Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə67/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   63   64   65   66   67   68   69   70   ...   74

 230
larını qeyb alәminә buraxsın. Buraxsın ki, bәlkә bunun sayәsin-
dә Qiyamәt günü qurtula bilsin: 
“(Ya rәsulum!) de: “Әgәr Rәbbimin sözlәrini yazmaq 
üçün dәrya mürәkkәb olsaydı vә bir o qәdәr dә ona әlavә etsәy-
dik, yenә  dә  Rәbbimin sözlәri tükәnmәdәn öncә onlar tükә-
nәrdi!” (әl-Kәhf, 109)
1
.  
Allah rәhmәt etsin, qeyb mövzuları ilә bağlı  qәti dini 
mәtnlәrin yozulmasının yolverilmәzliyi haqda Şeyxin dediklәri 
sağlam vә qәnaәtbәxş mәntiqә әsaslanır.  
Ancaq mәcaz hәdislәrinin izahına bu cür yanaşmaq ol-
maz. Yәni, mәcazların izahından qaçmağa heç nә ilә bәraәt qa-
zandırmaq mümkün deyildir. Ağıl vә  nәql (dini mәtnlәr) yek-
dilliklә  tәsdiqlәyir ki, ölüm nә qoyundur, nә  dә digәr bir hey-
van. Әksinә, o – bir mücәrrәdlik yaxud da keçmiş alimlәrin de-
diyi kimi, bir “әrәz”dir (aksidensiyadır). Mücәrrәdlik yalnız 
tәşbeh vә  tәsvir baxımından cismә (heyvana) “çevrilә” bilәr. 
Mәlumdur ki, tәşbeh vә tәsvir vasitәsilә mücәrrәdliklәr әşyalar 
vә ya heyvanlarda tәcәssüm olunur. Fikrimcә, bu, müasir zeh-
niyyәtә әn uyğun görüşdür. Doğrusunu Allah bilir.  
  
Ehkam hədislərində məcaz 
 
Ehkam hәdislәrindә  dә  mәcazdan istifadә mümkündür. 
Bu mәsәlәdә  hәm fәqihlәr özlәri diqqәtli olmalı, hәm dә baş-
qalarına bu haqda xәbәrdarlıq etmәlidirlәr. Odur ki, alimlәr hәr 
bir müctәhidә  şәrt bilirlәr ki, Peyğәmbәrin vә  sәhabәlәrin za-
manındakı  fәsahәtli  әrәb dilinә  dәrindәn bәlәd olsun, onun 
zәngin lüğәt tәrkibini yaxşıca öyrәnsin. Adi әrәb öz dilini uşaq-
lığından danışa-danışa öyrәndiyi halda müctәhid isә onu araş-
dıraraq öyrәnmәlidir. Bir çöl әrәbi necә dә yerindә deyib: 
                                                 
1
 Әhmәd ibn Hәnbәl. Müsnәd, cild VIII, hәdis  № 5993, “әl-Mәarif” 
nәşriyyatı, sәh. 240-241. 


 231
 
Dilini gəvələyib duran nəhv ustadı deyiləm, 
Ana dilim ərəbcədir, həm danışar, həm də e`rabını
1
 verərəm! 
 
Müstәqim vә mәcazi mәnaların qarışıq salınması bir çox 
yanılmalara sәbәb olub. Nәticәdә, görürük ki, bәzilәri fitva da-
lınca qaçaraq, “Bu haramdır, o vacibdir”, – deyir, insanları bidәt 
vә fasiqlikdә ittiham edirlәr! Bәzәn isә sәhihliyi qәti, mәnası isә 
qaranlıq qalan bir sıra dini mәtnlәrә әsaslanaraq әtrafındakılara 
kafirlik damğası vururlar. 
Misal üçün, Tәbәraninin rәvayәt etdiyi hәdisi götürәk. 
Bәzi müasir alimlәr qadınla kişinin әllә görüşmәyinin haramlı-
lığı barәdә ona istinad edirlәr. Hәdisdә deyilir: 
“Birinizin dәmir iynә ilә deşik-deşik edilmәyi – namәh-
rәm qadına toxunmağından daha yaxşıdır”
2

Әlbani bu hәdisi hәm “Halal vә haram” adlı kitabı-
mızdakı  hәdislәrin istinad vә  sәhihliyinin tәsdiqi zamanı, hәm 
dә özünün “Sәhih әl-Came әs-Sәğir” kitabında “hәsәn” sayıb. 
Hәdis sәhabәlәrin vә  şagirdlәrinin zamanında mәşhur 
olmasa da, Әlbani onu “hәsәn” hesab edib. Ancaq bu görüş 
doğru olsa belә yenә  dә  hәdis  әllә görüşmәnin haramlılığına 
dәlalәt etmir. Çünki onun әrәbcә mәtnindәki “mәssә” sözü Qu-
ranın vә  hәdislәrin dilindә “dәrinin dәriyә adicә toxunmağı” 
mәnasını vermir. Quranın tәrcümanı İbn Abbas “mәssә” sözü-
nün mәnası haqda deyib: “Qurandakı “mәss”, “lәms” vә “mü-
lamәsәt” (toxunma) sözlәri cinsi әlaqәni ifadә edәn metonimi-
yalardır. Çünki Allah kәrәm sahibidir, istәdiyini istәdiyi ilә tәs-
vir edәr”. 
                                                 
1
 E`rab:  Әrәb dilindә sözlәrin sonlarının müxtәlif qrammatik amillәr sәbәbi 
ilә dәyişilib müxtәlif formalara düşmәsini ifadә edәn dilçilik termini – tərcü‐
məçinin qeydi 
2
 Hәdisi “әl-Mәcmә” kitabında rәvayәt edәn Heysәmi deyib: “Hәdisi Mә`qәl 
ibn Yәsara istinadәn Tәbәrani nәql edib. Ravilәri mötәbәrdirlәr”.  


 232
Uca Allahın aşağıdakı kәlamı da dediyimizi tәsdiqlәyir:  
“Ey iman gәtirәnlәr! Әgәr mömin qadınlarla evlәnib on-
lara toxunmadan әvvәl talaqlarını versәniz, artıq onlar üçün si-
zә gözlәmә müddәti saymağa ehtiyac yoxdur. (Onları evlәriniz-
dә saxlayıb gözlәmә müddәtini başa vurmağa mәcbur etmәyin. 
Aranızda yaxınlıq olmadığı üçün nә vaxt istәsәlәr, o vaxt da 
başqasına әrә gedә bilәrlәr). Belә olduqda onlara bir şey (meh-
rin yarısını  vә ya bir az mal) verib gözәl tәrzdә  sәrbәst bura-
xın!” (әl-Әhzab, 49). 
Zahirilәr dә daxil olmaqla bütün müfәssir vә  fәqihlәr 
ayәdәki “mәss” (toxunma) sözünü “cinsi әlaqә” – deyә izah et-
mişlәr. “Bәqәrә” surәsinin toxunmadan, yәni cinsi әlaqәdәn qa-
baq boşama ayәlәri dә bu qәbildәndir: 
“Yaxınlıq etmәdiyiniz (toxunmadığınız) vә mehrini (kә-
bin haqqını, başlığını) tәyin etmәdiyiniz qadınları boşamaq sizә 
günah sayılmaz. Qәbul olunmuş qayda üzrә, varlı öz imkanı 
daxilindә, kasıb da gücü çatdığı  qәdәr, yaxşılıq (ehsan) edәn-
lәrә layiq şәkildә onlara bir şey (mütә) versin! 
Kәbin haqlarını  tәyin etmiş olduğunuz qadınları  yaxın‐
lıq  etmədən  әvvәl boşayarsınızsa, tәyin olunmuş  kәbin haq-
qının yarısını onlara vermәlisiniz! Bununla belә, onlar (qadın-
lar) bunu (әrlәrinә), yaxud әlindә nikah müqavilәsi olanlar (әr-
lәr) kәbin haqqının hamısını qadınlara bağışlaya bilәrlәr. (Ey ki-
şilәr!) Sizin bağışlamağınız (güzәştә getmәyiniz) müttәqiliyә 
daha yaxındır. Bir-birinizә yaxşılıq etmәyi unutmayın! Şübhәsiz 
ki, Allah sizin etdiklәrinizi görәndir” (әl-Bәqәrә, 236-237). 
Әziz Quranda Hәzrәti Mәryәmin (Ona salam olsun!) de-
diklәri dә bu mәnanı tәsdiqlәyir: 
“(Mәryәm:) “Ey rәbbim! Mәnә bir insan toxunmadığı 
halda necә uşağım ola bilәr?” – dedikdә, (Allah) buyurdu: “(Bә-
li) elәdir, (lakin) Allah istәdiyini yaradır. O, bir işin әmәlә gәl-
mәsini qәrara aldıqda, ona ancaq “Ol!” deyәr, o da (dәrhal) 
olar” (Ali-İmran, 47). 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə