153
Ancaq heç bir pis niyyәt olmadan paltarın әtәyinin uza-
dılması vә yerlә sürüdülmәsi tәnzihi-mәkruh
әmәllәrdәndir.
Bu mәqamda dinә görә әhәmiyyәtli cәhәt – zahiri davra-
nışların mәzmunundakı niyyәtdir. Din tәkәbbürә, özünәvur-
ğunluğa, yekәxanalığa, başqalarına xor baxmağa qarşı çıxır. Bü-
tün bunlar qәlbin xәstәliklәri, nәfsin bәlalarıdır. Mәgәr deyil-
mәyib ki, qәlbindә zәrrә qәdәr tәkәbbür daşıyan şәxs cәnnәtә
girmәz?!
Bu deyilәnlәr bir daha tәsdiqlәyir ki, paltarın әtәyini
uzatmış şәxslәrә axirәt cәzası bu işi tәkәbbürlә etmәlәrinә görә
verilәcәkdir. Yuxarıdakı hәdislәr dә buna dәlalәt edir.
Bir şeyi dә qeyd edәk ki, geyim forması vә tәrzi bәzәn
adәt-әnәnә ilә, ürf-adәtlә bağlı olur. Elәcә dә bu, iqlimә (isti, so-
yuq, mülayim... hava mühiti), maddi imkana, sosial münasibәt-
lәrә, iş yerinә, yaşayış sәviyyәsinә... müvafiq olaraq dәyişir.
Allah vә peyğәmbәri bu mәsәlәdә insanlara qoyulmuş
mәhdudiyyәtlәri, şәrtlәri yüngüllәşdirmişlәr. Allah israfı, ifrat
firavanlığı, yekәxanalığı, tәkәbbürü qadağan etmәk mәqsәdilә
müәyyәn mәhdudiyyәtlәr qoymuşdur
1
.
Mәhz bu sәbәbdәn “Came әs-Sәhih” kitabının “Geyim-
lәr” fәslinә İmam Buxari “De: “Allahın Öz bәndәlәri üçün ya-
ratdığı zinәti kim haram buyurmuşdur?”
2
– ayәsini başlıq et-
miş
3
, Peyğәmbәrin (Ona Allahın xeyir-duası vә salamı olsun!)
aşağıdakı iki hәdisini iqtibas gәtirmişdir:
Tənzihi‐məkruh əməllər: qadağan edilmәsi haqda qәti vә aşkar dәlilin
mövcud olmadığı әmәllәr. Buna baxmayaraq, belә әmәl vә hәrәkәtlәrә yol
vermәk yaxşı qarşılanmır – tərcüməçinin qeydi.
1
Әtraflı mәlumat üçün bax: Yusif әl-Qәrdavi. “Halal vә haram” kitabı,
“Geyim vә bәzәnmә” fәsli, sәh. 79-92.
2
“әl-Әraf” surәsi, 32-ci ayә.
3
İbn Hәcәr әl-Әsqәlani. Fәth әl-Bari. Cild X, sәh. 252.
154
“İsrafa vә tәkәbbürә yol vermәdәn yeyib-için, sәdәqә
paylayın”
1
;
“İsraf vә tәkәbbür sәhvini etmәdikcә istәdiyini ye, istә-
diyini dә gey”
2
. (İbn Abbasa istinadәn rәvayәt edilib).
Hәmçinin, İbn Hәcәr rәvayәt edir ki, müәllimi Hafiz İra-
qi “Şәrh әt-Tirmizi” kitabında deyib:
“Әgәr paltarın әtәyi tәkәbbürlә sürüdülәrsә, bunun ha-
ram iş olmağına şәkk-sübhә qalmaz. Deyilsә ki, (paltarın әtәyi-
nin) adәt etdiyimiz ölçüdәn artıq uzadılması haramdır, bu – ha-
radasa doğrudur. Ancaq sonralar paltarın әtәyinin uzadılması
bir adәt halına gәldi vә uzun geyindilәr. Lakin nә olursa-olsun,
tәkәbbürlә paltarın әtәyinin uzadılması, şübhәsiz, haram işdir.
Yox, әgәr paltarın әtәyi adәtdәn dolayı uzadılarsa, haram deyil-
dir. Ancaq bu halda da paltarın әtәyi qadağan edilmiş sürünmә
formasında olmamalıdır.
Alimlәrә istinadәn Qazi İyaz nәql edir ki, paltarın eni vә
uzunluğu adәti ölçüdәn vә adәtkәrdәlikdәn çox olarsa,
mәkruhdur”
3
.
Demәli, Hafiz İraqinin dediyi kimi, adәtin öz hökmü,
adәtkәrdәliyin dә öz tәsiri vardır. Adәtdәn kәnara çıxmaq
1
Buxari bu hәdisi ravilәrinin adlarını çәkmәdәn birbaşa Peyğәmbәrdәn
rәvayәt edib. Hafiz ibn Hәcәr isә onu başqa bir yerdә әlaqәlәndirici isti-
nadlarla rәvayәt etmәdiyini bildirib. Ancaq Tәyalisi vә Haris ibn әbu Üsamә
eyniadlı “Müsnәd” kitablarında bu hәdisi Әmr İbn Şeybә, atasına vә baba-
sına istinadәn әlaqәlәndirici bağla rәvayәt etmişlәr. Tәyalisinin rәvayәt etdi-
yi hәdisdә “İsrafa vә tәkәbbürә yol vermәdәn” sözlәri, Harisin rәvayәtindә
isә “sәdәqә paylayın” hissәsi yoxdur. İbn Әbu әd-Dünya isә “Şükür” fәs-
lindә bu hәdisi yuxarıdakı mәzmun vә formada әlaqәlәndirici istinadlarla
rәvayәt edib. Bax: İbn Hәcәr әl-Әsqәlani. Fәth әl-Bari. Cild X, sәh. 253.
2
Hafiz ibn Hәcәrә görә, “Müsәnnәf” kitabında İbn әbu Şeybә bu hәdisi әla-
qәlәndirici istinadlarla rәvayәt edib. Bax: İbn әbu Şeybә. әl-Müsәnnәf, cild V,
Beyrut, 1989, sәh. 171, hәdis № 24878; İbn Hәcәr әl-Әsqәlani. Fәth әl-Bari.
Cild X, sәh. 253.
3
İbn Hәcәr әl-Әsqәlani. Fәth әl-Bari. Cild X, sәh. 262.
155
bәzәn insanı şöhrәtpәrәst göstәrir. Şöhrәtpәrәstcәsinә geyinmә
şәriәtdә mәzәmmәtlәnәn işdir. Әn yaxşısı orta yoldur (ölçüdür).
Qeyd edәk ki, Sünnәyә uyaraq, tәkәbbür gümanından
çәkinәrәk vә alimlәrin ixtilafından uzaq durmaqla, ehtiyat mәq-
sәdilә paltarının әtәyini qısaldan kәs, inşallah ki, savab yiyә-
sidir. Ancaq o, bütün insanları bu işә mәcbur etmәmәlidir; ad-
larını çәkdiyimiz, haqq üzrә olan imamlardan, şәrhçilәrdәn bi-
rinin fikri ilә razılaşıb paltarının әtәyini qısaltmayanlara nifrәtlә
qarşı çıxmamalıdır. Çünki hәr bir müctәhidin öz nәsibi, hәr kә-
sin dә niyyәtinә uyğun alacağı payı vardır.
Demәli, yalnız bir hәdisin zahiri mәnası ilә kifayәtlәnib
әlaqәdar digәr hәdis vә dini mәtnlәrә nәzәr yetirmәmәk çox
vaxt insanı xәtaya sürüklәyir. Bununla da hәmin şәxs hәqiqәt-
dәn uzaqlaşır, hәdisin deyilmә mәramından bixәbәr qalır.
156
“Kotan (xış)” hədisi
İmam Buxari “Came әs-Sәhih” kitabının “Yardarlıq” fәs-
lindә yazır ki, bir dәfә Әbu Ümamә әl-Bahili gavahına nәzәr sa-
lır vә deyir: “Peyğәmbәrin (Ona Allahın xeyir-duası vә salamı
olsun!) belә söylәdiyini eşitmişәm: “Bunun (gavahının – mütər‐
cim) girdiyi evi Allah zәlil edәr”
1
.
Hәdisin zahiri mәnasından belә çıxır ki, Peyğәmbәr şum
vә әkin işindәn xoşlanmayıb, әkinlә mәşğul olanları da zәlil sa-
yıb.
Bәzi şәrqşünaslar islamın әkinçiliyә münasibәtini saxta-
laşdırmaq üçün bu hәdisi dәlil göstәrmәyә cәhd etmişlәr.
Görәsәn, hәdisin mәnası elә zahirindәdirmi? Görәsәn, is-
lamın әkinçiliyә, becәrmә işinә münasibәti mәnfidirmi?
Qeyd edim ki, digәr sәhih vә mәnası açıq-aşkar hәdislәr
bu hәdisdә deyilәnlәrә әksdir.
Әnsar müsәlmanlar әkin-biçinlә mәşğul olurdular. Pey-
ğәmbәr dә onlara bunu qadağan etmәmişdi. Әksinә, hәm Sün-
nә, hәm dә islam fiqhi yardarlıq, sulama vә ölü torpaqları mün-
bitlәşdirmә ilә bağlı mәsәlәlәrә dair qaydalar, hökmlәr qoyub.
İmam Buxari vә İmam Müslim rәvayәt edirlәr ki, Pey-
ğәmbәr (Ona Allahın xeyir-duası vә salamı olsun!) deyib:
“Ağac әkәn, bitki becәrәn elә bir müsәlman yoxdur ki, әkib-be-
cәrdiyindәn quş vә ya insan, ya da hәr hansı bir heyvan yediyi
zaman bu – ona sәdәqә yazılmasın”
2
.
Cabirә istinadәn İmam Müslimin rәvayәt etdiyi digәr bir
hәdisdә oxuyuruq: “Elә bir müsәlman yoxdur ki, әkdiyindәn
yeyildiyi, oğurlandığı zaman bu – ona sәdәqә yazılmasın. On-
1
İmam Buxari. Came әs-Sәhih, “Yardarlıq” fәsli.
2
Hәzrәti Әnәsә istinadәn rәvayәt olunmuş bu hәdisin mötәbәrliyi yekdil-
liklә qәbul edilib. Hәmçinin, bax: әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 1001.
Dostları ilə paylaş: |