Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə45/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   41   42   43   44   45   46   47   48   ...   74

 157
dan bir heyvan, quş yeyәrsә, biri dә gәlib ziyan toxundurarsa, – 
bütün bunlar hәmin müsәlman üçün sәdәqә yazılar”
1

Hәmçinin, sәhabәlәrdәn Cabirә istinadәn İmam Müslim 
rәvayәt edir ki, bir dәfә Peyğәmbәr (Ona Allahın xeyir-duası vә 
salamı olsun!) Ümmi-Mә`bәdin bağçasına gәlәrәk ondan soruş-
du: “Ey Ümmi-Mә`bәd, bu xurma ağacını kim әkib? Müsәlma-
nmı, kafirmi?” “Müsәlman”, – deyә Ümmi-Mә`bәd cavab ver-
dikdә Peyğәmbәr buyurdu: “Ağac әkәn elә bir müsәlman yox-
dur ki, ondan insan, quş vә heyvan yediyi zaman bu – ona qiya-
mәtәdәk sәdәqә yazılmasın”
2
.  
Ağacı әkәn insanın hәr hansı bir niyyәti olmasa da, әkdi-
yindәn bir quş, heyvan yeyәrsә vә ya oğurlanarsa, ya da biri gә-
lib zәrәr verәrsә, – bütün bunlara görә ona Allahın dәrgahında 
sәdәqә savabı yazılar.  
Hәmin şәxsin әkdiyindәn canlılar faydalandıqca, bu, da-
vamlı sәdәqә sayılar.  
Bundan da böyük lütf olarmı?! Әkib-becәrmәyә bundan 
daha yaxşı nә tәşviq edә bilәr, axı?! 
Bundan çıxış edәn qәdim dövrün bәzi alimlәri demişlәr: 
“Әkinçilik әn xeyirli gәlir yeridir”.  
Әnәs ibn Malikә istinadәn “Müsnәd” kitabında  İmam 
Әhmәdin, “Came әs-Sәhih” kitabının “Yeganә әdәb-әrkan” fәs-
lindә  dә  İmam Buxarinin rәvayәt etdiyi hәdis  әkib-becәrmәyә 
aid, bәlkә  dә,  әn tәşviqedici hәdislәrdәndir: “Birinizin әlindә 
ağac zoğu var ikәn Qiyamәt qoparsa, qopmadan qabaq baca-
rırsa, imkan tapıb onu әksin”
3
.  
                                                 
1
 İmam Müslim. Came әs-Sәhih, “Suvarma” fәsli, “Әkib-becәrmә” bölümü, 
hәdis № 1552. 
2
 Yenә orada.  
3
 Hәdisi Әnәs ibn Malikә istinadәn İmam Әhmәd (Müsnәd, cild III, sәh. 183-
184, 191) vә İmam Buxari (Came әs-Sәhih, “Yeganә әdәb-әrkan” fәsli) rәva-
yәt etmişlәr. Әlbaniyә görә, hәdis  İmam Müslimin sәhihlik  şәrtlәri çәrçivә-
sindә mötәbәrdir (әs-Sәhihә, № 9). Heysәmi dә “Mәcmә әz-Zәvaid” kitabın-


 158
Düşünürәm ki, bu hәdisdә dünyanı abadlaşdırılması işi-
nә islamın ehtiramı  әks olunub. Fәrqi yoxdur, әkib-becәrәnlәr 
vә qeyrilәri bundan mәnfәәt qazanacaq ya yox. Çünki qiyamәt 
qopduğu zaman әkib-becәrәnin bundan mәnfәәt umması qeyri-
mümkündür.  
Hәyat var olduqca әkib-becәrmәyә bu hәdisdә göstәril-
miş tövsiyәdәn üstün tәşviqi tapmaq çәtindir. Allah insanı ya-
radıb ki, Ona ibadәt etsin, sonra da işlәsin, dünyanı abadlaş-
dırsın. Odur ki, insan oğlu sonadәk ibadәt etmәli, işlәmәlidir. 
Sәhabәlәr vә sonrakı  әsrlәrin müsәlmanları bu hәqiqәti 
başa düşdüklәrindәn  әkib-becәrmәklә, ölü torpaqları münbit-
lәşdirmәklә yer üzünü abadlaşdırmışlar.  
İbn Cәrir rәvayәt edir ki, Әmarә ibn Xüzeymә ibn Sabit 
belә deyib: “Bir dәfә Ömәr ibn әl-Xәttab atamdan soruşdu: “Sә-
nә nә mane olur ki, torpaq sahәndә ağac әkmirsәn?” Atam ca-
vab verdi: “Mәn yaşlı adamam, bugün-sabah ölüb gedәcәyәm.” 
Ömәr atama etiraz etdi: “Sәnә  әmr edirәm ki, әkәcәksәn!” 
(Әmarә sözünә davam edir): “Sonralar gördüm ki, Ömәr ibn әl-
Xәttab atamın әlindәn tutub ona ağac әkdirir”
1
.  
İmam  Әhmәd rәvayәt edir ki, Әbu Dәrda belә deyib: 
“Dәmәşqdә  ağac  әkirdim. Yanımdan bir kişi keçirdi. Soruşdu: 
“Peyğәmbәrin (Ona Allahın xeyir-duası vә salamı olsun!) sәha-
bәsi ola-ola ağacmı  әkirsәn?” Ona dedim: “Barәmdә  tәlәsik 
hökm vermә. Peyğәmbәrin (Ona Allahın xeyir-duası vә salamı 
olsun!) belә dediyini eşitmişәm: “Kim ağac  әkәrsә  vә  әkdiyin-
dәn bir insan vә ya Allahın yaratdıqlarından biri yeyәrsә, bu – 
ona sәdәqә yazılar”
2
.  
                                                                                                                   
da (Bax: eyniadlı  әsәr, cild IV, sәh. 63) bu hәdisi qısa  şәkildә qeyd edәrәk 
yazıb: “Hәdisi Bәzzar rәvayәt edib. Ravilәri mötәbәr şәxslәrdir”. Hәmçinin, 
o, hәdisi İmam Әhmәdә dә aid edib. 
1
 Süyuti. әl-Came әl-Kәbir. Hәmçinin, bax: Әlbani. әs-Sәhihә, cild I, sәh. 12. 
2
 Hәdisi “Mәcmә  әz-Zәvaid” kitabında (Bax: eyniadlı  әsәr, cild IV, sәh. 67-
68) qeyd etmiş Heysәmi yazır: “Hәdisi  İmam  Әhmәd vә  “әl-Möcәm  әl-Kә-


 159
Elә isә Әbu Ümamәyә istinadәn İmam Buxarinin rәvayәt 
etdiyi hәdisi necә başa düşәk? 
Qeyd edәk ki, İmam Buxari bu hәdisi “Әkmә alәtini iş-
lәtmәnin vә ya әmr edilmiş hәdd-hüdudun aşılmasının nәticә-
lәrindәn xәbәrdar edәn hәdislәr” bölümündә qeyd edib.  
“Fәth әl-Bari” kitabında Hafiz İbn Hәcәr yazır:  
“Buxari burada Әbu Ümamә  hәdisi vә  әkib-becәrmәnin 
fәzilәti haqdakı  Әnәs ibn Malik hәdisinin bir-birinә uyğunlaş-
dırılmasına işarә edib. Bu isә aşağıdakı iki haldan biri ilә müm-
kündür: ya hәdisdәki mәzәmmәtlәmә әkib-biçmә işinin doğur-
duğu nәticәlәrlә әlaqәlidir. Yәni, әkin-biçmә ilә mәşğul olduğu 
üçün şәxs ona vacib olan әmri (mәsәlәn, cihad borcunu) yerinә 
yetirmir. Ya da әgәr belә bir әmrә etinasız yanaşmayıbsa, onda 
bu işdә hәddi aşdığı üçün hәdisdә mәzәmmәtlәmә gәlib.  
Bәzi şәrhçilәr deyiblәr: “Bu hәdis düşmәnlә sәrhәddә ya-
şayanlara aiddir. Onlar әkib-becәrdiklәri üçün at minmә ilә 
mәşğul ola bilmirlәr. Bu tәqdirdә düşmәn üstünlük qazanmış 
olurdu. Demәli, onlar miniciliklә  mәşğul olmalı, başqaları da 
onların ehtiyacı olan işlәrdә onlara kömәk etmәlidirlәr”
1
.  
Hәdisdә  nәyin nәzәrdә tutulduğunu bizә başa salan rә-
vayәtlәrdәn biri dә Abdullah ibn Ömәrә istinadәn  İmam  Әh-
mәd vә Әbu Davudun nәql etdiklәri bu hәdisdir: “Üynә” üsu-
lunda
2
 alış-veriş edib, heyvandarlıqla mәşğul olub, әkin-biçin-
                                                                                                                   
bir” kitabında Tәbәrani rәvayәt etmişlәr. Ravilәri mötәbәr şәxslәrdir. Onla-
rın barәsindә mötәbәrliklәrinә xәlәl gәtirmәyәcәk sözlәr deyilib”.  
1
 İbn Hәcәr. Fәth әl-Bari, cild V, sәh. 402. 
2
 “Üynə”  üsulu: Bir şәxs başqasına pulunu sonradan ödәmәk  şәrti ilә mal 
satır vә malı ona tәslim edir. Daha sonra bu malı  hәmin  şәxsdәn alacağı 
mәblәğdәn daha aşağı qiymәtә nağd pul vermәklә ondan satın alır. Bu, bir-
başa faiz qazanmaq olmasa da, әslindә pul әldә etmәk üçün başa vurulan 
hiylәlәrdәn biridir.   


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə