Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə46/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   42   43   44   45   46   47   48   49   ...   74

 160
dәn xoşlanıb cihadı  tәrk etsәniz, Allah sizә  zәlilliyi müsәllәt 
edәr vә dininizә dönәnәdәk bu zәlilliyi üzәrinizdәn götürmәz”
1
.  
Demәli, hәdis dinin әmrlәrinә laqeydlik göstәrib dünyә-
vi vәzifәlәrә etinasız yanaşdığı üçün ümmәtә müsәllәt edilәn 
zәlilliyin sәbәblәrini bizә başa salır.   
Hәmçinin, “üynә” üsullu alış-veriş göstәrir ki, ümmәt 
Allahın haram qıldığı  vә  әzabla müjdәlәdiyi  şeydә laqeydlik 
göstәrib. Bu – faizdir. Allah bildirir ki, faizlә  mәşğul olan şәxs 
Ona vә peyğәmbәrinә savaş açmışdır. Yәni, ümmәt zahirәn ha-
lal görünәn,  әslindә isә haram olan üsulla faiz yeyir, hiylә  iş-
lәyir.  
Habelә, heyvandarlıq mәşğuliyyәti,  әkin-biçindәn xoş-
lanma,  әkinçilik vә xüsusi işlәrә birdәfәlik bağlanma – bütün 
bunlar hәrbi sahәlәr dә daxil olmaqla müxtәlif sәnәtlәrә müna-
sibәtdә bivecliyi göstәrir
2
.  
Cihadın tәrk edilmәsinә  gәlincә, bu – yuxarıda göstә-
rilәnlәrin mәntiqi nәticәsidir. Mәhz bu üzdәn dinә sahib çıxana-
dәk zәlillik ümmәtin nәsibi olur. 
Nәticә etibarı ilә deyә bilәrik ki, müsәlman bir mövzuya 
aid bütün hәdislәri öyrәnmәdәn hәmin mövzu haqda hökm 
çıxarmamalıdır. Bütün hәdislәri nәzәrdәn keçirdiyimiz zaman 
görәcәyik ki, hәmin hәdislәrin bәzisi mövzunun lehinә, bәzisi 
dә  әleyhinәdir, bәzi hәdislәr isә mövzudakı bütöv mәzmunu 
hissәlәrә ayırır, ondakı qapalı mәnaları aydınladır, ümumi fikri  
xüsusilәşdirir, çәrçivәyә salır. Bu qaydaya riayәt etsәk, bizdә 
hәmin mövzu haqda hәrtәrәfli, bütöv tәsәvvür yaranacaq vә 
biz natamam baxışlardan azad olacağıq.  İnsanı  xәtaya salan 
mәhz natamam tәsәvvür, baxış deyilmi?! 
                                                 
1
 Әlbani bu hәdisin bütün istinadlarını sәhih hesab edib (Bax: Әlbani. әs-Sә-
hihә, 11). Hәmçinin, “Almağını göstәriş verәn  şәxsin ajiotaj alış-verişi” ki-
tabımızda bu mәsәlәyә toxunmuşuq.   
2
 İbn Hәcәr. Fәth әl-Bari, cild V, sәh. 402. 


 161
 
Zahirən bir‐birinə zidd  
hədislərin uyğunlaşdırılması  
və münasib variantın seçilməsi 
 
 
Bilmәliyik ki, sәhih dini mәtnlәr arasında heç bir әkslik 
mövcud deyil. Çünki haqq haqqa zidd olmaz. Әgәr sәhih dini 
mәtnlәr arasında ziddiyyәtin olduğu iddia edilsә, onda, bu zid-
diyyәt zahirәn olub mәzmunda deyildir. Yәni, iddia edilәn zid-
diyyәt, әslindә yoxdur. Boynumuza düşәn dә belә “ziddiyyәt”i 
aradan qaldırmaqdır.  
Әgәr ziddiyyәti iki dini mәtni doğru formada bir-birinә 
uyğunlaşdırmaqla aradan qaldırmaq vә eyni zamanda hәr iki 
dini mәtni tәtbiq etmәk mümkündürsә, onda bu, “tәrcih”dәn 
daha doğrudur. Çünki tәrcih (üstünlük vermә) – dini mәtnlәr-
dәn birini kәnara qoyub digәrini ondan üstün bilmәkdir. 
 
Əvvəlcə uyğunlaşdırmaq (cəm`),  
sonra seçmək (tərcih) lazımdır 
 
Sünnәni lazımınca başa düşmәk üçün zahirәn ziddiyyәt-
li görünәn sәhih hәdislәri birinә uyğunlaşdırmaq, hәr birini la-
yiq olduğu “qovluğa qoymaq” lazımdır. Lazımdır ki, bir-birlә-
rini tamamlasınlar.  
Qeyd edim ki, söhbәt sәhih hәdislәrdәn gedir. Bu qayda 
“zәif” hәdislәrә şamil deyil. Sәhih hәdis “zәif” hәdisә zidd olar-
sa, onların bir-birә uyğunlaşdırılmasına ehtiyac yoxdur. Ancaq 


 162
“zәif” hәdisi bir anlığa sәhihmiş kimi göstәrmәk lazım gәlәrsә, 
bu – başqa mәsәlә
1
.  
Bu sәbәbdәn tәdqiqatçı alimlәr kor da olsa, qadının ki-
şiyә baxmasını haram qılan “Sizdәmi korsunuz?!” hәdisini 
(Ümmi-Sәlәmәyә istinadәn  Әbu Davud vә Tirmizi rәvayәt 
edib) möminlәrin anası Hәzrәti Aişә vә Fatimә bint Qeysin nәql 
etdiyi digәr bir hәdisә  әsaslanaraq rәdd etmişlәr. Halbuki hәr 
iki hәdis dә “Sәhih” kitabındadır.   
Ümmi-Sәlәmә  rәvayәt edir ki: “Peyğәmbәrin (Ona Al-
lahın xeyir-duası  vә salamı olsun!) yanına getmişdim. (Digәr 
hәyat yoldaşı) Meymunә  dә yanında idi. Bu zaman Ümmi-
Mәktum gәldi. Hәmin vaxt hicab geymәmiz artıq  әmr olun-
muşdu. Peyğәmbәr bizә dedi: “Örtünün.” Ona dedik: “Ey Al-
lahın rәsulu, o ki kordur, bizi nә görür, nә  dә tanıyır.” Pey-
ğәmbәr bildirdi: “Sizdәmi korsunuz, onu görmürsünüzmü?!”  
Hәdisi  Әbu Davud vә Tirmizi rәvayәt etmişdir. Tir-
miziyә görә, hәdis “hәsәn-sәhihdir”
2
.  
Tirmizi bu hәdisi sәhih saysa da, istinadda Ümmi-Sәlә-
mәnin qulamı  Nәbhanın adı  çәkilib. Nәbhan “mәchul” (namә-
lum) ravidir, İbn Hibbandan başqa heç kәs onu mötәbәr hesab 
etmәyib. Bu sәbәbdәn “әl-Muğni” kitabında İmam Zәhәbi onu 
“zәif” ravilәr cәrgәsinә daxil edib.  
Bu hәdis İmam Buxari vә İmam Müslimin eyniadlı “Ca-
me әs-Sәhih” kitablarında Hәzrәti Aişәyә (Allah ondan razı qal-
sın!) istinadәn rәvayәt olunmuş vә yad şәxsә baxmağın qadına 
icazәli olduğunu göstәrәn digәr hәdisә ziddir. Hәzrәti Aişә de-
yib: “Peyğәmbәr (Ona Allahın xeyir-duası  vә salamı olsun!) 
                                                 
1
 Heç bir әsli, istinadı olmayan, yalan vә uydurma hәdislәrә gәlincә, onlarla 
mәşğul olmaq lazım deyildir. Amma hәmin hәdislәrin uydurma olduğunu 
izah etmәk, Quranla, Sünnә ilә, әqidә vә şәriәtin mәqsәdlәri ilә ziddiyyәtini 
göstәrmәk üçün araşdırma aparmaq olar.   
2
 Әbu Davud. Sünәn, hәdis № 4112; Tirmizi. Sünәn, hәdis № 1779. 


 163
mәni rәdası ilә örtmüşdü vә  mәn mәsciddә çalıb-oynayan hә-
bәşlilәrә baxırdım”
1
.  
Qazi İyaz yazır:  
“Bu hәdisdә, yad kişilәrin etdiklәrinә qadının baxmağına 
icazә vardır. Ancaq kişilәrin gözәlliklәrinә baxıb hәzz almaq 
“mәkruh”dur”.  
İmam Buxarinin bu hәdisi yerlәşdirdiyi fәsillәrdәn biri-
nin adı belәdir: “Başqalarında bәd fikir oyatmadan qadının hә-
bәşlilәrә vә qeyrilәrinә baxmağı”
2

Bu fikri Buxarinin Fatimә bint Qeysә (Allah ondan razı 
qalsın!) istinadәn rәvayәt etdiyi hәdis dә  tәsdiqlәyir. “Hәyat 
yoldaşı Fatimә bint Qeysi boşadığı zaman Peyğәmbәr (Ona Al-
lahın xeyir-duası vә salamı olsun!) ona dedi: “Get, Ümmi-Mәk-
tumun evindә “iddәt”ini
3
 gözlә. Çünki o, kordur. Paltarını  çı-
xarsan da, sәni görә bilmәz”.  
Peyğәmbәr (Ona Allahın xeyir-duası  vә salamı olsun!) 
әvvәlcә Fatimә bint Qeysә Ümmi-Şәrikin evinә getmәyi әmr et-
mişdi. Ancaq sonra: “Ümmi-Şәrik evinә  sәhabәlәrimin gedib-
gәldiklәri qadındır”, – deyәrәk Fatimәni Ümmi-Mәktumun evi-
nә göndәrmişdi.    
Demәli, bu cür sәhih hәdislәr ola-ola, Ümmi-Sәlәmәnin 
rәvayәt etdiyi hәdisә – hәtta dedik ki, onda “zәiflik” vardır – 
etibar etmәk doğru deyil.  
                                                 
1
 Bu hәdisin mötәbәrliyi yekdilliklә qәbul edilib. Hәdisi İmam Buxari, İmam 
Müslim vә qeyrilәri fәrqli variantlarla rәvayәt etsәlәr dә, mәzmun eynidir. 
Bax:  әl-Lu`lu` vәl-Mәrcan, hәdis  № 513; Buxarinin “Came әs-Sәhih”i dә 
daxil olmaqla “Fәth әl-Bari” kitabı, hәdis № 950. 
2
 İbn Hәcәr. Fәth әl-Bari, cild II, sәh. 445. 
3
 İddət: boşanmış  vә ya әri ölmüş qadınların növbәti dәfә evlәnә bilmәlәri 
üçün gözlәmәlәri zәruri olan zaman müddәtini ifadә edәn fiqh termini – tər‐
cüməçinin qeydi.  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə