Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə66/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   62   63   64   65   66   67   68   69   ...   74

 226
salacaq formada dadına çatmaqla mümkündür. Bütün bunları 
hәqiqi mәnada Uca Allah barәsindә söylәmәk qeyri-mümkün 
olduğundan bәndәyә ilahi lütfün böyüklüyü mәcaz halında iş-
lәdilib. Eyni şeyi qohumluq әlaqәsini kәsmәk haqda da demәk 
olar. Bu da yaxşılıdan mәhrum etmәk mәnasına gәlәn mәcaz-
dır”. 
İmam Qürtubi deyib:  
“Qohum-әqrәbalığa aid bu sözün mәcazi vә ya hәqiqi 
mәnada, yaxud da qiymәtlәndirmә  vә  bәnzәtmә baxımından 
deyildiyini bildirsәk, mәnası sanki belә olacaq: “Әgәr qohum-
әqrәbalıq dәrk edilәn vә ya danışa bilәn şey olsaydı,  şübhәsiz, 
deyәrdi ki...”. Allah tәalanın “(Ya Peyğәmbәr!) Әgәr Biz bu Qu-
ranı bir dağa nazil etsәydik, sәn onun Allahın qorxusundan (ki-
çildiyini) parça-parça olduğunu görәrdin (halbuki ağıl vә ruh 
sahibi olan insan onun öyüd-nәsihәtlәrindәn ibrәt almır)...”
1
 
ayәsi dә bu cürdür. Ayәnin sonunda deyilir:  
“...Biz bu misalları insanlar üçün çәkirik ki, bәlkә, düşü-
nәlәr”. 
Burada mәqsәd “sileyi-rәhm” (qohumluq әlaqәlәrini qo-
ruyub-saxlama)  әmrinin  әhәmiyyәtini göstәrmәkdir; yәni, Al-
lah tәala “sileyi-rәhm”i Onunla qonşu olmaq istәyәnlәrin mә-
qamı sayar, onları özünә qonşu bilәr, himayә edәr. Demәli, Al-
lahla qonşu olan şәxs nә tәrk edilәr, nә dә biçarә buraxılar. Pey-
ğәmbәr dә (Ona Allahın xeyir-duası vә salamı olsun!) bununla 
әlaqәdar olaraq başqa bir hәdisindә deyib: “Kim sübh namazını 
qılarsa, Allahın himayәsindәdir. Allah kimi öz himayәsindәn 
mәhrum etmәk istәyәrsә, edәr, sonra da cәhәnnәm odunda onu 
üz üstә yerә vurar”. Hәdisi İmam Müslim sәhih saymışdır.  
Düşünürәm ki, bir sıra hәdislәrin mәcazi mәnada başa 
düşülmәsi dinә xәlәl gәtirmir. Tәbii ki, mәcazi mәna mәqbul şә-
kildә izah edilmәli, özbaşınalıq vә qәlizlәşdirmәdәn uzaq olma-
                                                 
1
 “әl-Hәşr” ayәsi, 21-ci ayә.  


 227
lıdır. Bununla yanaşı, hәdisdәki mәcazi mәnanın şәrhinә imkan 
verәcәk әsaslar olmalıdır. Bu baxımdan: 
a) obyektiv әqli dәlil; 
b) açıq-aşkar şәriәt faktı; 
v) qәti elmi mәlumat; 
q) danılmaz real nüans tәlәb edilir ki, hәdis müstәqim 
(hәqiqi) mәnada başa düşülmәsin.  
Ancaq belә mübahisә yarana bilәr: mövcud әsaslar hәqi-
qidir ya yox? 
Çünki bir insana, qrupa mümkün görünәn  әqli mәsәlә 
başqalarına mümkün görünmәyә bilәr. Odur ki, hәmin mәsә-
lәni әmәlli-başlı dәqiqlәşdirmәk tәlәb olunur.  
Әsassız yozum rәdd edildiyi kimi, qәlizlәşdirici yozuma 
da “hә” deyilmir. Hәmçinin, mәcazi mәnaya dәlalәt edәn elmi, 
әqli, dini vә real sübut (fakt) ola-ola hәqiqi mәnadan yapışmaq 
yolverilmәzdir.  
Mәcazi mәnaya hәqiqi mәna “donu”nun geydirilmәsi 
bәzәn bir sıra rasionalistlәr üçün fitnә qapısı rolunu oynayır. 
Çünki hәmin rasionalistlәr islamda doğru nәqllә aydın ağlın 
uyğunluğundan xәbәrdardırlar.   
İbn Ömәrә istinadәn İmam Buxari vә İmam Müslimin rә-
vayәt etdiklәri hәdisә nәzәr salaq: “Cәnnәt әhli cәnnәtә, cәhәn-
nәmliklәr dә  cәhәnnәmә daxil olduqları zaman ölüm gәtirilәr, 
cәnnәtlә cәhәnnәmin arasına qoyular vә kәsilәr. Daha sonra be-
lә bir sәs eşidilәr: “Ey Cәnnәt  әhli, ölüm artıq yoxdur! Ey Cә-
hәnnәm  әhli, ölüm artıq yoxdur!” Bunu eşidәn cәnnәt  әhlinin 
sevinci birә-min artar. Cәhәnnәmliklәrin dә kәdәrinә kәdәr qa-
tılar”
1
.  
                                                 
1
 İmam Buxari. Came әs-Sәhih, hәdis  № 6548. Hәmçinin, bax: Fәth  әl-Bari. 
әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 1812.  


 228
Әbu Sәidә istinadәn İmam Buxari vә İmam Müslimin rә-
vayәt etdiklәri başqa bir variantda isә belә deyilir: “...ölüm qә-
şәng qoyun şәklindә gәtirilәr...”
1

Görәsәn, bu, nә demәkdir? Ölüm necә  kәsilә bilәr axı? 
Ölüm dә ölәrmi?  
Qazi Әbubәkr ibn әl-Әrәbi sözügedәn hәdis haqda yazır: 
“Bu hәdisin müşkül tәrәfi sağlam ağla  әksliyindәdir. 
Çünki ölüm “әrәz”dir (aksidensiyadır). “Әrәz” isә cismә çevrilә 
bilmәz. Elә isә (“әrәz”i) necә kәsmәk olar axı?! 
Bәzilәri hәdisin sәhihliyini tәkzib etmişlәr. Başqaları da 
hәdisi yozaraq bildirmişlәr ki, onda bәnzәtmә vardır, kәsilmә 
hәqiqi deyildir. Başqa birilәrinә görә isә kәsilmә hәqiqidir. Kә-
silәn dә ölümdәn mәsul olandır (ölüm mәlәyidir – mütərcim). 
Hәr kәsin canını aldığı üçün ölüm mәlәyini hamı tanıyır. 
 “Fәth әl-Bari” kitabında Hafiz ibn Hәcәr yazır:  
“Sonrakı dövr alimlәrindәn bәzilәri bu fikrә  tәrәf çıx-
mışlar”. Daha sonra Mazirinin belә dediyini nәql edir: “Bizә gö-
rә, ölüm bir “әrәz”dir. Mötәzililәrә görә isә o, heç bir mәna ifa-
dә etmir. Elә isә iki mәzhәbә (tәlim nәzәrdә tutulur – mütərcim
görә, (ölüm) nә qoyun, nә  dә ki çisimdir. Yәni, burada bәn-
zәtmә vә tәşbeh vardır...”. Daha sonra sözünә belә davam edir: 
“Ancaq Allah bu cismi yaradıb kәsә  dә bilәr. Bununla da cәn-
nәtliklәrin ölmәyәcәyini onlar göstәrmiş olar”.  
“Tәzkirә” kitabında İmam Qürtubi dә eyni fikirdәdir. 
Bütün bu yozumlar, İbn әl-Әrәbinin dә dediyi kimi, mә-
cazi sözün müstәqim mәnada izahının yolverilmәzliyindәn irәli 
gәlir.  
Hәdisi mәcazi mәnada başa düşmәk onu rәdd etmәkdәn 
daha münasibdir. Bu hәdis bir neçә sәhabәdәn sağlam istinadla 
rәvayәt olunub. Әgәr yozuma imkan varsa, onda inkara nә ha-
cәt?! 
                                                 
1
 әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 1811.  


 229
Habelә, “Fәth әl-Bari” kitabında İbn Hәcәr adını çәkmә-
diyi bir şәxsin belә dediyini yazır:  
“Allahın cisimlәrdәn “әrәz” yaradıb onları maddәyә çe-
virmәsinә heç nә mane deyildir. İmam Müslimin “Came әs-Sә-
hih” kitabında belә bir sәhih hәdis var: “Bәqәrә” vә “Ali-İm-
ran” (surәlәri axirәtdә) sanki iki bulud tәk gәlәrlәr”. Vә bu cür 
bir neçә hәdis dә rәvayәt olunub”
1
.  
Böyük alim Şeyx Әhmәd Mәhәmmәd Şakir dә bu görüşә 
meyl göstәrmişdir. O, “Fәth  әl-Bari” kitabına istinadәn  İbn  әl-
Әrәbinin sözügedәn hәdis barәdәki fikirlәrini qeyd etdikdәn 
sonra yazmışdı:  
“Bütün bunlar bizdәn tәlәb olunmayan şeylәrә öhdәçi ol-
maq, yalnız Allaha mәlum olan qeybә hücum etmәk demәkdir. 
Öhdәmizә düşәn  şey tәlәb olunan şәkildә qeybә inanmaqdır, 
inkar edib yozmaq deyildir. Hәdis sәhih hәdisdir. İmam Buxari 
bu hәdisin  Әbu Sәid  әl-Xudri istinadını,  İbn Macә  vә  İbn Hib-
ban isә Әbu Hüreyrә istinadını sәhih hesab ediblәr.  
Real cisimlәri dәrk edәn ağıl metafizik qeyb alәmini qav-
raya bilmәz.  Әgәr ağıl bәzәn rasional maddi hәqiqәtlәri dәrk 
edә bilmirsә, onda irrasional qeyb mahiyyәtlәrini necә qavra-
sın?!  
Müasir elm tәsbit edib ki, materiya (maddә) itmir, gücә 
(enerjiyә) çevrilir. Habelә, sәnayedә, müxtәlif fәaliyyәt sahә-
lәrindә enerjinin dә gücә çevrilmәsi baş verir. Allah bilir, bun-
dan sonra daha hansı  kәşflәrә imza atılacaq. Bir onu bilirik ki, 
insan ağlı mәhdud vә acizdir. Materiya, qüvvә, substansiya, ak-
sidensiya – bütün bunlar dәrindәn araşdırma mәqsәdilә mahiy-
yәtlәrin ifadәsi üçün yaradılmış terminlәrdir. Yaxşı olar ki, in-
san inad göstәrmәyib inansın, yaxşı işlәr görsün, qeyb mövzu-
                                                 
1
 İbn Hәcәr  әl-Әsqәlani. Fәth  әl-Bari, cild II, “Dar әl-Fikir” nәşriyyatı, sәh. 
421. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə