Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə37/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   33   34   35   36   37   38   39   40   ...   74

 128
olanlardan kömәk istәmәli, hәr bir fürsәtdәn faydalanmalıdır. 
Faydalanmalıdır ki, batilә haqla, zülmkara da әdalәt tәrәfdar-
ları ilә qarşı çıxsın! 
Peyğәmbәr (Ona Allahın xeyir-duası  vә salamı olsun!) 
on üç il Mәkkәdә, bütlәr vә bütpәrәstlәrlә sәbirli davrandı; Kә-
bәnin içәrisindә vә çölündә üç yüz altmış büt olduğu halda ora-
da namaz qılmış, tәvaf etmişdi. Hәtta hicrәtdәn yeddi il sonra 
Kәbәdә hәmin bütlәr ola-ola sәhabәlәri ilә birlikdә qәza ümrә-
sini yerinә yetirmişdi. Ta ki münasib gün – Böyük Fәth gәlәnә-
dәk! Hәmin әzәmәtli gündә o, bütlәri qırmışdı. 
Bu sәbәbdәn alimlәrimiz aşağıdakı qaydanı qoyublar: 
ƏGƏR  BİR  ŞƏRİN  ARADAN  QALDIRILMASI  DAHA  BÖ‐
YÜK  ŞƏRLƏ  NƏTİCƏLƏNƏRSƏ,  MÖVCUD  SİTUASİYA 
DƏYİŞİLƏNƏDƏK SUSMAQ VACİBDİR! 
Sәbir göstәrmәyi tövsiyә etmәk zülm vә azğınlıq qarşı-
sında mütlәq mәnada tәslim olmaq kimi başa düşülmәmәlidir. 
Әksinә, bu, Allah öz hökmünü verәnәdәk gözlәmәdir, vәziy-
yәtә nәzarәtdir. Çünki Allah hakimlәrin hakimidir! 
Dördüncü. Özü, ailәsi vә әtrafındakılar üçün qorxanlara 
vacib olmasa da, haqq sözü dilә  gәtirmәyә, yaxşılığa çağırıb 
pislikdәn çәkindirmәyә sәbir mane deyildir. Aşağıdakı hәdislәr 
dә bunu tәsdiqlәyir: 
“Әn böyük cihad zalım hökmdarın hüzurunda haqqı 
söylәmәkdir”
1

“Әn böyük cihad şәhidlәrin böyüyü Hәmzә ibn Әbdül-
müttәlibin etdiyidir; hüzurunda zalım hökmdara yaxşılığı  әmr 
                                                 
1
 Hәdisi Әbu Sәidә istinadәn İbn Macә, Hümeydi vә Hakim; Әbu Ümamәyә 
istinadәn  İmam  Әhmәd,  İbn Macә, Tәbәrani vә  “Şüәb” kitabında Beyhәqi; 
Tariq ibn Şihaba istinadәn  İmam  Әhmәd, Nәsai vә  “Şüәb” kitabında Bey-
hәqi; Ömәr ibn Qәtadәyә istinadәn Hakim vә qeyrilәri rәvayәt etmişlәr. Bax: 
Әlbani. Sәhih әl-Came әs-Sәğir vә Ziyadәtuh, hәdis  № 1100. 


 129
edәn, onu pislikdәn çәkindirәn vә bu üzdәn dә öldürülәn şәxs-
dir”
1

 
 
 
 
 
                                                 
1
 Hәdisi Cabirә istinadәn Hakim vә Ziya rәvayәt etmişlәr. Әlbani hәdisi “hә-
sәn” sayıb. Bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, hәdis № 3575. 


 130
 
 
Üçüncü fәsil 
 
SÜNNƏNİ DÜZGÜN BAŞA  
DÜŞMƏDƏ MEYAR VƏ QAYDALAR 
 
 
 
 
 

 
Sünnənin Qurani‐Kərim əsasında öyrənilməsi 
 

 
Bir mövzu ilə bağlı bütün hədislərin öyrənilməsi  
 

 
Zahirən  bir‐birinə  zidd  hədislərin  uyğunlaşdırılması 
və münasib variantın seçilməsi 
 

 
Deyilmə  səbəbləri,  şəraiti  və  məqsədləri  baxımından 
hədisləri öyrənmə   
 

 
Hədislərdəki  sabit  məqsədlərin  dəyişkən  vasitələrdən 
fərqləndirilməsi 
 

 
Hədisləri  başa  düşmədə  müstəqim  və  məcazi 
mənaların fərqləndirilməsi 
 

 
Qeyb aləminin reallıqdan fərqləndirilməsi 
 

 
Hədislərdəki  sözlərin  mənalarına  dərindən  bələd 
olmaq 
 
 


 131
 
Sünnənin Qurani‐Kərim  
əsasında öyrənilməsi 
 
 Sünnәni tәhriflәrdәn, uydurma vә yanlış yozumlardan 
uzaq, doğru-dürüst başa düşmәk üçün onu Qurani-Kәrim vә 
ondakı ilahi tәlimatlar әsasında nәzәrdәn keçirmәk lazımdır. O 
Qurani-Kәrim ki, xәbәrlәri doğru, hökmlәri dә  әdalәtlidir, qәti 
vә şübhәsizdir: 
 “(Ya 
Rәsulum!) Rәbbinin sözü düzgün vә әdalәtli şәkildә 
tamam oldu. Onun sözlәrini dәyişdirә bilәcәk bir kimsә yox-
dur. O, (hәr şeyi) eşidәndir, bilәndir!” (әl-Әnam, 115). 
Quran islamın ruhu vә  әsasıdır. O, bütün islam qanun-
larının mәnbәyi hesab olunacaq konstitusiyadır. Quran qanun-
ların şahıdır! 
Sünnә isә bu konstitusiyanı şәrh edir, tәfsilatına varır. O, 
Quranın nәzәri açıqlaması, әmәli tәtbiqidir. Peyğәmbәrin vәzi-
fәsi ona endirilmiş hökmlәri, göstәrişlәri... insanlara açıqlamaq 
olmuşdur. 
Nә açıqlanan açıqlayana, nә dә budaq kökә ziddir; Pey-
ğәmbәrin açıqlamaları  Әziz Kitabın hәndәvәrindә dolanır, on-
dan kәnara çıxmır.  
Bu sәbәbdәn Quranın möhkәm ayәlәrinә, açıq-aşkar dә-
lillәrinә tәrs düşәn sәhih hәdisә (Sünnәyә) rast gәlinmir. 
Әgәr bәzilәri belә bir ziddiyyәtin olduğunu iddia etsәlәr
onda ya onların göstәrdiklәri hәdis sәhih deyil, ya onu doğru-
dürüst başa düşmәyiblәr, ya da hәmin ziddiyyәt  әsassızdır. 
Sünnәni Qurani-Kәrimin әsasında öyrәnmәyin mәnası budur.  
 
 
 
 


 132
 
Qurana zidd olduğu üçün 
“qəraniq” hədisinin rədd edilməsi 
  
Qurana zidd olduğu üçün mәlum “qәraniq” hәdisi, heç 
şübhәsiz, rәdd edilmәlidir. Çünki heç bir dәyәri olmayan tan-
rıların eyni kontekst daxilindә  hәm ayıblanıb tәnqid edilmәsi
hәm dә  tәriflәnmәsi qeyri-mümkündür. Әlaqәdar ayәlәrdә 
oxuyuruq: 
“(Ey müşriklәr!) Bir deyin görәk (sizin ibadәt etdiyiniz) 
Lat vә Uzza nәyә qadirdirlәr?! 
Digәr üçüncü (büt) olan Mәnat da hәmçinin?! 
Mәgәr oğlanlar sizin, (bәyәnmәdiyiniz) qızlar Onundur-
mu?! (Allahındırmı)?! 
Elә isә bu әdalәtsiz bölgüdür! 
Onlar (bütlәr) sizin atalarınızın (özlәrindәn uydurub) 
qoyduqları adlardan başqa heç bir şey deyildir! (Onların yalnız 
quru adı var, heç bir şeyә qadir deyillәr). Allah onlara (ibadәt 
edilmәsinә) dair heç bir dәlil endirmәmişdir. Onlar (müşriklәr) 
yalnız zәnnә  vә  nәfslәrindәn gәlәn istәklәrә uyarlar. Halbuki 
Rәbbindәn onlara haqq yolu göstәrәn rәhbәr (Quran vә Pey-
ğәmbәr) gәlmişdir” (әn-Nәcm, 19-23).  
Bütlәrin tәkzib edilib ayıblandığı bu ayәlәr kontekstindә 
onları tәriflәyәn “Bu bütlәr uca “qәraniq”lәrdir (durnalardır) vә 
onların  şәfaәti arzuedilәndir” sözlәrinin Peyğәmbәrә aidliyi 
qәtiyyәn ağlabatan deyildir
1
.  
  
 
                                                 
1
 Böyük  alim,  mәrhum Mәhәmmәd Sadiq Әrcun yazdığı “Mәhәmmәd 
Allahın rәsuludur” kitabının “Qәraniq”  әhvalatı  sәfeh vә batil yalandır” 
fәslindә bu “hәdis”in  әsassızlığını tutarlı  dәlillәrlә sübut etmişdir. Bax: 
sözügedәn kitab, cild II, Dәmәşq: “Dar әl-Qәlәm” nәşriyyatı, sәh. 30-155. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə