Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə34/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   30   31   32   33   34   35   36   37   ...   74

 118
Elәcә dә Beyhәqi vә başqalarının Әnәs ibn Malikә (Allah 
ondan razı qalsın!) istinadәn rәvayәt etdiklәri, Allah tәalanın da 
“...Biz onların arasında (hamısının birlikdә mәhv olacağı) tәhlü-
kәli uçurum (məvbiqan) bәrqәrar edәrik!” kәlamındakı
1
 “mәv-
biqan” sözünü Dәrrac “irin vә qan dolusu vadi” – deyә  tә`vil 
edib. 
Әn qәribәsi isә Şüfeyy ibn Mateyә istinadәn İbn әbu әd-
Dünyanın rәvayәt etdiyi aşağıdakı  hәdisdir: “Cәhәnnәmdә 
ilanların,  әqrәblәrin... olduğu “Әsam” adlı bir vadi mövcud-
dur”. İbn әbu әd-Dünya bu hәdislә “...Hәr kәs bunu (bu işlәri) 
etsә, cәzasını  (əsəmən) çәkәr” ayәsinә
2
 işarә edib. Halbuki ayә-
dәki “әsәmәn” sözü “ism” (günah) kökündәn törәyib, “günah-
ların cәzası” mәnasını verir.   
Tәәssüf ki, İmam Münziri (Allah rәhmәt etsin!) bütün bu 
hәdislәri “әt-Tәrğib vәt-Tәrhib” adlı kitabına daxil edib. Bu sә-
bәbdәn xәtiblәr bu kitabdakı hәmin hәdislәrdәn gen-bol fayda-
lanmışlar. Odur ki, burada tәәccüblü bir şey yoxdur.  
Mәhz bu sәbәbdәn biz “әl-Müntәqa min әt-Tәrğib vәt-
Tәrhib” adlı kitabımıza belә uydurma hәdislәri daxil etmә-
mişik.  
İkinci.  “Zəif”  hədis  daha  tutarlı  dini  dəlillərə  zidd  ol‐
mamalıdır.  
“Zәif” hәdislәr daha tutarlı dini dәlillәrlә ziddiyyәt әmә-
lә  gәtirmәmәlidir. Var-dövlәti üzündәn  Әbdürrәhman ibn Öv-
fün cәnnәtә imәklәyәrәk girәcәyi haqda bizә gәlib çatmış hәdis-
lәr buna misaldır.  
Ola bilsin ki, belә deyilsin: bu cür hәdislәr var-dövlәt fit-
nәsi vә azğınlığı haqda xәbәrdarlıq edәn dini bir әslә uyğun-
dur. Ancaq qeyd edәk ki, bu hәdislәr sәhih hәdislәrә, mәlum 
tarixi faktlara, dürüst rәvayәtlәrә ziddir. Sәhih hәdislәrdә de-
                                                 
1
 “әl-Kәhf” surәsi 52-ci ayә. 
2
 “әl-Furqan” surәsi, 68-ci ayә. 


 119
yilir ki, Әbdürrәhman ibn Övf cәnnәtlә müjdәlәnәn on şәxsdәn 
biridir. O da mәlumdur ki, sözügedәn sәhabә müsәlmanların 
seçilmişlәrindәn olub yüksәk tәqvaya sahibi idi, var-dövlәtini 
dә  sәxavәtlә Allah yolunda xәrclәmişdi; Allaha daima şükür 
edәn var-dövlәt sahiblәrindәn olmuşdur. Mәhz bu sәbәbdәn 
Allahın rәsulu (Ona Allahın xeyir-duası  vә salamı olsun!) on-
dan razı vәfat etmiş, Hәzrәti Ömәr dә (Allah ondan razı qalsın!) 
onu altı  nәfәrlik seçim şurasına daxil etmiş, sәslәr bәrabәr 
olarsa, onun sәsinin hәlledici olacağını bildirmişdi.  
Bu üzdәn Hafiz Münziri bir qrup sәhabәyә istinadәn 
fәrqli istinadlarla Peyğәmbәrdәn rәvayәt olunmuş “Var-dövlәti 
üzündәn  Әbdürrәhman ibn Övf cәnnәtә imәklәyәrәk girәcәk-
dir” hәdisini rәdd etmiş vә yazmışdı: 
“Bir qrup sәhabәyә isnadәn fәrqli istinadlarla Allahın 
rәsulundan (Ona Allahın xeyir-duası vә salamı olsun!) rәvayәt 
olunub ki, var-dövlәti üzündәn  Әbdürrәhman ibn Övf (Allah 
ondan razı qalsın!) cәnnәtә imәklәyәrәk girәcәk. Bu rәvayәt-
lәrin әn yaxşısı (“ceyyid”i) belә tәnqid edilib. Ravinin tәkbaşına 
rәvayәti (infirad) sәbәbindәn bu hәdislәrin heç biri “hәsәn” 
dәrәcәsinә çatmayıb. Әbdürrәhman ibn Övfün var-dövlәti Pey-
ğәmbәrin tәsvir etdiyi kimi idi: “Әmәlisaleh bәndәnin saleh 
varı nә gözәldir!”
1
. Elә isә Әbdürrәhmanın mәqamı cәnnәtdә nә 
üçün dә naqis olsun, nә üçün dә bu, ümmәtin digәr var-dövlәt 
sahiblәrinә deyil, mәhz ona aid edilsin?! Habelә, bu hәdis on-
dan qeyri şәxs haqda rәvayәt olunmayıb, nә üçün? Bu mәsәlәdә 
müsәlman fәqirlәrin müsәlman imkanlıları ötüb-keçәcәyi haq-
da sәhih hәdislәr mövcuddur. Әn doğrusunu Allah bilir”
2

Böyük hәdis hafizlәrindәn hesab edilәn vә  İmam Buxa-
rinin “Came әs-Sәhih” kitabına şәrh yazan İbn Hәcәr “Qәraniq” 
                                                 
1
 Hәdisi İmam Әhmәd vә Hakim rәvayәt etmiş, Zәhәbi dә sәhih saymışdır.  
2
 Bax: әl-Münziri. әt-Tәrğib vәt-Tәrhib, hәdis № 4576 / çapa hazırlayan: Mә-
hәmmәd Mәhyәddin Әbdülhәmid.  


 120
hәdisi haqda deyib: “Bu hadisә bir neçә istinadla rәvayәt edilib 
ki, bu da onun bir әsasa dayandığını göstәrir”. Halbuki hәdisi 
sağlam ağıl vә mәnası aydın dini mәtnlәr tәkzib edir. Şeyx Әl-
bani bu haqda “Nәsb  әl-Mәcaniq li Nәsf Qissә  әl-Qәraniq” 
(“Qәraniq”  әhvalatını darmadağın etmәk üçün mancanaqların 
qurulması) adlı risalә qәlәmә alıb. Hәmçinin, böyük alim Şeyx 
Mәhәmmәd Sadiq Әrcun özünün “Mәhәmmәd Allahın rәsulu-
dur” adlı qiymәtli kitabında bu haqda ayrıca fәsil yazmış, hә-
min hadisәnin uydurma olduğunu tutarlı dәlillәrlә sübut etmiş, 
onu “sarsaq yalan” adlandırmışdı.  
 
Müdrik dəvətçi insanlara başa 
düşülməyəcək şeyləri danışmamalıdır 
 
Bacarıqlı dәvәtçi bildiyi hәr hәdisi, hәtta sәhih olsa belә, 
insanlara danışmamalıdır. “Qәvaid әt-Tәhdis” kitabında böyük 
alim Cәmalәddin әl-Qasimi yazır: 
“Sәhih olan hәr hәdisi adi insanlara danışmaq olmaz. 
Bunun dәlili Müaz ibn Cәbәlә istinadәn İmam Buxari vә İmam 
Müslimin rәvayәt etdiklәri hәdisdir. Müaz ibn Cәbәl rәvayәt 
edir ki: “Bir dәfә Peyğәmbәrlә (Ona Allahın xeyir-duası vә sa-
lamı olsun!) uzunqulağın belindә gedirdik. Soruşdu: “Ey Müaz, 
heç bilirsәnmi, bәndәsi üzәrindә Allahın, Allahın da üzәrindә 
bәndәnin haqqı nәdir?” Dedim: “Әn doğrusunu Allah vә rәsu-
lu bilir”. Dedi: “Allahın haqqıdır ki, bәndә yalnız Ona ibadәt et-
sin, Ona heç bir şәrik qoşmasın. Bәndәnin dә haqqıdır ki, şәrik 
qoşmayan qula Allah әzab vermәsin”. Soruşdum: “Ey Allahın 
rәsulu, bunu insanlara müjdә vermәyimmi?” Dedi: “Onları 
müjdәlәmә! Yoxsa arxayınlaşıb laqeydlәşәrlәr”.  
Bu hәdisin digәr variantını İmam Buxari vә İmam Müs-
lim Әnәs ibn Malikә istinadәn rәvayәt ediblәr. Hәdisdә bildiri-
lir ki, Peyğәmbәr bir gün Müaza deyir: “Sәmimi qәlbdәn Allah-


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə