs-Sәhih” kitabındakı ravilәrdir”. Bax: 
Feyz әl-Qәdir, cild VI, sәh. 371. 
2
 Hәdisi Sәlәmә ibn Yezid әl-Cöfiyә istinadәn  İmam  Әhmәd vә  Nәsai 
rәvayәt etmişlәr. Hәmçinin, bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir.   


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə