Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə40/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   36   37   38   39   40   41   42   43   ...   74

 140
tindәn qovmuş) vә onlar üçün hәqarәtli bir әzab hazırlamışdır!” 
(әl-Әhzab, 57). Peyğәmbәr bu sözü ona görә söylәyib ki, hәmin 
adama tәsәlli versin. Çünki hәmin şәxs gәlib ondan soruşub ki, 
“Atam haradadır?” O da bunu söylәyib”.  
İmam Nәvәvi deyib: “Bu hәdis “fәtrәt” dövründә, әrәb-
lәr kimi bütpәrәst ikәn ölәnlәrin cәhәnnәmә düşәcәyi” mәna-
sını verir. “Dinә çağırılmayanlara әzabın verilmәmәsi” qaydası 
onlara şamil deyil. Çünki onlara İbrahim peyğәmbәrin vә digәr 
elçilәrin dәvәti gәlib çatmışdı”.  
Übbi  İmam Nәvәvinin bu fikrinә  dә qarşı  çıxır: “Nә-
vәvinin bu sözlәrindәki ziddiyyәtә bir bax! Axı kimә ki dәvәt 
çatıb, demәli o, “fәtrәt”  әhlindәn deyil. Söylәdiklәrimizә diq-
qәtlә qulaq as ki, nә demәk istәdiyimizi başa düşәsәn. “Fәtrәt” 
әhli o millәtlәrdir ki, onlara nә peyğәmbәr göndәrilib, nә dә ki 
onlar hansı isә peyğәmbәrin yaşadığı dövrә yetişiblәr. Demәli, 
onlar peyğәmbәrlәrin zamanları arasında yaşamış millәtlәrdir. 
İsa peyğәmbәrin göndәrilmәdiyi, Mәhәmmәd peyğәmbәrin za-
manına da yetişmәyәn әrәblәr belә millәtlәrdәndir. Bu mәnada 
“fәtrәt” dedikdә iki peyğәmbәr arasındakı zaman kәsiyi başa 
düşülür.  
Ancaq fәqihlәrә görә, “fәtrәt” – İsa peyğәmbәrlә  Mә-
hәmmәd peyğәmbәrin arasındakı dövrә deyilir. Salman әl-Fari-
siyә istinadәn İmam Buxari rәvayәt edir ki, bu dövr altı yüz il 
çәkib.   
Qәti surәtdә  mәlumdur ki, dәlil-sübut olmadan kimәsә 
әzab verilmәz. Demәli, “fәtrәt” әhlinә dә әzab verilmәyәcәk.  
Әgәr birisi desә ki, bәs “fәtrәt”  әhlindәn bәzilәrinә  әza-
bın verilmәsi haqda sәhih hәdislәr mövcuddur. Mәsәlәn, “Әmr 
ibn Lüheyyi Cәhәnnәmdә bağırsaqlarını sürüdüyünü gördüm” 
hәdisi
1
 bu qәbildәndir.  
                                                 
1
 Әbu Hüreyrәyә istinadәn rәvayәt olunan bu hәdisin mötәbәrliyi yekdi-
lliklә qәbul edilib. Hәmçinin, bax: әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 1816.  


 141
Ona belә deyәrik: “Әqil ibn әbu Talib bu mәsәlәni üç şә-
kildә cavablandırıb: 
Birinci. Bunlar “ahad”
1
 xәbәrlәrdir, demәli, qәti dini xә-
bәrlәrә әks arqument kimi çıxış edә bilmәzlәr.  
İkinci. Sadәcә  hәdisdә göstәrilmiş  şәxslәrә  әzab verilә-
cәk ki, bunun da sәbәbini yalnız Allah bilir. 
Üçüncü.  Әzab yalnız vә yalnız o şәxslәrә verilәcәk ki, 
onlar öz hәyatlarını üzrlü sayılmayacaq dәrәcәdә sapdırmış, 
zәlalәtә sürüklәmişlәr”
2
.  
 
Hədislərin Qurana əksliyi iddiası haqda 
 
Heç bir tutarlı әsas, dәlil olmadan hәdislәrin Qurana әks-
liyini iddia etmәk yolverilmәzdir.  
Mәsәlәn, mötәzililәr ifrata vararaq Hәzrәti Mәhәmmәd 
vә digәr peyğәmbәrlәrin, mәlәklәrin,  әmәlisaleh möminlәrin 
tövhid  әhlindәn sayılan günahkarlara şәfaәt edәcәklәri haqda 
olan sәhih hәdislәri rәdd etmişlәr. Bu hәdislәrdә deyilir ki, Al-
lah tәala lütfü, mәrhәmәti vә şәfaәtçilәrin şәfaәti ilә günahkar-
lara ehtiram göstәrәcәkdir. Belәliklә, onlar ya әsla cәhәnnәmә 
girmәyәcәklәr, ya da orada bir müddәt qaldıqdan sonra çıxa-
caq, cәnnәtә düşәcәklәr.  
Bu, Pak vә Uca Allahın qullarına ehtiramıdır. O Allahın 
ki, rәhmәti  әdalәtinin fövqündәdir. Bu sәbәbdәn, bir yaxşılığı-
mız Onun dәrgahında ondan yeddi yüzәdәk, hәtta daha artıq 
misli ilә yazılır. Bir günahımız isә ya bir mislindә yazılır, ya da 
ki bağışlanır.  
Hәmçinin, Mәrhәmәtli Allah beşvaxtlıq namazı, cümә 
namazını, Ramazan ayındakı orucu, tәravih vә  tәhәccüd na-
                                                 
1
 “Ahad”  hədis: rәvayәtçilәrinin  bir neçә nәsli üzrә hәr nәsildәn yalnız bir 
şәxsin rәvayәt etdiyi hәdis növü – tərcüməçinin qeydi. 
2
 Bax: Şәrh әl-Übbi vәs-Sәnusi әla Müslim, cild I, sәh. 363-373. 


 142
mazlarını, sәdәqә vermәyi, hәcc vә ümrәni, “sübhәnallah”, “lә 
ilәhә illәl-lah”, “Allahu әkbәr”, “әlhәmdulillәh” vә digәr zikr-
lәri, duaları, müsәlmanın başına gәlәn hәr bir müsibәti, bәlanı, 
xәstәliyi, qәmi-kәdәri,  әziyyәti, hәtta ona batan tikanı – bütün 
bunları günahların bağışlanması üçün sәbәb qılıb. Bәli, bütün 
bunlarla Allah tәala qulunun günahlarını bağışlayır.  
Allahın mәrhәmәtindәndir ki, ailәsindәn,  ya  da  kәnar-
dan bir möminin etdiyi dua vәfat etmiş müsәlmana qәbrindә 
fayda verir.  
Belә olan halda ehtiram әlamәti olaraq Allahın  әmәlisa-
leh qullara tövhid әhli ikәn dünyadan köçәnlәrә şәfaәtetmә hü-
ququ vermәsi mümkündür. Bu haqda çoxlu sayda hәdis vardır. 
Mәsәlәn: 
- “Mәhәmmәd peyğәmbәrin şәfaәti ilә bir qrup insan cә-
hәnnәmdәn çıxar, cәnnәtә girәr. Vә onları “cәhәnnәmliklәr” de-
yә çağırarlar”
1

- “Cәhәnnәmdәn bir dәstә adam şәfaәt sayәsindә  çıxar. 
Onlar sanki (çox sürәtlә böyüyüb-artan) “sәarir”
2
 bitkisi  kimi-
dirlәr”
3

- “Bir nәfәrin  şәfaәti ilә ümmәtimdәn cәnnәtә  Tәmimo-
ğullarından daha çox şәxs girәr”
4

- “Şәhid öz ailәsindәn yetmiş nәfәrә şәfaәt edәr”
5

- “Sәmimi qәlbdәn “lә ilәhә illәl-lah” deyәn şәxs qiyamәt 
günü şәfaәtimә daha çox layiqdir”
1
;  
                                                 
1
 Hәdisi İmam Әhmәd vә Buxari ilә yanaşı, İmran ibn Hәsinә istinadәn Әbu 
Davud rәvayәt etmişdir. Bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, hәdis № 8055. 
2
 Quşqonmaz bitkisinә oxşayır.  
3
 Cabirә istinadәn rәvayәt olunan bu hәdisin mötәbәrliyi yekdilliklә  qәbul 
edilib. Bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, hәdis № 8058. 
4
 Hәdisi Abdullah ibn әbu  әl-Cәd`aya istinadәn Tirmizi vә Hakim rәvayәt 
etmişlәr. Bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, hәdis № 8069. 
5
 Hәdisi  Әbu Dәrdaya istinadәn  Әbu Davud rәvayәt etmişdir. Bax: Әlbani. 
Sәhih әl-Came әs-Sәğir, hәdis № 8093. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə