Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə68/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   64   65   66   67   68   69   70   71   ...   74

 233
Quranda vә hәdislәrdә buna dair çoxlu dәlillәr vardır.  
Demәli, yuxarıdakı  hәdis fitnә-fәsad törәtmәyәcәk for-
mada,  şәhvәt hiss etmәdәn  әllә adi görüşmәnin haram olma-
ğına dәlil deyil. Әlәlxüsus da buna ehtiyac varsa! Mәsәlәn, sә-
fәrdәn qayıtdıqda, xәstәlikdәn  şәfa tapdıqda, bәladan qurtul-
duqda vә digәr belә hallarda yaxınlar bir-birlәrini yoluxub tәb-
rik edirlәr. İnsan әmi vә ya dayısının arvadının, qızının vә digәr 
yaxın qadın qohumlarından birinin xüsusәn dә ona birinci әl 
uzatdığı zaman onlarla әllә görüşmәyә ehtiyac hiss edir. Özü 
dә bu zaman nә onun, nә dә onların ağlına pis bir şey gәlmir.    
 “Müsnәd” kitabında  İmam  Әhmәd ibn Hәnbәl rәvayәt 
edir ki, Әnәs ibn Malik (Allah ondan razı qalsın!) deyib: “Mәdi-
nәli cariyәlәrdәn biri istәsәydi, Peyğәmbәrin (Ona Allahın xe-
yir-duası vә salamı olsun!) әlindәn tutardı. Peyğәmbәr dә (Ona 
Allahın xeyir-duası  vә salamı olsun!) cariyә onu istәdiyi yerә 
aparıncaya qәdәr әlini onun әlindәn çәkmәzdi”.  
Buxari isә sözükeçәn hәdisi bu variantda rәvayәt edib: 
“Mәdinәli cariyәlәrdәn biri istәsәydi, Peyğәmbәrin (Ona Al-
lahın xeyir-duası vә salamı olsun!) әlindәn tutar, onu (Ona Al-
lahın xeyir-duası vә salamı olsun!) istәdiyi yerә aparardı”.  
Hәdis Peyğәmbәrin (Ona Allahın xeyir-duası  vә salamı 
olsun!) tәvazökarlığına, әdәb-әrkanına, incә davranışına dәlalәt 
edir; hәr hansı bir Mәdinәli cariyә Peyğәmbәrin (Ona Allahın 
xeyir-duası vә salamı olsun!) әlindәn tutub bәzi problemlәrinin 
hәlli üçün onu özü ilә birlikdә Mәdinәnin küçәlәri ilә apardığı 
zaman o, yüksәk hәyası vә әxlaqı üzündәn әlini cariyәnin әlin-
dәn çәkmәklә onu incitmәk, qәlbini yaralamaq istәmәzdi. Әksi-
nә, bu vәziyyәtdә cariyәnin problemlәrini hәll edәnәdәk yeri-
yәrdi.  
Buxarinin rәvayәt etdiyi hәdisin  şәrhindә Hafiz ibn Hә-
cәr yazır: 
“Әldәn tutmaq ürәyiyumşaqlıq vә hәlimlik mәqsәdi gü-
dür. Hәdisdә  hәdsiz tәvazökarlığın bir neçә növü göstәrilib. 


 234
Çünki söhbәt kişidәn deyil, qadından, azad qadından deyil, ca-
riyәdәn gedir; “cariyәlәr” sözü ilә istәnilәn cariyә nәzәrdә tutu-
lur, “istәdiyi yerә” ifadәsi ilә konkret mәkandan danışılmır. 
“Әldәn tutma” tәbiri dә göstәrir ki, külli-ixtiyar cariyәdә olub. 
Әgәr cariyәnin problemlәrini Mәdinәdәn kәnarda hәll etmәk 
lazım gәlsәydi vә o da Peyğәmbәrdәn (Ona Allahın xeyir-duası 
vә salamı olsun!) kömәk istәsәydi, Allahın rәsulu (Ona Allahın 
xeyir-duası vә salamı olsun!) kömәyini әsirgәmәzdi.  
Bütün bunlar Peyğәmbәrin (Ona Allahın xeyir-duası  vә 
salamı olsun!) yüksәk tәvazökarlılığına, tәkәbbürdәn uzaq ol-
duğuna dәlalәt edir”
1

Allah rәhmәt etsin, Hafiz ibn Hәcәrin dediklәri ümumi 
götürüldükdә mәqbuldur. Ancaq onun “әldәn tutma” ifadәsini 
zahiri mәnadan uzaqlaşdırıb ürәyiyumşaqlıq vә hәlimliklә әla-
qәlәndirmәsi doğru deyildir. Çünki hәdisdә  hәm zahiri mәna
hәm dә ürәyiyumşaqlıq vә  hәlimlik iç-içә ifadә olunub. Әslin-
dә, konkret dәlil vә ya situasiya olmazsa, sözün zahiri mәnası-
na toxunmaq olmaz. Burada zahiri mәnanın yozulmasına ehti-
yac da yoxdur! Hәtta  İmam  Әhmәdin rәvayәt etdiyi “...Pey-
ğәmbәr dә (Ona Allahın xeyir-duası  vә salamı olsun!) cariyә 
onu istәdiyi yerә aparıncaya qәdәr әlini onun әlindәn çәkmәz-
di” hәdisi açıq-aşkar göstәrir ki, zahiri mәna  әsas götürülmә-
lidir. Bundan kәnara çıxmaq isә  qәlizlәşdirmәk vә  çәtinlәşdir-
mәk mәnasına gәlir. 
 
                                                 
1
 İbn Hәcәr әl-Әsqәlani. Fәth әl-Bari, cild XIII. 


 235
 
Məcazi mənadan imtinanın 
müasir dövrdə doğurduğu problemlər 
 
Qeyd edilmәlidir ki, hәdislәrdәki mәcazlardan imtina 
edib dini mәtnlәrin hәrfi mәzmunundan kor-koranә yapışmaq 
bir çox müasir ziyalının Sünnәni doğru-dürüst başa düşmәsinә 
mane olur. Belә olan halda onlar nәinki Sünnәni, hәm dә islamı 
doğru-dürüst başa düşmürlәr. Müasir ziyalılar hәdislәrin zahiri 
mәzmunundan yapışdıqları üçün şübhәlәrә  qәrq olurlar. Hal-
buki özlәri dә görürlәr ki, hәmin hәdislәr mәcazi mәzmundadır 
vә bu mәcazilik dilin vә dinin prinsiplәrinә zidd deyildir.    
İslamın bәzi düşmәnlәri çox vaxt mәcazi mәzmunlu hә-
dislәri müstәqim mәnada izah edir, islam mәfhumlarını lağa 
qoyur vә iddia edirlәr ki, bu anlayışlar müasir elmә, düşüncәyә 
ziddir.  
İllәr qabaq bir xristian missioneri islam әleyhinә kitab qә-
lәmә almışdı. Hәmin missioner İmam Buxarinin rәvayәt etdiyi 
bәzi hәdislәri sitat gәtirәrәk iddia edirdi ki, elm vә maariflәnmә 
әsrindә müsәlman fikri xurafatlara inanır. Mәsәlәn, o, “Qızdır-
ma cәhәnnәm atәşindәndir, onu su ilә soyudun” hәdisini
1
 iqti-
bas gәtirәrәk yazırdı: “Qızdırma cәhәnnәm atәşindәn deyildir
әksinә, yer üzünün istisindәndir. Yer üzündә çirkli tullantılar 
vardır ki, qızdırma yaradan bakteriyaların çoxalmağına  şәrait 
yaradır”. 
 Axmaq vә ya özünü axmaqlığa vuran bu müәllif hәdis-
dәki mәcazi mәnadan bixәbәrdir, ya da özünü qanmaz kimi 
                                                 
1
 İbn Ömәrә, Hәzrәti Aişәyә, Rafe ibn Xәdic vә  Әsma bint Әbubәkrә isti-
nadәn rәvayәt olunmuş bu hәdisin sәhihliyi yekdilliklә  qәbul edilib. İmam 
Buxari bu hәdisi, hәmçinin,  İbn Abbasa istinadәn nәql edib. Bax: Әlbani. 
Sәhih әl-Came әs-Sәğir, hәdis № 3191; әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 1424, 
1426. 


 236
göstәrir. Çünki әrәbcәni gözәl bilәn kәsә hәdisin mәnası gün ki-
mi aydındır. Biz hәdsiz istilәrin cövlan etdiyi günlәr barәsindә 
“Cәhәnnәm istisi” ifadәsini işlәdirik. Hәm biz, hәm dә bu ifa-
dәni eşidәnlәr bilirlәr ki, söhbәt nәdәn gedir. 
 
“Qara daş cənnətdəndir” hədisi 
 
Yadıma gәlir, özünü müsәlman bilәn bir şәxs “Qara daş 
cәnnәtdәndir”
1
 vә “Әcvә (xurma növü) cәnnәtdәndir”
2
 – hәdis-
lәrini masqaraya qoyan yazı qәlәmә almışdı.  
Bunun kimi insanlar adıçәkilәn vә bәnzәr hәdislәrin de-
yilmә  mәqsәdindәn xәbәrsizdirlәr. Misal üçün götürәk sәhih 
“Cәnnәt qılıncların kölgәsi altındadır”
3
 hәdisini. Bir insana 
nәinki dәrk, hәtta tәsәvvür etmәk çәtindir ki, Allahın müttәqi-
lәr üçün hazırladığı, enini sәmalar tәk qıldığı cәnnәt necә ola bi-
lәr ki, qılıncların kölgәsindә yerlәşsin. O, yalnız bir şeyi bilir ki, 
Allah yolunda cihad vә onun rәmzi qılınc cәnnәtә aparan әn qı-
sa yoldur. Xüsusәn dә әgәr Allah şәhidlik yazıbsa! 
Anasını ehtiyac içәrisindә  tәrk  edib  cihada  çıxmaq istә-
yәn kәsә Peyğәmbәrin (Ona Allahın xeyir-duası  vә salamı ol-
sun!) cavabı da bu qәbildәndir:  
“Get, onun qayğısını çәk. Çünki cәnnәt onun ayaqları al-
tındadır”
4

                                                 
1
 Hәdisi  Әnәs ibn Malikә istinadәn  İmam  Әhmәd,  İbn Abbasa istinadәn dә 
Nәsai rәvayәt edib. Hәmçinin, bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, hәdis № 
3174. 
2
 Hәdisi Әbu Hüreyrәyә istinadәn İmam Әhmәd, Tirmizi vә İbn Macә, Әbu 
Sәidә  vә Cabirә istinadәn isә  İmam  Әhmәd, Nәsai vә  İbn Macә  rәvayәt et-
mişlәr. Hәmçinin, bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, hәdis № 4126. 
3
 Abdullah ibn әbu Övfaya istinadәn rәvayәt edilmiş bu hәdisin sәhihliyi 
yekdilliklә tәsdiqlәnib. Bax: әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 1137. 
4
 Hәdisi Cahimәyә istinadәn İmam Әhmәd vә Nәsai rәvayәt etmişlәr. Hәm-
çinin, bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, hәdis № 1249.  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə