171
icazәsi olmadan “әzl”i qadağan etdi”. Hәdisә İmam Şövkaninin
“Neyl әl-Övtar” kitabında da rast gәlirik.
Bütün bu hәdislәr göstәrir ki, “әzl” mübahdır. Fәqihlәrin
böyük hissәsi bu fikrә tәrәf çıxmışlar. Ancaq bir şeyi unutma-
yaq ki, azad qadının uşaq istәmәk haqqı olduğundan onun ica-
zәsi olmadan “әzl” etmәk olmaz.
Bu görüş Cüdamә bint Vәhbin rәvayәt etdiyi hәdisin
“Bunu etmәk uşağı gizli şәkildә diri-diri torpağa gömmәk de-
mәkdir” hissәsi ilә ziddiyyәt әmәlә gәtirir.
Bәzi alimlәr sözügedәn hәdisi yuxarıdakı digәr hәdislәrә
uyğunlaşdırmağa çalışmış, “әzl”i “tәnzihi-mәkruh”
1
hesab et-
mişlәr. Bu, Beyhәqinin görüşüdür.
Daha çox istinadla rәvayәt olunmuş digәr hәdislәrlә zid-
diyyәtini nәzәrә alaraq Cüdamә hәdisini “zәif” sayan alimlәr
dә vardır. Ancaq Hafiz ibn Hәcәr bu fikrә qarşı çıxıb:
“Bu, sәhih hәdislәri zәnnә әsaslanıb rәdd etmәk demәk-
dir. Hәdis sәhihdir vә buna heç kәsin şübhәsi olmasın. Digәr
hәdislәrlә uyğunlaşdırılması da mümkündür”.
Cüdamә hәdisini “mәnsux” (qüvvәsini itirmiş) hesab
edәnlәr dә tapılıb. Ancaq onların bu iddiası hәdisin nә vaxt
“nәsx” edildiyi tarixinin qeyri-mәlumluğu üzündәn rәdd edi-
lib.
Tәhavi yazır:
“Ehtimal olunur ki, hәlә vәhy gәlmәdiyi dövrdә Hәzrәti
Mәhәmmәd (Ona Allahın xeyir-duası vә salamı olsun!) Kitab
әhlinә uyğun olaraq Cüdamә hәdisini söylәyib. Daha sonra Al-
lah bu işin hökmünü peyğәmbәrinә bildirmiş, o da yәhudilәrin
dediklәrini tәkzib etmişdi”.
1
Tənzihi‐məkruh: qadağan edilmәsi haqda qәti vә aşkar dәlilin mövcud ol-
madığı әmәl. Buna baxmayaraq, belә әmәl vә hәrәkәtlәri etmәk yaxşı qarşı-
lanmır – tərcüməçinin qeydi.
172
Ancaq İbn Rüşd vә İbn әl-Әrәbi bu fikrinә görә Tәhavini
ciddi tәnqid etmişlәr. Onlar bildirirdilәr ki, Peyğәmbәr (Ona
Allahın xeyir-duası vә salamı olsun!) bir şeyi yәhudilәrin de-
diklәrinә әsaslanaraq nә haram qılmış, nә dә sonradan onları
tәkzib etmişdir.
Elәlәri dә vardır ki, İmam Müslimin “Came әs-Sәhih” ki-
tabında rәvayәt olunduğu üçün Cüdamә hәdisinә üstünlük
vermiş, qalan hәdislәri dә istinadlarındakı fәrqlilik vә dolaşıq-
lıqdan dolayı “zәif” saymışlar. Hafiz ibn Hәcәr yazır:
“Bu (istinadların fәrqlәnmәsi – mütərcim), yalnız bir hә-
dis üçün doğru ola bilәr. Ancaq bu qayda bir-birini güclәndirәn
hәdislәrә şamil edilmәz. Belә hәdislәrin tәtbiqi mümkündür.
Odur ki, yuxarıdakı iddia mәqbul görülmәyib. Hәmçinin, bu
hәdislәri bir-birinә uyğunlaşdırmaq da istisna olunmur”.
İbn Hәzm isә mәsәlә ilә bağlı digәr hәdislәrin mübahlığa
uyğun olub qadağaya dәlalәt etmәsi sәbәbi ilә Cüdamә hәdisi-
nin tәtbiqinә tәrәfdar çıxaraq yazırdı: “Kim ki qadağan olun-
duqdan sonra “әzl”in “mübah” qılındığını iddia edәrsә, iddia-
sını sübut etsin”.
Cüdamә hәdisindә açıq-aşkar qadağanın olmadığını bil-
dirәnlәrә dә rast gәlirik. Onlara görә, hәdisdәki “uşağı gizli şә-
kildә diri-diri gömmә” ifadәsi tәşbehdir ki, bu da haramlılığa
dәlalәt etmәz.
İbn әl-Qәyyim isә bu hәdislәrin bir-birinә uyğunlaşdırıl-
masının tәrәfdarıdır:
“Әzl” edilәrsә, qadın әsla hamilә qalmayacaq” – dedik-
lәri üçün Peyğәmbәr (Ona Allahın xeyir-duası vә salamı olsun!)
yәhudilәri tәkzib etmişdir. Yәhudilәr hesab edirdilәr ki, uşaq-
ları diri-diri gömmәklә yanaşı, “әzl” etmәk dә nәslin kәsilmә-
sinә sәbәb olur. Bu üzdәn Peyğәmbәr onların yalan danışdıqla-
rını bildirmiş, “Әgәr Allah yaratmaq istәyәrsә, hamilәliyә “әzl”
mane deyildir” – demişdi. Yox, әgәr Allah yaratmaq istәmәzsә,
onda bu, uşağın aşkarda diri-diri gömülmәsi deyildir. Pey-
173
ğәmbәr dә bunu, Cüdamә hәdisindә olduğu kimi, “gizli göm-
mә” adlandırmışdı. Çünki insan zövcәsinin hamilә qalma-
ğından ehtiyatlanaraq “әzl” edir. Bununla da o, uşağını diri-diri
gömmә mәqsәdinә üz tutmuş olur. Ancaq bu iki hal arasında
açıq-aşkar fәrq var: diri-diri gömmәdә hәm mәqsәd, hәm dә ic-
ra vardır. “Әzl”dә isә yalnız mәqsәd mövcuddur. Bu üzdәn
Peyğәmbәr “әzl”i gizli gömmә adlandırıb”. Bu cür uyğunlaş-
dırma daha tutarlıdır.
Cüdamә hәdisi dә “zәif” qәbul edilib. Mәn burada hә-
disin son hissәsini nәzәrdә tuturam. Belә ki, Әbu әl-Әsvәdә isti-
nadәn bu hissәni yalnız Sәid ibn әbu Әyyub rәvayәt edib.
İmam Malik vә Yәhya ibn Әyyub hәmin hәdisi Әbu әl-Әsvәdә
istinadәn rәvayәt etsәlәr dә, bu hissәni göstәrmәyiblәr. Mövzu
ilә bağlı digәr hәdislәrә zidd olduğu üçün Dörd “Sünәn” müәl-
liflәri dә hәmin hissәni rәdd ediblәr”
1
.
“әs-Sünәn әl-Kübra” kitabında Hafiz Beyhәqi “әzl”i
“mübah” qılan bütün hәdis vә rәvayәtlәri toplayıb. Hәmçinin,
hәm “әzl”i mәkruh bilәnlәrә, hәm әlaqәdar müxtәlif hәdislәri
nәql edәnlәrә, hәm dә “әzl”in “mәkruhluğu”na dair rәvayәt-
lәrә ayrıca fәsil ayırıb. İmam Müslimin rәvayәt etdiyi Cüdamә
hәdisini dә bu fәslә daxil edәn Beyhәqi yazır:
“Bizә Peyğәmbәrdәn (Ona Allahın xeyir-duası vә salamı
olsun!) buna әks hәdis dә gәlib çatıb. “Әzl”in “mübah” oldu-
ğunu deyәn rәvayәtçilәr sayca çox, hafizә baxımından daha
güclüdürlәr. Adlarını çәkdiyimiz sәhabәlәr (Sәd ibn әbu Vәq-
qas, Zeyd ibn Sabit, Cabir ibn Abdullah, İbn Abbas, Әbu Әyyub
әl-Әnsari vә başqaları) bu işi “mübah” biliblәr. Bu görüş daha
münasibdir.
1
Şövkani. Neyl әl-Övtar, cild VI, “Dar әl-Cil” nәşriyyatı, sәh. 346-350.
Dostları ilə paylaş: |