Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə72/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   66   67   68   69   70   71   72   73   74

 246
qanadının birindә  xәstәlik, digәrindә  dә  dәrman daşımağı
1
; e) 
qarnı ağrıyan qardaşlardan birinә Peyğәmbәrin bal yemәk töv-
siyәsi
2
 barәdә adil şәxslәrin rәvayәt etdiklәri sәhih hәdislәri in-
kar edәnlәr belәlәrindәndir.   
Hәtta onlar vaxtaşırı olaraq әdalәt vә mötәbәrliklәri, 
imamlıqları  hәdis alimlәri tәrәfindәn yekdilliklә  tәsdiqlәnmiş 
şәxslәri, sәhabә  vә tabein ravilәrini (Allah tәala onlardan razı 
qalsın!) eyiblәmişlәr. Eyiblәmişlәr ki, mәzhәbcә  fәrqlәndiklәri 
üçün onları tәkzib etsinlәr. Onlar Sәlәfin fitvalarını rәdd etmiş, 
cәmiyyәt içәrisindә Sünnәyә  vә  Әhli-Sünnәyә nifrәt oyansın 
deyә hәmin fitvaları pislәmişlәr. 
Onlar iddia etmişlәr ki, Sirat Körpüsünün, Mizan-tәrәzi 
vә Hovuzun mövcudluğu haqda deyilәnlәr ağla ziddir. Hәtta 
bu insanlardan birinә “Axirәtdә  әl-Barinin (Yaradıcı Allahı – 
mütərcim) gözlә görülәcәyini söylәyәn şәxs kafirdirmi?” – deyә 
sual verildikdә belә cavab vermişdi: “Xeyir, kafir deyildir. Çün-
ki o, ağla batmayan şeylәr söylәyib. Ağla batmayan şeylәri söy-
lәyәnlәr isә kafir sayılmırlar!” 
Bir qrup insan da bütün “ahad” hәdislәri tәkzib etmiş, 
Qurana münasibәtdә  ağılları  nәyi bәyәnir, onunla kifayәtlәn-
mişlәr. Hәtta “İman gәtirib yaxşı işlәr görәnlәrә pis әmәllәrdәn 
çәkinib iman gәtirdiklәri, saleh әmәllәr etdiklәri, sonra pis 
әmәllәrdәn çәkinib iman gәtirdiklәri, sonra yenә dә pis әmәllәr-
dәn çәkinib yaxşı  işlәr gördüklәri tәqdirdә, daddıqları  şeylәr-
dәn ötrü günah tutulmaz...”
3
 ayәsinә  әsaslanaraq  şәrabı “mü-
bah” saymışlar. 
                                                 
1
 Bu hәdis haqda әtraflı mәlumat üçün bax: Yusif әl-Qәrdavi. Müasir fitvalar, 
cild I. 
2
 Peyğәmbәrimizin bu tövsiyәsini müasir tibb dә tәsdiqlәyir. Qәdimdәn mә-
lumdur ki, belә olan halda qarında nә varsa hamısını boşaltmaq, ishal gә-
tirәn şeylәr yemәk, içmәk, qәbul etmәk lazımdır. 
3
 “әl-Maidә” surәsi, 93-cü ayә. 


 247
Bu insanlar vә onlara bәnzәyәnlәr haqda Allahın rәsulu 
(Ona Allahın xeyir-duası  vә salamı olsun!) deyib: “Mütәkkәyә 
dirsәklәnmiş vәziyyәtdә ikәn sizlәrdәn birinә mәnim әmr vә ya 
qadağalarım haqda sual verildiyi zaman (tәkәbbürlә): “Bilmi-
rәm, biz yalnız Allahın kitabında gördüyümüzә әmәl edәrik!” – 
demәsin”
1

Hәdisdәki qadağa şiddәtli әzabdan xәbәr verir ki, bu da 
Sünnәni rәdd edәnlәrә şamildir”
2

Hәmçinin, dövrümüzün bәzi reformistlәri aşağıdakı  sә-
hih hәdisi rәdd etmişlәr: “Cәnnәtdә elә bir ağac var ki, atlı yüz 
il getsә dә, onun kölgәsini qәt edә bilmәz”.  
Alimlәr bu hәdisin sәhihliyi haqda hәmrәydirlәr.  İmam 
Buxari vә  İmam Müslim onu Sәhl ibn Sәdә,  Әbu Sәid vә  Әbu 
Hüreyrәyә istinadәn rәvayәt etmişlәr
3
. Hәdisi  İmam Buxari, 
hәm dә Әnәs ibn Malikә istinadәn nәql edib. Bu sәbәbdәn İbn 
Kәsir Allah tәalanın “Çәkilmәyәn (daimi) kölgәlikdә”
4
 ayәsinin 
tәfsirindә demişdir: “Bu (hәdis) Peyğәmbәrdәn (Ona Allahın 
xeyir-duası  vә salamı olsun!) bizә  nәinki sәhih, hәm dә  hәdis 
imamlarına görә, qәti sәhih vә “mütәvatir” hәdis kimi gәlib çat-
mışdır”.  
Zahiri mәnaya görә, hәdisdәki yüz il bizim yüz ilimizdir. 
Bu sәbәbdәn  Әbu Sәidin rәvayәtindә  “İtigedәn, çevik süva-
ri”dәn danışılır. Dünyadakı zamanla Allahın dәrgahındakı za-
man arasındakı  fәrq yalnız Uca Rәbbә  mәlumdur. Qurani-Kә-
rimdә deyilir: 
“...Rәbbinin dәrgahında bir gün sizin saydığınızın (he-
sabladığınız vaxtın) min ili kimidir!” (әl-Hәcc, 47). 
                                                 
1
 Hәdisi  Әbu Rafeyә istinadәn  Әbu Davud (4605) vә Tirmizi (2665) rәvayәt 
etmişlәr.  İmam  Әhmәd dә “Müsnәd” kitabında hәdisi müxtәsәr formada 
rәvayәt edib. Bax: eyniadlı әsәr, cild VI, sәh. 8. 
2
 Şatibi. әl-Etisam, “Şirkәt әl-Elanat әş-Şәrqiyyә” nәşrlәri, cild I, sәh. 231-232. 
3
 Bax: әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 1799-1801. 
4
 “әl-Vaqeә” surәsi, 30-cu ayә. 


 248
Әgәr hәdis sәhihdirsә, xatircәm halda demәliyik: inandıq 
vә tәsdiqlәdik! Әminliklә bilmәliyik ki, axirәt hәyatının bu dün-
yanın qanunlarına  әks özünәmәxsus qanunları vardır. Belә ki, 
İbn Abbas deyib: “Cәnnәtdә bu dünyadakı (şeylәrin) yalnız ad-
ları qalacaq”. 
Habelә, kafirlәrә  cәhәnnәmdә  әzabın verilmәsi, kafirin 
dişinin iriliyi, iki çiyini arasındakı  mәsafәnin böyüklüyü, dәri-
sinin qalınlığı haqda bizә gәlib çatmış hәdis dә bu qәbildәndir. 
Bu hәdis qarşısında tәslimiyyәt göstәrmәk әn doğru çıxış yolu-
dur! Xırdalığa varıb tәfsilata girmәyә ehtiyac yoxdur! 
Müvәffәqiyyәtli dәvәtçi bu cür hәdislәrlә oxuyucu vә 
dinlәyicilәrinin zehnini mәşğul etmәmәlidir. Yalnız zәruri hal-
larda belә hәdislәrә müraciәt etmәlidir. Çünki bu hәdislәr müa-
sir zehinlәrdә suallar doğurur. Onların kimәsә  bәyan edilmәsi 
nә dini islah edәr, nә dә ki dünyada xoşbәxtlik gәtirәr.  
Müsәlmanın mәşğul olacağı әn ümdә şey Allahdan cәn-
nәti, oraya yaxınlaşdıracaq söz vә  әmәli dilәmәyidir; cәhәn-
nәmdәn, cәhәnnәmә yaxınlaşdıran söz vә  әmәldәn Allaha sı-
ğınmağıdır; cәnnәt әhlinin yolunu tutub cәhәnnәm әhlinin yo-
lundan uzaq durmağıdır.  
İman mәntiqinin zәruri etdiyi, ağıl mәntiqinin dә inkar 
etmәdiyi sağlam mövqe budur ki, dinin qeyb mahiyyәtlәri haq-
da “İnandıq vә tәsdiqlәdik”, ibadәt mәsәlәlәri barәdә isә “Eşit-
dik vә itaәt etdik!” – deyәk! 
Bәli, dini mәtnlәrin göstәrişlәrinә әmәl etmәli, mahiyyәti 
vә necәliyi haqda sual vermәmәli, tәfsilat dalınca qaçmama-
lıyıq. Çünki ağlımız әksәr hallarda bu cür qeyb mahiyyәtlәrini 
dәrk etmәyә qadir deyil. İnsanı yaradan Allah ağıla bu cür şey-
lәri dәrk etmәk funksiyasını yüklәmәyib. Axı, varislik vәzifә-
sinin icrasında – yer üzünü abadlaşdırıb Allaha ibadәtdә ağılın 
qeyb mahiyyәtlәrini dәrk etmәsinә gәrәk yoxdur.  
Rasional-kәlam mәktәbini tәmsil edәn mötәzililik bu hә-
qiqәti başa düşüb tәsdiqlәsәydi, “röyatullah”la (möminlәrin 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə