Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə59/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   55   56   57   58   59   60   61   62   ...   74

 204
üç barmağı ilә yeyәn gördüm. Yedikdәn sonra barmaqlarını ya-
ladı”
1
.  
Cabirә istinadәn İmam Müslim rәvayәt edir ki, Peyğәm-
bәr (Ona Allahın xeyir-duası  vә salamı olsun!) barmaqları  vә 
boşqabı yalamağı әmr etdi vә dedi: “Şübhә yoxdur ki, siz bәrә-
kәtin yemәyinizin harasında olduğunu bilmirsiniz”.
2
 
Әnәs ibn Malik (Allah ondan razı qalsın!) bildirir ki, Pey-
ğәmbәr (Ona Allahın xeyir-duası  vә salamı olsun!) yemәkdәn 
sonra üç barmağını yalayar vә deyәrdi: “Birinizin loğması (әlin-
dәn) düşәrsә, götürsün, tәmizlәyib yesin, şeytana saxlamasın”. 
(Әnәs ibn Malik sözünә davam edir:) “O (Ona Allahın xeyir-
duası  vә salamı olsun!), bizә boşqabı siyirmәyi dә  әmr etdi vә 
dedi: “Şübhә yoxdur ki, siz bәrәkәtin yemәyinizin harasında ol-
duğunu bilmirsiniz!”
3
 
Bu hәdislәrin hәrfi mәnasından yapışanlar elә başa dü-
şürlәr ki, xörәyi üç barmaqla yemәk, yemәkdәn sonra barmaq-
ları yalamaq, boşqabı yalayıb siyirmәk vacib işlәrdir. Onlara 
görә, bütün bunlar Peyğәmbәrin sünnәsidir. Bәlkә dә bu insan-
lar qaşıqla yeyәnlәrә nifrәtlә, inkarçı  nәzәrlәrlә baxırlar. Axı, 
onlar Sünnәyә әks çıxır(!), kafirlәrә oxşayırlar(!) 
Әslindә, sözügedәn hәdislәrdәn çıxarılacaq dәrs – Sün-
nәnin ruhu budur ki, Peyğәmbәr (Ona Allahın xeyir-duası  vә 
salamı olsun!) tәvazökar olmuş, Allah tәalanın yemәk nemәtini 
qiymәtlәndirmiş, yemәkdәn bir tikәnin belә zay olmamağına 
diqqәt yetirmişdir. Ancaq elә insanlar vardır ki, dövlәtli olduq-
larını hiss etdirmәk, bir loğma çörәyә möhtac kasıblara oxşama-
dıqlarını göstәrmәk üçün lovğalıqla qabdakı xörәk qalığını 
yemir vә ya kimdәnsә düşәn loğmanı yerdәn götürmürlәr.  
                                                 
1
 Müslim, hәdis № 2032. 
2
 Müslim, hәdis № 2033. 
3
 Müslim, hәdis № 2034. 


 205
Peyğәmbәrimiz (Ona Allahın xeyir-duası  vә salamı ol-
sun!) bildirir ki, yerә atılmış, qabda saxlanılmış bir loğma  şey-
tana sanki pay edilәr.  
Şübhә yoxdur ki, bu, hәm psixoloji, hәm әxlaqi, hәm dә 
güzәranlıq (maddi) tәrbiyәsidir.  Әgәr müsәlmanlar buna әmәl 
etsәydilәr, hәr gün zibil qablarına atılmış yemәk qalıqlarının şa-
hidi olmazdıq.  
Әgәr bütün müsәlman coğrafiyası üzrә gündәlik yemәk 
qalıqlarını hesablasaq, görәrik ki, hәr gün milyonlarla dollar iti-
ririk. O ki qaldı bir ay, bir il әrzindә israfa gedәn yemәk qalıq-
larının qiymәti!    
Demәli, barәsindә danışdığımız hәdislәrin әsil mәzmunu 
bundan ibarәtdir. Yoxsa ki bәzi insanlar bu hәdislәrin zahirinә 
aldanıb bardaş qursalar da, barmaqları ilә yeyib onları yalasalar 
da, tәvazökarlıqdan, şükranlıqdan, nemәtlәri istifadәdә qәnaәt-
cillikdәn uzaqdırlar.  
Yadıma gәlir, bir dәfә dostlarımdan biri mәnә qәribә bir 
hadisә danışmışdı. O, Asiyanın bir müsәlman ölkәsinә  sәfәri 
zamanı görür ki, ayaqyoluların  әtrafına xırda daşlar tökülüb. 
Sәbәbini soruşduqda ona belә cavab verirlәr: Biz Sünnәni dir-
çәltmәk(!) üçün daşlarla tәmizlәnirik. 
Әgәr belәdirsә, onlar Sünnәyә uyğun olaraq mәscidlәrin 
döşәmәsinә çınqıl yaymalı, itlәrin dә rahat girib-çıxmaları üçün 
mәscidlәrә qapı qoymamalı, tavanını xurma budaqları ilә ört-
mәli, yağla işlәyәn lampalarla içәrini işıqlandırmalı idilәr! 
Ancaq onların mәscidlәrinә getsәn, görәrsәn ki, bәzәk-
lidir, xalçalar döşәnib, elektrik lampaları ilә  işıqlandırılıb. Elә 
isә necә olur ki, bu insanlar bir mәqamda Sünnәnin zahirindәn 
yapışır, digәr mәqamda da onu tәrk edirlәr?! 
 
 


 206
 
Məkkə çəkisi və Mədinə ölçüsü 
 
Aşağıdakı hәdis dә sözügedәn hәdislәr qәbilindәndir: 
“Çәki mәkkәlilәrin çәkisi, ölçü dә  mәdinәlilәrin ölçü-
südür”
1

Bu hәdis Hәzrәti Mәhәmmәdin (Ona Allahın xeyir-duası 
vә salamı olsun!) yaşadığı dövr üçün mütәrәqqi sayılan pey-
ğәmbәrlik tәlimini özündә  әks etdirir. Bu tәlim alış-verişdә  vә 
digәr münasibәtlәrdә istifadә edilәn ölçülәri, normativlәri bir-
lәşdirmәk, insanlara mәlum  әn dәqiq ölçü vahidini müәyyәn-
lәşdirmәk mәqsәdi güdmüşdür.   
Mәlumdur ki, mәkkәlilәr ticarәtlә  mәşğul olur, alış-ve-
rişdә metal pullardan istifadә edirdilәr. Uqiyә (12 dirhәmә bә-
rabәr çәki vahidi – mütərcim), misqal, dirhәm vә daniq (dirhә-
min 1/6-ә  bәrabәr çәki vahidi) mәkkәlilәrin  әsas çәki vahidlәri 
sayılırdı. Onlar bu ölçü vahidlәrinin dәqiqliyinә  hәdsiz diqqәt 
yetirirdilәr. Tәәccüblü deyil ki, ticarәtlә bağlı mübahisәlәrә son 
qoymaq mәqsәdilә  әsas olaraq bu çәki vahidlәri götürülürdü. 
Mәhz bu sәbәbdәn hәdisdә deyilib ki: “Çәki mәkkәlilәrin çә-
kisidir”. 
Mәdinә sakinlәrinin әsas mәşğuliyyәti isә әkib-becәrmәk 
olmuşdur. Onlar taxıl  әkir, meyvә toplayırdılar. Becәrdiklәri 
mәhsulu, xurma vә üzümü bazara çıxarır, satır, ehtiyaclarını 
ödәyirdilәr. Bu mәqsәdlә  dәqiq ölçü vahidlәri – müdd, sa` vә 
sair tәsis etmişdilәr. Mәdinәlilәr alış-verişdә ölçü vahidlәrindәn 
istifadә etdiklәri üçün bu vahidlәrin dәqiqliyi onlar üçün qanun 
sayılırdı. Bu sәbәbdәn Peyğәmbәrin (Ona Allahın xeyir-duası 
                                                 
1
 Әbu Davud (“Satmalar”, 3340), Nәsai (7/281), İbn Hibban, әl-Mәvarid 
(1105), Tәhavi (Müşkil әl-Asar, cild II, sәh. 99), Beyhәqi (Sünәn, cild VI, sәh. 
31). İbn Ömәrә istinadәn rәvayәt olunub. İbn Hibbana, Dariqutniyә, Nәvәvi 
vә Әbülfәth әl-Qüşeyriyә görә, hәdis sәhihdir. Hәmçinin, bax: Hafiz. әt-Tәl-
xis, cild II, sәh. 175); Әlbani. Sәhih, cild I, hәdis № 165. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə