Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə70/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   66   67   68   69   70   71   72   73   74

 240
adlandırılan fәaliyyәt sahәsinә daxildir. Bu mәqsәdlә qruplar, 
partiyalar yaradılır, seminar vә konfranslar keçirilir, nәinki 
idarәlәr, hәtta nazirliklәr tәsis edilir.  
Әbu Davudun “Sünәn” kitabını nәzәrdәn keçirdiyim za-
man gördüm ki, müәllifin özündәn hәmin hәdis barәdә soruş-
muşlar. O da bu cavabı veribmiş: “Bu hәdis müxtәsәrdir vә o 
demәkdir ki, kim bir yolçunun vә ya çöl heyvanlarının kölgә-
lәndiyi ağacı  әbәs yerә, zülmkarcasına, nahaqdan kәsәrsә, Al-
lah onun başını cәhәnnәmә soxar”. 
Allaha çox şükür! Dediklәrimlә İmam Әbu Davudun şәr-
hi bir-birinә necә dә uyğundur.  
Bu vә bunun kimi digәr hәdislәrlә dinimiz әtraf mühitin, 
yaşıllıq vә  ağacların qorunmasının müasir carçılarını geridә 
qoymuş, bütün bunları cәnnәti arzulayıb cәhәnnәmdәn qorxan 
müsәlmanın davranış normasına çevirmişdir.   
 
Qeyri‐məqbul yozumlar 
 
Elә yozumlar vardır ki, batinidir; nә mәtnindә, nә dә söz 
tәrkibindә yozuma әsas verәcәk tutarlı  dәlillәr mövcud deyil-
dir.  
Mәsәlәn, bәzilәri “Sahura (obaşdanlığa) qalxın, hәqiqә-
tәn dә, sahurda bәrәkәt vardır”
1
 hәdisini belә yozurlar ki, on-
dakı “sahur” sözü bağışlanma dilәmә mәnasındadır.  
Şübhәsiz, sәhәr obaşdan Allahdan bağışlanma dilәmәk 
Quranda vә Sünnәdә әn çox sövq edilәn әmәllәrdәndir. Ancaq 
“sahur” sözünün bağışlanma dilәmәk mәnasına gәlmәsini id-
dia etmәk kor-koranә yozumdur, mәqbul deyildir.  
Xüsusәn dә burada nәyin nәzәrdә tutulduğunu açıq-aş-
kar bәyan edәn hәdislәr mövcuddur:  
                                                 
1
 Әnәs ibn Malikә istinadәn rәvayәt edilmiş bu hәdisin sәhihliyi yekdilliklә 
tәsdiqlәnib. Habelә, bax: әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 665. 


 241
“Xurma sahur üçün nә yaxşı qidadır”
1

“Sahur bütövlükdә  bәrәkәtdir. Onu әldәn qaçırmayın; 
heç olmazsa, bir qurtum su için”
2

Hәr namazımızda fitnә-fәsadından Allaha sığınmağımız 
әmr olunan Dәccal barәdә deyilmiş hәdislәrin yozulması da bu 
qәbildәndir. Hәdislәri belә yozurlar ki, Dәccal hal-hazırda dün-
yaya hakim kәsilmiş  Qәrb mәdәniyyәtini tәmsil edir. Dәccal 
taygöz tәsvir edildiyi kimi, Qәrb mәdәniyyәti dә taygöz mәdә-
niyyәtdir. Çünki bu mәdәniyyәt insan hәyatına bir gözlә – 
maddiyyat gözü ilә baxır; o, başqa şeyi görmür. Qәrb mәdәniy-
yәtinә görә, ruh yoxdur, nә kainatı yaradan bir qüvvә, nә dә bu 
hәyatdan sonra ikinci hәyat – axirәt mövcuddur.  
Belә bir yozum Dәccalın gәlib-gedәn, girib-çıxan, tәşvi-
qat aparan, fәsad törәdәn, tәhdid edәn fәrd,  şәxs, insan kimi 
tәsvirini verәn çox saylı hәdislәrә ziddir. Bu mövzuda o qәdәr 
sәhih hәdis mövcuddur ki, “mütәvatirlik” tәmin olunub.  
Habelә, bәzi müasir müsәlman müәlliflәr, yazıçılar da bu 
cür qeyri-mәqbul yozumlara yol vermişlәr. Mәsәlәn, onlar Qi-
yamәt әrәfәsindә İsa Mәsihin yer üzünә enmәyi ilә bağlı hәdis-
lәri – bir çox hafiz imama görә, bu hәdislәr “mütәvatirlik” dәrә-
cәsinә çatıb
3
, – belә yozurlar ki, “enmә” rәmzi mәnadadır vә 
yer üzündә sülhün, әmin-amanlığın bәrqәrar olmağını ifadә 
edir. İnsanlar arasında belә bir görüş populyarlaşıb ki, İsa Mә-
sih bәşәriyyәtin sülh vә tolerantlıq carçısıdır. 
                                                 
1
 Hәdisi  Әbu Hüreyrәyә istinadәn  İbn Hibban, “Hilyә” kitabında  Әbu 
Nüeym, “Sünәn” kitabında da Beyhәqi rәvayәt etmişlәr. Hәmçinin, bu hә-
disә Әlbaninin “Sәhih әl-Came әs-Sәğir” kitabında rast gәlirik.   
2
 Hәdisi İmam Әhmәd rәvayәt edib. Münzirinin “Tәrğib vәt-Tәrhib” kitabın-
da deyildiyi kimi, istinadı güclüdür. 
3
 Bu haqda bax: Әllamә Әnvәr әl-Kәşmiri. әt-Tәsrih bima tәvatәr fi nüzul әl-
Mәsih / çapa hazırlayan: Әbdülfәttah әbu Qüddә. Kitabda qırx sәhih vә “hә-
sәn” hәdis toplanıb.  


 242
Ancaq hәmin müәlliflәr unudurlar ki, bu cür yozum İsa 
Mәsihin yer üzünә enmәyi barәdә deyilmiş  sәhih hәdislәrin 
mәzmunu ilә tam ziddiyyәt tәşkil edir. Bu hәdislәrdә deyilir: 
“Mәryәmoğlu (İsa Mәsih – mütərcim)  әdalәtli hökm gәtirәcәk, 
xaçı sındıracaq, donuzları öldürәcәk, cizyә kәsәcәkdir”
1
. O, yal-
nız islamı  qәbul edәcәkdir. Bütün bunlar yuxarıdakı yozuma 
bütövlükdә ziddir. Hәmçinin, bu cür yozumlar islamın qılınc, 
xristianlığın da yeganә sülh dini olduğunu iddia edәn qәddar 
missionerlik vә şәrqşünaslığın әsassız ittihamlarına “yaşıl” işıq 
yandırır! Üstәlik bu yozum İsa peyğәmbәrin İncildәki “Mәn yer 
üzündә sülhü deyil, qılıncı  bәrqәrar etmәk üçün gәlmişәm” 
sözlәri ola-ola irәli sürülür. Hәtta bәzi qәrblilәr belә deyirlәr: 
İsa Mәsihin digәr sözlәrinә bu sözündә olduğu qәdәr sadiqlik 
nümayiş etdirilmәyib. Çünki xristianlar tarix boyu dәhşәtli mü-
haribәlәr aparıb qan axıtdılar. Hәtta bu müharibәlәr onların öz 
aralarında baş verdi. Buna әn bariz misal on milyonlarla insa-
nın hәlak olduğu Birinci vә İkinci Dünya müharibәlәridir. 
 
İbn Teymiyyə və məcaz 
 
Mәlumdur ki, Şeyxülislam  İbn Teymiyyә Quranda, hә-
dislәrdә vә dildә mәcazların mövcudluğunu qәbul etmәmiş, öz 
mövqeyini müxtәlif dәlil vә mötәbәr fikirlәrlә müdafiә etmiş-
dir.  
O da mәlumdur ki, İbn Teymiyyә Uca vә Pak Allahın at-
ributları (sifat) ilә bağlı yozumlarda ifrata varanların üzünә qa-
pını bağlamaq mәqsәdilә bu cür addım atmışdır.  Şeyxülislam 
belәlәrini “müәttililәr” adlandırırdı. Bu insanlara görә, Allah 
tәalanın atributları yoxdur. Onlar atributları qәbul etmirdilәr. 
                                                 
1
 Әbu Hüreyrәyә istinadәn rәvayәt edilmiş bu hәdisin mötәbәrliyi yekdil-
liklә  tәsdiqlәnib. Bax: Әlbani. Sәhih  әl-Came  әs-Sәhih, hәdis  № 7077; әl-
Lu`lu` vәl-Mәrcan, hәdis № 95. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə