Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə41/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   37   38   39   40   41   42   43   44   ...   74

 143
- “Hәr bir peyğәmbәrin (istәk) duası vardır. Mәn isә, 
inşallah ki, ümmәtimә qiyamәt günü şәfaәt olsun deyә, duamı 
etmәyib saxlamışam”
2

- “Hәr bir peyğәmbәr bir istәk dilәyib (vә ya Allaha ça-
ğırış edib). Dilәyib, dilәyi dә  qәbul olunub. Mәn isә dua etmi-
şәm ki, Qiyamәt günü ümmәtimә şәfaәtim nәsib olsun”
3

- “Peyğәmbәrlәr, mәlәk vә möminlәr şәfaәt edәrlәr. Cab-
bar Allah: “İndi isә növbә mәnim şәfaәtimindir”, – deyә buyu-
rar vә cәhәnnәmdәn bir ovuc götürәr, oradan bir dәstә yanmış 
insan çıxarar. Daha sonra onlar cәnnәtin qarşısında “hәyat su-
yu” adlı çaya buraxılarlar...”
4
;  
- “Hәr bir peyğәmbәrin mәqbul qılınmış (istәk) duası 
vardır. Vә hәr bir peyğәmbәr dә duasını edib. Mәn isә ümmә-
timә qiyamәt günü şәfaәt olsun deyә, duamı etmәyib saxlamı-
şam. Vә  hәmin  şәfaәtә, inşallah, Allaha şәrik qoşmadan vәfat 
etmiş hәr bir şәxs nail olacaqdır”
5

Mötәzililәr isә “vәid”i (axirәt cәzasını) “vә`d”dәn (axirәt 
mükafatından), әdalәti rәhmәtdәn, әqli nәqldәn üstün bildiklәri 
üçün qәti surәtdә  sәhih, mәnası da açıq-aşkar olan hәdislәri 
rәdd etmişlәr.  
Onlar bildirirdilәr ki, bu hәdislәr  şәfaәtçilәrin  şәfaәtini 
tәkzib edәn Quran ayәlәrinә ziddir.  
Quranı oxuyan şәxs görәr ki, bu müqәddәs kitab әrәb 
müşriklәri vә digәr dinlәrin saxtakar mәnsublarının “şirk şәfa-
                                                                                                                   
1
 Hәdisi Әbu Hüreyrәyә istinadәn İmam Buxari rәvayәt edib. Bax: Came әs-
Sәhih, hәdis № 967. 
2
 Әbu Hüreyrәyә istinadәn rәvayәt olunmuş bu hәdisin mötәbәrliyi 
yekdilliklә qәbul edilib. Hәmçinin, bax: әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 121. 
3
 Әnәs ibn Malikә istinadәn rәvayәt olunmuş bu hәdisin mötәbәrliyi yek-
dilliklә qәbul edilib. Hәmçinin, bax: әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 122. 
4
 Әbu Sәidә istinadәn rәvayәt olunmuş bu hәdisin mötәbәrliyi yekdilliklә 
qәbul edilib. Hәmçinin, bax: әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 115. 
5
 Hәdisi  Әbu Hüreyrәyә istinadәn Müslim, Tirmizi vә  İbn Macә  rәvayәt 
etmişlәr. Bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, hәdis № 5176. 


 144
әti” anlayışını  rәdd edir. Çünki müşriklәr iddia edirdilәr ki, 
tapındıqları bütlәr Allahın dәrgahında onlara şәfaәtçi olacaq, 
cәhәnnәm әzabını onlardan uzaqlaşdıracaqdır. Quranda bu ba-
rәdә oxuyuruq: 
“Onlar Allahı qoyub özlәrinә nә bir xeyir, nә dә bir zәrәr 
verә bilәn bütlәrә ibadәt edir vә: “Bunlar Allah yanında bizdәn 
ötrü şәfaәt edәnlәrdir!” – deyirlәr...” (Yunis, 18). 
Qurani-Kәrim bu saxta şәfaәti inkar edәrәk bildirir ki, 
tapınanlarına hәmin ilahların, bütlәrin Qiyamәtdә heç bir fay-
dası toxunmayacaqdır. Allah bu haqda buyurur: 
- “Yoxsa onlar (müşriklәr) Allahdan qeyrilәrini (bütlәri) 
şәfaәtçi etdilәr? (Ya Peyğәmbәr!) De: “Onlar heç bir şeyә malik 
olmadıqları vә heç bir şey qanmadıqları halda (şәfaәtmi edәcәk-
lәr)?!” 
De: “Bütün şәfaәt yalnız Allaha mәxsusdur. Göylәrin vә 
yerin hökmü Onun әlindәdir. Sonra siz (qiyamәt günü) Onun 
hüzuruna qaytarılacaqsınız!” (әz-Zumәr, 43-44); 
- “(Müşriklәr qiyamәt günü) onlar üçün şәfaәt dilәsinlәr 
(yaxud Allahın  әzabını onlardan dәf etsinlәr) deyә, Allahdan 
başqa tanrılar qәbul etdilәr. 
Xeyr, (qiyamәt günü tanrıları) onların ibadәtini danacaq 
vә onlara düşmәn olacaqlar” (Mәryәm, 81-82). 
Bәli, Qurana görә, bu puç ilahların, bütlәrin heç bir şә-
faәti yoxdur, müşriklәr dә şәfaәtdәn mәhrum qalacaqlar:  
“...(O gün) zalımların nә bir dostu, nә dә sözü keçәn bir 
şәfaәtçisi olar!” (әl-Mumin, 18). 
Quran çox vaxt şirki – zülm, müşriklәri dә zalımlar ad-
landırır. Hәqiqәtәn dә, şirk böyük zülmdür! 
Qurana görә, şәfaәt iki şәrtlә mümkündür: 
Birinci. Allah izn vermәzsә, heç kәs  şәfaәt edә bilmәz. 
Yәni, şәfaәtçi kәs Allahın iznindәn sonra şәfaәt edә bilәr. Çünki 
kim olursa-olsun, heç kәs Allaha nәyisә vacib etdirә bilmәz: 


 145
“...Allahın izni olmadan (qiyamәtdә) Onun yanında (hü-
zurunda) kim şәfaәt (bu vә ya digәr şәxsin günahlarının bağış-
lanmasını xahiş) edә bilәr? ...” (әl-Bәqәrә, 255). 
İkinci.  Şәfaәt tövhid әhli üçün edilmәlidir. Uca Allah 
mәlәklәr haqqında buyurur: 
“...Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kәs-
lәrdәn ötrü şәfaәt edә bilәrlәr...” (әl-Әnbiya, 28). 
Hәmçinin, rәbbimiz Qiyamәt günündә yalançıları belә 
tәsvir edir: 
“Şәfaәt edәnlәrin şәfaәti onlara fayda vermәz!” (әl-Müd-
dәssir, 48). 
Sonuncu ayәdәn mәlum olur ki, şәfaәtçi kәslәr mövcud-
dur vә onların şәfaәti mömin ikәn ölәnlәrә fayda verәcәkdir.  
Demәli, Quranda şәfaәt bütövlükdә  rәdd edilmir. Rәdd 
edilәn  şey müşrik vә saxtakarların  şәfaәt anlayışıdır. O şәfaәt 
ki, insanlar ona arxayın olaraq yer üzündә fitnә-fәsad çıxarmış-
lar. Zalım hökmdar vә  qәddar hakimlәr kimi onlar da cәhәn-
nәmlik günahlar işlәmiş  vә arxayın olmuşlar ki, şәfaәtçilәri vә 
vasitәçilәri axirәtdә onları әzabdan qurtaracaqdır.   
Tәәssüf ki, dövrümüzün bәzi müsәlman müәlliflәri mö-
tәzililәrin getdiyi yolla gedir, o dünyada şәfaәt anlayışını rәdd 
edirlәr. İddia edirlәr ki, şәfaәt bu dünyadakı dostbazlıq vә ara-
çılığın bir növüdür. Şәfaәtlә bağlı, bir qismini dә yuxarıda gös-
tәrdiyimiz sәhih vә  mәnası açıq-aşkar hәdislәrә “Qurana zid-
dir” iddiası әsasında laqeyd nәzәrlәrlә baxırlar.  
Bu iddialara cavab olaraq “Nәql vә ağla görә axirәtdә şә-
faәt” adlı risalә qәlәmә almışıq
1
. Risalәmizdә göstәrmişik ki, qi-
yamәt günün şәfaәtçilәrin işi ümumi imtahanlardakı “Güzәşt” 
komitәlәrinin işinә oxşayır. Belә ki, әdalәt meyarlarını necә var-
sa tәlәbәyә  tәtbiq etsәk, müvәffәqiyyәt qazana bilmәz. Ancaq 
müvәffәqiyyәtә yaxınlığını  vә bu qәbil “yüngüllәşdirici”  hal-
                                                 
1
 Bu risalә Qahirәdәki “Dar Nәhzәt Misir” nәşriyyatında çap olunub. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə