Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə69/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   66   67   68   69   70   71   72   73   74

 237
Dәrrakәli şәxs yaxşı bilir ki, cәnnәt anaların ayağı altında 
deyil. Hәdisin mәnası budur ki, valideynә yaxşılıq edib qayğısı-
na qalmaq Nәim cәnnәtlәrinә aparan әn qısa yollardan, ona biz-
lәri daxil edәn geniş qapılardandır.  
Saleh insanlar rәvayәt edirlәr ki, bir şәxs cihada qardaş-
larından gec çıxır. Bunun sәbәbini xәbәr aldıqlarında deyir: 
“Cәnnәt bağçasında üzümü ora-buraya sürtürdüm. Eşitmişәm 
ki, cәnnәt anaların ayaqları altındadır!” 
Qardaşları başa düşdülәr ki, o, Allah tәalanın savabı  vә 
cәnnәti üçün anasının qayğısına qalıb. 
 
“Nil, Fərat... cənnət çaylarındandır” hədisi 
 
Bir dәfә Ustad Mustafa Zәrqa mәnә danışırdı ki, nәinki 
Misirdә, hәtta  Әrәb dünyasında tanınmış hüquqşünaslardan 
biri ona deyibmiş: “Buxarinin “Came әs-Sәhih” kitabını almış-
dım. Günlәrin birindә gözüm onda belә bir hәdisә sataşdı: “Nil, 
Fәrat, Seyhun vә Ceyhun cәnnәt çaylarındandır”. (Mustafa Zәr-
qa sözünә davam edir): “Hәmin hüquqşünas görәndә ki, hәdi-
sin mәzmunu reallığa ziddir, – azacıq savadı olan hәr kәsә mә-
lumdur ki, hәmin çaylar öz başlanğıclarını cәnnәtdәn deyil, yer 
üzündәn götürür – etiraz әlamәti olaraq kitabı  kәnara atır. Bu 
yanlış addım üzündәn sonralar kitabı heç olmasa bir dәfә dә ol-
sun vәrәqlәmәyi ağlından keçirmir.  
Әgәr bu şәxs azacıq tәvazökarlıq göstәrib Buxarinin hә-
min kitabına yazılmış şәrhlәrdәn birinә müraciәt etsәydi, yaxud 
da dövrünün alimlәrindәn birinә bu haqda sual versәydi, hәqi-
qәt gün kimi ona aydın olardı. Ancaq özündәnrazılıq insanın 
gözünün kor edәr vә o, hәqiqәti görә bilmәz! 
Mәn bu hәdisin izahına dair böyük alim, İslam mәdәniy-
yәtinin formalaşmasına böyük töhfәlәr vermiş  İmam  İbn Hәz-
min dediklәrini iqtibas gәtirmәklә kifayәtlәnirәm. Ona görә 
İmam İbn Hәzmdәn iqtibas gәtirirәm ki, o, mәlum olduğu kimi


 238
zahiri fәqihidir, dini mәtnlәrin hәrfi mәnalarına diqqәt yetirmiş, 
sәbәblәri kәnara ataraq zahiri mәzmuna  әhәmiyyәt vermişdir. 
Buna rәğmәn, İmam İbn Hәzm dә yaxşı bilirdi ki, әrәb dili müs-
tәqim (hәqiqi) vә mәcazi mәnalı çox saylı söz vә ifadәlәri olan 
dildir.  
Baxaq görәk,  İmam  İbn Hәzm nә deyir. İmam “Nil, Fә-
rat, Seyhun vә Ceyhun cәnnәt çaylarındandır” vә “Evimlә min-
bәrimin arasında cәnnәt bağçalarından bir bağça vardır” hәdis-
lәrini xatırladıqdan sonra yazır: 
“Bu iki hәdis, bәzi nadanların zәnn etdiklәri kimi, bağ-
çanın cәnnәtin bir parçası olmağı, çaylarından da cәnnәtdәn 
axıb çıxmağı mәnasına gәlmir. Bu, batil (fikirdir), yalandır!”  
Daha sonra İmam  İbn Hәzm hәmin yerin (Peyğәmbәrin 
evi ilә minbәrinin arasının – mütərcim) cәnnәtin bir bağçası ad-
landırılmasını oranın fәzilәti ilә, orada qılınan namazın cәnnәti 
qazandırmağı ilә әlaqәlәndirir. İmam onu da bildirir ki, adı ke-
çәn çaylar bәrәkәtli olmaları  sәbәbi ilә  cәnnәtә aid edilmişdir. 
Mәgәr xoş bir gün üçün “Necә  dә  cәnnәtlik gündür!” – demi-
rik?! Habelә, yaraşıqlı qoyun haqda belә demirikmi: “Nә  cәn-
nәtlik qoyundur (vә ya cәnnәt qoyunlarındandır)”. Peyğәmbәr 
(Ona Allahın xeyir-duası vә salamı olsun!) dә belә demәyibmi: 
“Cәnnәt qılıncların kölgәsi altındadır”. “Qara daş  cәnnәtdәn-
dir” hәdisi dә bu qәbildәndir. 
İbn Hәzm bu hәdislәr haqda yazır: “Quranın vә hissin 
zәruri dәlillәri göstәrir ki, onlar (hәdislәr – mütərcim) zahiri 
mәnaları üzrә deyillәr (yәni, hәdislәri zahiri mәnaları әsasında 
başa düşmәk olmaz)”
1

Bu da zahiriliyi ilә, donuqluq hәddinәdәk dini mәtnlәrin 
hәrfi mәnalarından ikiәlli yapışmağı ilә tanınan İmam İbn Hәz-
min mövqeyi! Zahiri olmağına rәğmәn,  İbn Hәzm yuxarıdakı 
                                                 
1
 İbn Hәzm. әl-Mühәlla, cild VII, sәh. 230-231, mәsәlә № 919. 


 239
hәdislәrin hәrfi mәnada başa düşülmәsini rәdd etmişdir. De-
diyi kimi, yalnız nadanlar bu cür zәnnә qapılarlar!!! 
 
İfrat məcazi yozumların yolverilməzliyi 
 
Qeyd edim ki, hәdislәrin, ümumiyyәtlә dini mәtnlәrin 
yozulması, zahiri mәnalarından uzaqlaşdırılması  tәhlükә qapı-
sıdır; ehtiyatı  әldәn vermәk olmaz; ağıl vә  nәql zәruri etmә-
dikcә müsәlman alim bu “qapı”nı açmamalıdır.  
Әksәr hallarda hәdislәr şәxslәrә, zaman vә mәkana  uy-
ğun olaraq yozulur. Ancaq sonralar dәqiq tәdqiqatçı tәsbit edir 
ki, hәdisi zahiri mәnada izah etmәk daha doğrudur.  
Mәsәlәn, aşağıdakı hәdisә nәzәr salaq: 
“Kim bir sidr ağacı  kәsәrsә, Allah onun başını  cәhәnnә-
mә soxar”
1

Hәdis bir çox variantda rәvayәt edilib. Ancaq bәzi şәrh-
çilәrә görә, söhbәt Haram bölgәsinin ağaclarından gedir. Hәr-
çәnd ki, hәdisin mәtnindә “sidrә” sözü qeyri-müәyyәnlikdә 
şәrt cümlәsi daxilindә işlәdilib vә bütün ağacları ifadә edir. Bu-
na rәğmәn, hәdisdә göstәrilmiş  şiddәtli cәza sәbәbi ilә alimlәr 
sidr ağaclarını Haram bölgәsindә bitәn ağaclarla mәhdudlaşdır-
mışlar. 
Mәnim fikrimә görә, hәdis insanların әhәmiyyәt vermә-
diklәri mühüm bir mәsәlәyә diqqәti cәlb edir. Bu, ağacın, xüsu-
sәn dә әrәb ölkәlәrindә sidr ağacının әhәmiyyәtidir. Mәlumdur 
ki, ağac, әlәlxüsus sәhra iqlimindә kölgәlәnmә vә meyvәsindәn 
faydalanma baxımından mühüm rola malikdir. Sidr ağacının 
zәrurәt olmadan kәsilmәsi insanları bir çox faydadan mәhrum 
edir. Bu, müasir dünyada “yaşıllığı  vә  әtraf mühiti mühafizә” 
                                                 
1
 Әbu Davud. “Sünәn” kitabı, “Әdәb-әrkan” fәsli, “Sidri kәsmә” bölümü 
(5239). Habelә, hәdisi “Sünәn” kitabında Beyhәqi rәvayәt edib. Hәmçinin, 
bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə