Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə50/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   46   47   48   49   50   51   52   53   ...   74

 174
Bәzi alimlәrin “әzl”i “mәkruh” hesab etmәlәri bu işin 
haramlılığından irәli gәlmir. Onlara görә, “әzl” – “tәnzihi-mәk-
ruh” әmәldir. Әn doğrusunu Allah bilir”
1

 
Hədislərin “nəsx”i
2
 problemi 
 
Hәdislәrin bir-birinә  әksliyi ilә bağlı problemlәrdәn biri 
dә “nәsx” vә ya “nasix-mәnsux” problemidir.  
“Nәsx” Quran elmlәri ilә yanaşı, hәdisşünaslıqla da bağ-
lıdır.  
Bәzi müfәssirlәr Quranda “nәsx” mәsәlәsini o qәdәr 
şişirtmişlәr ki, hәtta bәzilәri “qılınc ayәsi” adlandırılmış ayәnin 
yüzdәn çox ayәni qüvvәdәn saldığını iddia etmişdir. Bununla 
belә, hәmin müfәssirlәr arasında hansı ayәnin “qılınc ayәsi” ol-
mağı barәdә yekdil fikrә rast gәlinmir! 
Hәdis alimlәri dә “nәsx” üsulundan istifadә etmişlәr. 
Onlar bir-birinә zidd iki hәdisi uyğunlaşdırmaqda çәtinlik çәk-
diklәri zaman hәdislәrin sonradan deyilәni ilә ilk deyilәnini 
“nәsx” etmişlәr.   
Sünnәdә “nәsx” Quranda olduğu qәdәr geniş yayılma-
yıb. Halbuki bunun әksi olmalı idi. Çünki ayәlәrin ümumilik vә 
әbәdiliyi Quranın әsas mahiyyәtini tәşkil edir. Sünnәdә isә belә 
deyildir; onun bir hissәsi Peyğәmbәrin bir lider kimi xüsusi 
problemlәri, müvәqqәti situasiyaları  tәnzimlәmәsindәn, gün-
dәlik işlәri idarә etmәyindәn ibarәtdir (Yәni, Peyğәmbәrin heç 
dә hәr bir әmәli, sözü dinin tәbliğinә xidmәt etmәyib). 
                                                 
1
 Beyhәqi. әs-Sünәn әl-Kübra, cild VII, sәh. 328-332. 
2
 “Nəsx”: (әrәb. “lәğv etmә”, “köçürnә”). Sonrakı dini mәtnlәrlә (dәlillәrlә) 
әvvәlki hökmün qüvvәdәn salınması.  Әlaqәdar “nasix” vә “mәnsux” ter-
minlәri dә vardır. Belә ki, “nasix” qüvvәdәn salan, “mәnsux” da qüvvәdәn 
salınmış dәlillәri (dini mәtnlәri) ifadә edәn terminlәrdir – tərcüməçinin qey‐
di.  


 175
Araşdırmalar göstәrir ki, bir çox hәdis, iddia edildiyi ki-
mi, heç dә “nәsx” olunmayıb.   
Elә hәdislәr var ki, “әzmkarlıq” aşılayır, elәlәri dә var ki, 
insanlara rüsxәt tanıyır. Belә olan tәqdirdә, onların hökmlәri 
ayrı-ayrılıqda, müxtәlif situasiyalar üçün tәtbiq olunur.  
Bu vә ya digәr vәziyyәtlә bağlı hәdislәr dә vardır. Yәni, 
eyni mövzuya aid iki vә ya artıq hәdisin hәr biri ayrı-ayrı vәziy-
yәtlәr üçün deyilib. Vәziyyәtin dәyişmәsi “nәsx”i zәruri etmir. 
Mәsәlәn, әvvәlcә, Peyğәmbәr kәsildikdәn üç gün sonra qurban 
әtlәrinin ehtiyat üçün saxlanılmasını qadağan etmiş, sonralar 
isә buna icazә vermişdi. Bu, “nәxs” deyildir! Bu, bir vәziyyәtdә 
qadağan etmәkdir, digәr vәziyyәtdә  dә icazә vermәk. Biz bu 
haqda başqa yerdә tәfsilatı ilә danışmışıq
1
.  
“Mәrifәt әs-Sünәn vәl-Asar” adlı kitabında Hafiz Beyhә-
qi yazır ki, İmam Şafei (Allah rәhmәt etsin!) belә deyib:  
“(Bir mövzu ilә bağlı) iki hәdisdәn eyni vaxtda istifadә 
mümkündürsә, bunu etmәk lazımdır. Bu zaman biri digәrini 
qüvvәdәn salmaz. Yox, әgәr bir-birindәn fәrqlәnәrlәrsә, iki 
vәziyyәt yaranar: 
Birinci. Hәdislәrdәn biri qüvvәdәn salan (nasix), digәri 
dә qüvvәdәn salınandır (mənsux). “Nasix” hәdis tәtbiq edilәr, 
“mәnsux” da kәnara qoyular.  
İkinci.  Hәdislәr bir-birindәn fәrqlәnir. Ancaq hansının 
“nasix”, hansının da “mәnsux” olduğu bizә  mәlum deyil. Әli-
mizdә qüvvәtli dәlil olmadıqca onlardan birini kәnara atıb di-
gәrini dә tәtbiq edә bilmәrik. Gәrәk elә bir dәlilә sahib olaq ki, 
onun  әsasında hansı  hәdisin istifadәyә layiq olduğunu müәy-
yәnlәşdirә bilәk. Bunun üçün hәdislәrdәn biri: 
a) ya daha sәhih olmalıdır; 
                                                 
1
 Bu barәdә müәllifin “Sünnә – bilik vә mәdәniyyәtdә mәnbә kimi” adlı ki-
tabında әtraflı mәlumat vardır – tərcüməçinin qeydi.  


 176
b) ya Qüdrәtli vә Böyük Allahın kitabına, Peyğәmbәrin 
sünnәsinә daha uyğun olmalıdır; 
v) ya elm әhlinin dediklәrinә daha müvafiq olmalıdır; 
q) ya müqayisә baxımından (qiyas) daha doğru olma-
lıdır; 
ğ) ya da Peyğәmbәrin әksәr sәhabәlәrinin görüşü ilә üst-
üstә düşmәlidir”. 
(Beyhәqi İmam Şafeiyә istinadәn sözünә davam edir):  
“Bütün deyilәnlәrdәn belә  nәticә  çıxır ki, ancaq әdalәtli 
şahidlәrin  şahidliyi qәbul edildiyi kimi, hәdislәrin dә  sәhih 
olanları  mәqbuldur.  Әgәr hәdis “mәchul”dursa vә ya ravilәri 
arzuedilmәz şәxslәrdirsә, onda o, sanki heç rәvayәt edilmәyib. 
Çünki o, sәhih deyildir”.  
Beyhәqi deyir:  
“Kitabımı oxuyanlar bilsinlәr ki, Әbu Abdullah – Mә-
hәmmәd ibn İsmayıl  әl-Buxari,  Әbu  әl-Hüseyn dә Müslim ibn 
әl-Hәccac  әn-Nisaburidir. Allah hәr ikisinә  rәhmәt etsin! On-
ların hәr biri bütövlükdә sәhih hәdislәri toplayan ayrıca kitab-
lar qәlәmә almışdır.  
Yerdә onların sәhihlik üçün qoyduqları  şәrtlәrә cavab 
vermәyәn, bu sәbәbdәn dә onların kitablarında göstәrilmәmiş 
digәr sәhih hәdislәr qalır. 
Bu hәdislәrin: 
a) bәzisini Əbu Davud – Süleyman ibn әl-Әş`әs әs-Sicis-
tani; 
b) bәzisini Әbu İsa, Mәhәmmәd ibn İsa ət‐Tirmizi
v) bәzisini Әbu Әbdürrәhman, Әhmәd ibn Şüeyb ən‐Nə‐
sai
q) bәzisini Әbubәkr, Mәhәmmәd ibn İshaq ibn Xüzeymə 
– Allah hamısına rәhmәt etsin! – rәvayәt etmişlәr. Onlar şәxsi 
ictihadları әsasında hәdis cәm edәn ravilәrdir.   
Rәvayәt olunmuş hәdislәr üç növdür: 


 177
1. Sәhihliyi hәdis alimlәrinin yekdilliklә tәsdiqlәdiyi hә-
dislәr. “Mәnsux” olmadığı  tәqdirdә heç kәs bu növ hәdislәrin 
әksinә hәrәkәt etmәmәlidir.  
2. “Zәifliyini” hәdis alimlәrinin yekdilliklә  tәsdiqlәdiyi 
hәdislәr. Bu hәdislәrә etimad göstәrilmәz.  
3. Sәhihliyi barәdә ixtilafın olduğu hәdislәr. Bәzi alimlәr 
bu cür hәdislәri bәzi ravilәrindә müşahidә edilәn “cәrh”
1
 üzün-
dәn “zәif” saymışlar. Bәzi alimlәr isә bu “cәrh”i görә bilmәmiş-
lәr. Vә ya alimlәrdәn biri hәdisin qәbulunu zәruri edәcәk dәrә-
cәdә ravinin vәziyyәtinә bәlәd deyil. Digәr alim isә bәlәddir. Ya 
da alimlәrdәn birinin “cәrh” üçün qoyduğu meyarı (şәrti) digәr 
alim kafi saymayıb. Yaxud da hәdisin istinadındakı “kәsilmәni” 
(inqita), bәzi sözlәrin düşdüyünü, bәzi ravilәrin digәr ravilәrin 
sözlәrini hәdisin mәtninә әlavә etmәlәrini, bir hәdisin istinadı-
nın digәr hәdisin istinadında göstәrilmәsini bir alim görә bilәr
digәri isә yox.  
Demәli, mühәddislәrin vәzifәsi – alimlәrin ixtilaflarını 
nәzәrә almaq, onların qoyduğu hәdislәri rәdd vә ya qәbul şәrt-
lәrini nәzәrdәn keçirmәk, nәhayәt isә әn doğru görüşü seçmәk-
dir. Uğur Allahdandır!”
2
  
 
 
                                                 
1
 Cərh:  (әrәb. “rәdd etmә”, “inkar”). Peşәkar vә hafiz sayılan bir alimin bu 
vә ya digәr hәdisi  onun  ya  mәtnindә, ya  da  ki  ravisindә gördüyü naqislik, 
çatışmazlıq üzündәn rәdd etmәsı – tərcüməçinin qeydi.  
2
 Beyhәqi. Mәrifәt әs-Sünәn vәl-Asar cild I / çapa hazırlayan: Seyyid Әhmәd 
Sәqr. Qahirә: “İslam Mәsәlәlәri Ali Şurası”nın nәşrlәri, sәh. 101-103.  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə