Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə60/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   56   57   58   59   60   61   62   63   ...   74

 207
vә salamı olsun!) yuxarıdakı  hәdisi tәәccüblә qarşılanmama-
lıdır.  
Bu mәqamda demәk istәyirik ki, hәdisdә göstәrilmiş çәki 
vә ölçü vahidlәri ölçüb-çәkmә vasitәlәridir. Bu vasitәlәr zama-
nın, mәkan vә şәraitin dәyişilmәsi ilә dәyişә bilir. İllah ki, bu – 
vaz keçilmәz ibadәt әmri deyildir. 
Hәdisin deyilmә  mәqsәdinә  gәlincә, bu – dәrrakәli in-
sanlara mәlumdur. Dediyimiz kimi, mәqsәd  әn dәqiq ölçü vә 
çәki vahidini müәyyәnlәşdirmәk üçün müxtәlif meyar vә ölçü-
lәrin birlәşdirilmәsidir.  
Mәhz bu sәbәbdәn dövrümüzdә müsәlmanlar ton, kilo-
qram, qram... kimi çәki vahidlәrindәn istifadә edirlәr. Çünki bu 
vahidlәr dәqiqliyi ilә seçilir. Bu çәki vahidlәri heç bir halda hә-
disdәki vahidlәrә  әks deyil. Odur ki, bir çox islam ölkәsindә 
müsәlmanların bu çәki vahidlәrindәn istifadә etmәlәri heç bir 
narazılıqla qarşılanmayıb.  
Habelә, müsәlmanlar uzunluq vahidi olaraq metr vә on-
dan törәmә vahidlәrdәn istifadә edirlәr. Axı, mәqsәd dәqiqlik 
vә birliyin tәminidir.  
Mömin daima müdrikliyә can atar; harada ona rast gәlsә, 
dәrhal sahib çıxar. Çünki o, buna daha layiqdir.   
 
Ayın görünməsi və Ramazanın  
başlanması problemi haqda 
 
Yuxarıdakı növ hәdislәrdәn biri dә budur: “Ayı gördü-
yünüz zaman oruc tutun. Onu (yenidәn) gördükdә isә orucu 
dayandırın (bayram edin). Әgәr hava buludlu olarsa, müәy-
yәnlәşdirin (hesablayın)”. Hәdisin başqa variantı isә belәdir: 
“...Әgәr hava buludlu olarsa, Şabanı otuz gündә başa vurun”. 
Bu mәqamda fәqihlәr deyә bilәrlәr ki, hәdisdә hәm mәq-
sәd, hәm dә vasitә göstәrilib. Mәqsәd gün kimi aydındır: Rama-


 208
zan ayını bütövlükdә oruc tutmaq, bir günü belә fövtә ver-
mәmәk! Vә ya digәr aylarda, mәsәlәn, Şaban vә Şәvvalda oruc 
tutmamaq! Bu mәqsәdlә elә bir vasitә tәlәb olunur ki, әksәr in-
sanlar üçün әlçatan olsun, dinlәrindә onları çәtinliyә salmasın, 
ayın әvvәli vә sonunu asanlıqla müәyyәn etsin.   
O dövrdә insanlar ayın doğub-doğmadığını asanlıqla 
gözlә görüb müәyyәn edә bilirdilәr. Bu sәbәbdәn Peyğәmbәr 
(Ona Allahın xeyir-duası  vә salamı olsun!) gözlә görüb müәy-
yәnlәşdirmәyi vasitә seçmişdi.  Әgәr o, hәmin dövrdә yazıb-
oxumağı bacarmayan xalqına astronomik hesablamaları tapşır-
saydı, şübhәsiz, onları çәtinliyә salardı. Halbuki Allah tәala is-
lam ümmәti üçün çәtinliyi deyil, asanlığı istәyir. Peyğәmbәr dә 
(Ona Allahın xeyir-duası  vә salamı olsun!) bu barәdә deyib: 
“Hәqiqәtәn, Allah mәni çәtinlәşdirib-qәlizlәşdirici deyil, öyrә-
dәn vә asanlaşdırıcı göndәrib”
1

Müasir dövrdә dünyaca mәşhur müsәlman astronomları, 
geoloq vә fiziklәri yetişiblәr. Elm Ayın sәthinә enib süxur nü-
munәlәri götürәcәk dәrәcәdә inkişaf edib. Belә bir dövrdә, Ra-
mazan ayının başlanmağını sәhvsiz müәyyәn edәn asan vasitә 
icad edilәrsә  vә bu vasitә ümmәt üçün әlçatmaz deyilsә, onda 
nә üçün vasitәlәrdә – hәdisin deyilmә mәqsәdi vasitәlәrlә bağlı 
deyil – donuqluq göstәrib hәdisdәki mәqsәddәn qafil qalma-
lıyıq?  
Hәdis Ayın doğmasını öz gözlәri ilә gördüklәrini iddia 
edәn bir vә ya iki şәxsin sözü әsasında Ramazanın başlandığını 
tәsdiqlәyirsә, onda, biz heç bir sәhv ehtimalı olmayan digәr va-
sitәdәn nә üçün dә imtina edәk?! Elә bir vasitә ki, yәqindir, dә-
qiqdir. Bu vasitәdәn istifadә imkan verәcәkdir ki, Şәrqdә  vә 
Qәrbdәki müsәlmanlar eyni gündә oruc tutub, eyni gündә  dә 
                                                 
1
 Hәdisi  İmam Müslim “Came әs-Sәhih” kitabının “Talaq” fәslindә  rәvayәt 
edib. Hәdis № 1478. 


 209
bayram keçirsinlәr. Bununla da ölkәlәr arasındakı üç günlük 
fәrq aradan qalxacaqdır
1
.  
Bu qәdәr kәskin fәrq ağlabatan deyildir, nә dini, nә dә el-
mi mәntiq bunu qәbul edir. Qәti surәtdә mәlumdur ki, bu fәrq-
lәrdәn biri doğru, digәri dә sәhvdir. 
İndiki dövrdә qәmәri tәqvimi hazırlamaq üçün dәqiq he-
sablamalar aparmaq “qiyasi-övla” qәbilindәndir. Yәni, Ayın 
doğub-doğmadığını gözlә görüb müәyyәnlәşdirmәyi (bu, adi 
vә yanılmağımız mümkün olan üsuldur) bizә vacib bilәn Sünnә 
daha mükәmmәl, daha dәqiq digәr vasitәni rәdd etmәz. Söhbәt 
elә bir vasitәdәn gedir ki, mәqsәdә asanlıqla çatdırır: oruca eyni 
vaxtda başlayır, eyni vaxtda bayram edir, eyni vaxtda qurban 
kәsir, ixtilafdan xilas oluruq; dinin xüsusi mәsәlәlәri vә  mә-
nәviyyatı ilә sıx bağlı ayin vә ibadәtlәrin icrasında birlik tәmin 
edilir. Tәbii ki, bütün bunlar dәqiq hesablamalar sayәsindә 
mümkündür. 
Böyük mühәddis  Şeyx  Әhmәd  Şakir (Allah rәhmәt et-
sin!) qәmәri ayların başlanmasını astronomik hesablamalarla 
müәyyәn etmәyә cәhd göstәrmişdir. Şeyx Şakirә görә, ayın baş-
lanmağını müәyyәnlәşdirmәk hәdisdәki sәbәblә  (illət) – gözlә 
tәyinetmәyә ilә şәrtlәnib. Sәbәb isә indi mövcud deyil, odur ki, 
sәbәblә әlaqәli şey dә (mə`lul) qüvvәdәn düşüb. Mәlumdur ki, 
hökmü hökm edәn sәbәbdir.   
Siqlәtini, tutarlılığını  nәzәrә alaraq “Әrәb aylarının baş-
lanğıcı” risalәsindә rәhmәtliyin bu barәdә dediklәrinin aşağıda 
dәrc edirik: 
“Şübhә yoxdur ki, istәr islamaqәdәrki, istәrsә  dә erkәn 
islam dövründә  әrәblәr astronomiya elminә  bәlәd deyildilәr; 
                                                 
1
 Hicri 1409-cu ildә  Sәudiyyә  Әrәbistanı Krallığında Ayın doğması ilә  әla-
qәdar bu ölkәdә, Küveytdә, Qatarda, Bәhreyn vә Tunisdә Ramazan ayının 
birinci günü 6 aprel 1989-cu il cümә axşamına düşmüşdü. Misir, İordaniya, 
İraq, Әlcәzair vә Mәrakeşdә cümә günü, Pakistan, Hindistan, Oman vә İran-
da isә çәrşәnbә günü oruc tutmuşdular (Üç günlük fәrq!!!) 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə