150
Hәmçinin, kitabının hәmin yerindә Buxari Әbu Bәkrәyә
(Hәzrәti Әbubәkr deyil!) istinadәn bu hәdisi rәvayәt edib: “Pey-
ğәmbәrin (Ona Allahın xeyir-duası vә salamı olsun!) yanında
idik. Günәş tutulmuşdu. Yerindәn qalxdı, paltarının әtәyini
yerlә sürüyәrәk tәlәsik mәscidә gәldi...”
1
.
Kitabının “Paltarını tәkәbbürlә yerlә sürüyәn” bölümün-
dә isә Әbu Hüreyrәyә istinadәn İmam Buxari bu hәdisi nәql
edib: “Paltarını tәkәbbürlә, azğınlıqla sürüyәnә Allah nәzәr sal-
maz”
2
.
Hәmçinin, Әbu Hüreyrә rәvayәt edir ki, Peyğәmbәr (hә-
disin başqa variantında Әbülqasim – Ona Allahın xeyir-duası
vә salamı olsun!) deyib: “Bir dәfә saçlarını sәliqә ilә daramış,
gözәl geyinmiş bir şәxs tәkәbbürlә gәzirdi. Anidәn Allah onu
yerә batırdı. O, Qiyamәtәdәk orada böyük iztirab içәrisindә ba-
ğıra-bağıra qalacaqdır”
3
.
Abdullah ibn Ömәr vә Әbu Hüreyrә azacıq fәrqlә aşağı-
dakı hәdisi rәvayәt etmişlәr:
“Bir kişi paltarını yerlә sürüyә-sürüyә gәzdiyi zaman
anidәn (Allah tәala) onu yerә batırdı. O, Qiyamәtәdәk orada
çırpına-çırpına qalacaqdır”
4
.
Әbu Hüreyrәyә istinadәn İmam Müslim hәm bu, hәm dә
yuxarıdakı hәdisi rәvayәt edib. Elәcә dә o, İbn Ömәrin hәdisini
bütün istinadları ilә nәql etmişdir. Mәsәlәn, İbn Ömәr deyib:
“Peyğәmbәrin belә dediyini bu iki qulağımla eşitmişәm: “Kim
paltarını yerlә sürüyәrsә vә bunu yalnız vә yalnız tәkәbbür
üçün edәrsә, Qiyamәt günü Allah ona nәzәr salmaz”
5
.
1
Yenә orada, hәdis № 5785.
2
Yenә orada, hәdis № 5788.
3
Yenә orada, hәdis № 5789.
4
Yenә orada, hәdis № 5790.
5
Sәhih Müslim bi-şәrh әn-Nәvәvi, “Paltarı tәkәbbürlә sürümәyin haram
edilmәsi” fәsli, “Şә`b” nәşriyyatı, cild IV, sәh. 795.
151
Göründüyü kimi, hәdisdә “bunu yalnız vә yalnız tә-kәb-
bür üçün edәrsә” şәrti qoyulub ki, bu da bizә hәqiqi mәtlәb-dәn
xәbәr verir.
İmam Nәvәvi hәdislәrin sәhihliyinin müәyyәn edilmә-
sindә, dini mәtnlәrdәki mәtlәblәri açıqlamada mühafizәkar, yә-
ni, tolerantlıqda (üzüyolalıqda) ittiham olunmayan alimlәrdәn-
dir. Belә ki, o, tәdqiqatçılara da mәlum olduğu kimi, bir mәsәlә
barәdә böyük ehtiyatla fikir bildirәn alimlәrdәn olmuşdur.
İmam Nәvәvi “paltarını uzadan” hәdisinin izahında ya-
zır
1
:
“Peyğәmbәrin (Ona Allahın xeyir-duası vә salamı ol-
sun!) söylәdiyi “paltarını uzadan” sözlәrinin mәnası “paltarının
әtәyini uzadıb tәkәbbürlә arxasınca sürüyәn şәxs” demәkdir.
Hәdislәrin birindә dә deyilir: “Paltarının әtәyini tәkәbbürlә sü-
rüyәn şәxsә Allah nәzәr salmaz”. “Paltarın әtәyini tәkәbbürlә
sürümә” şәrti “paltarını sürüyәn (uzadan)” ümumilәşdirmәsini
konkretlәşdirir. Bu da öz növbәsindә dәlalәt edir ki, (qiyamәt-
dә) cәzalandırılacaq şәxs paltarının әtәyini tәkәbbürlә sürüyәn
şәxsdir. Peyğәmbәr (Ona Allahın xeyir-duası vә salamı olsun!)
bu mәsәlәdә Әbubәkr Siddiqә (Allah ondan razı qalsın!) rüsxәt
verәrәk deyib: “Sәn onlardan (paltarlarının әtәyini tәkәbbürlә
sürüyәnlәrdәn – mütərcim) deyilsәn”. Çünki Hәzrәti Әbubәkr
paltarının әtәyini tәkәbbürlә sürümürdü”.
Hafiz ibn Hәcәrә gәlincә, o, paltarını uzadıb yerlә sürü-
yәnlәrin axirәtdә cәzalandırılacağı haqda İmam Buxarinin rәva-
yәt etdiyi hәdislәrin izahında yazır:
“Paltarın әtәyinin tәkәbbürlә uzadılması böyük günah-
dır. Tәkәbbür göstәrmәdәn uzatmaq da hәdislәrin zahiri məna‐
sına görә haramdır. Ancaq hәdislәrdәki “tәkәbbür” şәrti gös-
tәrir ki, paltarın әtәyinin uzadılmasına dair qadağanı ümumi-
1
Yenә orada, cild I, sәh. 305.
152
lәşdirmәk olmaz. Odur ki, tәkәbbür göstәrmәdәn paltarın әtә-
yini uzatmaq vә yerlә sürümәk haram deyildir.
Fәqih Hafiz ibn Әbdülbәr deyib: “Mәlum olur ki, tәkәb-
bür göstәrmәdәn paltarın әtәyini sürümәyә görә axirәtdә cәza-
landırma düşmür. Ancaq hәr halda paltar növündәn köynәyin
vә sairin sürünmәsi mәzәmmәt olunub”
1
.
Paltarın әtәyinin uzadılmasına görә axirәt әzabının veril-
mәsindә “tәkәbbür” şәrti haqda deyilәnlәri aşağıdakı fikirlәr dә
tәsdiqlәyir:
(Әlaqәdar) hәdislәrin mәzmununda göstәrilmiş axirәt
cәzası ağır vә şiddәtli cәzadır. Bu hәdislәrә görә, paltarını uza-
dan kәs Qiyamәt günü Allahın nәzәr salmadığı, kәlmә kәsmә-
diyi vә tәmizә çıxarmadığı üç şәxsdәn biri hesab edilir. Hәtta
Peyğәmbәr (Ona Allahın xeyir-duası vә salamı olsun!) bu cür
cәzalandırmanı üç dәfә tәkrarlamış, Әbu Zәr dә cәzanın növün-
dәn dәhşәtә gәlәrәk soruşmuşdu ki: “Onlar ki rәzil vә rüsvay
oldular, ey Allahın rәsulu. Bәs kimlәrdir onlar?” Bütün bunlar
göstәrir ki, paltarlarını uzadanların bu әmәli mәhvedici günah-
lardandır, böyük haramlardandır. Halbuki bu cür haram vә gü-
nahlar din, can, ağıl, şәrәf vә var-dövlәt baxımından insanların
zәruri mәnafelәrini tapdalayan şәxslәrә şamil edilir. Çünki sa-
dalanan şeylәrdә insanların zәruri mәnafelәrinә xәlәl gәtirmiş
şәxslәr böyük günah yiyәsi olarlar. Axı, insanların zәruri mәna-
feyini qorumaq islam şәriәtinin başlıca mәqsәdidir.
Paltarın әtәyinin qısaldılması “tәhsinat” (yaxşılaşdıran,
gözәllәşdirәn әmәllәr, hәrәkәtlәr) qәbilindәndir. “Tәhsinat” isә
әdәb-әrkan vә tamamlayıcı ünsürlәrlә ( mükəmmilat) bağlı an-
layışdır. Әdәb-әrkan vә tamamlayıcı ünsürlәr ( mükəmmilat)
hәyata gözәllik qatar, zövqü gözәllәşdirәr, yüksәk әxlaq forma-
laşdırar.
1
İbn Hәcәr әl-Әsqәlani. Fәth әl-Bari. Cild X, sәh. 263.
Dostları ilə paylaş: |