Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə48/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   44   45   46   47   48   49   50   51   ...   74

 167
baliğә forması olan “zәvvarat” (tez-tez ziyarәt edәn qadınlar) 
sözü mövcuddur.  
İmam Qürtubi yazır:  
“Bәlkә  dә buna sәbәb qadının kişisinin haqqını zay et-
mәsi, (ağladığı zaman özünü әlә ala bilmәdiyi üçün) açılıb-sa-
çılması, vay-şivәn qoparması  vә bu kimi şeylәrdir. Vә yaxud 
belә deyә bilәrik: qadın bu kimi xoşagәlmәz hallardan özünü 
uzaq tutmağa әmindirsә, qәbir ziyarәti üçün (әrindәn) icazә al-
mağına ehtiyac qalmır. Ölümü xatırlamağa hәm kişilәr, hәm dә 
qadınlar möhtacdır”.  
İmam Şövkani deyib: 
“Zahirәn bir-birinә zidd hәdislәrin uyğunlaşdırılmasın-
da bu sözlәri (İmam Qürtubinin dediklәrini – mütərcim) mötә-
bәr bilmәk lazımdır”
1
.  
Әgәr bir-birinә zidd (vә ya zahirәn zidd) hәdislәri uy-
ğunlaşdırmaq mümkün deyilsә, onlardan birinә üstünlük ve-
rilir. Alimlәrin müәyyәnlәşdirdiyi üsullardan bu vә ya digәrinә 
әsaslanaraq müvafiq hәdisә üstünlük verilir. Sayı yüzә çatan bu 
üsullar haqda İmam Süyutinin “Tәdrib  әr-Ravi  әla Tәqrib  әn-
Nәvavi” adlı kitabında mәlumat verilib.  
Qeyd edәk ki, “ziddiyyәt” (təarüz) vә “üstünlük vermә” 
(tərcih) problemi hәm Fiqh, hәm dә  Hәdis üsulunun, müxtәlif 
Quran elmlәrinin öyrәndiyi mühüm problemdir.  
                                                 
1
 Yenә orada.  


 168
 
“Əzl” hədisləri 
 
İndi isә “әzl” – cinsi әlaqә zamanı spermanın hamilә qal-
masın deyә, qadının övrәtinә deyil, kәnara boşaldılması hәdis-
lәrinә toxunaq.  
Әbu  әl-Bәrәkat ibn Teymiyyәnin (Şeyxülislam  İbn Tey-
miyyәnin babası) “әl-Müntәqa min Әxbar әl-Mustafa” kitabının 
“Әzl” hәdislәri” fәslindә oxuyuruq: 
“Cabir (Allahdan ondan razı qalsın!) deyib: “Quran nazil 
olduğu dövrdә, Peyğәmbәrin (Ona Allahın xeyir-duası vә sala-
mı olsun!) zamanında “әzl” edirdik”. Hәdisin sәhihliyi yekdil-
liklә qәbul edilib. 
İmam Müslim isә belә rәvayәt edib: “Peyğәmbәrin (Ona 
Allahın xeyir-duası vә salamı olsun!) zamanında “әzl” edirdik. 
Peyğәmbәrin bundan xәbәri olsa da, bunu bizә qadağan etmә-
mişdi”.  
Hәzrәti Cabir (Allah ondan razı qalsın!) rәvayәt edir ki, 
bir dәfә bir şәxs Peyğәmbәrin (Ona Allahın xeyir-duası vә sala-
mı olsun!) yanına gәlib deyir: “Mәnim bir cariyәm var. Hәm bi-
zim xidmәtçimizdir, hәm dә xurma bağımızda işlәyir. Onunla 
cinsi  әlaqәdә oluram. Amma hamilә qalmağını istәmirәm.” 
Peyğәmbәr dedi: “İstәsәn, “әzl” et. Ancaq qәdәrindә nә varsa, o 
da olacaq”. Hәdisi İmam Әhmәd, Müslim vә Әbu Davud rәva-
yәt etmişlәr.  
Әbu Sәid әl-Xudri (Allah ondan razı qalsın!) deyib: “Pey-
ğәmbәrlә (Ona Allahın xeyir-duası  vә salamı olsun!) birlikdә 
Bәni-Müstәliq qәzvәsinә çıxmışdıq. Nәticәdә çoxlu sayda qadın 
әsir götürdük. Subaylıq bizә üstün gәldi vә qadınlarla olmaq is-
tәdik. (Ancaq cinsi әlaqәyә girәcәyimiz tәqdirdә hamilә qalma-
larından ehtiyatlanaraq) “әzl” etmәyi düşündük. Bu haqda Pey-
ğәmbәrdәn (Ona Allahın xeyir-duası  vә salamı olsun!) soruş-
duq. O da belә cavab verdi: “Etmәmәyinizdә bir qәbahәt yox-


 169
dur. Çünki Böyük vә Qüdrәtli Allah qiyamәtәdәk nә yarada-
caqsa, onu artıq tәqdir edib”. Hәdisin sәhihliyi yekdilliklә qәbul 
edilib. 
Әbu Sәid  әl-Xudri deyib: “Yәhudilәr iddia edirdilәr ki, 
“әzl” qız uşağını diri-diri torpağa gömmәyin kiçik formasıdır. 
Peyğәmbәr (Ona Allahın xeyir-duası  vә salamı olsun!) isә belә 
buyurdu: “Yәhudilәr yalan deyirlәr. Çünki Böyük vә Qüdrәtli 
Allah bir şeyi yaratmaq istәyәrsә, buna heç kәs mane ola bil-
mәz”. Hәdisi  İmam  Әhmәd vә  Әbu Davud rәvayәt etmişlәr. 
Hәdisin Әbu Davud tәrәfindәn rәvayәt edilmiş variantı isә be-
lәdir: “Bir kişi Peyğәmbәrә (Ona Allahın xeyir-duası vә salamı 
olsun!) deyir: “Ey Allahın rәsulu, mәnim bir cariyәm var. 
Onunla cinsi әlaqә zamanı hamilә qalmasın deyә, “әzl” edirәm. 
Başqa kişilәr nә istәyirsә, mәn dә onu istәyirәm. Ancaq yәhu-
dilәr deyirlәr ki, “әzl” qız uşağını diri-diri torpağa gömmәyin 
kiçik formasıdır. Peyğәmbәr (Ona Allahın xeyir-duası vә salamı 
olsun!) cavabında buyurdu: “Yәhudilәr yalan deyirlәr. Çünki 
Böyük vә Qüdrәtli Allah bir şeyi yaratmaq istәyәrsә, buna heç 
kәs mane ola bilmәz”. 
“Zad әl-Mәad” әsәrindә İbn әl-Qәyyim yazır:  
“Sәhihlik baxımından bu istinad sәnә  bәsdir. Çünki bü-
tün ravilәri mötәbәr vә hafiz şәxslәrdir”. 
Üsamә ibn Zeyd (Allah ondan razı qalsın!) rәvayәt edir 
ki, bir dәfә bir kişi Peyğәmbәrin (Ona Allahın xeyir-duası vә sa-
lamı olsun!) yanına gәlib dedi: “Zövcәmlә cinsi әlaqә zamanı 
“әzl” edirәm.” Peyğәmbәr soruşdu: “Bunu nә üçün edirsәn?” 
Kişi dedi: “Bunun onun (südәmәr) uşağına vә ya uşaqlarına tә-
sir edә bilәcәyindәn ehtiyatlanıram.” Peyğәmbәr dә (Ona Al-
lahın xeyir-duası  vә salamı olsun!) cavabında dedi: “Әgәr bu-
nun zәrәri olsaydı, farslara vә bizanslılara zәrәr verәrdi”. Hә-
disi İmam Әhmәd vә Müslim rәvayәt etmişlәr.  


 170
Cüdamә
1
 bint  Vәhb  әl-Әsәdiyyә deyib: “Peyğәmbәrin 
(Ona Allahın xeyir-duası  vә salamı olsun!) yanına getmişdim. 
Yanında başqaları da vardı. Onlara deyirdi: “Süd әmizdirәn qa-
dınlarla cinsi әlaqәdә olmağınızı qadağan etmәyi fikirlәşirdim. 
Sonra gördüm ki, farslar vә bizanslılar süd әmizdirәn qadın-
larla cinsi әlaqәdә olurlar. Vә bu, onların (südәmәr) uşaqlarına 
zәrәr vermir. (Belәliklә, bundan vaz keçdim)”. Daha sonra Pey-
ğәmbәrdәn “әzl” haqqında soruşdular. O da (Ona Allahın xe-
yir-duası vә salamı olsun!) belә cavab verdi: “Bunu etmәk uşağı 
gizli  şәkildә diri-diri torpağa gömmәk demәkdir. Vә “Diri-diri 
torpağa gömülәn körpә  qızdan soruşulacağı zaman” ayәsinin 
hökmü bu әmәlә  dә  şamil olunar”. Hәdisi  İmam  Әhmәd vә 
Müslim rәvayәt edib.  
Ömәr ibn әl-Xәttabın (Allah ondan razı qalsın!) belә de-
diyi rәvayәt olunur: “Peyğәmbәr cinsi әlaqәdә (Ona Allahın xe-
yir-duası vә salamı olsun!) azad qadının (qanuni zövcә nәzәrdә 
tutulur – mütərcim) icazәsi olmadan “әzl”ә qadağa qoydu”. Hә-
disi İmam Әhmәd vә İbn Macә rәvayәt etmişlәr. İstinadı o qә-
dәr dә yaxşı deyil
2

Çünki hәdisin istinadında İbn Lәhiәnin adı çәkilir. Alim-
lәr bu şәxsi tәnqid etmişlәr. Ancaq İbn Abbasa istinadәn Әbdül-
bәrin,  İmam  Әhmәd vә Beyhәqinin rәvayәt etdiklәri bu hәdis 
yuxarıdakı hәdisi tәsdiqlәyir: “Allahın rәsulu (Ona Allahın xe-
yir-duası  vә salamı olsun!) azad qadınla cinsi әlaqәdә onun 
                                                 
1
 Dariqutni deyib: “Bu ad cim, nöqtәsiz dәl hәrflәrindәn ibarәtdir. Kim zәl 
hәrfindәn ibarәt olduğunu deyәrsә sәhv  edәr”. Hafiz ibn Hәcәr yazır: “Bu-
nu Әskәri dә deyib”. Ancaq o, bu adın nöqtәli zәl hәrfi ilә oxunduğunu  bir 
qrup  şәxsdәn dә  rәvayәt edib. Tәbәriyә görә bu, Cüdamә bint Cәndәldir. 
Hәdisçilәr isә onu İbnә  Vәhb adlandırmışlar. Uyğun olanı  İbnә  Cәndәl  әl-
Әsәdiyyәdir. O, ilk illәrdә Mәkkәdә müsәlman olmuş, beyәt etmiş, sonralar 
tayfası ilә birlikdә Mәdinәyә köçmüşdür. Bax: İbn Hәcәr. Tәhzib әt-Tәhzib, 
cild XII, sәh. 405-406. 
2
 Әbu  әl-Bәrәkat ibn Teymiyyә.  әl-Müntәqa min Әxbar  әl-Mustafa, cild II, 
Beyrut: “Dar әl-Mәrifәt” nәşriyyatı, sәh. 561-564. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə