140
tindәn qovmuş) vә onlar üçün hәqarәtli bir әzab hazırlamışdır!”
(әl-Әhzab, 57). Peyğәmbәr bu sözü ona görә söylәyib ki, hәmin
adama tәsәlli versin. Çünki hәmin şәxs gәlib ondan soruşub ki,
“Atam haradadır?” O da bunu söylәyib”.
İmam Nәvәvi deyib: “Bu hәdis “fәtrәt” dövründә, әrәb-
lәr kimi bütpәrәst ikәn ölәnlәrin cәhәnnәmә düşәcәyi” mәna-
sını verir. “Dinә çağırılmayanlara әzabın verilmәmәsi” qaydası
onlara şamil deyil. Çünki onlara İbrahim peyğәmbәrin vә digәr
elçilәrin dәvәti gәlib çatmışdı”.
Übbi İmam Nәvәvinin bu fikrinә dә qarşı çıxır: “Nә-
vәvinin bu sözlәrindәki ziddiyyәtә bir bax! Axı kimә ki dәvәt
çatıb, demәli o, “fәtrәt” әhlindәn deyil. Söylәdiklәrimizә diq-
qәtlә qulaq as ki, nә demәk istәdiyimizi başa düşәsәn. “Fәtrәt”
әhli o millәtlәrdir ki, onlara nә peyğәmbәr göndәrilib, nә dә ki
onlar hansı isә peyğәmbәrin yaşadığı dövrә yetişiblәr. Demәli,
onlar peyğәmbәrlәrin zamanları arasında yaşamış millәtlәrdir.
İsa peyğәmbәrin göndәrilmәdiyi, Mәhәmmәd peyğәmbәrin za-
manına da yetişmәyәn әrәblәr belә millәtlәrdәndir. Bu mәnada
“fәtrәt” dedikdә iki peyğәmbәr arasındakı zaman kәsiyi başa
düşülür.
Ancaq fәqihlәrә görә, “fәtrәt” – İsa peyğәmbәrlә Mә-
hәmmәd peyğәmbәrin arasındakı dövrә deyilir. Salman әl-Fari-
siyә istinadәn İmam Buxari rәvayәt edir ki, bu dövr altı yüz il
çәkib.
Qәti surәtdә mәlumdur ki, dәlil-sübut olmadan kimәsә
әzab verilmәz. Demәli, “fәtrәt” әhlinә dә әzab verilmәyәcәk.
Әgәr birisi desә ki, bәs “fәtrәt” әhlindәn bәzilәrinә әza-
bın verilmәsi haqda sәhih hәdislәr mövcuddur. Mәsәlәn, “Әmr
ibn Lüheyyi Cәhәnnәmdә bağırsaqlarını sürüdüyünü gördüm”
hәdisi
1
bu qәbildәndir.
1
Әbu Hüreyrәyә istinadәn rәvayәt olunan bu hәdisin mötәbәrliyi yekdi-
lliklә qәbul edilib. Hәmçinin, bax: әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 1816.
141
Ona belә deyәrik: “Әqil ibn әbu Talib bu mәsәlәni üç şә-
kildә cavablandırıb:
Birinci. Bunlar “ahad”
1
xәbәrlәrdir, demәli, qәti dini xә-
bәrlәrә әks arqument kimi çıxış edә bilmәzlәr.
İkinci. Sadәcә hәdisdә göstәrilmiş şәxslәrә әzab verilә-
cәk ki, bunun da sәbәbini yalnız Allah bilir.
Üçüncü. Әzab yalnız vә yalnız o şәxslәrә verilәcәk ki,
onlar öz hәyatlarını üzrlü sayılmayacaq dәrәcәdә sapdırmış,
zәlalәtә sürüklәmişlәr”
2
.
Hədislərin Qurana əksliyi iddiası haqda
Heç bir tutarlı әsas, dәlil olmadan hәdislәrin Qurana әks-
liyini iddia etmәk yolverilmәzdir.
Mәsәlәn, mötәzililәr ifrata vararaq Hәzrәti Mәhәmmәd
vә digәr peyğәmbәrlәrin, mәlәklәrin, әmәlisaleh möminlәrin
tövhid әhlindәn sayılan günahkarlara şәfaәt edәcәklәri haqda
olan sәhih hәdislәri rәdd etmişlәr. Bu hәdislәrdә deyilir ki, Al-
lah tәala lütfü, mәrhәmәti vә şәfaәtçilәrin şәfaәti ilә günahkar-
lara ehtiram göstәrәcәkdir. Belәliklә, onlar ya әsla cәhәnnәmә
girmәyәcәklәr, ya da orada bir müddәt qaldıqdan sonra çıxa-
caq, cәnnәtә düşәcәklәr.
Bu, Pak vә Uca Allahın qullarına ehtiramıdır. O Allahın
ki, rәhmәti әdalәtinin fövqündәdir. Bu sәbәbdәn, bir yaxşılığı-
mız Onun dәrgahında ondan yeddi yüzәdәk, hәtta daha artıq
misli ilә yazılır. Bir günahımız isә ya bir mislindә yazılır, ya da
ki bağışlanır.
Hәmçinin, Mәrhәmәtli Allah beşvaxtlıq namazı, cümә
namazını, Ramazan ayındakı orucu, tәravih vә tәhәccüd na-
1
“ Ahad” hədis: rәvayәtçilәrinin bir neçә nәsli üzrә hәr nәsildәn yalnız bir
şәxsin rәvayәt etdiyi hәdis növü – tərcüməçinin qeydi.
2
Bax: Şәrh әl-Übbi vәs-Sәnusi әla Müslim, cild I, sәh. 363-373.
142
mazlarını, sәdәqә vermәyi, hәcc vә ümrәni, “sübhәnallah”, “lә
ilәhә illәl-lah”, “Allahu әkbәr”, “әlhәmdulillәh” vә digәr zikr-
lәri, duaları, müsәlmanın başına gәlәn hәr bir müsibәti, bәlanı,
xәstәliyi, qәmi-kәdәri, әziyyәti, hәtta ona batan tikanı – bütün
bunları günahların bağışlanması üçün sәbәb qılıb. Bәli, bütün
bunlarla Allah tәala qulunun günahlarını bağışlayır.
Allahın mәrhәmәtindәndir ki, ailәsindәn, ya da kәnar-
dan bir möminin etdiyi dua vәfat etmiş müsәlmana qәbrindә
fayda verir.
Belә olan halda ehtiram әlamәti olaraq Allahın әmәlisa-
leh qullara tövhid әhli ikәn dünyadan köçәnlәrә şәfaәtetmә hü-
ququ vermәsi mümkündür. Bu haqda çoxlu sayda hәdis vardır.
Mәsәlәn:
- “Mәhәmmәd peyğәmbәrin şәfaәti ilә bir qrup insan cә-
hәnnәmdәn çıxar, cәnnәtә girәr. Vә onları “cәhәnnәmliklәr” de-
yә çağırarlar”
1
;
- “Cәhәnnәmdәn bir dәstә adam şәfaәt sayәsindә çıxar.
Onlar sanki (çox sürәtlә böyüyüb-artan) “sәarir”
2
bitkisi kimi-
dirlәr”
3
;
- “Bir nәfәrin şәfaәti ilә ümmәtimdәn cәnnәtә Tәmimo-
ğullarından daha çox şәxs girәr”
4
;
- “Şәhid öz ailәsindәn yetmiş nәfәrә şәfaәt edәr”
5
;
- “Sәmimi qәlbdәn “lә ilәhә illәl-lah” deyәn şәxs qiyamәt
günü şәfaәtimә daha çox layiqdir”
1
;
1
Hәdisi İmam Әhmәd vә Buxari ilә yanaşı, İmran ibn Hәsinә istinadәn Әbu
Davud rәvayәt etmişdir. Bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, hәdis № 8055.
2
Quşqonmaz bitkisinә oxşayır.
3
Cabirә istinadәn rәvayәt olunan bu hәdisin mötәbәrliyi yekdilliklә qәbul
edilib. Bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, hәdis № 8058.
4
Hәdisi Abdullah ibn әbu әl-Cәd`aya istinadәn Tirmizi vә Hakim rәvayәt
etmişlәr. Bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, hәdis № 8069.
5
Hәdisi Әbu Dәrdaya istinadәn Әbu Davud rәvayәt etmişdir. Bax: Әlbani.
Sәhih әl-Came әs-Sәğir, hәdis № 8093.
Dostları ilə paylaş: |