Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə56/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   52   53   54   55   56   57   58   59   ...   74

 194
hum sayılmasalar da, bir-birinә kömәk edir, arxa çıxırdılar. Elә 
isә “aqilә” idilәr. Әn doğru olan – bu görüşdür. Yәni, vәziyyәt 
dәyişәrsә, “aqilә” kimliyi dә  dәyişәr. Günbatar ölkәlәrin bi-
rindә yaşayan şәxsi tәsәvvürünüzә gәtirin; “aqilә” dә mәhz hә-
min ölkәdә yaşayan, ona kömәk edib arxa çıxanlardır. Necә 
mümkün ola bilәr ki, onun “aqilә”si gündoğar bir ölkәdә yaşa-
yan qohumları sayılsın?! Bәlkә  dә onlar bir-birini heç tanımır-
lar. 
Mirası, harada olmağı bilinmәyәn qohum şәxs üçün qo-
ruyub-saxlamaq mümkündür. Çünki Peyğәmbәr (Ona Allahın 
xeyir-duası vә salamı olsun!) qatil bir qadının qanbahasını onun 
“aqilә”sinә yüklәdiyi halda, mirasını da әrinә vә oğullarına ver-
mişdi. Yәni, vәrәsә vә “aqilә” fәrqli şeylәrdir”
1

Bu sәbәbdәn fitva vermişәm ki, peşә  işçilәrinin hәm-
karlar ittifaqını günümüzün “aqilә”si adlandırmaq olar. Mә-
sәlәn, hәkim sәhvәn bir xәstәni öldürәrsә, xәstәnin qanbahası 
Hәkim Hәmkarları  İttifaqının boynuna düşür. Bu qayda Mü-
hәndis Hәmkarları İttifaqı vә digәr ittifaqlar üçün dә doğrudur.  
 
4. Fitrə zəkatı (sədəqəsi) 
 
Mәlumdur ki, Allahın rәsulu (Ona Allahın xeyir-duası vә 
salamı olsun!) hәm özü fitrә sәdәqәsi vermiş, hәm dә bildirmiş-
di ki, fitrәni bayram günü, sübh namazından sonra, bayram na-
mazından qabaq vermәk lazımdır.   
O dövrdә fitrәnin möhtac şәxslәrә çatdırılması üçün bu 
müddәt (sübh vә bayram namazları arası vaxt) bәs edirdi. Çün-
ki hәm müsәlman icması o qәdәr dә böyük deyildi; hәm insan-
lar bir-birlәrini yaxşı tanıyır vә bilirdilәr ki, kimin daha çox eh-
tiyacı var, hәm dә ki evlәri bir-birinә yaxın idi. Odur ki, fitrәnin 
                                                 
1
 Şeyxülislam İbn Teymiyyә. Mәcmu әl-Fәtava, cild XIX, sәh. 255-256. 


 195
belә bir qısa müddәt  әrzindә möhtaclara çatdırılması  çәtinlik 
törәtmirdi.  
Sәhabәlәrin zamanında isә  cәmiyyәt böyüdü, bir-birin-
dәn aralı mәskәnlәr salındı, әhalinin sayı da artdı. Bu sәbәbdәn 
sübh vә bayram namazları arasındakı zaman müddәti fitrәnin 
verilmәsi üçün kifayәt etmәdi. Bunu dәrk edәn sәhabәlәr fitrәni 
bayramdan bir-iki gün qabaq vermәyә başladılar.    
Müctәhid tabein imamlarının zamanında vәziyyәt tam 
dәyişdi; müsәlman cәmiyyәt genişlәnmiş, mürәkkәb forma al-
mışdı. Odur ki, hәnbәli alimlәri Ramazanın yarısından sonra, 
şafei alimlәri isә ilk günündәn fitrәnin verilmәsi haqda fitva çı-
xardılar.  
Habelә onlar hәdislәrdә fitrәnin çıxarıldığı qidalar (mәh-
sullar) haqda deyilәnlәrlә kifayәtlәnmәdilәr; hәr bir ölkәdә 
daha çox istifadә edilәn qida mәhsulunu hәdislәrdәki qida növ-
lәri müqayisә edәrәk, onlardan da fitrә  çıxarmağı “caiz” bil-
dilәr.  
Hәtta bәzi fәqihlәr kasıblara çox faydası  dәydiyi üçün 
icazә verdilәr ki, fitrә pulla çıxarılsın.  Әbu Hәnifә  vә davam-
çıları belә fәqihlәrdәndir. Çünki fitrәni çıxmadakı mәqsәd belә 
bir mübarәk gündә kasıb-kusubun ehtiyacını ödәmәkdir. Eh-
tiyacı ödәmәk qidalarla, yemәklәrlә yanaşı, pulla da mümkün-
dür. Xüsusәn dә dövrümüzdә kasıbların ehtiyaclarını,  әsasәn 
pulla tәmin etmәk daha münasibdir. Bәli, bu – Peyğәmbәr kәla-
mındakı  mәqsәdin dәrk edilmәsidir, ondakı  mәnanın praktik 
tәtbiqidir. Doğru-dürüst fәhm, hәqiqi fiqh dә elә budur! 
 
 
 
 
 
 


 196
 
Sünnədə məzmun  
(məqsəd) və forma (zahir) 
 
Bәzәn hәdislәrin hәrfi mәnasından ikiәlli yapışmaq on-
lardakı ruhu öldürür, mәqsәdlәrindәn bizi bixәbәr edir ki, bu 
da bәzәn hәdisin mәzmunu ilә üst-üstә düşmür.   
Misal üçün götürәk, fitrәnin pulla verilmәsinә qәtiyyәtlә 
qarşı çıxanları. Halbuki Әbu Hәnifә vә şagirdlәri fitrәnin pulla 
verilmәsini münasib bilmiş, Xәlifә Ömәr ibn Әbdülәziz, bir sıra 
sәlәf fәqihlәri dә bu fikrә tәrәfdar çıxmışlar.  
Fitrənin pulla verilməsinə qətiyyətlə qarşı çıxanların də‐
lilləri
Әvvәla, Peyğәmbәr (Ona Allahın xeyir-duası  vә salamı 
olsun!) xurma, kişmiş, buğda vә arpa kimi qidalardan fitrә çıx-
mağı bizә vacib edib. Elә isә biz Peyğәmbәrin müәy-
yәnlәşdirdiyi  şeyә  әmәl edib şәxsi görüşümüzә  әsaslanmaqla 
Sünnәyә zidd getmәmәliyik. 
Әgәr bu qardaşlarımız mәsәlә haqda yaxşıca düşünsәlәr, 
görәrlәr ki, Peyğәmbәrin (Ona Allahın xeyir-duası vә salamı ol-
sun!) sünnәsinә zahirәn bağlanmaqla,  әslindә, ona әks hәrәkәt 
edirlәr. Yәni, Sünnәnin “bәdәn”indәn ikiәlli yapışdıqları halda 
“ruh”una bivec yanaşırlar. 
Halbuki Allahın rәsulu (Ona Allahın xeyir-duası  vә sa-
lamı olsun!) zaman vә mühitin şәrtlәrini, mövcud şәraiti nәzәrә 
alaraq fitrәni insanların sahib olduğu qidalara kәsmişdi. Bu, ve-
rәnә asan, alana da faydalı idi. 
Qızıl vә gümüş pul әrәblәr, xüsusәn dә  sәhra  әhalisi 
üçün çox da әlә düşmәyәn şey sayılırdı. Bu sәbәbdәn qida mәh-
sullarından fitrә vermәk daha asan idi. Kasıbların da qidaya eh-
tiyacı vardı. Odur ki, asan başa gәlәn  şeylәrdәn fitrә  çıxarmaq 
vacib edilmişdi. 


 197
Hәtta Allahın rәsulu (Ona Allahın xeyir-duası vә salamı 
olsun!) dәvәsi, qoyun vә inәyi olan şәxslәrә fitrә  zәkatını 
“әqit”lә
1
 çıxarmaq rüsxәti vermişdi. Çünki onların  әsasәn bu 
cür qidaları olurdu vә fitrәni onlardan çıxarmaq heç dә  çәtin 
deyildi.  
Sonralar vәziyyәt dәyişdi: pul çoxaldı, qida mәhsullarına 
isә  hәr yerdә rast gәlmәk qeyri-mümkün oldu. Möhtaclar da 
bayram günü qidaya deyil, başqa şeylәrә tәlәbat duydular. Fit-
rәsi verilәn qidanın pulla әvәzlәnmәsi verәnә asan, alana da 
sәrfәli oldu. Peyğәmbәrin göstәrişlәrinin ruhuna, mәqsәdinә 
uyğun gәlәn dә elә bu idi!  
Misal üçün götürәk, on milyondan artıq  әhalinin yaşa-
dığı Qahirә şәhәrini. Tәsәvvür edin ki, bu qәdәr әhaliyә on mil-
yon sa`
2
 buğda (vә ya arpa, xurma, kişmiş) fitrә çıxarmağı tap-
şırmışıq. Onlar bu qәdәr  әrzağı haradan tapacaqlar? Bu qәdәr 
mәhsulu, ya da bir hissәsini әldә etmәk üçün kәndbәkәnd gәz-
diklәri zaman, kim bilir, hansı çәtinliklәrlә qarşılaşacaqlar. Hal-
buki Allah tәala islamı asan qılmış, insanlara çәtin deyil, asan 
din göndәrmişdir.  
Tutalım, onlar bu qәdәr mәhsulu, mәsәlәn, buğdanı 
asanlıqla әldә etdilәr. Axı, kasıbın buğda nәyinә lazımdır? Ay-
dındır ki, o, buğdanı  nә üyüdәcәk, nә  xәmir yoğuracaq, nә  dә 
ki ondan çörәk bişirәcәkdir. Çünki indiki dövrdә çörәyi mağa-
zadan hazır şәkildә almaq daha ucuz vә asan başa gәlir.   
Әgәr kasıba fitrәni buğda ilә versәk, onun başına әlavә iş 
açmış olmuruqmu?! Belә ki, o, bu buğdanı asanlıqla satıb pula 
çevirә bilmәyәcәk. Çünki çevrәsindәki bütün kasıblara fitrә 
buğda ilә verildiyindәn, heç kimin buğdaya ehtiyacı qalmayıb.   
Alimlәri tәrәfindәn pulla fitrә çıxmağın qadağan edildiyi 
bәzi ölkәlәrdәki qardaşlar mәnә danışmışdılar ki, fitrә vermәk 
                                                 
1
 Əqit: yağsızlaşdırılmış süddәn süzülmüş alıntı, şor, pendir, süzmә vә s.  
2
 Sa`: dörd ovuca bәrabәr çәki vahidi – tərcüməçinin qeydi.  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə