Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə64/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   60   61   62   63   64   65   66   67   ...   74

 219
kar edәrsә, onu gördüyünü iddia edәnlәrin sözlәrindәn imtina 
edilmәlidir.  Şeyx  Şakir yazır: “O vaxtlar mәn vә  bәzi qardaş-
larım böyük alimin bu fikrinә qarşı çıxırdıq. İndi isә açıq deyi-
rәm ki, o, haqlı idi. Alimin dediklәrinә onu da әlavә edirәm ki, 
hesab elmindәn xәbәrsizlәr istisna olmaqla, hәr bir halda Ayın 
doğuşu hesablamalar yolu ilә müәyyәnlәşdirilmәlidir”
1
.  
 
 
                                                 
1
 Şeyx Әhmәd Şakir. Әrәb aylarının başlanğıc tarixlәri, “İbn Teymiyyә” mәt-
bәәsinin nәşrlәri, sәh. 15. Qeyd edim ki, dövrümüzdә bu fikrә  şәrik çıxan-
lardan biri dә böyük alim, fәqih Şeyx Mustafa Zәrqadır. Düzdür, İslam Fiqhi 
Akademiyası üzvlәrinin çoxu ona dәstәk vermәsә  dә, o, bu görüşü akade-
miyada açıqlamış, müdafiәsinә çalışmışdır.   


 220
 
Hədisləri başa düşmədə müstəqim və  
məcazi mənaların fərqləndirilməsi 
 
Әrәb dili mәcazların bol-bol işlәdildiyi dildir. Bәlağәt el-
minә görә, mәcazi mәna hәqiqi mәnadan daha ifadәlidir, daha 
gözәldir. Allahın rәsulu “dad” dilindә (әrәb dilinin adlarından 
biri – mütərcim) danışanların  әn bәlağәtlisi vә  fәsahәtlisi idi. 
Çünki onun dediklәri vәhydәn qidalanırdı. Elә isә hәdis dilinin 
gözәlliyi vә  mәcazlarla zәnginliyi bizdә  tәәccüb doğurmama-
lıdır.  
Mәcaz dedikdә linqvistik vә rasional alleqoriya, meta-
fora, metonimiya, tәşbeh, tәmsil vә ümumiyyәtlә, hәqiqi mәna-
dan törәmә çalarlıq başa düşülür.  
Mәcazları müәyyәnlәşdirmәk üçün onların ifadә olun-
duğu sözә, kontekstә diqqәt yetirmәk lazımdır. 
Heyvanların, quşların,  әşyaların “söhbәt”i dә  mәcaz qә-
bilindәndir.  
Mәsәlәn, belә bir tәmsilә (mәcaza) nәzәr salaq:  
Piydәn soruşdular: “Haraya gedirsәn?” Dedi: “Әyriliklә-
ri düzәltmәyә!” (Yәni, arıqlığın sәbәb olduğu fiziki çatışmazlıq-
ları düzәltmәyә). 
Vә ya: Taxta mismara sual etdi: “Nә üçün mәni dәlir-
sәn?” Mismar cavab verdi: “Bunu mәndәn deyil, mәni sәnә ça-
landan soruş!” 
Bunlar tәmsil vә  tәsviri mәcaz növlәridir; onları yalan 
saymaq doğru deyildir. İmam Rağib  әl-İsfahani “әz-Zәriә ila 
Mәkarim әş-Şәriә” adlı qiymәtli әsәrindә yazır:  
“Bil ki, bir söz xәbәr mәqsәdilә deyil, ibrәt olsun deyә 
mәsәl qismindә deyilәrsә, bu, hәqiqәti tәkzib mәnasına gәlmәz. 
Odur ki, yalan danışmaqdan çәkinәnlәr bu cür şeylәri danış-


 221
maqdan ehtiyatlanmazlar. Şir, canavar vә tülkünün hekayәti 
buna misaldır: 
“Bir gün şir, canavar vә tülkü bir eşşәk, ceyran vә dov-
şan ovlayırlar. Şir canavara deyir:  
- Şikarları böl. 
Canavar dillәnir:  
-  Şikarlar artıq bölünüb – eşşәk sәnin, ceyran mәnim, 
dovşan da tülkünündür. 
Bunu eşidәn  şir canavarın üstünә atılaraq, onu qanına 
qәltan etdi. Sonra üzünü tülküyә tutdu: 
- Bölüşdür. 
Tülkü: 
- Ov artıq bölünüb – eşşәk günorta yemәyin, ceyran qәl-
yanaltın, dovşan da şam yemәyindir. 
Şir soruşdu: 
- Bunu kimdәn öyrәnmişsәn?  
Tülkü: 
- Qurdun al qana bulanmış paltarından!” 
İsfahani sözünә davam edir:  
“Uca Allahın aşağıdakı kәlamı da bu qәbildәndir: 
“(Onlardan biri dedi:) “Bu mәnim (din) qardaşımdır. 
Onun doxsan doqquz dişi qoyunu, mәnim isә bircә dişi qoyu-
num vardır…” (Sad, 23). 
Hәmçinin, Uca Allahın bu kәlamında da mәcazın olmağı 
haqda әksәr müfәssirlәr hәmrәydir: 
“Biz әmanәti (Allaha itaәt vә ibadәti, şәri hökmlәri yeri-
nә yetirmәyi) göylәrә, yerә  vә dağlara tәklif etdik. Onlar ona 
yüklәnmәkdәn (götürüb özlәri ilә daşımaqdan) qorxub çәkindi-
lәr. Ona insan yüklәndi...” (әl-Әhzab, 72). 
Bәzәn mәcazi söz söylәmәk lazım gәlir. Yoxsa “ayaq sü-
rüşәr”, insan xәtaya düşәr. 
Misal üçün, Peyğәmbәr (Ona Allahın xeyir-duası  vә sa-
lamı olsun!) Möminlәrin anaları sayılan  әyallarına: “Әli  әn 


 222
uzun olanınız mәnә tezliklә qovuşacaqdır”, – dediyi zaman on-
lar bunu hәqiqi mәnada başa düşdülәr. Hәzrәti Aişә (Allah on-
dan razı qalsın!) deyir ki: “Onlar (Allah onlardan razı qalsın!) 
bu sözü eşidәn kimi, әllәrini ölçmәyә başladılar”.  
Hәtta bәzi hәdislәrdә oxuyuruq ki, onlar qumaş parçası 
ilә kimin qolunun daha uzun olduğunu ölçmüşlәr. 
Halbuki Allahın rәsulu (Ona Allahın xeyir-duası  vә sa-
lamı olsun!) bunu nәzәrdә tutmamışdı. O, “uzun әl” dedikdә 
daha çox xeyir vә savab işlәmәyi, yaxşılıq etmәyi nәzәrdә tut-
muşdur.  
Peyğәmbәrin dediyini sonralar tarix tәsdiqlәdi: ona ilk 
qovuşan  әyalı Zeynәb bint Cәhş oldu. Hәzrәti Zeynәb (Allah 
ondan razı qalsın!) sәnәtkar qadın idi; düzәltdiklәrini sәdәqә 
dağıdardı
1
.  
Hәdislәrlә yanaşı, ayәlәrdәki mәcazi mәnaları da doğru 
başa düşmәyәnlәr olmuşdur. Mәsәlәn, Әdiyy ibn Hatim oruca 
dair ayәni doğru-dürüst başa düşә bilmәmişdi: 
“...artıq siz onlara yaxınlaşın, Allahın sizә halal etdiyini 
onlardan istәyin; sübh açılınca, ağ sap qara sapdan fәrqlәnincә-
yә  qәdәr yeyib için; sonra gecәyә  qәdәr orucunuzu tamamla-
yın...” (әl-Bәqәrә, 187). 
İmam Buxari rәvayәt edir ki, Әdiyy ibn Hatim belә de-
yib:  
“Sübh açılınca, ağ sap qara sapdan fәrqlәnincәyә  qәdәr 
yeyib için” ayәsi nazil olduqda ağ vә qara qumaş parçası götür-
düm vә yastığımın altına qoydum. Onlara baxmağa başladım. 
Ağını qarasından seçәnәdәk yeyib-içdim. Nә vaxt ki, ağ qa-
                                                 
1
 Hәdisi  İmam Müslim “Sәhih” kitabının “Sәhabәlәrin fәzilәtlәri” fәslindә 
(hәdis  № 2453) rәvayәt edib. Buxarinin hәdis kitabında sәhvәn deyilir ki
Peyğәmbәrin  әn uzun әlli qadını  vә ona ilk qovuşanı Sevda olmuşdur. Bu, 
bәzi rәvayәtçilәrin yol verdiklәri xәtadır. Bu yanılmanı  İbn Cövzi qәti 
surәtdә  tәnqid etmişdir. Bax: әz-Zәhәbi. Siyәr  Ә`lam  әn-Nübәla, Beyrut: 
“Risalәt” nәşriyyatı, cild II, sәh. 213.   


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə