Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə54/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   50   51   52   53   54   55   56   57   ...   74

 187
lub ki, qüreyşlilәrin (o dövrdәki) üstünlüyü vә  әsәbiyyәti
1
 çә-
kişmәlәrin aradan qaldırılmasına imkan verirdi. Demәli, bu, 
qüreyşli olmaqla deyil, Qüreyşin o dövrdәki gücü ilә bağlı mә-
sәlәdir. Bu sәbәbdәn biz Qüreyşin imamlığını qәbul edirik, an-
caq hәdisin deyilmә  sәbәbini o dövrdә qüreyşlilәrin sәciy-
yәlәndiyi keyfiyyәtdә görürük ki, bu da әsәbiyyәtdir. Biz dә 
düşünürük ki, müsәlmanları idarә edәcәk şәxs elә bir qövmdәn 
çıxmalıdır ki, hәmin qövm öz dövründә yüksәk birlik şüuruna 
vә gücә sahib olsun. Mәhz belә qövmә digәr qövmlәr tabe olar, 
o da bacarıqla onlara hamilik edәr”
2

 
Səhabələr və tabein nəslinin hədislərin  
deyildiyi şəraiti və səbəbləri nəzərə almaları 
  
Sәhabәlәr vә tabein nәsli (Allah onlardan razı qalsın!) hә-
dislәrin deyildiyi şәraiti, sәbәblәri diqqәtlә nәzәrә alardılar. 
Onlar görәndә ki, bu vә ya digәr hәdis Peyğәmbәrin za-
manına aid problemin hәlli mәqsәdilә deyilib  vә sonradan vә-
ziyyәt dәyişib, hәmin hәdisin zahirinә uyğun hәrәkәt etmәz
dövrün tәlәblәrini nәzәrә alardılar. Mәsәlәn, Peyğәmbәr (Ona 
Allahın xeyir-duası vә salamı olsun!) Xeybәr әrazisini oranı fәth 
etmiş  sәhabәlәrinin arasında bölüşdürdüyü halda, Hәzrәti 
Ömәr (Allah ondan razı qalsın!) fәth edildikdәn sonra İraqın 
bütövlüyünü saxlamış, müsәlmanların mәnafeyini güdmüş, fa-
tehlәri arasında bölmәmişdi. Müsәlman nәsillәrә davamlı güc 
mәnbәyi olsun deyә, oranı dövlәtin mülk torpaqlarına çevir-
mişdi
3
.  
                                                 
1
 Əsəbiyyət: yüksәk birlik şüuru; qәbilә  hәmrәyliyi. Cahiliyyәt dövrü әrәb 
qәbilәlәri üçün işlәdilir – tərcüməçinin qeydi.   
2
 İbn Xәldun. Müqәddimә / çapa hazırlayan:  Әli  Әbdülvahid Vafi. Cild II, 
sәh, 695-696. 
3
 Әtraflı  mәlumat üçün bax: Yusif әl-Qәrdavi. Dini mәtnlәr vә  şәriәtin 
mәqsәdlәri baxımından din siyasәti, “Mәktәbә  Vәhbә” nәşriyyatı, sәh. 188-


 188
İbn Qüdamә yazır:   
“Peyğәmbәrin (Ona Allahın xeyir-duası vә salamı olsun!) 
Xeybәr  әrazisini (sәhabәlәri arasında) bölüşdürmәyi erkәn is-
lam dövrünә, ehtiyacın çox olduğu bir vaxta tәsadüf edirdi. 
Bunda ümmәt üçün xeyir vardı. Sonralar müәyyәnlәşdirildi ki, 
әrazilәr sahiblәrindә qalsın. Çünki zәrurәt bunu tәlәb edirdi”
1
.  
 
1. Sahibi bilinməyən dəvələr haqda 
Həzrəti Osmanın görüşü 
 
Peyğәmbәrdәn (Ona Allahın xeyir-duası  vә salamı ol-
sun!) sahibi bilinmәyәn dәvәlәr haqda soruşduqda tutularaq bir 
yerdә saxlanılmasını qadağan edәrәk demişdi: “Ondan sәnә nә! 
                                                                                                                   
201. Xәlifә Ömәrin İraq siyasәti haqda iraqlı hüquq mütәxәssisi Mәhәmmәd 
Şәrif  Әhmәd yazır: “O, İraq torpaqlarını oranı fәth edәnlәr arasında Quran 
vә Sünnәdәki rәqәmli bölgü әsasında paylamamışdı. Bu sәbәbdәn İraqı fәth 
edәn sәhabәlәr xәlifәnin qәrarına etiraz edәrәk, onu şәriәtә  әks saymış, qa-
nuni paylarını tәlәbә etmişdilәr. Ancaq Hәzrәti Ömәr (Allah ondan razı qal-
sın!) başa düşmüşdü ki, gündәn-günә genişlәnәn, düşmәnlәri çoxalan döv-
lәtin davamlılığı üçün möhkәm iqtisadiyyata, maliyyә sisteminә ehtiyac var-
dır. Mәhz belә sistemin sayәsindә dövlәt möhkәmlәnәr, zәruri tәlәbatları tә-
min olunar. Çünki әdalәtli xәlifә böyük pul kütlәsinin müәyyәn qrup insa-
nın  әlindә  cәmlәnmәsinin nә  qәdәr tәhlükәli olduğunu xәbәr verәn aşağı-
dakı Quran ayәsini fәhmi vә bәsirәti ilә başa düşmüşdü: “...Bu ona görәdir 
ki, (hәmin mal-dövlәt) içәrinizdәki zәnginlәr arasında әldәn-әlә dolaşan bir 
sәrvәt olmasın...” (әl-Hәşr, 7). Bu sәbәbdәn o, qәrarında möhkәm durmuş
digәr seçkin fәqih sәhabәlәrlә birlikdә “siyasәt, idarәçilik vә sosial işlәrdә 
müdriklik vә ali mәnafenin birinciliyi” prinsipinә uyğun hәrәkәt etmişdi” 
Bax: Mәhәmmәd Şәrif Әhmәd. Fiqhdә, düşüncә vә siyasәtdә İslama yeni ba-
xış, Dәmәşq, 2004, sәh. 10.
 
1
 İbn Qüdamә. әl-Muğni. Cild II, Misir: “Nәşr әs-Sәqafәt әl-İslamiyyә” mәt-
bәәsi,  sәh. 598. 


 189
Onun ki möhkәm ayaqları, hörgücündә dә suyu var. Sahibi ta-
pılanadәk suyundan içәr, ağaclardan yeyәr”
1

Peyğәmbәrin zamanında bu cür idi. Әbubәkr Siddiqin vә 
Hәzrәti Ömәrin (Allah onlardan razı qalsın!) zamanında da be-
lәcә davam etdi; Peyğәmbәrin  әmrinә uyğun olaraq sahibi bi-
linmәyәn dәvәlәr sahiblәri tapılanadәk başlı-başına buraxılır, 
heç kәs dә onları mәnimsәmirdi.  
Ancaq Hәzrәti Osmanın (Allah ondan razı qalsın!) zama-
nında vәziyyәt dәyişdi. “Müvәtta” kitabında İmam Malik yazır 
ki, İbn Şihab әz-Zühri belә deyib:  
“Ömәr ibn Xәttabın zamanında, sahibi bilinmәyәn dәvә-
lәr hәr yerdә balalayır, heç kәs dә onlara toxunmurdu. Ancaq 
xәlifәliyi dövründә Osman ibn Әffan әmr etdi ki, әvvәlcә, belә 
dәvәlәri bir yerә toplasınlar, sonra da sahiblәrini müәyyәnlәş-
dirmәk üçün car çәksinlәr. Sahiblәri tapılmazsa, satsınlar. Son-
radan sahiblәri üzә çıxarsa, hәmin puldan onlara versinlәr”
2

Hәzrәti Osmandan (Allah ondan razı qalsın!) sonra 
vәziyyәt bir qәdәr dәyişdi; Hәzrәti  Әli (Allah ondan razı qal-
sın!) dәvәlәrin tutulub saxlanılması haqda Hәzrәti Osmanın gö-
rüşünә tәrәf çıxsa da, fikirlәşdi ki, pul vermәk dәvә  sahiblәrini 
zәrәrә sala bilәr. Çünki pul dәvәnin yerini vermir, onu әvәz-
lәmir. Bu sәbәbdәn Hәzrәti Әli qәrar çıxardı ki, belә dәvәlәr tu-
tulub saxlanılsın, sahiblәri üzә çıxanadәk dövlәt xәzinәsi hesa-
bına onlara baxılsın
3
.   
Hәzrәti Osman vә  Hәzrәti  Әli (Allah onlardan razı qal-
sın!) Peyğәmbәrin hәdisinә zidd hәrәkәt etmәmişdilәr,  әksinә, 
hәdisdәki göstәrişin mәqsәdini nәzәrә almışdılar. Çünki insan-
ların  әxlaqı korlanmış, haqq unudulmuşdu. Bәzi insanlar ha-
ram tikәyә adәtkәrdә olmuşdular. Belә olan halda sahibi bilin-
                                                 
1
 Şövkani. Neyl әl-Övtar. Cild V, sәh. 338. Hәdisin mötәbәrliyi yekdilliklә 
tәsdiqlәnib. 
2
 İmam Malik. Müvәtta. Cild III, sәh. 129. 
3
 Mәhәmmәd Yusif Musa. İslam fiqhi tarixi, sәh. 83-85. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə