Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə65/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   61   62   63   64   65   66   67   68   ...   74

 223
radan seçildi, orucuma başladım. Sabah olunca Peyğәmbәrin 
(Ona Allahın xeyir-duası vә salamı olsun!) yanına getdim, etdi-
yimi ona xәbәr verdim. Allahın rәsulu dedi: “Onda, yastığın 
yaman genişdir!  Әslindә, bu, gecәnin qaranlığının gündüzün 
ağarmağından seçilmәsidir”. 
Hәdisdәki “Onda, yastığın yaman genişdir!” ifadәsi o 
demәkdir ki, ayәdәki ağ ip – gündüzün ağlığının, qara ip dә ge-
cәnin qaranlığının mәcazi ifadәsidir. Demәli, altına “iplәr”in ra-
hatca yerlәşmәyi üçün yastığın  Şәrq-Qәrb genişliyindә olmağı 
lazımdır
1
.  
Aşağıdakı mәşhur qüdsi hәdis dә bu növdәndir: 
“Qulum mәnә bir qarış yaxınlaşarsa, Mәn ona bir dirsәk 
yaxın gedәrәm. Mәnә bir dirsәk yaxınlaşarsa, Mәn dә ona bir 
qucum yaxınlaşaram. Yox, әgәr qulum Mәnә sarı gәzәrәk gәlәr-
sә, Mәn dә ona tәrәf qaçaram”
2
.  
Mötәzililәr, bu hәdisi danışıb onu Pak vә Uca Allaha aid 
etdiklәri üçün Hәdis tәrәfdarlarına (Əhli‐Hədis) hiddәtlәn-
mişlәr. Çünki fiziki yaxınlıq, gәzmә vә yüyürmә mәsәlәlәrindә 
Allahın insana bәnzәdilmәsi tәhlükәsi yaranır ki, bu da Onun 
ilahiliyinin mütlәq mahiyyәtinә uyğun deyil. 
Sonralar  İmam  İbn Qüteybә “Tә`vil Müxtәlәf  әl-Hәdis” 
kitabında mötәzililәrә aşağıdakı cavabı vermişdir:  
“Bu, sadәcә  tәşbehdir, oxşatmadır!  Әslindә, hәdisdә bu 
nәzәrdә tutulub: “Kim Mәnә itaәtkarlıqda tәlәsәrsә, savabını 
onun tәlәskәnliyindәn tez verәrәm. Bu sәbәbdәn “gәzmә” vә 
“yürümә” metonimiyadır.  
Mәgәr ayәdә belә deyilmir: “Ayәlәrimizdәn (Quranı ba-
til etmәkdәn) ötrü sәy göstәrib (Peyğәmbәri) aciz etmәk istә-
yәnlәrә (yaxud Peyğәmbәri mәğlub etmәklә xalqı imandan 
                                                 
1
 Bax: İbn Kәsir. Tәfsir әl-Quran әl-Әzim, cild I, sәh. 221. 
2
 Sәhihliyi yekdilliklә  tәsdiqlәnib. Bax: әl-Lu`lu` vәl-Mәrcan, hәdis  № 1721, 
1746. 


 224
döndәrmәyә  cәhd edәnlәrә) gәldikdә isә, mәhz onlar cәhәn-
nәmlikdirlәr!” (әl-Hәcc, 51). 
Buradakı “sәy” sözü “tәlәsik gәzmәk; yüyürmәk” de-
mәkdir. Ayәdә o nәzәrdә tutulmur ki, onlar daima yüyürür-
müşlәr. O nәzәrdә tutulur ki, onlar әmәllәri vә niyyәtlәri ilә sәy 
göstәrirlәr. Düzünü Allah bilir!”
1
 
Bәzәn bir sıra hәdislәrdә müasir ziyalıların başa düş-
mәyә  çәtinlik çәkdiklәri semantik mәqamların  şahidi oluruq. 
Hәdislәrdәki mәcazi ifadәlәrә müstәqim mәna verilәrsә, an-
laşılmazlıq yaranar. Yox, әgәr mәcazi mәnanı olduğu kimi sax-
lasaq, problem hәll olunar, hәdisin әsil mәzmunu aydınlaşar.  
Belә bir hәdisә  nәzәr salaq. Әbu Hüreyrәyә istinadәn 
İmam Buxari vә İmam Müslim rәvayәt edirlәr ki, Allahın rәsulu 
(Ona Allahın xeyir-duası vә salamı olsun!) deyib:  
“Cәhәnnәm Allaha şikayәt edәrәk dedi: “Ey rәbbim, bir 
tәrәfim digәrini yeyib.” (Belә olan halda) Allah ona iki nәfәs – 
yay vә qış nәfәsi verdi. Bu, (sizlәrin) üzlәşdiyi isti vә şaxtadır”
2
.  
Dövrümüzdә  şagirdlәrә coğrafiya dәrslәrindә  fәsillәrin 
dәyişmәsi sәbәblәrini, yayın vә qışın gәlmәyini, isti vә soyuğu 
öyrәdirlәr. Bütün bunlar yaradılış qanunlarıdır, tәdqiqatçılara 
mәlum qanunauyğunluqlardır. 
O da mәlumdur ki, Yer kürәsinin bir tәrәfindә şaxtalı qış 
mövsümü olanda digәr tәrәfindә yayın oğlan çağı hökm sürür. 
Mәsәlәn, mәn 1988-ci ilin yayında Avstraliyaya getmişdim. Qış 
fәsli idi, soyuqlar düşmüşdü. 1989-cu ilin qışında isә  Cәnubi 
Amerikaya sәfәrim zamanı gördüm ki, orada yaydır, havalar 
yaman istidir. 
Elә isә yuxarıdakı  hәdisi mәcazi mәnada başa düşmәk 
lazımdır; yәni,  şiddәtli soyuğun da, qaynar istinin dә  cәhәn-
                                                 
1
 İbn Qüteybә. Tә`vil Müxtәlәf әl-Hәdis, Beyrut: “Dar әl-Cil” nәşriyyatı, sәh. 
224. 
2
 әl-Lu`lu` vәl-Mәrcan.  İmam Buxari vә  İmam Müslim hәdisin sәhihliyini 
tәsdiqlәyiblәr. Bax: hәdis № 359. 


 225
nәmin nәfәsi olmağı o demәkdir ki, cәhәnnәmin әzabı çox şid-
dәtlidir, cürbәcürdür.  
Әbu Hüreyrә istinadәn İmam Buxari vә İmam Müslimin 
nәql etdiklәri digәr hәdis dә bu qәbildәndir. Peyğәmbәr (Ona 
Allahın xeyir-duası  vә salamı olsun!) deyib: “Hәqiqәtәn, Allah 
mәxluqatı yaratdı. Yaratdığını bitirincә, “qohum-әqrәbalıq” de-
di: “Bura (qohumluğu) kәsmәkdәn Sәnә sığınanın mәqamıdır.” 
Allah: “Bәli, – dedi vә davam etdi, – Sәni kәsәnlәrlә  (әlaqәmi) 
kәsmәyi, qoruyanlarla da qorumağımı istәmirsәnmi?” Qohum-
әqrәbalıq dedi: “Әlbәttә, istәyirәm, ey rәbbim!” (Belә olan hal-
da) Allah buyurdu: “Bu sәnindir (Elә isә sözümә әmәl etmәyim 
sәnin üzәrimdәki haqqındır).” (Peyğәmbәr (Ona Allahın xeyir-
duası vә salamı olsun!) sözünә davam etdi): “İstәsәniz, bu ayә-
ni dә oxuyun: “Әgәr (Mәhәmmәd әleyhissәlamdan) üz döndәr-
sәniz, sizdәn yer üzündә fitnә-fәsad törәtmәk vә (Cahiliyyәt 
dövründә olduğu kimi) qohumluq tellәrini qırmaq gözlәnil-
mәzmi?!”
1

2
.  
Görәsәn, hәdisdәki “qohum-әqrәbalıq” sözü hәqiqi, yox-
sa mәcazi mәnada işlәdilib? Hәdisin  şәrhçilәri fәrqli görüşlәr 
irәli sürmüşlәr. 
Qazi  İyaza görә, hәdisin mәnası  mәcazidir vә o, zәrbi-
mәsәl qismindә deyilib. 
Hәmçinin, İbn әbu Cәmrә “Şәrh Müxtәsәr әl-Buxari” ki-
tabında qohumluq bağlarını qoruyub saxlayanlar haqda yazır:  
“Allah tәrәfindәn qohumluq bağlarının qorunması Onun 
yaxşılığının böyüklüyünü ifadә edәn metonimiyadır. O, yalnız 
vә yalnız başa düşәcәklәri dillә insanlara müraciәt etmişdir. 
Mәhbubun aşiqә verәcәyi  әn böyük şey vüsaldır, – bu da ona 
yaxınlaşmaqla, istәdiyi  şeylәrdә ona kömәk göstәrmәklә, razı 
                                                 
1
 “Muhәmmәd” surәsi, 22-ci ayә. 
2
 İmam Buxari. “Came әs-Sәhih” kitabı, “Әdәb-әrkan” vә “Tәfsir” fәsillәri; 
İmam Müslim. “Came әs-Sәhih” kitabı, “Yaxşılıq vә qohumluq bağları”. 
Hәmçinin, bax: әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 1655. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə