Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə55/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   51   52   53   54   55   56   57   58   ...   74

 190
mәyәn dәvәlәri, davarı başlı-başına buraxmaq haqsız mәnimsә-
mәlәrә sәbәb ola bilәrdi.   
 
2. Dəyişkən ürf‐adət və hədislər 
 
Elә hәdislәr var ki, Peyğәmbәrin zamanındakı adәt-әnә-
nәyә uyğun olaraq deyilib. Ancaq dövr keçmiş, hәmin adәt-
әnәnә  dәyişmişdir. Belә olan halda bu cür hәdislәrin deyilmә 
mәqsәdini nәzәrә almalı, hәrfiyyәtçilik etmәmәliyik.   
 
2.1. İmam Əbu Yusif ölçü və çəki haqqında 
 
“Buğdaya buğda, ölçüyә ölçü, mislә  dә misl olmalıdır. 
Arpa, xurma vә duz da ölçüyә ölçü, mislә misl alınıb-satıl-
malıdır. Qızıl vә gümüş isә çәkiyә çәki (satılmalı yaxud da alın-
malıdır” mәzmunlu hәdisdә söz edilәn “ribәvi” (faiz tutula bi-
lәcәk)  әmtәәlәr haqda İmam  Әbu Yusifin görüşü bütün fiqh 
alimlәrinә yaxşı mәlumdur.  
Әbu Yusifә görә, hәdisdә göstәrilәn әmtәәlәr üçün çәki-
nin, yoxsa ölçünün şәrt olmağı ürf-adәtdәn asılıdır.  Әgәr ürf-
adәt dәyişәrsә, – dövrümüzdә olduğu kimi – xurma vә ya duz 
çәki ilә satılarsa, yeni adәt-әnәnәyә uyğun hәrәkәt etmәk lazım-
dır. Belә olan halda xurma vә duzu çәki ilә satmaq “caiz”dir. 
Hәrçәnd ki, onların ölçüsü fәrqlidir.   
Tәbii ki, bu, İmam  Әbu Hәnifәnin görüşünә  vә  hәnәfi 
kitablarında yazılanlara ziddir; o әmtәә ki, Allahın rәsulu onda 
ölçü artıqlığını haram edib, onu ölçü ilә almaq vә ya satmaq la-
zımdır. Hәtta insanlar ölçü ticarәtindәn imtina etsәlәr belә, bu 
qayda dәyişmir. Habelә, o şeylәr ki, Peyğәmbәr onlarda çәki ar-
tıqlığını haram sayıb, göstәrilmiş  çәki gözlәnilmәlidir. Hәtta 
çәki ticarәti aradan qalxsa belә, qayda dәyişmir. 


 191
Bu görüşә görә, xurma, duz, buğda vә arpa qiyamәtәdәk 
ölçü ilә alınıb-satılmalıdır. Bu da, tәbii ki, insanların işini çәtin-
lәşdirmәkdir. Hәmçinin, bu görüş hәdisin mәqsәdini әks etdir-
mir. Doğru görüş Әbu Yusifinkidir. Onun görüşü indiki dövrdә 
insanların işinә yarayan әn münasib görüşdür. Çünki qәdimdә 
dәnli bitkilәr üçün nәzәrdә tutulmuş bütün ölçü formaları döv-
rümüzdә çәki ilә әvәzlәnib.  
  
2.2. Nağd pulun iki “nisab”ı
1
 
 
Hәdislәrin ürf-adәtә uyğun deyilmәsinә dair misallardan 
biri dә budur ki, Peyğәmbәr (Ona Allahın xeyir-duası vә salamı 
olsun!) nağd puldan tutulacaq iki zәkat miqdarı (nisab) müәy-
yәnlәşdirib. Gümüş iki yüz dirhәmә (595 qram), qızıl da iyirmi 
misqala (85 qram) çatarsa, zәkat vermәk lazımdır. O zamanlar 
bir dinar on dirhәmә bәrabәr idi. 
“Zәkatın fәlsәfәsi” kitabımda izah etmişәm ki, Peyğәm-
bәr heç dә bununla iki fәrqli “nisab” müәyyәnlәşdirmәk fik-
rindә olmayıb. Әslindә, bu, vahid “nisab”dır. Kim ki bu miqdar 
var-dövlәtә sahibdir, zәkat vermәlidir. Sözügedәn “nisab” Pey-
ğәmbәrin zamanında işlәnәn iki valyutaya (qızıl vә gümüş) uy-
ğun hesablanıb. Demәli, hәdisdә o dövrün adәt-әnәnәsi nәzәrә 
alınıb; hәmin “nisab”, әslindә, bir-birinә  bәrabәr iki valyuta 
әsasında hesablanıb.  
İndi isә  vәziyyәt dәyişib. Gümüşün qiymәti qızılınkı ilә 
müqayisәdә  kәskin  şәkildә  aşağı düşüb. Demәli, “nisab”ı qiy-
mәtcә bir-birindәn kәskin fәrqlәnәn iki valyuta әsasında müәy-
yәnlәşdirmәyimiz doğru deyil. Mәsәlәn, 85 qram qızıla, 595 
qram da gümüşә bәrabәr vara sahib şәxslәrin zәkat vermәlәrini 
iddia etmәyimiz sәhv olardı. Çünki bu tәqdirdә qızılın “nisab”ı 
                                                 
1
 Nisab  (әrәb. müәyyәn edilmiş  hәdd, miqdar): mülkiyyәtin zәkat verilәn 
miqdara çatması – tərcüməçinin qeydi


 192
gümüşünkündәn tәxminәn on dәfә çox olur. Mәsәlәn, o qәdәr 
dә çox pulu olmayan şәxsә: “Pullarının “nisab”ını gümüşlә he-
sablamışıq, dövlәtli sayılarsan, zәkat vermәlisәn”, çoxlu pulu 
olana da: “Pullarının “nisab”ını  qızılla hesablamışıq, dövlәtli 
deyilsәn, zәkat sәnә düşmür”, – demәyimiz ağla batmır.  
Problemdәn çıxış yolu dövrümüzdә  zәkat üçün vahid 
pul miqdarını  (nisab) müәyyәnlәşdirmәkdir. Mәhz vahid pul 
miqdarı әsasında zәkat verәcәk şәxslәri müәyyәn etmәk müm-
kündür
1
. Allah rәhmәt etsin, böyük ustad mәrhum  Şeyx Mә-
hәmmәd әbu Zәhrә vә hәmkarları Şeyx Әbdülvәhhab Xәllaf vә 
Şeyx  Әbdürrәhman Hәsәn 1952-ci ildә  Dәmәşqdә keçirdiklәri 
“Zәkat” konfransında bu fikri sәslәndirmiş, “nisab”ın yalnız qı-
zılla hesablanması  qәrarını  çıxarmışdılar. Mәn dә bunun tәrәf-
darıyam, “Zәkatın fәlsәfәsi” adlı kitabımda da bu prinsipdәn 
çıxış etmişәm
2
. Bu görüş, heç dә zәnn edildiyi kimi, mәlum hә-
disә zidd deyil. Dediyimiz kimi, hәmin hәdisdә ürf-adәt nәzәrә 
alınıb. Ürf-adәt aradan qalxarsa, ona uyğun hökm dә qüvvәdәn 
düşәr.   
 
3. Həzrəti Ömərin zamanında  
“aqilə”nin dəyişməsi 
 
 
Sәhvәn ya da yarıqәsdlә öldürmә zamanı qanbahasının 
qatilin qohumlarının – “aqilә”nin boynuna düşmәsi haqda hә-
dis dә dәyişkәn ürf-adәtlә әlaqәdar deyilib.  
                                                 
1
 Bir-birindәn fәrqli iki miqdarla müsәlmanları baş-başa buraxmaq doğru 
deyil. Düşünürük ki, zәkatda vahid pul miqdarının müәyyәnlәşdirilmәsi ol-
duqca zәruridir. Sual yaranır: әgәr vahid pul miqdarı müәyyәn edilәrsә, qı-
zılmı әsas götürülmәlidir, yoxsa gümüş? Mәn qızıl variantını seçmişәm.   
2
 Yusif әl-Qәrdavi. Zәkatın fәlsәfәsi, cild I, sәh. 261-265. 


 193
Bәzi fәqihlәr hәdisin zahiri mәnasından yapışaraq qatilin 
kişi qohumlarını “aqilә”dәn saymışlar. Ancaq onlar nәzәrә al-
mamışdılar ki, o dövrdә bir şәxsin әsas dayağı, arxası, kömәyi 
mәhz kişi qohumlar olduğu üçün Peyğәmbәr qanbahasını 
ödәmәyi mәhz onlara yüklәyib.  
Ancaq hәnәfilәr yuxarıdakı  fәqihlәrlә razılaşmırlar. On-
lar bildirirlәr ki, xәlifәliyi dövründә Hәzrәti Ömәr (Allah ondan 
razı qalsın!) qanbahasının ödәnilmәsini divanxana işçilәrinә 
tapşırmışdı.  
Bu mәsәlәni araşdıran Şeyxülislam İbn Teymiyyә (Allah 
rәhmәt etsin!) “Fitvalar” kitabında yazır:   
“Peyğәmbәr (Ona Allahın xeyir-duası  vә salamı olsun!) 
qanbahasını ödәmәyi “aqilә”yә yüklәmişdi. “Aqilә” – şәxsә kö-
mәk edәn, yardım göstәrәn qohumlara deyilir. Peyğәmbәrin 
dövründә “aqilә” dedikdә kişi qohumlar başa düşülürdü. Hәz-
rәti Ömәr xәlifә olduqdan sonra qanbahasını ödәmәyi divan-
xana işçilәrinә tapşırdı. Bu sәbәbdәn qanbahasını kimin ödәyib-
ödәmәyәcәyi әtrafında fәqihlәr ixtilafa düşmüşlәr. Sual yarandı 
ki, görәsәn, “aqilә” dedikdә kimlәr nәzәrdә tutulur: şәriәt baxı-
mından müәyyәn edilmiş şәxslәrmi, yoxsa heç bir müәyyәnlәş-
dirmә olmadan kömәk edәn, yardım göstәrәn kәslәrmi? Birinci 
görüşün tәrәfdarları bildirmişlәr ki, qanbahası qohumların boy-
nuna düşür. Çünki qohum-әqrәba Peyğәmbәrin (Ona Allahın 
xeyir-duası  vә salamı olsun!) zamanında “aqilә”dәn sayılırdı. 
İkinci fikrә tәrәfdar çıxanlar isә bildirdilәr ki, yerinә vә zamana 
görә kim kömәk edirsә, “aqilә” dә onlardır. Peyğәmbәrin za-
manında şәxsә qohumları kömәk edir, arxa çıxırdılar. Odur ki, 
onlar “aqilә” sayılırdılar. Çünki Allahın rәsulunun (Ona Al-
lahın xeyir-duası vә salamı olsun!) dövründә nә divan vardı, nә 
dә mәvacib kәsmәk.  
Xәlifәliyi dövründә Hәzrәti Ömәr (Allah ondan razı qal-
sın!) divanxanalar yaratmışdı. Bununla da vәziyyәt dәyişmişdi. 
Mәlum idi ki, divanxana yerlәşәn  şәhәrdә qalan әsgәrlәr, qo-


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə