Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə44/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   40   41   42   43   44   45   46   47   ...   74

 153
Ancaq heç bir pis niyyәt olmadan paltarın әtәyinin uza-
dılması vә yerlә sürüdülmәsi tәnzihi-mәkruh

 әmәllәrdәndir.  
Bu mәqamda dinә görә әhәmiyyәtli cәhәt – zahiri davra-
nışların mәzmunundakı niyyәtdir. Din tәkәbbürә, özünәvur-
ğunluğa, yekәxanalığa, başqalarına xor baxmağa qarşı çıxır. Bü-
tün bunlar qәlbin xәstәliklәri, nәfsin bәlalarıdır. Mәgәr deyil-
mәyib ki, qәlbindә  zәrrә  qәdәr tәkәbbür daşıyan  şәxs cәnnәtә 
girmәz?!  
Bu deyilәnlәr bir daha tәsdiqlәyir ki, paltarın  әtәyini 
uzatmış şәxslәrә axirәt cәzası bu işi tәkәbbürlә etmәlәrinә görә 
verilәcәkdir. Yuxarıdakı hәdislәr dә buna dәlalәt edir.  
Bir  şeyi dә qeyd edәk ki, geyim forması  vә  tәrzi bәzәn 
adәt-әnәnә ilә, ürf-adәtlә bağlı olur. Elәcә dә bu, iqlimә (isti, so-
yuq, mülayim... hava mühiti), maddi imkana, sosial münasibәt-
lәrә, iş yerinә, yaşayış sәviyyәsinә... müvafiq olaraq dәyişir. 
Allah vә peyğәmbәri bu mәsәlәdә insanlara qoyulmuş 
mәhdudiyyәtlәri,  şәrtlәri yüngüllәşdirmişlәr. Allah israfı, ifrat 
firavanlığı, yekәxanalığı, tәkәbbürü qadağan etmәk mәqsәdilә 
müәyyәn mәhdudiyyәtlәr qoymuşdur
1
.   
Mәhz bu sәbәbdәn “Came әs-Sәhih” kitabının “Geyim-
lәr” fәslinә  İmam Buxari “De: “Allahın Öz bәndәlәri üçün ya-
ratdığı zinәti kim haram buyurmuşdur?”
2
 –  ayәsini başlıq et-
miş
3
, Peyğәmbәrin (Ona Allahın xeyir-duası  vә salamı olsun!) 
aşağıdakı iki hәdisini iqtibas gәtirmişdir: 
                                                 

  Tənzihi‐məkruh  əməllər: qadağan edilmәsi haqda qәti vә  aşkar dәlilin 
mövcud olmadığı  әmәllәr. Buna baxmayaraq, belә  әmәl vә  hәrәkәtlәrә yol 
vermәk yaxşı qarşılanmır – tərcüməçinin qeydi.  
1
 Әtraflı  mәlumat üçün bax: Yusif әl-Qәrdavi. “Halal vә haram” kitabı, 
“Geyim vә bәzәnmә” fәsli, sәh. 79-92.   
2
 “әl-Әraf” surәsi, 32-ci ayә. 
3
 İbn Hәcәr әl-Әsqәlani. Fәth әl-Bari. Cild X, sәh. 252. 


 154
“İsrafa vә  tәkәbbürә yol vermәdәn yeyib-için, sәdәqә 
paylayın”
1

“İsraf vә  tәkәbbür sәhvini etmәdikcә istәdiyini ye, istә-
diyini dә gey”
2
. (İbn Abbasa istinadәn rәvayәt edilib). 
Hәmçinin, İbn Hәcәr rәvayәt edir ki, müәllimi Hafiz İra-
qi “Şәrh әt-Tirmizi” kitabında deyib:  
“Әgәr paltarın  әtәyi tәkәbbürlә sürüdülәrsә, bunun ha-
ram iş olmağına şәkk-sübhә qalmaz. Deyilsә ki, (paltarın әtәyi-
nin) adәt etdiyimiz ölçüdәn artıq uzadılması haramdır, bu – ha-
radasa doğrudur. Ancaq sonralar paltarın  әtәyinin uzadılması 
bir adәt halına gәldi vә uzun geyindilәr. Lakin nә olursa-olsun, 
tәkәbbürlә paltarın  әtәyinin uzadılması,  şübhәsiz, haram işdir. 
Yox, әgәr paltarın әtәyi adәtdәn dolayı uzadılarsa, haram deyil-
dir. Ancaq bu halda da paltarın әtәyi qadağan edilmiş sürünmә 
formasında olmamalıdır. 
Alimlәrә istinadәn Qazi İyaz nәql edir ki, paltarın eni vә 
uzunluğu adәti ölçüdәn vә adәtkәrdәlikdәn çox olarsa, 
mәkruhdur”
3

Demәli, Hafiz İraqinin dediyi kimi, adәtin öz hökmü, 
adәtkәrdәliyin dә öz tәsiri vardır. Adәtdәn kәnara çıxmaq 
                                                 
1
 Buxari bu hәdisi ravilәrinin adlarını  çәkmәdәn birbaşa Peyğәmbәrdәn 
rәvayәt edib. Hafiz ibn Hәcәr isә onu başqa bir yerdә  әlaqәlәndirici isti-
nadlarla rәvayәt etmәdiyini bildirib. Ancaq Tәyalisi vә Haris ibn әbu Üsamә 
eyniadlı “Müsnәd” kitablarında bu hәdisi  Әmr  İbn  Şeybә, atasına vә baba-
sına istinadәn әlaqәlәndirici bağla rәvayәt etmişlәr. Tәyalisinin rәvayәt etdi-
yi hәdisdә “İsrafa vә tәkәbbürә yol vermәdәn” sözlәri, Harisin rәvayәtindә 
isә “sәdәqә paylayın” hissәsi yoxdur. İbn  Әbu  әd-Dünya isә  “Şükür” fәs-
lindә bu hәdisi yuxarıdakı  mәzmun vә formada әlaqәlәndirici istinadlarla 
rәvayәt edib. Bax: İbn Hәcәr әl-Әsqәlani. Fәth әl-Bari. Cild X, sәh. 253.
 
 
2
 Hafiz ibn Hәcәrә görә, “Müsәnnәf” kitabında İbn әbu Şeybә bu hәdisi әla-
qәlәndirici istinadlarla rәvayәt edib. Bax: İbn әbu Şeybә. әl-Müsәnnәf, cild V, 
Beyrut, 1989, sәh. 171, hәdis  № 24878; İbn Hәcәr  әl-Әsqәlani. Fәth  әl-Bari. 
Cild X, sәh. 253. 
 
 
3
 İbn Hәcәr әl-Әsqәlani. Fәth әl-Bari. Cild X, sәh. 262. 
 
 


 155
bәzәn insanı  şöhrәtpәrәst göstәrir.  Şöhrәtpәrәstcәsinә geyinmә 
şәriәtdә mәzәmmәtlәnәn işdir. Әn yaxşısı orta yoldur (ölçüdür). 
Qeyd edәk ki, Sünnәyә uyaraq, tәkәbbür gümanından 
çәkinәrәk vә alimlәrin ixtilafından uzaq durmaqla, ehtiyat mәq-
sәdilә paltarının  әtәyini qısaldan kәs, inşallah ki, savab yiyә-
sidir. Ancaq o, bütün insanları bu işә mәcbur etmәmәlidir; ad-
larını çәkdiyimiz, haqq üzrә olan imamlardan, şәrhçilәrdәn bi-
rinin fikri ilә razılaşıb paltarının әtәyini qısaltmayanlara nifrәtlә 
qarşı çıxmamalıdır. Çünki hәr bir müctәhidin öz nәsibi, hәr kә-
sin dә niyyәtinә uyğun alacağı payı vardır. 
Demәli, yalnız bir hәdisin zahiri mәnası ilә kifayәtlәnib 
әlaqәdar digәr hәdis vә dini mәtnlәrә  nәzәr yetirmәmәk çox 
vaxt insanı  xәtaya sürüklәyir. Bununla da hәmin  şәxs hәqiqәt-
dәn uzaqlaşır, hәdisin deyilmә mәramından bixәbәr qalır.  


 156
 
“Kotan (xış)” hədisi 
 
İmam Buxari “Came әs-Sәhih” kitabının “Yardarlıq” fәs-
lindә yazır ki, bir dәfә Әbu Ümamә әl-Bahili gavahına nәzәr sa-
lır vә deyir: “Peyğәmbәrin (Ona Allahın xeyir-duası  vә salamı 
olsun!) belә söylәdiyini eşitmişәm: “Bunun (gavahının – mütər‐
cim) girdiyi evi Allah zәlil edәr”
1
.  
Hәdisin zahiri mәnasından belә çıxır ki, Peyğәmbәr şum 
vә әkin işindәn xoşlanmayıb, әkinlә mәşğul olanları da zәlil sa-
yıb. 
Bәzi  şәrqşünaslar islamın  әkinçiliyә münasibәtini saxta-
laşdırmaq üçün bu hәdisi dәlil göstәrmәyә cәhd etmişlәr.  
Görәsәn, hәdisin mәnası elә zahirindәdirmi? Görәsәn, is-
lamın әkinçiliyә, becәrmә işinә münasibәti mәnfidirmi? 
Qeyd edim ki, digәr sәhih vә mәnası açıq-aşkar hәdislәr 
bu hәdisdә deyilәnlәrә әksdir.  
Әnsar müsәlmanlar  әkin-biçinlә  mәşğul olurdular. Pey-
ğәmbәr dә onlara bunu qadağan etmәmişdi. Әksinә, hәm Sün-
nә, hәm dә islam fiqhi yardarlıq, sulama vә ölü torpaqları mün-
bitlәşdirmә ilә bağlı mәsәlәlәrә dair qaydalar, hökmlәr qoyub.  
İmam Buxari vә  İmam Müslim rәvayәt edirlәr ki, Pey-
ğәmbәr (Ona Allahın xeyir-duası  vә salamı olsun!) deyib: 
“Ağac әkәn, bitki becәrәn elә bir müsәlman yoxdur ki, әkib-be-
cәrdiyindәn quş vә ya insan, ya da hәr hansı bir heyvan yediyi 
zaman bu – ona sәdәqә yazılmasın”
2

Cabirә istinadәn İmam Müslimin rәvayәt etdiyi digәr bir 
hәdisdә oxuyuruq: “Elә bir müsәlman yoxdur ki, әkdiyindәn 
yeyildiyi, oğurlandığı zaman bu – ona sәdәqә yazılmasın. On-
                                                 
1
 İmam Buxari. Came әs-Sәhih,  “Yardarlıq” fәsli. 
2
 Hәzrәti  Әnәsә istinadәn rәvayәt olunmuş bu hәdisin mötәbәrliyi yekdil-
liklә qәbul edilib. Hәmçinin, bax: әl-Lu`lu` vәl-Mәrcan, hәdis № 1001. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə