Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə43/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   39   40   41   42   43   44   45   46   ...   74

 150
Hәmçinin, kitabının hәmin yerindә Buxari Әbu Bәkrәyә 
(Hәzrәti Әbubәkr deyil!) istinadәn bu hәdisi rәvayәt edib: “Pey-
ğәmbәrin (Ona Allahın xeyir-duası  vә salamı olsun!) yanında 
idik. Günәş tutulmuşdu. Yerindәn qalxdı, paltarının  әtәyini 
yerlә sürüyәrәk tәlәsik mәscidә gәldi...”
1

Kitabının “Paltarını tәkәbbürlә yerlә sürüyәn” bölümün-
dә isә  Әbu Hüreyrәyә istinadәn  İmam Buxari bu hәdisi nәql 
edib: “Paltarını tәkәbbürlә, azğınlıqla sürüyәnә Allah nәzәr sal-
maz”
2
.  
Hәmçinin, Әbu Hüreyrә rәvayәt edir ki, Peyğәmbәr (hә-
disin başqa variantında  Әbülqasim – Ona Allahın xeyir-duası 
vә salamı olsun!) deyib: “Bir dәfә saçlarını  sәliqә ilә daramış, 
gözәl geyinmiş bir şәxs tәkәbbürlә  gәzirdi. Anidәn Allah onu 
yerә batırdı. O, Qiyamәtәdәk orada böyük iztirab içәrisindә ba-
ğıra-bağıra qalacaqdır”
3
.  
Abdullah ibn Ömәr vә Әbu Hüreyrә azacıq fәrqlә aşağı-
dakı hәdisi rәvayәt etmişlәr: 
“Bir kişi paltarını yerlә sürüyә-sürüyә  gәzdiyi zaman 
anidәn (Allah tәala) onu yerә batırdı. O, Qiyamәtәdәk orada 
çırpına-çırpına qalacaqdır”
4
.  
Әbu Hüreyrәyә istinadәn İmam Müslim hәm bu, hәm dә 
yuxarıdakı hәdisi rәvayәt edib. Elәcә dә o, İbn Ömәrin hәdisini 
bütün istinadları ilә  nәql etmişdir. Mәsәlәn,  İbn Ömәr deyib: 
“Peyğәmbәrin belә dediyini bu iki qulağımla eşitmişәm: “Kim 
paltarını yerlә sürüyәrsә  vә bunu yalnız vә yalnız tәkәbbür 
üçün edәrsә, Qiyamәt günü Allah ona nәzәr salmaz”
5
.  
                                                 
1
 Yenә orada, hәdis № 5785. 
2
 Yenә orada, hәdis № 5788. 
3
 Yenә orada, hәdis № 5789. 
4
 Yenә orada, hәdis № 5790. 
5
 Sәhih Müslim bi-şәrh  әn-Nәvәvi, “Paltarı  tәkәbbürlә sürümәyin haram 
edilmәsi” fәsli, “Şә`b” nәşriyyatı, cild IV, sәh. 795. 


 151
Göründüyü kimi, hәdisdә “bunu yalnız vә yalnız tә-kәb-
bür üçün edәrsә” şәrti qoyulub ki, bu da bizә hәqiqi mәtlәb-dәn 
xәbәr verir.  
İmam Nәvәvi hәdislәrin sәhihliyinin müәyyәn edilmә-
sindә, dini mәtnlәrdәki mәtlәblәri açıqlamada mühafizәkar, yә-
ni, tolerantlıqda (üzüyolalıqda) ittiham olunmayan alimlәrdәn-
dir. Belә ki, o, tәdqiqatçılara da mәlum olduğu kimi, bir mәsәlә 
barәdә böyük ehtiyatla fikir bildirәn alimlәrdәn olmuşdur.  
İmam Nәvәvi “paltarını uzadan” hәdisinin izahında ya-
zır
1

“Peyğәmbәrin (Ona Allahın xeyir-duası  vә salamı ol-
sun!) söylәdiyi “paltarını uzadan” sözlәrinin mәnası “paltarının 
әtәyini uzadıb tәkәbbürlә arxasınca sürüyәn  şәxs” demәkdir. 
Hәdislәrin birindә dә deyilir: “Paltarının әtәyini tәkәbbürlә sü-
rüyәn  şәxsә Allah nәzәr salmaz”. “Paltarın  әtәyini tәkәbbürlә 
sürümә” şәrti “paltarını sürüyәn (uzadan)” ümumilәşdirmәsini 
konkretlәşdirir. Bu da öz növbәsindә  dәlalәt edir ki, (qiyamәt-
dә) cәzalandırılacaq şәxs paltarının әtәyini tәkәbbürlә sürüyәn 
şәxsdir. Peyğәmbәr (Ona Allahın xeyir-duası vә salamı olsun!) 
bu mәsәlәdә Әbubәkr Siddiqә (Allah ondan razı qalsın!) rüsxәt 
verәrәk deyib: “Sәn onlardan (paltarlarının  әtәyini tәkәbbürlә 
sürüyәnlәrdәn – mütərcim) deyilsәn”. Çünki Hәzrәti  Әbubәkr 
paltarının әtәyini tәkәbbürlә sürümürdü”. 
Hafiz ibn Hәcәrә gәlincә, o, paltarını uzadıb yerlә sürü-
yәnlәrin axirәtdә cәzalandırılacağı haqda İmam Buxarinin rәva-
yәt etdiyi hәdislәrin izahında yazır: 
“Paltarın  әtәyinin tәkәbbürlә uzadılması böyük günah-
dır. Tәkәbbür göstәrmәdәn uzatmaq da hәdislәrin zahiri məna‐
sına görә haramdır. Ancaq hәdislәrdәki “tәkәbbür”  şәrti gös-
tәrir ki, paltarın  әtәyinin uzadılmasına dair qadağanı ümumi-
                                                 
1
 Yenә orada, cild I, sәh. 305. 


 152
lәşdirmәk olmaz. Odur ki, tәkәbbür göstәrmәdәn paltarın  әtә-
yini uzatmaq vә yerlә sürümәk haram deyildir.  
Fәqih Hafiz ibn Әbdülbәr deyib: “Mәlum olur ki, tәkәb-
bür göstәrmәdәn paltarın әtәyini sürümәyә görә axirәtdә cәza-
landırma düşmür. Ancaq hәr halda paltar növündәn köynәyin 
vә sairin sürünmәsi mәzәmmәt olunub”
1

Paltarın әtәyinin uzadılmasına görә axirәt әzabının veril-
mәsindә “tәkәbbür” şәrti haqda deyilәnlәri aşağıdakı fikirlәr dә 
tәsdiqlәyir: 
(Әlaqәdar) hәdislәrin mәzmununda göstәrilmiş axirәt 
cәzası ağır vә şiddәtli cәzadır. Bu hәdislәrә görә, paltarını uza-
dan kәs Qiyamәt günü Allahın nәzәr salmadığı, kәlmә kәsmә-
diyi vә  tәmizә  çıxarmadığı üç şәxsdәn biri hesab edilir. Hәtta 
Peyğәmbәr (Ona Allahın xeyir-duası  vә salamı olsun!) bu cür 
cәzalandırmanı üç dәfә tәkrarlamış, Әbu Zәr dә cәzanın növün-
dәn dәhşәtә  gәlәrәk soruşmuşdu ki: “Onlar ki rәzil vә rüsvay 
oldular, ey Allahın rәsulu. Bәs kimlәrdir onlar?” Bütün bunlar 
göstәrir ki, paltarlarını uzadanların bu әmәli mәhvedici günah-
lardandır, böyük haramlardandır. Halbuki bu cür haram vә gü-
nahlar din, can, ağıl, şәrәf vә var-dövlәt baxımından insanların 
zәruri mәnafelәrini tapdalayan şәxslәrә  şamil edilir. Çünki sa-
dalanan  şeylәrdә insanların zәruri mәnafelәrinә  xәlәl gәtirmiş 
şәxslәr böyük günah yiyәsi olarlar. Axı, insanların zәruri mәna-
feyini qorumaq islam şәriәtinin başlıca mәqsәdidir.  
Paltarın  әtәyinin qısaldılması “tәhsinat” (yaxşılaşdıran, 
gözәllәşdirәn әmәllәr, hәrәkәtlәr) qәbilindәndir. “Tәhsinat” isә 
әdәb-әrkan vә tamamlayıcı ünsürlәrlә  (mükəmmilat) bağlı an-
layışdır.  Әdәb-әrkan vә tamamlayıcı ünsürlәr (mükəmmilat
hәyata gözәllik qatar, zövqü gözәllәşdirәr, yüksәk әxlaq forma-
laşdırar.  
                                                 
1
 İbn Hәcәr әl-Әsqәlani. Fәth әl-Bari. Cild X, sәh. 263. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə