164
Bununla yanaşı, vacib sayılmasa da, “zәif” hәdisi bir an-
lığa sәhihmiş kimi göstәrmәk baxımından belә hәdisi sәhih hә-
disә uyğunlaşdırmaq caizdir.
Odur ki, İmam Qürtubi vә başqaları Ümmi-Sәlәmә hәdi-
si haqda demişlәr:
“Әgәr sәhihdirsә, onda bu hәdis zövcәlәrinin örtün-
mәlәri – mәhrәmlik mәsәlәsinә Peyğәmbәrin (Ona Allahın xe-
yir-duası vә salamı olsun!) diqqәtli münasibәtindәn xәbәr verir.
İmam Әbu Davud vә başqaları da bu cәhәtә toxunublar.
Yerdә qalır Fatimә bint Qeyslә bağlı sәhih hәdis. Dedik
ki, Peyğәmbәr (Ona Allahın xeyir-duası vә salamı olsun!), әv-
vәlcә, ona Ümmi-Şәrikin evinә getmәyi әmr etmişdi. Ancaq
sonra demişdi: “Ümmi-Şәrik evinә sәhabәlәrimin gedib-gәldik-
lәri qadındır. Elә isә sәn get Ümmi-Mәktumun evindә “id-
dәt”ini gözlә. Çünki o kordur. Paltarını çıxarsan da, sәni görә
bilmәz”.
İmam Qürtubi yazır:
“Bәzi alimlәr bu hәdisi dәlil gәtirәrәk bildirmişlәr ki, qa-
dınların başlarına, qulaq sırğalıqlarına baxmaları kişilәrә
“caiz”dir. Qadınlara da kişilәrin hәmin yerlәrinә baxmaları,
hәmçinin. Övrәt yerlәrinә gәlincә, tәbii ki, bu qadağandır...
Peyğәmbәr Fatimә bint Qeysә әmr etdi ki, Ümmi-Şәrikin
evindәn Ümmi-Mәktumun evinә keçsin. Bu, Fatimәyә Ümmi-
Şәrikin evindә qalmaqdan daha münasib idi. Çünki Ümmi-Şәri-
kin evinә girib-çıxan çox olduğundan Fatimәyә baxanların sayı
da çox olacaqdı. Ümmi-Mәktumun evindә isә onu kimsә gör-
mәyәcәkdi. Hәmçinin, onun öz baxışlarını Ümmi-Mәktumdan
saxlaması daha asan vә uyğun idi. Bu sәbәbdәn Peyğәmbәr
(Ona Allahın xeyir-duası vә salamı olsun!) ona icazә verdi. Al-
lah әn doğrusunu bilir”
1
.
1
İmam әl-Qürtubi. әl-Came li-Ehkam әl-Quran, cild XII, “Dar әl-Kütub әl-
Misriyyә” nәşriyyatı, sәh. 228.
165
Qadınların qəbir ziyarəti ilə bağlı hədislər
Qadınlara qәbir ziyarәtini qadağan edәn hәdislәrdәn bi-
rinә nәzәr salaq. Әbu Hüreyrә rәvayәt edir ki: “Peyğәmbәr
(Ona Allahın xeyir-duası vә salamı olsun!) qәbirlәri tez-tez
ziyarәt edәn qadınları lәnәtlәyib”. Hәdisi İmam Әhmәd, İbn
Macә vә Tirmizi rәvayәt etmişlәr. Tirmiziyә görә, hәdis “hәsәn-
sәhih”dir. İbn Hibban bu hәdisi “әs-Sәhih” kitabında rәvayәt
edib
1
.
Bu hәdisi “...qәbirlәri ziyarәt edәn qadınları...” variantı
ilә Abdullah ibn Abbas vә Hәssan ibn Sabit rәvayәt etmişlәr
2
.
Cәnazәnin arxasınca getmәyi qadınlara qadağan edәn
hәdislәr dә bunu tәsdiqlәyir. Elә isә bundan çıxış edәrәk qadın-
lara qәbir ziyarәtinin qadağan edildiyi hökmünü çıxarmaq
mümkündür.
Ancaq elә hәdislәr var ki, onların mәzmunundan, kişilәr-
dә olduğu kimi, qadınlara da qәbirlәri ziyarәt etmәk icazәsi ve-
rildiyi aydın olur.
Aşağıdakı hәdislәrә nәzәr salaq:
“Sizlәrә qәbir ziyarәtini qadağan etmişdim. Artıq ziyarәt
edә bilәrsiniz”
3
;
“Qәbirlәri ziyarәt edin. Çünki bu, ölümü yada salır”
4
.
1
Hәdisi Tirmizi (“Sünәn” kitabı, “Cәnazә” fәsli, hәdis № 1056), İbn Macә
(hәdis № 1576) vә İmam Әhmәd (Müsnәd, cild II, sәh. 337) rәvayәt etmişlәr.
Heysәmi dә “Mәvarid әz-Zәm`an” kitabında (789) bu hәdisә işarә edib. Hә-
disә Beyhәqinin “Sünәn” (cild IV, sәh. 78) kitabında da rast gәlirik.
2
Hәdis, onun istinadı vә sәhihliyinin yenidәn müәyyәnlәşdirilmәsi üçün
bax: Әlbani. İrva әl-Ğәlil, 761, 774.
3
Hәdisi Әnәs ibn Malikә istinadәn İmam Әhmәd vә Hakim rәvayәt etmiş-
lәr. Hәmçinin, bax: Әlbani. Sәhih әl-Came әs-Sәğir, 4584.
4
Hәdisi İmam Müslim rәvayәt edib, 976, 977.
166
Bu ümumi icazә qadınlara da şamildir. Çünki ölümü xa-
tırlamaq tәkcә kişilәrin işi deyil.
İmam Müslim, Nәsai vә İmam Әhmәd rәvayәt edirlәr ki,
Hәzrәti Aişә deyib: “Bir dәfә Peyğәmbәrdәn (Ona Allahın xe-
yir-duası vә salamı olsun!) soruşdum: “Ey Allahın rәsulu, (qә-
birlәri ziyarәt etdiyim zaman) nә söylәyim?” Dedi: “Belә söylә:
“Bu diyarın mömin vә müsәlman әhlinә salam olsun! Allah biz-
dәn qabaq gedәnlәrә dә, sonraya qalanlara da rәhmәt etsin! Al-
lah qoysa, biz dә sizә qovuşacağıq!”
1
Hәmçinin, Әnәs ibn Malikә istinadәn İmam Buxari vә
İmam Müslim rәvayәt edirlәr ki, Peyğәmbәr (Ona Allahın xe-
yir-duası vә salamı olsun!) bir qәbrin yanında ağlayan qadının
yanından keçirmiş. Ona sәslәnir: “Allahdan qorx vә sәbir et”.
Qadın Peyğәmbәri tanımır vә deyir: “Get buradan! Başıma gә-
lәn sәnin başına gәlmәyib ki, (nә çәkdiyimi hiss edәsәn)...”
2
.
Göründüyü kimi, Peyğәmbәr (Ona Allahın xeyir-duası
vә salamı olsun!) qadının sәbirsizliyinә qarşı çıxsa da, qәbri zi-
yarәt etdiyi üçün ona bir şey demәyib.
İmam Hakim rәvayәt edir ki, Peyğәmbәrin (Ona Allahın
xeyir-duası vә salamı olsun!) qızı Hәzrәti Fatimә (Allah ondan
razı qalsın!) hәr cümә әmisi Hәzrәti Hәmzәnin qәbrinә baş çә-
kәr, dua edib ağlayardı
3
.
Qәbir ziyarәtinә icazә verәn hәdislәr qadağa qoyan hә-
dislәrdәn hәm sayca çoxdur, hәm dә daha sәhihdir. Onları uy-
ğunlaşdırmaq mümkündür. Bu, İmam Qürtubinin dә dediyi ki-
mi, hәdisdәki lәnәti qәbirlәri tez-tez ziyarәt edәn qadınlara şa-
mil etmәklә mümkündür. Çünki hәdisin mәtnindә sifәtin mü-
1
Hәdisi İmam Müslim (“Came әs-Sәhih” kitabı, “Cәnazә” fәsli, 974), Nәsai
(Sünәn, cild IV, sәh. 93) vә İmam Әhmәd (Müsnәd, cild VI, sәh. 221) rәvayәt
etmişlәr.
2
Hәdisin mötәbәrliyi yekdilliklә qәbul edilib. Hәmçinin, bax: әl-Lu`lu` vәl-
Mәrcan, hәdis № 533.
3
Şövkani. Neyl әl-Övtar, cild IV, sәh. 166.
Dostları ilə paylaş: |