Sünnəyə münasibətimiz necə olmalıdır?


Deyilmə səbəbləri, şəraiti və



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə51/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   47   48   49   50   51   52   53   54   ...   74

 178
 
Deyilmə səbəbləri, şəraiti və  
məqsədləri baxımından hədisləri öyrənmə 
 
 
 Sünnәni lazımınca başa düşmәk üçün hәdislәrin hansı 
sәbәbә görә deyildiyini müәyyәnlәşdirmәk lazımdır. Fikir ver-
mәk lazımdır ki, hәdislәr müәyyәn bir sәbәblә  әlaqәlidir ya 
yox; bu sәbәb hәdisinin mәzmunundan ya açıq-aşkar görünür, 
ya müәyyәn ifadәdә, sözdә ifadә olunur, ya da hәdisdә öz әk-
sini tapmış hadisәnin mәzmunundan çıxarılır. 
 Diqqәtli tәdqiqatçı yaxşı bilir ki, bir sıra hәdislәr müәy-
yәn şәraitlә әlaqәdar deyilib. Şәraitdәn asılı olaraq hәdislәr – ya 
hәqiqi mәnafelәri tәmin edib müәyyәn zәrәri aradan qaldır-
maq, ya da mövcud problemi hәll etmәk mәqsәdi daşımışdır.  
 Demәli, hәr hansı bir hәdisin mәzmunundakı hökm ilk 
baxışdan ümumilik vә davamlılıq ifadә edirmiş kimi görünür. 
Ancaq yaxşıca tәhlil edildikdә görürük ki, bu hökm müәyyәn 
bir sәbәblә bağlıdır; sәbәb durduqca hökm dә durar, aradan 
qalxarsa, hökm dә qüvvәdәn düşәr. 
 Bunu 
müәyyәnlәşdirmәk üçün dәrin mühakimә qa-
biliyyәti, obyektiv yanaşma, bütün dini mәtnlәrә bәlәdçilik, şә-
riәtin mәqsәdlәrinә  vә dinin mahiyyәtinә  hәrtәrәfli agahlıq tә-
lәb olunur. Bununla yanaşı, cәmiyyәtdәki adәtkәrdәliyә, adәt-
әnәnәlәrә, әnәnәvi situasiyalara әks olsa da, hәqiqәti olduğu ki-
mi söylәmәk üçün psixoloji gücә, hәm dә yüksәk nәzakәtә (etik 
keyfiyyәtlәrә) sahib olmaq lazımdır. Tәbii ki, bu, asan şey deyil. 
Belә keyfiyyәtlәrә sahib olmaq Şeyxülislam  İbn Teymiyyәyә 
ağır başa gәlmişdir; dövrünün әksәr alimlәri ona әdavәt bәslә-
miş,  әleyhinә müxtәlif tәdbirlәr tökmüşlәr. Nәticәdә, bu nadir 
vә әzәmәtli insan dәfәlәrlә hәbs edilmiş, mәhbәsdә dә vәfat et-
mişdir. Allah ondan razı qalsın! 


 179
 
Hәmçinin, hәdislәri düzgün başa düşmәk üçün onların 
deyildiyi şәraitә bәlәd olmaq lazımdır. Çünki hәdislәr ya şәraiti 
xarakterizә etmәk, ya da onu tәnzimlәmәk mәqsәdilә deyilib. 
Şәraitә bәlәd olsaq, hәdisin mәnası, mәzmunu dәqiqliyi ilә bizә 
aydınlaşacaq, sәhv güman vә ehtimalların güdazına getmәyә-
cәkdir. Bununla da biz doğrunu qoyub zahiri ehtimalların arxa-
sınca qaçmayacağıq. 
 
Mәlumdur ki, alimlәrimiz Quranın obyektiv başa düşül-
mәsi üçün ayәlәrin göndәrilmә sәbәblәrini öyrәnmәyi şәrt qoy-
muşlar. Qoymuşlar ona görә ki, xaricilәr vә qeyrilәrinin müb-
tәla olduqları ifratçılığa tuş gәlmәyәk. Xaricilәr. müşriklәr barә-
dә enmiş ayәlәri müsәlmanların  әleyhinә istifadә etmişdilәr. 
Mәhz bu sәbәbdәn İbn Ömәr Allahın kitabının nazil olduğu şә-
raiti istәdiklәri şәkildә yozduqları üçün xaricilәri әn şәr insanlar 
kimi xarakterizә etmişdi
1

 Quranı öyrәnәn,  ya  da  tәfsir edәnlәrә ayәlәrin enmә  sә-
bәblәrini bilmәk zәruri olduğu kimi, hәdislәrdәn hökm çıxar-
maq istәyәnlәrә  dә onların deyilmә  sәbәblәrinә  dәrindәn agah 
olmaq, xüsusilә vacibdir.  
 
Çünki Quran mahiyyәti etibarı ilә ümumidir, әbәdidir. 
Prinsip vә ibrәtlәr xaric, Quran xırdalıqlara, ötәri mәsәlәlәr vә 
ayrı-ayrı hallara münasibәt bildirmәyәn kitabdır. 
 Sünnә isә bir çox lokal, xırda vә müvәqqәti problemlәrin 
hәlli yollarını göstәrir, Quranın münasibәt bildirmәdiyi ayrı-
ayrı mәqamlardan söz açır.  
 Elә isә biz xüsusini ümumidәn,  әbәdini müvәqqәtidәn, 
bütövü hissәdәn fәrqlәndirmәyi bacarmalıyıq; hәr birinin öz 
mәğzi, öz mәqamı vardır.  
 Demәli, hәdislәrin mәzmununa, deyilmә  sәbәblәrinә  vә 
әlaqәli  şәraitә, mühitә agah olmaq – Allahın müvәffәq qıldığı 
şәxsә kömәk edәcәkdir ki, Sünnәni doğru-dürüst başa düşsün. 
                                                 
1
 Bax: Şatibi. әl-Müvafәqat.  


 180
 
“Siz dünyanıza daha  
yaxşı bələdsiniz” hədisi 
 
  
Mәsәlәn, belә bir hәdis var: “Siz dünyanıza daha yaxşı 
bәlәdsiniz”
1

 
Bәzi insanlar iqtisadi, siyasi-ictimai sahәlәrdә  şәriәtin 
hökmlәrinә riayәtdәn boyun qaçırmaq üçün bu hәdisә tez-tez 
istinad edirlәr. Onların iddialarına görә, bu sahәlәr dünya iş-
lәrindәndir vә biz dә dünyamıza daha yaxşı  bәlәdik. Axı Al-
lahın rәsulu dünya işlәrini, hәdisdә deyildiyi kimi, bizim öhdә-
mizә buraxıb(!) 
 Görәsәn, hәdis bunumu demәk istәyir? 
 
Әsla!!! Çünki Allah tәala peyğәmbәrlәri hәm dә ona görә 
göndәrir ki, insanlar üçün әdalәtli qaydalar qoysunlar, dün-
yadakı hüquq vә vәzifәlәrini onlara öyrәtsinlәr. Bu – ona görә-
dir ki, meyarlar, qaydalar itirilmәsin, tәfriqә baş qaldırmasın. 
Uca Allah buyurur: 
 
“And olsun ki, Biz peyğәmbәrlәrimizi açıq-aşkar dәlillәr-
lә (möcüzәlәrlә) göndәrdik. Biz onlarla birlikdә (Allahın hökm-
lәrini bildirәn sәmavi) kitab vә әdalәt tәrәzisi (şәriәt) nazil etdik 
ki, insanlar (bir-biri ilә) әdalәtlә rәftar etsinlәr...” (әl-Hәdid, 25). 
 Bu 
sәbәbdәn, alış-veriş, ortaqlıq, girov, icarә, borc vә di-
gәr münasibәtlәri tәnzimlәyәn ayә vә hәdislәr mövcuddur. Belә 
ki, Quranın әn uzun ayәsi borcların yazılması barәdәdir:   
 “Ey 
iman 
gәtirәnlәr! Müәyyәn müddәtә bir-birinә borc 
verib aldıqda, onu yazın! Bunu (bu sәnәdi) aranızda bir nәfәr 
katib  әdalәtlә yazsın! Katib gәrәk Allahın öyrәtdiyi kimi yaz-
maqdan boyun qaçırmasın, yazsın! Borclu olan şәxs borcunu 
söylәyәrәk (deyә-deyә) yazdırsın vә  Rәbbi olan Allahdan qor-
                                                 
1
 Müslim.  Came  әs-Sәhih, “Fәzilәtlәr” fәsli, hәdis  № 2363. Hәzrәti Aişәyә 
istinadәn rәvayәt olunub.  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə