Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə73/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   66   67   68   69   70   71   72   73   74

 249
axirәtdә Allah tәalanı gözlә görmәlәri) bağlı sәhih hәdislәri tәk-
zib etmәzdi. Hәdisdә deyilir ki, möminlәr Allahı  on  dörd  ge-
cәlik ayı gördüklәri kimi görәcәklәr. Buradakı  tәşbeh Allahın 
aya bәnzәdilmәsini deyil, görmәnin aydın surәtdә baş verәcә-
yini ifadә edir. 
Mötәzililәr sәhvәn yozduqları Quran ayәsinin zahirinә 
әsaslanmaqla adı keçәn hәdisi inkar etmәyә  dә bilәrdilәr. Hә-
min ayә budur:   
“O gün neçә-neçә üzlәr sevinib gülәcәk, Öz Rәbbinә ba-
xacaqdır!” (әl-Qiyamә, 22-23).  
Mötәzililәrin başlıca sәhvi qeybi reallıqla (qiyas  əl‐qaib 
əlaş‐şahid), dünyanı da axirәtlә müqayisә etmәlәri idi. Bu mü-
qayisә, әslindә fәrqli şeylәrin müqayisәsidir (qiyas mə`əl‐fariq). 
Halbuki hәm dünyanın, hәm dә axirәtin öz qayda-qanunları, 
qanunauyğunluqları var.  
Bu nöqteyi-nәzәrdәn  Әhli-Sünnә alimlәri Allahın gözlә 
görülәcәyini tәsdiqlәmişlәr. Bütün sünni alimlәri hәmrәydirlәr 
ki, axirәtdә görmә bizә  mәlum görmә hadisәsinә oxşamır. Bu 
barәdә İmam Mәhәmmәd Әbduh yazır:  
“Bu, necәliyi mәlum olmayan qeyri-müәyyәn görmәdir. 
Bu cür görmә ancaq vә ancaq Allahın axirәtdәkilәrә  bәxş edә-
cәyi gözlә  vә ya dünyadakı  mәlum görmә xassәsinin dәyişil-
mәsi ilә mümkündür. Hәdis sәhih olduğu tәqdirdә biz bu mә-
sәlәni tәsdiqlәsәk dә, onun mahiyyәtini qavraya bilmirik”
1
.   
Seyyid Rәşid Rza axirәtdә Allahın gözlә görülәcәyi mә-
sәlәsindә müәlliminin dediklәrini belә şәrh edir: 
“Axirәtdә  dәrk etmәk ruha aiddir. Duyğular onun vasi-
tәlәridir. Dövrümüzdә  şәrqli vә  qәrbli alimlәr konkret tәcrü-
bәlәr yolu ilә tәsdiqlәmişlәr ki, gözlәri yumulu halda görәn vә 
oxuyan  şәxslәr mövcuddur. Buna fikirlәrin oxunması deyilir. 
Elәcә dә bәzi insanlar yuxuda ikәn müәyyәn şeylәri görә bilir-
                                                 
1
 Şeyx Mәhәmmәd Әbduh. Tövhid risalәsi, sәh. 187-188. 


 250
lәr. Habelә, çox uzaq mәsafәyә vә aralıq maneәlәrә rәğmәn әş-
yaları görә bilәn insanlara da rast gәlmәk mümkündür. Mәsә-
lәn, Misirdәki bir şәxsin  İsgәndәriyyәdә yaşayan qohumunu 
evindәn dayanacağa çıxdığını gördüyü kimi.   
Әgәr dünyamızdakı insanlar üçün sәciyyәvi olan adi 
görmә xüsusiyyәtinә zidd bu cür hallar mövcuddursa vә biz dә 
bunu tәsdiqlәyiriksә, onda cәnnәtdәki daha heyrәtamiz vә qey-
ri-adi görmә növünü problemә çevirmәk ağıllı kәsә yaraşarmı?! 
Axirәt ki qaydaları  vә adәtlәri baxımından real dünyamızdan 
fәrqlәnәn qeyb alәmidir! Elә isә görmәni inkar edib problemә 
çevirmәk görmә  vә görülәn  şeylәrdә qeyb alәminin reallıqla 
müqayisәsindәn irәli gәlir! Halbuki bu, әsassız müqayisәdir! 
Müqayisәnin  әsassızlığı gözlә görülәndә (Allah) özünü daha 
qabarıq göstәrir (yәni, qiyas bizә mәlum iki oxşar şey arasında 
aparılmalıdır. Allahı bu dünyada görәn olmayıb. Odur ki, onu 
qiyasın bir tәrәfi kimi götürmәk olmaz)”
1

 
 
                                                 
1
 Yenә orada.  


 251
 
Hədislərdəki sözlərin mənalarına  
dərindən bələd olmaq 
 
Sünnәni doğru-dürüst anlamaq üçün hәdislәrdәki bu vә 
ya digәr sözün hansı mәnaya gәldiyini dәqiqlәşdirmәk olduqca 
vacibdir. Çünki sözlәrin mәnaları dövrdәn-dövrә, mühitdәn-
mühitә dәyişilә bilir. Dillәrin inkişafını, zaman vә mәkanın bu 
prosesә  tәsirini araşdıran tәdqiqatçılara bu mәsәlә yaxşı  mә-
lumdur. 
 
Dini mətnləri qeyri‐ənənəvi terminlərlə 
izahı etməyin yolverilməzliyi 
  
İnsanlar bәzәn bu vә ya digәr sözün ifadә etdiyi mәnanı 
dәqiqlәşdirirlәr. Nәticәdә  hәmin mәnanın dәqiqliyi heç kimdә 
şübhә doğurmur. Ancaq bu mәqamda ehtiyat etdiyimiz şey – 
hәdislәrdәki (elәcә dә Qurandakı) sözlәrә әlavә vә sonradan ya-
ranmış  mәnaların geydirilmәsidir. Mәhz bu mәqamda xәtalar 
vә sapmalar baş verir. 
Belә ki, İmam Qәzali bәzi elmi ad vә  mәfhumların  әv-
vәlki nәsillәrin (sələfin) dövründә ifadә etdiyi mәzmundan 
uzaqlaşdırılması haqda yazmışdı. O, bu mәfhum vә adlara dә-
rindәn bәlәd olmayanları düşә bilәcәklәri xәta vә zәlalәt haqda 
xәbәrdar etmişdi:  
“Bil ki, bәyәnilmәyәn (pislәnilәn) elmlәrin  şәriәt elmlә-
rinә qarışmağı  tәriflәrin (terminlәrin) tәhrif edilib dәyişdiril-
mәsi, Sәlәfi-Salihinin vә  İlk Nәslin başa düşdüyü mәzmundan 
pozucu mәqsәdlәr üçün uzaqlaşdırılması ilә başlanıb. Söhbәt 
beş sözdәn gedir: fiqh, elm, tövhid, tәzkir (xatırlatma) vә hik-
mәt. Bunlar tәriflәrdir (terminlәrdir). Onlarla vәsf olunanlar 
dindә mәnsәb sahiblәri idilәr. Ancaq indi (bu terminlәrә) bәyә-


 252
nilmәyәn mәnalar geydirilib. Artıq qәlblәr belә terminlәrlә vәsf 
olunanlara nifrәt etmәyә başlayıb. Çünki hәmin şәxslәr bu ter-
minlәrin bәyәnilmәyәn mәzmunu  әsasında sәciyyәlәndirilir-
lәr...”
1
.  
Allah rәhmәt etsin, İmam Qәzali bu mәsәlәni “Din elm-
lәrinin dirçәldilmәsi” adlı kitabının “Elm” fәslinin bir çox sәhi-
fәsindә izah edib.  
Әgәr  İmam Qәzali elm sahәsindә yuxarıdakı beş ter-
minin mәzmunca dәyişilmәsinin şahidi olmuşdusa, onda digәr 
sahәlәrdә mәnası dәyişdirilmiş gör nә qәdәr termin vardır. 
Sonralar zaman, mәkan vә insan amillәrinin tәsiri ilә 
mәfhumların mәzmunu dәyişildi. Nәticәdә bu vә ya digәr sö-
zün hәqiqi vә dini mәnası ürf-adәtin, yeni-yeni amillәrin tәsi-
rinә mәruz qaldı; mәqsәdli sapma vә tәhriflәr tәzahür etdiyi ki-
mi, bilmәyәrәkdәn yanılma vә sәhv başa düşmә halları da özü-
nü göstәrdi. 
Mәhz bu sәbәbdәn ümmәtin hәqiqi elm sahiblәri vә av-
toritet  şәxsiyyәtlәri  әsrlәr keçdikcә dini anlayışların sonradan 
yaradılacaq terminlәrlә izah olunmağının doğuracağı  tәhlükә-
lәr haqda xәbәrdarlıq etmişlәr. 
 
“Təsvir” və “yonma” sözləri 
 
 Yaşadığımız dövr sübut etmişdir ki, qaydaları gözlәmә-
yәnlәr bir çox xәtaya düşmüşlәr.  
Yekdilliklә  sәhih sayılan hәdislәrdәki “tәsvir” sözünü 
nәzәrdәn keçirәk. Görәsәn, bu söz hansı mәnaya gәlir ki, hәdis-
lәrdә “tәsvir әhli” adlandırılanlara şiddәtli әzab vәd edilir. 
Hәdis vә fiqhlә  mәşğul olanların çoxu iddia edir ki, hә-
min hәdislәrdә söhbәt dövrümüzün “fotoqraflar”ından gedir. 
                                                 
1
 İmam Qәzali. Din elmlәrinin dirçәldilmәsi, cild I, Beyrut: “Dar әl-Mәrifәt” 
nәşriyyatı, sәh. 31-32. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə