Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə62/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   58   59   60   61   62   63   64   65   ...   74

 213
Bu, hesabın deyil, görmәnin mötәbәrliyi haqda doğru-
dürüst izahdır. Sonradan hesabı bilәnlәrin meydana çıxmağına 
rәğmәn, “Orucun hökmü ayın gözlә görülmәsi ilә  şәrtlәnmәli, 
dәyişdirilmәmәlidir” yozumunda israr etmәk doğru deyildir. 
Çünki yalnız gözlә görmә vasitәsindәn istifadә  hәdisdә gös-
tәrilmiş  sәbәblә  әlaqәlidir ki, bu da: “Biz “ümmi” xalqıq. Nә 
yazmağı, nә dә hesablamağı bilirik...” sözlәridir. Sәbәb isә onu 
doğuran haldan asılıdır. Bu hal varsa, sәbәb dә var, yoxdursa, 
sәbәb dә yoxdur. Әgәr müsәlmanlar savadsızlığın daşını atar-
larsa, yәni, yazıb-hesablamağı bacararlarsa, әksәriyyәti bu elm-
lәri mәnimsәyәrsә, ayın başlanması haqda hamılıqda yәqin mә-
lumata sahib olarlarsa, hesablamalara daha çox inanarlarsa, sa-
vadsızlıq sәbәbi aradan qalxar; bu tәqdirdә onlar daha dәqiq vә 
sabit olandan istifadә etmәli, ayların başlanğıcı  vә sonlarının 
müәyyәnlәşdirilmәsindә yalnız vә yalnız hesablamalara әsas-
lanmalıdırlar. Gözlә görüb müәyyәnlәşdirmәk isә hesab mütә-
xәssislәrindәn dәqiq mәlumat gәlmәdiyi zaman, insanlar sәhra-
larda vә ya kәndlәrdә yaşayarlarsa, dәqiq mәlumatların  әldә 
edilmәsi çәtinlәşәrsә, mümkündür.  
Әgәr qadağa edilmә sәbәbi aradan qalxıb hesablamalar-
dan faydalanmaq vacib sayılırsa, onda ayların girmә-çıxma ta-
rixlәrinin müәyyәnlәşdirilmәsindә  hәqiqi hesablamalardan ya-
rarlanmaq da zәrurәtә çevrilir. 
Nәhayәt, hәqiqi ayın başlanğıc tarixi günәşin batmağın-
dan sonra hilalın bir anlıq olsa da görünüb batdığı gecәdir”
1

Öhdәçilәrin (mükәllәflәrin) vәziyyәtinin dәyişmәsi ilә 
hökmün dә  dәyişdiyini dilә  gәtirmәk bidәt deyildir. Әslindә, 
bu cür hallara şәriәtdә çox rast gәlinir. Elm әhlinә dә bu, yaxşı 
mәlumdur. Bu barәdәki dәlillәrimizdәn biri budur: “Әgәr hava 
                                                 
1
 Üstün  görüş budur ki, Günәşin qürubundan sonra Ayın görünmәsi adi 
gözlә görülәcәk qәdәr davam etmәlidir ki, bu da mütәxәssislәrә görә 15-20 
dәqiqә sürür – Yusif əl‐Qərdavi.  


 214
buludlu olarsa, müәyyәnlәşdirin (hesablayın)” hәdisi başqa va-
riantlarla da rәvayәt edilib. Mәsәlәn, onların birindә oxuyuruq: 
“Әgәr hava tutqun olarsa, (oruc tutduğunuz günlәrin sayını) 
otuzadәk tamamlayın”. Odur ki, alimlәr “müәyyәnlәşdirin” sö-
zünü “sayını 30-a çatdırın” – deyә izah etmişlәr. 
Ancaq dövrünün әn qüdrәtli şafei imamlarından Әbu әl-
Abbas  Әhmәd ibn Ömәr ibn Süreyc
1
 müxtәlif hesab etdiyi bu 
iki rәvayәti bir-birinә uyğunlaşdırmağa çalışmışdır. Hәdisdәki 
“müәyyәnlәşdirin” sözü “onu mәnzilәlәrә (mövqelәrә) görә 
qiymәtlәndirin” demәkdir. Bu, Allahın hәmin elm üçün seçdiyi 
bәndәlәrin işidir. “Onun sayını tamamlayın” sözlәri isә bütün 
insanlara ünvanlanıb
2

Mәnim dә dediyim İbn Süreycin dediklәri ilә üst-üstә 
düşür. Ancaq İbn Süreyc bunu elә bir vaxt üçün söylәyib ki, ha-
va buludlu olsun, insanlar da ayı görә bilmәsinlәr. Hәmçinin, o, 
hesablama aparmaq hökmünü mәhdud sayda şәxslәrә aid edib. 
Çünki İbn Süreycin yaşadığı dövrdә hesabı az adam bilirdi, in-
sanlar da onların hesablarına, dediklәrinә inanmırdılar; ay bir 
ölkәdә doğur, ancaq digәr ölkәlәrdә yaşayanlar bundan çox gec 
xәbәr tuturdular.     
Mәnim görüşüm isә budur ki, ümumiyyәtlә, dәqiq vә 
mötәbәr hesablamalardan istifadә edilmәlidir. Çünki dövrü-
                                                 
1
 Bir çox nәşrlәrdә “Süreyc” adı  sәhvәn “Şüreyh” yazılır. Bu, hәrflәrin 
yerlәrinin sәhv salınmasıdır. Sözügedәn  şәxs hicri 306-cı ildә  vәfat edib. 
“Sünәn” kitabının müәllifi  Әbu Davudun şagirdlәrindәndir. “Tәbәqat  әl-
Füqәha” kitabında  Әbu  İshaq  Şirazi,  İbn Süreyc haqda yazır: “Әn böyük 
şafei alimlәrindәn, müsәlman imamlarındandır. Bütün şafeilәrdәn, hәtta әl-
Müzәnnidәn üstün hesab edilir. Xәtibin “Tarix Bağdad” (cild IV, sәh. 278-
290), İbn Sübkinin isә “Tәbәqat әş-Şafeiyyә” (cild II, sәh. 67-96) kitablarında 
İbn Süreycin tәrcümeyi-hallarına rast gәlirik. Bәzilәri onu üçüncü әsrin mü-
cәddidi (novatoru) sayırlar. 
2
 Bax: Şәrh әl-Qazi Әbubәkr ibn әl-Әrәbi әla әt-Tirmizi (cild III, sәh. 207-208); 
Tәrh әt-Tәsrib (cild IV, sәh. 111-113); İbn Hәcәr әl-Әsqәlani. Fәth әl-Bari, cild 
IV, sәh. 104. 


 215
müzdә mәlumatlar tez ötürülür, insanlar bu mәlumatlardan tez 
bir zamanda, asanlıqla xәbәr tuturlar.   
Gözlә görüb müәyyәnlәşdirmә isә o kәslәr üçün qayda 
olaraq qalır ki, onlara mәlumat çatmır vә onlar astronomiya, 
günәşin vә ayın vәziyyәtlәri haqda mötәbәr biliyә sahib şәxs-
lәrә möhtacdırlar.  
Mәn öz görüşümü  әn mötәdil,  әn münasib görüş hesab 
edirәm. Düşünürәm ki, barәsindә danışdığımız mәsәlә haqda 
deyilmiş hәdislәri doğru başa düşmәyә imkan verәn әn müna-
sib görüş dә budur”
1
.   
Bütün bu sәtirlәr mәrhum alim Şeyx  Şakirә  mәxsusdur 
vә o, bunları 1939-cu ildә, yәni yarım әsr bundan qabaq qәlәmә 
alıb. 
O vaxtlar astronomiya elmi indiki sәviyyәdә deyildi. 
Ancaq dövrümüzdә insanlar kosmosu fәth edir, Ayın sәthinә 
enirlәr. Bu elm o dәrәcәdә  dәqiq hesablamalara әsaslanır ki, 
sәhv ehtimalı yüz mindә birdir!!! 
Şeyx  Şakir bu sәtirlәri hәr  şeydәn  әvvәl bir hәdis alimi 
olaraq yazıb.  O,  ömrünü  Peyğәmbәrin sünnәsinә xidmәtlә ke-
çirmiş şәxsiyyәtdir. Bütövlükdә sәlәfi alimi olan Şeyx Şakir ayә 
vә hәdislәrә istinad edәn kәsdir, bidәt әhlindәn deyildir. Ancaq 
o, bilirdi ki, sәlәfilik bizdәn qabaqkı alimlәrin – sәlәflәrin dedik-
lәrini donuqlaşdırmaq, söylәdiklәri hәr bir şeyi ağına-bozuna 
baxmadan  mәnimsәmәk deyildir. Әksinә, sәlәfilik – onların yo-
lu ilә gedib, mәnәviyyatlarına sarılmağımızdır; onlar dövrlәrinә 
görә necә ictihad etmişlәrsә, bizlәrin dә öz zamanımıza uyğun 
ictihad etmәyimizdir; reallığa onların zehniyyәti ilә deyil, öz 
zehniyyәtimizlә münasibәt bildirmәyimizdir; şәriәtin yalnız qә-
ti bildirişlәrindәn, möhkәm dini mәtnlәrdәn vә dinin mәqsәdlә-
rindәn ikiәlli yapışmağımızdır.  
                                                 
1
 Şeyx  Әhmәd  Şakir.  Әrәb aylarının başlanğıc tarixlәri, “İbn Teymiyyә” 
mәtbәәsinin nәşrlәri, sәh. 7-17. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə