Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə58/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   54   55   56   57   58   59   60   61   ...   74

 201
maq – bütün bunlar Peyğәmbәr tәbabәtinin mahiyyәtini әks et-
dirir.  
Vasitәlәr bәzәn әsrdәn-әsrә, mühitdәn-mühitә dәyişir vә 
dәyişilmәsi dә lazımdır.  Әgәr hәdislәrin birindә vasitәlәrdәn 
danışılırsa, bu – reallığın açıqlanması üçündür. Biz bu vasitә-
lәrә ilişib-qalmamalı, әtalәti yaradıcılıqla әvәz etmәliyik.   
Hәtta Qurani-Kәrimdә müәyyәn zaman vә mәkanla bağ-
lı vasitәlәrdәn söz açılarsa, qayda qaydadır: yeni zaman vә mә-
kanın tәlәblәrinә uyğun digәr vasitәlәr icad etmәliyik.  
Quranda deyilir:  
“(Ey möminlәr) Allahın düşmәnini vә öz düşmәninizi, 
onlardan başqa sizin bilmәdiyiniz, lakin Allahın bildiyi düş-
mәnlәri (münafiqlәri) qorxutmaq üçün kafirlәrә qarşı bacar-
dığınız qәdәr qüvvә vә (cihad üçün bәslәnilәn) döyüş atları tә-
darük edin. Allah yolunda nә  xәrclәsәniz, onun әvәzi artıq-
laması ilә ödәnilәr vә sizә heç bir haqsızlıq edilmәz!” (әl-Әnfal, 
60). 
Hәr kәs bilir ki, düşmәnә qarşı hazırlaşmaq, Quranda 
deyildiyi kimi, tәkcә atları  tәdarüklә  mәhdudlaşmır. Ağıllı in-
sanlar bilirlәr ki, dövrümüzün “atlar”ı tanklardır, zirehli tex-
nikadır... 
At bәslәmәyin fәzilәti vә savabı haqda deyilmiş “Atlar 
kәkillәri ilә Qiyamәtәdәk xeyir – qәnimәt vә savab gәtirәr” hә-
disinә
1
 nәzәr salaq. Demәli, bu xeyri әldәn çıxarmamaq üçün 
zaman dәyişdikcә atı  әvәz edәn, ya da ondan üstün vasitәlәr 
axtarıb tapmaq, tәtbiq etmәk lazımdır.  
                                                 
1
 Hәdisi Ürvә әl-Bariqiyә istinadәn İmam Әhmәd, Buxari vә Müslim; Cәrirә 
istinadәn dә İmam Әhmәd, Müslim vә Nәsai rәvayәt etmişlәr. Bax: Әlbani. 
Sәhih әl-Came әs-Sәğir, hәdis № 3353. 


 202
Hәmçinin, “Kim Allah yolunda bir ox atarsa, ona ..., ...sa-
vab yazılar” hәdisi
1
 dә bu qәbildәndir. Tәbii ki, indiki dövrün 
“oxlar”ı tüfәnglәr, toplar, raketlәrdir... 
Habelә, mәnә görә, dişlәrin tәmizlәnmәsi üçün “mis-
vak”ın tövsiyә edilmәsi dә bu qәbildәndir. Çünki mәqsәd diş-
lәrin, ağızın tәmizlәnmәsidir. Axı, bu, Rәbbi razı salır. Hәdisdә 
deyilir: “Misvak ağızı tәmizlәyәr, Rәbbi dә razı salar”
2

Görәsәn, burada nәzәrdә tutulan şey “misvak”ın özü-
dürmü? Yoxsa Әrәbistan yarımadasının iqliminә uyğun vә asan 
әldә edilәn vasitә olduğu üçün Peyğәmbәrin (Ona Allahın xe-
yir-duası vә salamı olsun!) sәhabәlәrinә tövsiyә etdiyi tәmizlik 
vasitәsidirmi?   
Misvak ağacının asanlıqla әldә edilmәdiyi cәmiyyәtlәrdә 
onun digәr vasitәlәrlә әvәzlәnmәsindә bir qәbahәt yoxdur. Mә-
sәlәn, hazırlanması asan başa gәlәn vә yüz milyonlarla insana 
yetәcәk diş fırçası “misvak”ı әvәzlәyә bilәr. Bәzi fәqihlәr bu qә-
bil görüşlәr irәli sürmüşlәr. 
Hәnbәli fiqhinә dair “Hidayә  әr-Rağib” kitabının müәl-
lifi yazır: 
“Dişlәri tәmizlәyәn çubuq (dişlәri, damağı) yaralama-
yan, (onlara) zәrәr vermәyәn, ovulub-tökülmәyәn misvakdan, 
xurma vә zeytun budaqlarından vә bu qәbil şeylәrdәn olur. An-
caq (dişlәri, damağı) yaralayan, (onlara) zәrәr toxunduran, qırı-
lıb-ovulan nar, reyhan
3
, yulğun vә sair ağaclarla dişlәri tәmiz-
                                                 
1
 Bax: Әmr ibn Әbәsәyә istinadәn Әhmәd, Nәsai, İbn Macә, Tәbәrani vә Ha-
kimin rәvayәt etdiklәri hәdis. Hәmçinin, Әbu Nәcihә istinadәn Tirmizi, Nә-
sai vә Hakim buna oxşar başqa bir hәdisi rәvayәt etmişlәr. Bax: Әlbani. Sә-
hih әl-Came әs-Sәğir, hәdis № 6267-6268.   
2
 Hәdisi Hәzrәti Әbubәkrә istinadәn İmam Әhmәd; Hәzrәti Aişәyә istinadәn 
İmam  Şafei,  Әhmәd, Nәsai, Darimi, İbn Xüzeymә,  İbn Hibban, Hakim vә 
Beyhәqi; İbn Abbasa istinadәn Buxari vә Tәbәrani rәvayәt etmişlәr. Bax: Әl-
bani. Sәhih әl-Came әs-Sәğir, hәdis № 3695.   
3
 Göyәrti növü olan reyhanla sәhv salınmamalıdır. Reyhan – xoş qoxulu, an-
caq zәhәrli meyvәlәri olan bitkinin adıdır – tərcüməçinin qeydi.   


 203
lәmәk (“misvaklamaq”) mәkruhdur. Kim dişlәrini ağac çubuq-
larından qeyri şeylә  tәmizlәyәrsә (“misvaklayarsa”), Sünnәyә 
әmәl etmiş sayılmır”.  
Bu kitabı xülasә etmiş Şeyx Abdullah әl-Bәssam yazır ki, 
İmam Nәvәvi deyib:  
“Ağız qoxusunu aparan hәr hansı bir şeylә, mәsәlәn, 
parça ilә, barmaqlarla (ağızı) tәmizlәmәk “misvaklama” sayılır. 
Bu, Әbu Hәnifәnin görüşüdür”. 
“әl-Muğni” kitabında oxuyuruq:  
“Bir insan (ağzını, dişlәrini) nә qәdәr tәmizlәyә bilirsә, o 
qәdәr dә Sünnәyә  әmәl etmiş olur. Çünki çox etmәyi bacar-
madığı üçün az olanı da tәrgitmәsi düzgün deyildir”. (İbn Qü-
damә) bu fikrin doğru olduğunu bildirmişdir”
1

Demәli, diş  fırçası  vә  mә`cunu dövrümüzdә,  әlәlxüsus 
evdә, yemәkdәn sonra yuxudan qabaq vә sonra misvakı  әvәz 
edә bilәr. Xüsusәn dә bәzi insanlar misvakdan düzgün formada 
istifadә etmirlәrsә! 
Elәcә dә süfrә әdәb-әrkanı, boşqabın vә barmaqların ya-
lanmasının fәzilәti haqda rәvayәt edilmiş hәdislәr dә bu qәbil-
dәndir.  
Belә ki, “Riyaz әs-Salihin” kitabında İmam Nәvәvi bu hә-
dislәrin çoxunu rәvayәt edib.  
Mәsәlәn, İbn Abbasa (Allah ondan razı qalsın!) istinadәn 
İmam Buxari vә İmam Müslim rәvayәt edirlәr ki, Allahın rәsulu 
(Ona Allahın xeyir-duası  vә salamı olsun!) deyib: “Biriniz ye-
mәk zamanı ya özü ya da başqaları yalamadıqca barmaqlarını 
silmәsin”
2

İmam Müslim rәvayәt edir ki, Kә`b ibn Malik deyib: 
“Peyğәmbәri (Ona Allahın xeyir-duası vә salamı olsun!) xörәyi 
                                                 
1
 Bax: Şeyx Abdullah әl-Bәssam. Neyl әl-Mәarib, cild I, sәh. 40. 
2
 Hәdisin sәhihliyi yekdilliklә tәsdiqlәnib. Habelә, bax: әl-Lu`lu` vәl-Mәrcan, 
hәdis № 1320. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə