Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə71/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   66   67   68   69   70   71   72   73   74

 243
İbn Teymiyyә istәyirdi ki, sәlәflәrin yolunu dirçәltsin
Quranda vә Sünnәdә deyilәnlәrlә Allahın kәlamını isbatlasın, 
Sәmanın qadağaları әsasında  hәrәkәt etsin.  
Ancaq  Şeyxülislam bu mәsәlәdә o dәrәcәdә ifrata var-
mışdı ki, ümumiyyәtlә dildә mәcaz hadisәsinin mövcudluğunu 
inkar etmişdi.  
İmam  İbn Teymiyyә  qәlbimdә  әn çox yeri olan alim-
lәrdәndir, bәlkә dә onların әn birincisidir. Fikirlәrimә әn yaxın 
olanı da onun görüşlәridir. Ancaq mәn bu mәsәlәdә onunla ra-
zılaşmıram. Necә ki, o da özündәn qabaq yaşamış alimlәrlә ra-
zılaşmamışdı. O özü bizә öyrәtmişdir ki, düşünәk, tәqlid etmә-
yәk,  şәxslәrdәn deyil, dәlillәrdәn yapışaq, haqqı insanlarla de-
yil, insanları haqla tanıyaq. Mәhz bu sәbәbdәn mәn  İbn Tey-
miyyәni sevirәm, ancaq ibnteymiyyәçi deyilәm! 
Bu haqda Hafiz әz-Zәhәbi deyib: “Şeyxülislam bizim 
üçün әzizdir. Ancaq haqq ondan daha әzizdir”. 
Bәli, mәn Uca Allahın atributları, qeyb alәmi vә axirәtlә 
bağlı bütün mәsәlәlәrdә Şeyxülislam İbn Teymiyyәnin mövqe-
yini dәstәklәyirәm. 
Yaxşısı budur ki, açıq-aşkar dәlil olmadan onları yozma-
yaq, işi әhlinә tapşıraq, bizә aid olmayan şeylәrdә özümüzü öh-
dәçi bilmәyәk. Elmdә qüvvәtli olanlar kimi deyәk:  
“...Elmdә qüvvәtli olanlar isә: “ Biz onlara iman gәtirdik, 
onların hamısı Rәbbimizin dәrgahındandır”, – deyәrlәr. Bunları 
ancaq ağıllı adamlar dәrk edәrlәr” (Ali-İmran, 7). 
 
Qeyb aləminin reallıqdan  
fərqləndirilməsi 
 
Sünnә qeyblә bağlı mövzulara da toxunub. Bәzi hәdis-
lәrdә gözlә görünmәyәn mahiyyәtlәrdәn danışılır. Mәsәlәn, Al-
lah tәalanın müxtәlif vәzifәlәr yüklәdiyi mәlәklәr – “...Rәbbinin 


 244
ordularını özündәn başqası bilmәz...” ayәsi
1
 dә bunu tәsdiqlә-
yir – belә mahiyyәtlәrdәndir. Hәdislәrdә, hәmçinin, bizim kimi 
öhdәçi olan, yer üzündә yaşayan, insanları gördüklәri halda in-
sanların görmәdiyi cinlәr, Uca Allahın qarşısında bizlәri yolu-
muzdan azdırmaq, batili vә şәri gözәl göstәrmәk üçün and içәn 
iblisin
2
 әsgәrlәri sayılan şeytanlar haqda söz açılır.  
Әrş, Kürsü, Lövhә vә Qәlәm dә belә mahiyyәtlәrdәndir.  
Hәmçinin, bәrzәx hәyatı, Qiyamәt qopanadәk ölüm son-
rası  hәyat, Qәbir sorğu-sualı, mükafatı  vә  әzabı, Axirәt hәyatı, 
Dirilmә, Toplanma (həşr), Gözlәmә (mövqif), Qiyamәtin tükür-
pәrdici halları, Böyük Şәfaәt, Mizan-tәrәzi, Sorğu-sual, Sirat 
körpüsü, Cәnnәt, Cәnnәtdәki maddi vә  mәnәvi nemәtlәr, in-
sanların Cәnnәtdәki dәrәcәlәri, Cәhәnnәm vә  Cәhәnnәmdәki 
hissi vә mәnәvi әzab növlәri, oradakı tәbәqәlәr – bütün bunlar 
sözügedәn mahiyyәtlәrdәndir.   
Yuxarıda sadalananlar barәdә Quranda da mәlumat var-
dır. Ancaq Şәrәfli Sünnә Quranın ümumi şәkildә toxunduğu 
bәzi mәsәlәlәrin tәfsilatını vә әtraflı izahını vermişdir. 
Yeri gәlmişkәn, qeyd edәk ki, bu mәsәlәlәr haqda bizә 
çatmış  hәdislәrin bәzisi sәhih deyildir. Odur ki, onlarla hesab-
laşıb onlara diqqәt yetirmәyә ehtiyac yoxdur. Biz burada pey-
ğәmbәrimizdәn (Ona Allahın xeyir-duası vә salamı olsun!) bizә 
gәlib çatmış sәhih hәdislәr haqda danışacağıq. 
Bu mәsәlәdә müsәlman alimin boynuna düşәn şey – elm 
әhlinin vә yolu ilә getdiyimiz sәlәflәrimizin qoyduqları qayda-
lar әsasında sәhih hәdislәri qәbul etmәkdir. Yaşadığımız dövrlә 
sәslәşmәyib adәtkәrdәliklәrә uyğun gәlmәdiyi üçün onlardan 
imtina doğru deyildir. Vaxtı ilә xәyal edilәn şeylәr indiki dövr-
dә reallaşıb. İnsan oğlu elmin inkişafı sayәsindә elә şeylәr icad 
                                                 
1
 “әl-Müddәssir” surәsi, 31-ci ayә. 
2
 Bu haqda Quranda deyilir: “(İblis) dedi: “Sәnin izzәtinә-qüdrәtinә and ol-
sun ki, onların (Adәm övladının) hamısını (haqq yoldan) azdıracağam; Yal-
nız Sәnin sadiq bәndәlәrindәn başqa!” (Sad, 82-83). 


 245
edib ki, әvvәllәr onları icad etmәk qeyri-mümkün sayılırdı. O 
vaxtlar birinә desәydin ki, bu cür şeylәri düzәltmәk mümkün-
dür, gülәr vә  sәni dәli adlandırardı. Elә isә  ağla zidd görünәn 
qeyb mahiyyәtlәrini yerdә  vә göydә  hәr  şeyә qadir Allah nә 
üçün dә yaratmasın?!  
Bu sәbәbdәn alimlәrimiz bildirmişlәr ki, din – ağlı hey-
rәtlәndirә bilәr, ancaq onun qeyri-mümkün sayacağı  şeyi de-
mәz. Yәni, doğru-dürüst nәql sağlam ağla heç bir vәchlә zidd 
deyildir. 
Nәqllә  ağlın  әksliyi kimi görünәn mәsәlәlәrdә, heç şüb-
hәsiz ki, nә isә bir yanılma baş vermişdir; ya nәql doğru-dürüst 
(sәhih) deyil, ya da ağıl mәsәlәyә qәrәzli yanaşıb. Yәni, insanın 
din zәnn etdiyi şey din, elm vә ya ağıl saydığı şey dә elm deyil-
dir! 
 Bәzi islam mәktәblәri vә tәlimlәri, o cümlәdәn mötәzili-
lәr ağıllarına batmadığı üçün bir sıra sәhih hәdislәri rәdd etmiş-
lәr. Mәsәlәn, bәzi mötәzililәr qәbirdә iki mәlәyin sorğusu, Qә-
bir  әzabı  vә ya mükafatı ilә bağlı  hәdislәri tәkzib etmişlәr. 
Hәmçinin, onlar Mizan-tәrәzi
1
 vә Sirat Körpüsündәn, mömin-
lәrin Cәnnәtdә Allahı görmәlәrindәn, cinlәr vә onların insanlar-
la әlaqәsindәn söz açan hәdislәrә “yox” demişlәr.  
İmam  Şatibi özünün “әl-Etisam” adlı qiymәtli  әsәrindә 
yazır: 
“Mәqsәd vә  mәzhәblәrinә uyğun gәlmәyәn hәdislәri 
rәdd etmәk bidәt vә zәlalәt әhlinin xüsusiyyәtidir. Onlar iddia 
edirlәr ki, bu hәdislәr ağla ziddir vә  dәlil sayıla bilmәz. Odur 
ki, onları rәdd etmәk lazımdır. 
a) Qәbir  әzabı; b) Sirat Körpüsü; v)Mizan-tәrәzi; q) 
axirәtdә Qüdrәtli vә Uca Allahın gözlә görülmәsi;  ğ) milçәk, 
                                                 
1
 Müasir  elm  havanın, bәdәnin temperaturunu, müxtәlif tәzahürlәri hәdsiz 
dәqiqliklә ölçәn qurğular yaradıb. Artıq milyonda bir olan ölçülәri bir sa-
niyәdә dәqiqlәşdirәn yüksәk texnologiyalı kompüterlәr icad olunub. Elә isә 
mizan-tәrәzi, mötәzililәrin tәsәvvür etdiyi kimi, iki gözü olan qurğu deyil.  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə