Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə53/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   49   50   51   52   53   54   55   56   ...   74

 184
lәrә) sığınacaq verib kömәk istәyәnlәr (әnsar) – mәhz onlar bir-
birinә dostdurlar (varisdirlәr).  İman gәtirib hicrәt etmәyәnlәrә 
gәldikdә isә, onlar hicrәt etmәyәnә  qәdәr sizin heç bir şeydә 
onlara varisliyiniz yoxdur (onların dostluğundan sizә heç bir 
mәnfәәt vә ya qohum olsanız belә, aranızda heç bir varislik 
yoxdur). Lakin әgәr onlar din yolunda (kafirlәrә qarşı) sizdәn 
kömәk istәsәlәr, aranızda saziş olan bir tayfa әleyhinә yardım 
istisna olmaqla, onlara kömәk göstәrmәk sizә vacibdir. Allah nә 
etdiklәrinizi görәndir!” (әl-Әnfal, 72). 
Ayә göstәrir ki, Allah tәala hicrәt (köçmә)  әmr edildik-
dәn sonra
1
 yaşadıqları yerlәri tәrk etmәyәnlәrlә dostluğu qada-
ğan edib. Demәli, Peyğәmbәrin “Mәn müşriklәrin arasında qa-
lıb-yaşayan hәr bir müsәlmandan uzağam” hәdisi o mәnaya gә-
lir ki, bu müsәlmanlardan biri öldürülәrsә, onun qanbahasına 
görә Allahın rәsulu mәsuliyyәt daşımır. Çünki hәmin müsәl-
man islam dövlәti ilә vuruşanların arasında qalıb-yaşamaqla bu 
cür halla hәr an rastlaşa bilәr.  
Nәticә etibarı ilә bunu deyә bilәrik: hәdisin deyildiyi şә-
rait dәyişәrsә, mәnafeyi gözlәyәn, zәrәri uzaqlaşdıran sәbәb (il‐
lət) dә aradan qalxarsa, hәdisin hökmü qüvvәdәn düşәr. Çünki 
hökmü hökm edәn – müvafiq sәbәbdir. Sәbәb varsa, hökm dә 
var; sәbәb yoxdursa, hökm dә yoxdur. 
 
 
 
 
 
                                                 
1
 Hicrәt Mәdinәdә  mәskunlaşan Peyğәmbәrә  vә  sәhabәlәrinә qoşulmaq, 
islamı öyrәnmәk, müsәlmanların gücünü artırmaq baxımından ilk dövrlәrdә 
hәr bir müsәlmana vacib idi. Mәkkә fәth edildikdәn sonra Mәdinәyә hicrәtә 
ehtiyac qalmadı. Bu sәbәbdәn Peyğәmbәr demişdi: “Fәthdәn (Mәkkәnin 
fәthi nәzәrdә tutulur – mütərcim) sonra (Mәdinәyә) hicrәt yoxdur. Ancaq 
cihad vә (cihada) niyyәt vardır”. Hәdisin sәhihliyi yekdilliklә tәsdiqlәnib.   


 185
 
Qadının məhrəm şəxslə  
səfərə çıxmağı hədisi 
 
Mövzu ilә bağlı hәdislәrin birindә oxuyuruq:  “Qadın sә-
fәrә yalnız mәhrәmi ilә  çıxa bilәr”
1
. Hәdisi  İbn Abbasa istina-
dәn İmam Buxari vә Müslim rәvayәt edib  
Bu qadağanın sәbәbini yaşayışın, insan mәskәnlәrinin ol-
madığı sәhraları vә çöllәri dәvә ilә, qatırla vә ya eşşәklә әrsiz vә 
ya mәhrәmsiz qәt edib sәfәrә çıxan qadınların başına gәlә bilә-
cәk tәhlükәlәrdә axtarmaq lazımdır.  
Belә bir sәfәr zamanı qadının başına birbaşa iş  gәlmәsә 
dә, adının bәdnam çıxması ehtimalı çoxdur. 
Ancaq indi vәziyyәt dәyişib. Sәfәrlәr artıq yüzlәrlә  sәr-
nişinin daşındığı, tәyyarәlәrlә, qatarlarla baş tutur. Belә nәqliy-
yat vasitәlәri ilә  tәkbaşına sәfәrә  çıxan qadınlardan ötrü qorx-
mağa dәymәz. Şәriәtә görә, belә bir vәziyyәtdә qadınların tәk-
başına sәfәrә çıxmalarında qәbahәt yoxdur. Bu, yuxarıdakı hә-
disә dә zidd deyil. Hәtta Әdiyy ibn Hatimә istinadәn İmam Bu-
xarinin rәvayәt etdiyi digәr hәdis dediklәrimizi tәsdiqlәyir: “Bir 
qadının Hirә әrazisindәn çıxıb әri olmadan Evә (Kәbәyә - mütə‐
rcim) gәlәcәyi vaxt uzaqda deyildir”
2
.  
Hәdis onu demәk istәyir ki, islam parlayacaq, nuru 
alәmlәrә yayılacaq, yer üzündә  әmin-amanlıq intişar tapacaq-
dır. Bu da göstәrir ki, qadınların mәhrәmsiz, tәkbaşına sәfәrә 
çıxmaları “caiz”dir. İmam İbn Hәzm dә eyni şeyi demiş, bu hә-
disi dәlil göstәrmişdir.   
Tәәccüblü deyil ki, bәzi imamlar qadının mәhrәmi vә ya 
әri olmadan inanılmış qadınlarla vә ya qrupla hәccә getmәyini 
                                                 
1
 Hәdisin mötәbәrliyi yekdilliklә  tәsdiqlәnib. Bax: әl-Lu`lu` vәl-Mәrcan, hә-
dis, 850.  
2
 Buxari. Came әs-Sәhih, “İslama görә peyğәmbәrliyin әlamәtlәri”. 


 186
“caiz” saymışlar. Tarixә  nәzәr salaq: Hәzrәti Aişә  vә Peyğәm-
bәrin digәr hәyat yoldaşları mәhrәmlәri olmadan Hәzrәti Ömә-
rin zamanında hәccә getmişlәr.  İmam Buxarinin “Came әs-Sә-
hih” kitabında deyilir ki, hәtta Osman ibn Әffan vә  Әbdür-
rәhman ibn Övf (Allah onlardan razı qalsın!) onların sәfәr yol-
daşları olmuşlar.  
Bәzi imamlara görә, inanılmış bir qadın yoldaş kifayәtdir 
ki, qadın sәfәrә çıxsın.   
Bәzi alimlәr dә bildirmişlәr ki, yol tәhlükәli deyilsә, qa-
dın tәkbaşına sәfәrә çıxa bilәr. Bunu şafeilәrdәn “әl-Mühәzzәb” 
kitabının müәllifi dә  tәsdiqlәyib. Qeyd edәk ki, bu görüş  hәcc 
vә ümrә sәfәrlәri ilә bağlıdır. Ancaq bәzi şafei alimlәri onu bü-
tün növ sәfәrlәrә şamil etmişlәr
1
.  
 
“İmamlar Qüreyşdən olmalıdır” hədisi 
 
“İmamlar Qüreyşdәn olmalıdır”
2
 hәdisinә  nәzәr salaq. 
Mәşhur “Müqәddimә” kitabında böyük alim İbn Xәldun yazır 
ki, Peyğәmbәr (Ona Allahın xeyir-duası  vә salamı olsun!) bu 
hәdisi o dövrdә Qüreyşin gücünü nәzәrә alaraq söylәyib.  İbn 
Xәlduna görә, mәhz bu gücün әsasında xilafәt qurula bilәrdi: 
“İmamlığı Qüreyşin tәmsil etmәsi hәdisdә ona görә şәrt qoyu-
                                                 
1
 Bax: Fәth әl-Bari, cild IV, “Hәlәbi” çapı, sәh. 446. 
2
 Hәdisi Әnәs ibn Malikә istinadәn İmam Әhmәd rәvayәt edib. “Mәcmә әz-
Zәvaid” kitabında (cild V, sәh. 192) Heysәmi yazır ki, hәdisin ravilәri 
mötәbәr  şәxslәrdir. “әt-Tәrğib vәt-Tәrhib” kitabında Münziri deyib: “İs-
tinadı “ceyyid”dir (yaxşıdır)”. Bax: “әl-Müntәqa”, hәdis № 1299. İmam Әh-
mәd hәdisi “Әmirlәr Qüreyşdәn olmalıdırlar” variantı ilә rәvayәt edib. Hey-
sәmi deyir: “Sükeyn ibn Әbdülәziz istisna olmaqla – mötәbәr ravidir – bu 
hәdisin rәvayәtçilәri “Came әs-Sәhih” kitabındakı rәvayәtçilәrdir.” Münziri 
dә rәvayәtçilәrin mötәbәr şәxslәr olduğunu bildirir. Bax: әl-Müntәqa, hәdis 
№ 1300. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə