137
rәni başa düşdük, ey Allahın rәsulu, bәs öldürülәn necә olsun?”
Peyğәmbәr dә: “O da yoldaşını öldürmәyә can atırdı”, – deyә
cavab vermişdi. Allahın rәsulu onlara başa salmışdı ki, yolda-
şını öldürmәyә can atdığı üçün öldürülәn dә cәhәnnәmә layiq-
dir.
Soruşuram: qız uşağını diri-diri basdıran qadını başa
düşdük, bәs basdırılan qız necә olsun? Axı qızın da cәhәnnәm-
lik olmağına hökm vermәk Quran ayәsinә ziddir:
“Diri-diri torpağa gömülәn körpә qızdan: “Axı o hansı
günaha görә öldürüldü?” soruşulacağı zaman” (әt-Tәkvir, 8-9).
Hәdisi necә başa düşdüklәrini, necә izah etdiklәrini öy-
rәnmәk üçün şәrhçilәrin kitablarına müraciәt etsәm dә, orada
dәrdimә әlac tapa bilmәdim.
“Atam da, atan da cəhənnəmdədir” hədisi
Aşağıdakı hәdis dә bu qәbildәndir. Әnәs ibn Malikә isti-
nadәn İmam Müslim rәvayәt edir ki, “Atam haradadır?” – deyә
soruşan şәxsә Peyğәmbәr (Ona Allahın xeyir-duası vә salamı
olsun!) belә cavab veribmiş: “Atam da, atan da cәhәnnәmdә-
dir”
1
.
Sual verirәm: Abdullah ibn Әbdülmüttәlibin nә günahı
var ki, cәhәnnәmә düşsün? O ki “fәtrәt” әhlindәndir
2
vә sәhih
görüşә görә, belә insanlar cәhәnnәmә düşmәzlәr.
Ola bilsin ki, Peyğәmbәr “Atam...” dedikdә babası Әb-
dülmüttәlibin vәfatından sonra onun qayğısına qalan әmisi
Әbu Talibi nәzәrdә tutub. Çünki әrәb dilindә vә Quranda
1
İmam Müslim. Came әs-Sәhih, “İman” fәsli, hәdis № 347.
2
Fәtrәt (әrәb. “zaman kәsiyi”): peyğәmbәrlәrin göndәrilmәdiyi vә vәhyin
kәsildiyi zaman kәsiyini; bir peyğәmbәrin vәfatından digәr peyğәmbәrin
göndәrilmәsinә qәdәr olan müddәti; xüsusilә dә İsa peyğәmbәrlә
Mәhәmmәd peyğәmbәrin arasındakı dövrü ifadә edәn dini termin –
tərcüməçinin qeydi.
138
“әmi” dedikdә ata da başa düşülür. Mәsәlәn, ayәlәrin birindә
Yaqub peyğәmbәrin övladlarının dilindәn oxuyuruq:
“...onlar: “Sәnin Allahına vә ataların – İbrahimin, İsmai-
lin vә İshaqın Allahı olan tәk Allaha tәslim olacağıq (Ona ibadәt
edәcәyik)!”- dedilәr” (әl-Bәqәrә, 133).
Halbuki, İsmayıl peyğәmbәr Yaqub peyğәmbәrin әmisi
idi. Quran isә onu ata adlandırır.
Әbu Talibin cәhәnnәm әhlindәn olmağında tәәccüblü bir
şey yoxdur. Çünki o, ölüm anında belә şәhadәt gәtirmәkdәn
imtina etmişdi. Habelә, onun cәhәnnәmdә әn xәfif әzab görә-
cәyi haqda bir çox sәhih hәdis mövcuddur.
Ancaq bu ehtimal mәnә görә, o qәdәr dә tutarlı deyil.
Çünki bu, hәm ilk baxışdan ağıla ziddir, hәm dә ki belә bir sual
yaranır: sual verәnin atasının nә günahı var ki, cәhәnnәmә düş-
sün? Hәdisin zahiri mәnası göstәrir ki, o, islamdan qabaq ölüb,
yәni, “fәtrәt” әhlindәndir.
Mәhz bu sәbәbdәn mәn könlümә şәfa tapanadәk hәmin
hәdis haqda son sözü demәyә tәlәsmәdim.
Ustadımız Şeyx Mәhәmmәd Qәzali (Allah rәhmәt etsin!)
bu hәdisi aşağıdakı ayәlәrә zidd bilәrәk rәdd etmişdir:
- “...Biz, peyğәmbәr göndәrmәmiş (heç bir ümmәtә) әzab
vermәrik!” (әl-İsra, 15);
- “Әgәr Biz onları (Mәkkә müşriklәrini) bundan (Pey-
ğәmbәr vә Quran gәlmәzdәn) әvvәl әzabla mәhv etsәydik, (qi-
yamәt günü) mütlәq belә deyәcәkdilәr: “Ey Rәbbimiz! Nә üçün
zәlil vә rüsvay olmazdan әvvәl bizә bir peyğәmbәr göndәr-
mәdin ki, Sәnin ayәlәrinә (hökmlәrinә) tabe olaydıq?!” (Taha,
134);
- “...Bizә nә bir (Cәnnәtlә) müjdә verәn, nә dә bir (cә-
hәnnәm әzabı ilә) qorxudan kimsә gәldi”, - demәmәyiniz üçün
sizә Peyğәmbәrimiz (Mәhәmmәd) gәldi. Artıq sizә müjdә verәn
vә qorxudan (xәbәrdarlıq edәn) şәxs gәlmişdir...” (әl-Maidә,
19).
139
Mәhәmmәd peyğәmbәrdәn (Ona Allahın xeyir-duası vә
salamı olsun!) qabaq әrәblәrә nә bir peyğәmbәr, nә dә xәbәr-
darlıq edәn bir şәxs göndәrilmişdi. Bunu Quranın bir sıra
ayәlәri dә tәsdiqlәyir:
- “(Onunla Cahiliyyәt dövründә) ataları (Allahın әzabı
ilә) qorxudulmamış vә (Allahın hökmlәrindәn, imandan, töv-
hiddәn) qafil olan bir tayfanı xәbәrdar edib qorxudasan!” (Ya-
sin, 6);
- “...Xeyr, o sәndәn әvvәl peyğәmbәr göndәrilmәmiş bir
qövmü (Allahın әzabı ilә) qorxutmağın üçün Rәbbindәn (nazil)
olan bir haqdır. Bәlkә, doğru yola yönәlәlәr!” (әs-Sәcdә, 3);
- “Halbuki (Ya Rәsulum!) Biz onlara oxuyacaqları bir
kitab vermәmiş vә sәndәn әvvәl dә özlәrinә (Allahın әzabı ilә)
qorxudan bir peyğәmbәr göndәrmәmişdik” (Sәba, 44).
Ancaq mәn bizә qaranlıq qalan digәr mәnalarının olma-
sından ehtiyatlanaraq sәhih hәdislәri qәtiyyәtlә rәdd etmәyin,
tәlәsik qәrar vermәyin tәrәfdarı deyilәm.
Yaxşı ki, bu mәsәlә ilә әlaqәdar olaraq mәn İmam Müs-
limin “Came әs-Sәhih” hәdis toplusunun şәrhçilәrinin kitabla-
rını araşdırdım. Mәsәlәn, gördüm ki, şәrhçilәrdәn Әllamә Übbi
vә Әllamә Sәnusi sözügedәn hәdisin zahiri mәnasının olduğu
kimi saxlanılmasının tәrәfdarıdırlar. Digәr şәrhçi İmam Nәvәvi
isә deyib: “Peyğәmbәr bu sözü hәmin şәxsә tәsәlli vermәk,
onun dәrdinә şәrik olmaq üçün, gözәl әxlaqından dolayı söylә-
yib. Hәmçinin, bu hәdisdәn “Kafir kimi ölәn şәxs cәhәnnәmlik-
dir. Ona qohumlarının yaxınlığı fayda vermәz” mәnasını da
çıxarmaq olar”.
Übbi narazı halda yazır: “Sәn bir bu ümumilәşdirmәyә
(Nәvәvinin ümumilәşdirmәsindәn söhbәt gedir – mütərcim)
bax! Halbuki Süheyli deyib: “Biz bu cür düşünmürük. Çünki
Peyğәmbәr buyurub: “Ölülәri söymәklә dirilәrә әziyyәt etmә-
yin”. Allah tәala da buyurur: “Allahı vә Onun peyğәmbәrini
incidәnlәrә Allah dünyada vә axirәtdә lәnәt elәmiş (Öz rәhmә-
Dostları ilə paylaş: |